Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2321/2023 22.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh): İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı): Cavabdeh-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı lyas oğlunun Cavabdeh-yə qarşı qeyri-yaşayış binasında 1/3 hissədə payının naturada ayrılması, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh-nin ilkin iddia üzrə İddiaçı qarşı paylı mülkiyyətin digər mülkiyyətçisinə pul vəsaiti verilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh-yə qarşı qeyri-yaşayış binasının paylara uyğun naturada bölünməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən Cavabdeh-nin və İddiaçı paylı mülkiyyətində olan qeyri-yaşayış binasının paylara uyğun naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən, qeyriyaşayış sahəsindən 1/3 hissədə payının naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin İddiaçı qarşı paylı mülkiyyətin digər mülkiyyətçisinə pul vəsaiti verilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsinin mülkiyyətçisi İddiaçı 52000 manat vəsait ödənilməklə onun mülkiyyət hüququna xitam verilməsi və ödənilmiş 247 manat dövlət rüsumunun İddiaçı alınıb Cavabdeh“-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69 B ünvanında yerləşən və hazırda mübahisaləndrilən qeyri-yaşayış binasının ümumi sahəsi 741.3 kv.m-dir. Qeyri yaşayış binası hazırda ticarət obyekti kimi fəaliyyət göstərir. Qeyd edilən qeyri-yaşayış binasının 2/3 hissəsi “Rəşad-2000" MMC-nin. 1/3 hissəsinə isə təmsil etdiyi İddiaçı paylı mülkiyyətindədir. Onların paylı mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Ona baxmayaraq, təmsil etdiyi şəxs öz payından istifadə edə bilmir və onun mülkiyyət hüquqları pozulur. Belə ki, hal-hazırda qeyri-yaşayış binası bütövlükdə Cavabdeh-nin sahibliyində və istifadəsindədir. Paylı mülkiyyətdə olan qeyri-yaşayış binasından birlikdə istifadə olunması mümkün olmadığından, təmsil etdiyi şəxs 1/3 hissədə payının naturada ayrılaraq ona verilməsini istəyir. Onunla təyin edilmiş ekspertiza rəyində də təmsil etdiyi şəxsin payının naturada ayrılması mümkündür. Ona görə də təmsil etdiyi şəxs payını 52.000 manata cavadehə satmaq istəmir. Bu hal onun qanuni maraqlarına uyğun deyildir. Hesab edir ki, Mingəçevir şəhəri Heydər Əliyev prospekti, 69B ünvanında yerləşən, “Rəşad-2000’' MMC-nin və İddiaçı paylı mülkiyyətində olan qeyri-yaşayış binasının paylara uyğun naturada bölünməlidir. Odur ki, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İlkin iddia üzrə cavadeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh-nin nümayəndəsi məhkəmə iclası zamanı ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddia tələbini müdəfiə etdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 12 avqust 2008-ci il tarixli, 140 nömrəli sərəncamına əsasən Mingəçevir şəhərinin Heydər Əliyev prospektində yerləşən 700 kv.metr torpaq sahəsi 50 il müddətinə təmsil etdiyi hüquqi şəxs "xxxx" MMCnin istifadəsinə verilmişdir. Elə həmin ildə də qeyd olunan torpaq sahəsində tikinti işləri başa çatdırılmışdır. İlkin olaraq təmsil etdiyi Cavabdeh-nin mülkiyyət hüquqları RX seriyalı, ******* nömrəli çıxarışa əsasən xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Daha sonra, yəni 19 sentyabr 2017-ci ildə "xxxx" MMC-yə məxsus 741.3 kv.metr olan qeyri-yaşayış binasının 247.1 kv.metr hissəsi hazırki iş üzrə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 52000 manata satılmışdır. Bundan sonra həm İddiaçı, həm də təmsil etdiyi Cavabdeh-nin daşınmaz əmlaka olan mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqlarını müdafiə etdiyi "xxxx" MMC 11 ildir ki, mebel mağazası kimi fəaliyyətini davam etdirir. Belə ki, "xxxx" MMC-nin 741.3 kv.metr qeyri-yaşayış sahəsi olduğu üçün "xxxx" firması ilə müqavilə bağlayıb və MMC fəaliyyətini davam etdirir. Lakin Rəşad 2000” MMC ilə İddiaçı paylı mülkiyyətində olan qeyri-yaşayış binası paylara uyğun bölünərsə, o zaman "xxxx" MMC fəaliyyətini davam etdirə bilməyəcəkdir. Digər tərəfdən isə qeyri-yaşayış sahəsi paylara uyğun naturada bölünə bilməz. Bundan başqa iddiaçı X1 Federasiyasının vətəndaşıdır. Cavabdeh iddiaçıya bir müddət hər ay payı olduğu üçün ona 700 manat olmaqla pul ödəmişdir. Həmçinin İddiaçı qeyri-yaşayış sahəsindən heç bir vaxt istifadə etmədiyi halda, ona uzun müddət kompensasiya ödənilmişdir. Bundan başqa təmsil etdiyi Cavabdeh iddiaçının - qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyət hüquqlarını heç bir vaxt məhdudlaşdırmamışdır. Əksinə, təmsil etdiyi "xxxx" MMC İddiaçı bütün dövr ərzində ödənişlər etmişdir. Hesab edir ki, iddiaçı - qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh-nin təsisçisi (direktoru) ilə şəxsi münasibətlər zəminində qərəzli mövqe tutaraq müəssisənin fəaliyyətini dayandırmaq məqsədi güdür və buna görə də payının naturada ayrılmasını tələb edir. Halbuki, Cavabdeh-də işləyən işçilər var və MMC-nin fəaliyyətinin dayandırılması onların işdən azad olunması deməkdir. Bu isə Azərbaycan dövlətinin, cənab Ali Baş komandanın maraqlarına ziddir, çünki cənab Prezident daim yeni iş yerlərinin açılmasına, vətəndaşların rifahının daha da yaxşılaşdırılmasına köməklik göstərir. Bu isə dövlətimizin ali məqsədlərindən biridir. Bundan başqa İddiaçı Cavabdeh-də payı cüzidir və ona kompensasiya ödənilməli, həmçinin qanunvericiliyin tələbinə görə hazırki iş üzrə paylı mülkiyyətçilərin payı naturada ayrıla bilməz. Odur ki, məhkəmədən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak şəxslərin izahatlarını, işdə olan sənədləri, ekspert rəylərini, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********04-06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ümumi sahəsi 741.3 kv.m olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyriyaşayış binası üzərində Cavabdeh-nin mülkiyyət hüququ müvafiq olaraq xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********04-06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 741.3 kv.m olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı 1/3 hissədə, Cavabdeh-nin 2/3 hissədə paylı mülkiyyət hüquqları müvafiq olaraq xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8595 nömrəli ekpert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, kommunikasiya xətlərinin, kanalizasiya sisteminin, eletrik xətlərinin, işıq transfarmatorunun qeyri-yaşayış binasından kənarda yerləşdiyini nəzərə alaraq, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binasının naturada təcrid şəklində 1/3 və 2/3 paylardan kənara çıxmaqla naturada bölünməsi Məhkəmə Tikinti-X2 Metodlarının təəblərinə müvafiq olaraq rəyə əlavə edilmiş sxem üzrə texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. İşdə olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3673 saylı ekspert rəyindən görünür ki, 1 –ci sual üzrə rəyin tədqiqat hissəsində göstərilənləri, kommunikasiya xətlərinin, kanalizasiya sisteminin, eletrik xətlərinin, işıq transfarmatorunun qeyri-yaşayış binasından kənarda yerləşdiyini nəzərə alaraq, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binasının naturada təcrid şəklində 1/3 və 2/3 paylardan kənara çıxmalar olmadan naturada bölünməsi, rəyə əlavə edilmiş sxem üzrə Məhkəmə Tikinti-X2 Metodlarının təəblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. İşdə olan 76 ******* nömrəli notarial qaydada təsdiq edilmiş pasportun surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. İşdə olan Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 140 nömrəli sərəncamının çıxarışından görünür ki, Cavabdeh-yə tikiş fabrikinin tikintisi üçün 50 (əlli) il müddətinə Mingəçevir şəhəri, H.Əliyev prospekti ərazisində 700 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında istifadədə olan 0,0649 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 741.3 kv.m olan qeyri-yaşayış binasının Rəşad-2000 MMC-nin adından təsisçisi X7 1/3 hissəni, yəni 247.1 kv.m hissəni 52000 (əlli iki min) manat qiymətinə İddiaçı satmışdır. Məhkəmə ekspert rəylərini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək YOXladıqdan sonra, belə hesab edir ki, xx.xx.2023-cü il tarixli 10/3673 saylı ekspert rəyi xx.xx.2023-cü il tarixli 10/8595 nömrəli ekpert rəyinə münasibətdə kifayət qədər aydın, tam və əsaslandırılmışdır. Ona görə də xx.xx.2023-cü il tarixli 10/3673 saylı ekspert rəyi mötəbər sübut növü kimi qəbulediləndir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiqi nəticəsində məhkəmə müəyyən etdi ki, mübahisəli qeyri-yaşayış sahəsinin 1/3 hissəsi üzərində İddiaçı, 2/3 hissəsi üzərində isə Cavabdeh-nin ümumi paylı mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Ümumi paylı mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan qeyri-yaşayış sahəsindən payın ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında mübahisə olduğuna görə iddiaçının ümumi əmlakdan istədiyi kimi istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçı öz payının naturada ayrılmasına dair məhkəmədə iddia qaldırmışdır. Aparılmış tikinti-texniki ekspertizası zamanı iddiaçının 1/3 hissədə payının naturada ayrılması mümkün hesab edilmişdir. Ümumi paylı mülkiyyətdə olan qeyr-yaşayış sahəsinin naturada ayrılması cavabdehin mənafeyinə uyğun olmadığı üçün o, 1/3 hissədə paya malik iddiaçıya payın dəyərini ödəməklə, mübahisəli qeyri-yaşayış sahəsi üzərində mövcud olan paylı mülkiyyət hüququna xitam verilməsini istəyir, iddiaçı isə 1/3 hissədə payının naturada ayrılmasının mümkün olduğuna istinad edərək, payının əvəzinə kompensasiya ödənilməsini qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan qeyri-yaşayış sahəsindən 1/3 hissədə payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası MPM–nin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əsasında həll olunmalıdır. Məhkəmə mübahisənin qanuni həll edilməsi üçün hesab edir ki, ilk nöbədə ilkin iddiaya qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213–cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3–cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4–cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6–cı maddəsinə əsasən bu Məcəllənin 220.3–220.5–ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq–aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göstərilən normaların tələbinə görə ilkin iddia tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, tərəflər paylı mülkiyyətçi olmalı, onlar arasında ümumi paylı mülkiyyətdə olan əmlaka sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmamalı, iddiaçı payının naturada ayrılmasını tələb etməli, payının naturada ayrılması mümkün olmalı, payın dəyərinin ödənilməsinə iddiaçının razılığı olmamalıdır. Məhkəmə göstərilən normaların tələbləri baxımından, işin müəyyən edilmiş hallarına əsaslanaraq, ilkin iddiaya qiymət verərək hesab edir ki, hazırkı mübahisə predmeti olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binasının mülkiyyətçilərin paylarına uyğun naturada bölünməsi, yəni iddiaçının 1/3 hissədə payının naturada ayrılmasını şərtləndirən hallar məcmu halında mövcuddur. Belə ki, iddiaçı ilə cavabdeh paylı mülkiyyətçidir. Onlar arasında ümumi paylı mülkiyyətdə olan qeyri-yaşayış binasına sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. İddiaçı payının naturada ayrılmasını tələb edir, cavabdeh isə qarşılıqlı iddia ərizəsində payın dəyərinin ödənilməsi yolu ilə digər mülkiyyətçinin mülkiyyət hüququna xitam verilməsini təklif edir. Ümumi paylı mülkiyyətdə olan həmin binada iddiaçının payının naturada ayrılması ekspert rəyinə əsasən mümkün hesab edilmiş, həmçinin iddiaçı 1/3 hissədə payının əvəzinə pul kompensasiyası verməsi barədə cavabdehin təklifini qəbul etməmişdir. Hazırda iddiaçı paylı mülkiyyətdə olan qeyri-yaşayış binasından özünün 1/3 hissədə payının naturada ayrılıb ona verilməsini tələb edir. Ona görə də iddiaçının tələbi əsaslıdır. Mübahisəli qeyri-yaşayış binasında iddiaçının 1/3 hissədə mülkiyyət payı naturada ayrılmalıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Hər bir tərəf öz payına düşən əmlakdan istifadə etmək hüququna malik olduğu üçün mübahisəli əmlak – Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binasında iddiaçının 1/3 hissədə payının naturada ayrılması paylı mülkiyətin mülkiyyətçilərinin hüquqlarını bərabər şəkildə təmin etmək baxımından ədalətlidir. Bu hal iddiaçı ilə cavabdehin mülkiyyət hüquqlarını bərabər şərtlər daxilində təmin edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəisnə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Həmin Məcəllənin 220.6 və 221–ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 4 aprel 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsinin yalnız payın naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçinin razılığı ilə həyata keçirilə bilər. Bu qayda yalnız Mülki Məcəllənin 220.3cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin həcmindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür. (MM-nin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrıla bilmədikdə; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən də aydın olur ki, hazırki iş üzrə ilkin iddiaçı ümumi paylı mülkiyyət mülkiyətçisi kimi payının naturada ayrılmasını tələb etməkdə haqlıdır. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslı deyildir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, paylı mülkiyyətdə olan qeyr-yaşayış sahəsinin tərəflərin paylarına mütənasib olaraq, təyinatına tənasübsüz zərər vurulmadan, həmçinin kənara çıxmalar olmadan paylara uyğun naturada ayrılması mükündür. Eləcə də, paylı mülkiyyətçi olan iddiaçı payının əvəzinə pul kompensasiyasının ödənilməsi tələbini irəli sürməmiş, həmçinin təklif olunan kompensasiyasını mənafeyinə uyğun hesab etməmiş, əksinə payının naturada ayrılmasını tələb etmişdir. Bundan başqa, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binasının ümumi sahəsi 741.3 kv.m-dir., iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 1/3 hissədə pay isə 247.1 kv.m sahəni əhatə edir. Göründüyü kimi, iddiaçının payı cüzi deyil, kifayət qədər böyük sahani əhatə edir. Qarşılıqlı iddia üzrə iddiaçının iddia ərizəsində istinad etdiyi, müəssisənin işçilərinin olmasını, naturada bölgünün müəssisənin fəaliyyətinin dayandırılmasına gətirib çıxaracağı ilə bağlı istinad etdiyi dəlilləri isə məhkəmə əsaslı hesab etmir və mülkiyyət hüququndan sui-istifadə kimi qiymətləndirir. Mülki qanunvericiliyə əsasən mülki hüquq münasibətləri subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Paylı mülkiyyətçi Cavabdeh-nin öz mülkiyyət hüquqlarını sərbəst həyata keçirib qazanc əldə etməsi, sahibkarlıq fəaliyyəti göstərməsi digər mülkiyyətçi İddiaçı mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ilkin iddia tələbi təmin edilməli, **********04-06301 reyestr nömrəli çıxarış əsasında ümumi paylı mülkiyətdə olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən, ümumi sahəsi 741.3 kvadrat metr olan qeyri-yaşayış sahəsindən iddiaçının 1/3 hissədə payı naturada ayrılmalıdır. Qarşılıqlı iddia ərizəsi isə, həm qanunvericilik, həm də Konstitusiya Məhkəməsinin Plenumunun qərarında formalaşdırdığı mövqe ilə ziddiyyət təşkil etdiyindən rədd edilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) vəsatətləri əsasında təyin edilmiş məhkəmə tikinti– texniki ekspertizası zamanı aparılmış tədqiqatların dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçı) tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İlkin iddia əsaslı olduğundan təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixlərdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********04- 06301 reyestr nömrəsi ilə qeydiyyata alınmış çıxarış əsasında paylı mülkiyyətdə olan, ümumi sahəsi 741.3 kv.m olan, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binasından ilkin İddiaçı 1/3 hissədə payı, Cavabdeh-nin 2/3 hissədə payından, 28.072023-cü il tarixli ekspert rəyinə əlavə edilmiş bölgü sxemində göstərilən qaydada və ölçüdə naturada ayrılsın Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı paylı mülkiyyətin digər mülkiyyətçisinə pul vəsaiti verilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh-dən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2321/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2321/2023
22.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver