Məhkəmə qərarları › İş №2(051)-25/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-25/2025

16.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-25/2025 16.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 Cavabdeh: Cavabdeh2 və onun nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh2 və cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi ziyanın əvəzi olaraq 20000 (iyirmi min) manat və ödənilmiş 150 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkil) Vəkil1 işin məhkəmədə baxılmağa hazırlanması zamanı məhkəməyə yazılı ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bərabər, Cavabdeh3 da iddiaya cavab verməli şəxs olduğundan, onun da cavabdeh qismində işə cəlb edilməsini və vurulmuş ziyanın onlardan müştərək qaydada alınıb iddiaçıya verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, Cavabdeh3 cavabdeh qismində cəlb etmişdir. İddiaçının nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbinin həcminin azaldılmasına, həmçinin Cavabdeh1 münasibətdə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın məbləğinin 12240 manat həddində müəyyən edilməsinin və həmin məbləğin yalnız cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə iddiaçının razılığı ilə Cavabdeh1 əsl Cavabdeh3 ilə əvəz etmişdir. Məhkəmənin 11 fevral 2025-ci il tarixli 2(051)-25/2025 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada maddi ziyanın əvəzi olaraq 12240 (on iki min iki yüz qırx) manat məbləğində pul alınıb İddiaçı verilməsi, Cavabdeh2 məhkəmə–tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərcinin yarısı, yəni 25 (iyirmi beş) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, Cavabdeh3 məhkəmə–tikinti– texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərcinin yarısı, yəni 25 (iyirmi beş) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən qeyd olunan qiyabi qətnamənin ləğv edilməsini və işin icraatının təzələnməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2(051)-25/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı Cavabdeh2 və cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(051)-25/2025 saylı qiyabi qətnaməsi ləğv edilməsi və işə tərəflərin iştirakı təmin olunmaqla yenidən baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 12240 manat məbləğin yalnız Cavabdeh3 tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin qaytarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ona məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 01 saylı Mənzil İstismar Sahəsinə məhkəmə bildirişi ünvanlanmış və qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsini, cavabdehin işin mahiyyəti üzrə həll olunmasına dair tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, İddiaçı iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı məhkəməyə iddia ərizəsinin qaytarılması barədə ərizə ünvanladığından, cavabdeh tərəf isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli ilə bağlı məhkəmə hesab edir ki, məhkəmə–tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh3 qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair iddiası baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. İddiaçı məhkəmə–tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. xx.xx.2023-cü il tarixdə saat 15:51:34-də "xxxx" MMC, Mingəçevir PF, Mərkəzi PŞyə ********** nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 150 manat məbləğində pul İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar