Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-251/2025 10.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi İddiaçı: İddiaçı Nurəli oğlunun iştirakı ilə İddiaçı Nurəli oğlunun Cavabdeh qarşı ümumi əşyaya şəxslərin paylı mülkiyyətinin müəyyənləşdirilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Nurəli oğlu Cavabdeh qarşı ümumi əşyaya şəxslərin paylı mülkiyyətinin müəyyənləşdirilməsi tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldırmışlar. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli 33 saylı qərarı ilə ona və ailə üzvlərinə Yevlax rayonu Havarlı kəndində 1.62 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsinə dair ümumi birgə mülkiyyət hüquqları JN 125 saylı 90105018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən təsbit edilmişdir. Ümumi birgə mülkiyyətçilər aşağıda adları göstərilən şəxslər olmuşdur: X15 (atasıdır, vəfat etmişdir) 2. X5 (anasıdır), 3.X10 (bacısıdır). 4.0rucov Rizvan Nurəli oğlu (özü). 5. X11 (nənəsidir, vəfat etmişdir) 6.X12 (bibisidir). Onlar - ümumi mülkiyyətçilər, JN 125 saylı 90105018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mülkiyyətçisi olduqları Yevlax rayonu Havarlı kəndində yerləşən 1.62 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.00 (bir) ha hissəsini 15 iyul 2014-cü ildə Cavabdeh satmışlar. Aralarında xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmaqla, 4Ə-94 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alqısatqı müqaviləsi Yevlax rayon 1 saylı notariat kontorunun xüsusi notariusu X6 tərəfindən təsdiq edilmişdir. Hazırda onun və ailə üzvləri olan, ümumi birgə mülkiyyətçilərin mülkiyyətində olan Yevlax rayonu Havarlı kəndində yerləşən 0.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünərək, onlara düşən hissənin ayrıca dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti xx.xx.2024-cü il tarixli məktubla cavablandırılaraq bildirilmişdir ki, alqı-satqı əqdi əsasında bir hissəsini özgəninkiləşdirdikləri torpaq sahəsi Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyi ilə tənzimlənən tələblərə əməl edilməklə əqd iştirakçı razılaşması ilə könüllü olaraq notariat qaydada təstiq edilmiş bölgü sxemi tərtib edilməklə saziş müqavilələri əsasında həyata keçirilir. Razılaşma əldə edə bilmədiklərinə görə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı Nurəli oğlu məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatın, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Torpağa mülkiyyət hüququnun müəyyən edilməsinə dair JN 0125 90105018 saylı dövlət aktından görünür ki, Yevlax rayon Aqrara İslahat Komissiyasının 04 iyul 1998ci il tarixli 33 saylı qərarı ilə 1,62 ha torpaq sahəsi X7 istifadəsinə verilmişdir. İşdə olan 15 iyul 2014-cü il tarixli AN-İ№ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X15, X13, X10, Orucov X9 Əli Əliqulu oğluna Yevlax rayonu Havarlı kəndində yerləşən ümumi sahəsi 1,6272 ha olan torpaq sahəsinin onlara məxsus hissədə 1,00 ha torpaq sahəsini satıcı X15 alıcı Cavabdeh satmışdır. İşdə olan DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 03 iyun 2024-cü il tarixdə İddiaçı Nurəli oğluna ünvanlandığı məktubdan görünür ki, ünvan 2atı təyinatlı torpaq sahəsinin naturada ona düşən payının notariat kontorunda rəsmiləşdirildikdən sonra rəsmi müraciət edəcəyi təqdirdə naturada hər birinin ayrıca mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunvericilikdə müəyyən edilmiş qaydada və müddətdə baxılacağı bildirilmişdir. İşdə olan ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Yevlax rayonu, Havarlı kəndi ərazisində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh adına qeyd edilmişdir. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 25 oktyabr 2005-ci ildə vəfat etmiş X8 vərəsəsi Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olan X15-oğlu və X2-qızı onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. İşdə olan Seriya X 0465264, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Yevlax rayonu, Havarlı kəndi ərazisində yerləşən 1,6172 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi üzərində X3 2/12 hissə, X4 2/12 hissə, İddiaçı 2/12 hissə, X1 3/12 hissə və X7 3/12 hissə payları xx.xx.2014-cü il tarixdə qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında iş materiallarının tam və hərtərəfli tədqiqi nəticəsində məhkəmə müəyyən etdi ki, Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında Yevlax rayonu, Havarlı kəndi ərazisində yerləşən 1,6172 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi üzərində X3 2/12 hissə, X4 2/12 hissə, İddiaçı 2/12 hissə, X1 3/12 hissə və X7 3/12 hissə payları müəyyən edilmişdir. 15 iyul 2014-cü il tarixli AN-İ№ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X15, X13, X10, İddiaçı Nurəli oğlu alıcı Cavabdeh Yevlax rayonu Havarlı kəndində yerləşən ümumi sahəsi 1,6272 ha olan torpaq sahəsinin onlara məxsus hissədə 1,00 ha torpaq sahəsini satıcı X15 alıcı Cavabdeh satmışdır. Sonradan iddiaçı onlara məxsus torpaq sahəsinin 1,00 ha hissəsinin cavabdehə satdıqdan sonra torpağın qalan hissəsinə dair çıxarış almaq üçün AR İN yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquq şəxsi 17 saylı Ərazı İdarəsinə müraciət etsə də, iddiaçıya imtina verilmişdir. Ona görə də iddiaçı ümumi əşyaya şəxslərin paylı mülkiyyətinin müəyyənləşdirilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, onların mübahisəli torpaq üzərindəki Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsaslanan mülkiyyət hüquqları vardır, bununla bağlı mübahisəyə mülkiyyət hüququna dair normalar əsasında qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213–cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə göstərilən normaların tələbləri baxımından, işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, hazırkı mübahisə predmeti olan kənd təsərüfatı təyinatlı torpaq sahəsinin şərtləndirən hallar məcmu halında mövcuddur. Belə ki, iddiaçı və cavabdeh paylı mülkiyyətçidir. Onlar arasında ümumi paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsinə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. Ümumi paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ümumi əşyalara şəxslərin paylı mülkiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də iddiaçının tələbi əsaslıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Hər bir tərəf öz payına düşən əmlakdan istifadə etmək hüququna malik olduğu üçün mübahisəli torpaq sahəsinin paylı mülkiyyətin mülkiyyətçilərinin hüquqlarını bərabər şəkildə təmin etmək baxımından ədalətlidir. Bu hal iddiaçı ilə cavabdehin mülkiyyət hüquqlarını bərabər şərtlər daxilində təmin edir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Yevlax rayonu Havarlı kəndində yerləşən 1,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.0 ha hissəsi Cavabdeh paylı mülkiyyəti hesab edilməli, həmin torpaq sahəsinin 0,62 ha hissəsi isə İddiaçı paylı mülkiyyəti hesab edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Yevlax rayonu Havarlı kəndində yerləşən 1,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.0 ha hissəsi Cavabdeh paylı mülkiyyəti hesab edilməli, həmin torpaq sahəsinin 0,62 ha hissəsi isə İddiaçı (onun ailə üzvlərinin X13, X14, İddiaçı, X2 ) paylı mülkiyyəti hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-251/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-251/2025
10.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver