Məhkəmə qərarları › İş №2(051)-2572/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2572/2024

29.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2572/2024 29.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, İddiaçı Nazim oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Nazim oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatlar iddia ərizəsində göstərilməlidir. Lakin iddia ərizəsini və iş materiallarını araşdırarkən müəyyən olunmuşdur ki, İddiaçı Nəzir oğluna məxsus olan xx.xx.2016-cı il tarixli şəxsiyyət vəsiqəsinin müddəti ötürülmüşdür. Bu səbəbə görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilən iddia ərizəsi MPM-nin 149-cu maddəsinin forma və məzmununa uyğun gəlmədiyi üçün geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə ərizə geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 151, 152.1.1 və 306.2ci və 307.2.9-cu maddələrini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia icraat qaydasında baxılan işlərdə məhkəməyə verilən ərizənin forma və məzmunun müəyyən edilməsində həmin məcəllənin 149-cu maddəsində nəzərdə tutulan normaların tətbiq edilməsi qanunauyğundur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Nazim oğlunun mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ərizəsi qeri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Dövlət rüsumunun geri qaytarılması halları ilə bağlı MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı Nazim oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi qeri qaytarılsın. İşə məhkəmədə baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı Nazim oğlunun vəkili X1 geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar