Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-258/2023 24.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçılar: İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili X3 Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq Mingəçevir regional “Asan xidmət” Mərkəzində Notariat Ofisində Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli 4Ə-2387 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddia ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər. Birgə nikahlarından xx.xx.2009-cu il tarixdə Şirəli və xx.xx.2010-cu il tarixdə Nihat adlı uşaqları doğulmuşdur. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Birgə nikah dövründə 2010-cu il tarixdə ünvan 1 ünvanında 0,05 ha torpaqda yerləşən 3 otaqlı fərdi yaşayış evini 28000 manat satın almışlar. Belə ki, həmçin pulun 20000 manatını anası Kamella Həsənova ödəmiş, 2000 manat əvəzinə Cavabdeh1 adına olan 21063 markalı avtomobili torpağı satın alan İddiaçı2 mülkiyyətinə verməklə ödəmişlər. Qalan 4000 manat pulu 2000 manat və 2000 manat olmaqla müxtəlif vaxtlarda o, və Cavabdeh1 ödəmişlər. Hazırkı müddətə qədər o, orada yaşayır. Ancaq onların aralarındakı nikah pozulduğundan münasibətləri kəskinləşmişdir. İddiaçı2 həmin torpaq sahəsini sənədləşdirib onların adına keçirmək istəyərkən Cavabdeh1 həmin torpaq sahəsini 2002-ci ildə İddiaçı2 satmış Cavabdeh2 ilə danışaraq həmin torpaq sahəsinin 250 kv.m hissəsini məhz fərdi yaşayış evinin yerləşdiyi hissəsini öz adına keçirmişdir. Elə ki, 22 noyabr 20222-ci il tarixdə X6 xidmət Mərkəzində Notariat Ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 satın aldığı sənədləşdirilmişdir. Həmin torpaq sahəsini fərdi yaşayış evi ilə birlikdə onlar 28000 manata İddiaçı2 satın alsalar da həmin torpağı sənədləşdirə bilməmişlər. İddiaçı2 Mingəçevir şəhər polis şöbəsinə müraciət etmişdir ki, Cavabdeh2 2002-ci ildə ona satdığı və dəyərini tam şəkildə aldığı torpaq sahəsinə yenidən iddia edərək həmin torpaq sahəsinə çıxarış alaraq başqa şəxslərə satmaq istəyir. Araşdırma Mingəçevir şəhər polis şöbəsində getdiyi müddətdə Cavabdeh2 həmin torpağı yenidən 4500 manata Cavabdeh1 satmışdır. Cavabdeh1 bildirir ki, o, Cavabdeh2 adına olan torpağın 250 kv.m olan hissəsini almış və qalan 250 kv.m olan hissəsini İddiaçı1 saxlamışdır. Halbu ki, Cavabdeh1 məhz torpağın fərdi yaşayış evi yerləşən hissəsini mənimsəməklə gələcəkdə fərdi yaşayış evini ancaq öz adına sənədləşdirməyi qarşısına məqsəd qoymuşdur. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi dair iddiaçının vəkili və nümayəndəsi ərizə ilə müraciət edərək torpağın alqı-satqı müqaviləsinin əmlakın ½ hissəsinə münasibətdə etibarsız sayılması barədə qətnamə çıxarılmasını Xahiş etmişdir. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi dair iddiaçının vəkili və nümayəndəsi ərizə ilə müraciət edərək Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında əldə etdiyi ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakı ümumi birgə qazanılmış əmlak hesabına-birgə nikah müddətində əldə edilmiş əmlak kimi onların arasında bölünməsi və İddiaçı1 ½ hissədə əmlak payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında digər İddiaçı2 İsmayıl oğlu da iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı ilə xx.xx.2007-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. xx.xx.2020-ci ildə Mingəçevir şəhər məhkəməsinin həmin tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Onlar rəsmi olaraq ayrılmışlar. Bundan sonra o, 2022-ci il tarixdə özünə torpaq sahəsi almışdır. Həmin torpaq sahəsini aldığı vaxt birgə nikahda olmamışlar. İddiaçı tərəf torpaq sahəsinin 2002-ci ildə alınmasını bildirsələr də o, həmin torpaq sahəsini 2022ci ildə almışdır. Bununla yanaşı istənilən vaxt torpağın yerdə qalan hissəni qızın adına keçirməyə hazırdır. Ona görə qətnamə çıxarılarkən iddiasında qeyd olunanların nəzərə alınmasını xahiş edir. Cavabdeh2 iştirak etdiyi məhkəmə iclası zamanı izahatında göstərdi ki, həmin torpağı ona sadəcə arayış əsasında vermişlər. Torpağa dair mülkiyyəti təsdiq edən sənədi isə 2022-ci ildə almışdır. Həmin torpaq sahəsi 2022-ci ildə yenidən Cavabdeh1 adına sənədləşdirilmişdir. Həmin torpaq sahəsi daha əvvəl XDS-nin qərar əsasında onu istifadəsinə verilmişdir. Hazırda həmin torpaq sahəsinin 2,5 sotunu Ayazın 2,5 sotunu isə Günelin adına rəsmiləşdirəcək. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatların, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X7 01 yanvar 2009-cu ildə Yevlax rayonu Varvara kəndində anadan olmuşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X8 01 aprel 2010-cu ildə Yevlax rayonu Varvara kəndində anadan olmuşdur. İşdə olan Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı qismində Cavabdeh2 alıcı qismində Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən satıcı ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 0,025 ha torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsində alıcının mülkiyyətinə verir. İşdə olan əmlak bölgüsü barədə 22 noyabr 2022-ci il tarixli müqavilədən görünür ki, satıcı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci tarixli ********** qeydiyyat saylı çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinin 0,0250 ha hissəsinin Mingəçevir regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə 4Ə -2387 reyestr sayla təsdiq edilmiş müqavilə ilə alıcıya satmışdır. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 16(051)-40/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən Ərizəçi İddiaçı1 Cavabdeh1 ilə birgə nikah dövründə 2010-cu il tarixində əldə etdikləri ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. İşdə olan X4 Filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 22 sentyabr 1988-ci il tarixli 318 saylı qərarı ilə Toxuculuq kombinantına bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, 9-cu bağ küçəsi, 31 ünvanda yerləşən 0,0250 torpaq sahəsi mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən 0,0250 torpaq sahəsi mənzil tam mülkiyyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Daşınmaz Əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, ünvan 6 ünvanda yerləşən 0,025 ha torpaq sahəsinin real bazar qiyməti 4500 manat təşkil edir. İşdə olan DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 24 avqust 2020-ci il tarixli **********74 nömrəli məktubun surətindən görünür ki, Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə təhvil verilmiş X1 bağçılıq təsərüfatının adlı siyahısında Cavabdeh2 adı 52 sıra nömrəsi ilə qeyd olunmuşdur. Mingəçevir şəhər X1 bağçılıq təsərrüfatında Cavabdeh2 adına torpaq sahəsinə dair bağçılıq pasportu mövcuddur. Sonradan həmin daşınmaz əmlakı xx.xx.2002-ci ildə ərizə ilə İddiaçı2 istifadəsinə verilmişdir. İddiaçı2 adına bağçılıq təsərüfatı tərəfindən xx.xx.2004cü il tarixli 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçı2 adına DTX VƏ XK-nın tərəfindən xx.xx.2009-cu il tarixli **********1453 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü mövcuddur. Mingəçevir şəhər Məhkəməsinin 2(051)–258/2023 saylı iş üzrə qəbul etdiyi 24 iyun 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İşdə olan Şəki İnzibati Məhkəməsinin 2-1(116)-280/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlkın Dövlət Reyetri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı X2 tərəfindən Günəşli Bağçılıq təsərrüfatından 52 sayla qeydə alınmış Cavabdeh2 xx.xx.2002-ci il tarixli imtina məktubu əsasında ona verilmiş və xx.xx.2009-cu il tarixli **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0,49933 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına çıxarış verilməsi tələbinə dair iddiası təmin ediməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kolegiyasının 2-1(107)-293/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı2 X2 tərəfindən Günəşli Bağçılıq təsərrüfatından 52 sayla qeydə alınmış Cavabdeh2 xx.xx.2002-ci il tarixli imtina məktubu əsasında ona verilmiş və xx.xx.2009-cu il tarixli **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0,49933 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına çıxarış verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinin üzərinə qoyulması təmin edilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş digər sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər. Birgə nikahlarından xx.xx.2009-cu il tarixdə Şirəli və xx.xx.2010-cu il tarixdə Nihat adlı uşaqları doğulmuşdur. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Birgə nikah dövründə 2010-cu il tarixdə Mingəçevir şəhərində 9-cy bağ küşəsi ev 31 ünavnında 0,05 ha torpaqda yerləşən 3 otaqlı fərdi yaşayış evini 28000 manat satın almışlar. İş materiallarını araşdırarkən müəyyən olunur ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 0,05 ha torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsində cavabdehin mülkiyyətinə vermişdir. 22 noyabr 2022-ci il tarixli müqavilədən də görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci tarixli ********** qeydiyyat saylı çxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinin 0,0250 ha hissəsinin Mingəçevir regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə 4Ə -2387 reyestr sayla təsdiq edilmiş müqavilə ilə alıcıya satmışdır. İş materiallarından da göründüyü kimi alqı-satqı müqaviləsi həyata keçirilərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə tam riayət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə həm əşya hüquq münasibətləri, həm də ondan irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə həm əşya hüquq münasibətlərini, həm də öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 390-cımaddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə, AR MM-nin 340.2-ci maddəsinə əsasən göstərilən normanın hazırkı iddiaya tətbiqi ilə bağlı mübahisə olduğundan Məhkəmə yalan əqdin mahiyyətinə və qanunda nəzərdə tutulan dispozisiya şərtlərinə nəzər salmağı zəruri hesab edir. AR MM-in 340.2-ci maddəsinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. yalan əqd əhəmiyyətsizdir. yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Normanın məzmunundan göründüyü kimi yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələləyirlər. Beləcə tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarında da göstərilmişdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Məhkəmə qeyd edir ki, müqavilənin yalan əqd olması səbəbindən etibarsız sayılması üçün sadalan şərtlərin hər biri məhkəmə tərəfindən mötəbər və kifayətedici sübutlarla müəyyən olunmalıdır. Onlardan hər hansı birinin sübuta yetirilməməsi MM-in 340.2-ci maddəsinə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Sübutetmə yükü isə bağlanmış müqavilənin etibarsız olduğunu iddia edən tərəfin üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 59). Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə qanunvericiliyə və işgüzar adətlərə uyğun şəkildə bağlanmış müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. Bu baxımdan hazırkı işdə cavabdehlər arşında arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız olduğunu (yalan əqdin yuxarıda qeyd olunan şərtlərini) sübuta yetirmək vəzifəsi iddiaçıya aiddir. Mübahisə olunan 22 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin tərəfləri Cavabdeh2 İlə Cavabdeh1dur. Həmin şəxslər arasında əslində başqa bir razılaşmanın baş tutması, lakin bu razılaşmanın qeyd olunan müqavilə ilə pərdələnməsi halı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Baxılan işdə iddiaçılar yalan əqdin bağlanması barədə mövqelərini ümumi şəkildə bildirsələr də, müqavilə tərəflərinin qarşısında yalnış təssəvür yaratmağa çalışdıqları üçüncü şəxsin kim olmasını, həmin şəxsin hansı məqsədlə aldadılmasını, bundan əldə ediləcək faydanın (mənfəətin) nədən ibarət olmasını, xüsusilə də yazılı əqdin tərəfləri olan cavabdehlərin bu cür davranışlar etmək qəsdini konkret və mötəbər sübutlarla əsaslandırmamışlar. Məhkəmə təkrarən vurğulayır ki, əqdin istər predmetinə görə, istər tərəfinə görə yalan sayıla bilməsi üçün onun iştirakçılarının bir mənfəət əldə etmək məqsədilə üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratı yaratmaq niyyəti ilə hərəkət etdikləri, görünən əqdin arxasında başqa bir əqdin gizlədildiyi və bu davranışların onların hər birinin qəsdi ilə əhatə olunduğu sübuta yetirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın - mübahisəli torpaq sahəsinə dair Cavabdeh1la digər Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin əmlakın ½ hissəsinə münasibətdə etibarsız sayılması tələbinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 227, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Mingəçevir Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisində Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli torpağın alqı-satqı müqaviləsinin əmlakın ½ hissəsinə münasibətdə etibarsız sayılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-258/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-258/2023
24.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver