Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2616/2022 16.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi ilə Ərizəçinin maraqlı X2 “Asan Xidmət” X1 göstərilməklə, vətəndaşlıq vəziyyəti akt qeydinin ləğv olunması tələbinə dair ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Ərizəçi, vətəndaşlıq vəziyyəti akt qeydinin ləğv olunması tələbinə dair ərizə ünvanlayaraq, məhkəmədən Füzuli rayonu Dövlətyarlı icra nümayəndəliyində xx.xx.1969cu il tarixli 62 saylı doğum haqqında akt qeydinin düzgün olmaması müəyyən edilərək ləğv edilməsi və Füzuli rayon qeydiyyat Şöbəsinin xx.xx.1969-cu il tarixli 11 saylı doğum akt qeydində anasının soyadının düzəliş edilərək Muradova kimi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi Füzuli rayonu Dövlətyarlı icra nümayəndəliyində xx.xx.1969-cu il tarixli 62 saylı doğum haqqında akt qeydinin düzgün olmaması müəyyən edilərək ləğv edilməsi və Füzuli rayon qeydiyyat Şöbəsinin xx.xx.1969-cu il tarixli 11 saylı doğum akt qeydində anasının soyadının düzəliş edilərək Muradova kimi yazılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin ərizəçinin göstərilən tələbə dair mülki məhkəmədə iddia qaldırmaq səlahiyyəti qanunda nəzərdə tutulmamışdır. Belə ki, MPM-də Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi fəsli artıq çıxarılmışdır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) dair iddialara İnzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi ərizəçi tərəf vətəndaşlıq vəziyyəti akt qeydinin ləğv olunması tələbinə dair İnzibati Məhkəməyə müraciət etməli olduğu halda, mülki qaydada Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mülki məhkəmədə baxılmalı olmaması əsası ilə ərizənin mülki məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia məhkəmə qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Bununla belə iddiaçıya izah edilsin ki, vətəndaşlıq vəziyyəti akt qeydinin ləğv olunması və ya dəyişdirilməsi tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 276cı maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Ərizəçi Füzuli rayonu Dövlətyarlı icra nümayəndəliyində xx.xx.1969-cu il tarixli 62 saylı doğum haqqında akt qeydinin düzgün olmaması müəyyən edilərək ləğv edilməsi və Füzuli rayon qeydiyyat Şöbəsinin xx.xx.1969-cu il tarixli 11 saylı doğum akt qeydində anasının soyadının düzəliş edilərək Muradova kimi yazılması tələbinə dair ərizənin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə vətəndaşlıq vəziyyəti akt qeydinin ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2616/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2616/2022
16.12.2022 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver