Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-290/2022 25.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı, Cavabdeh Sərvaz oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Sərvaz oğluna qarşı maddi ziyan tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh Sərvaz oğluna qarşı ona vurulmuş maddi ziyana görə 1558,96 manat, mənəvi ziyana görə 500 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracət etmişdir. Sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək 1558,96 manat maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Qarabağ əlilləri üçün dövlət tərəfindən ona verilən “Slavuta” markalı ** BH *** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Oğlu Ayxanın “BC” kateqoriyalı sürücülük vəsiqəsi var, oğlunun şəxsi avtomobili olmadığına görə onun avtomobilini özü yanında olmaqla idarə edrdi. 11 avqust 2021-ci il tarixdə İ Qarabağ müharibəsi zamanı aldığı xəsarətlərlə əlaqədar ağrıları olduğundan oğlunu Mingəçevir şəhərinə dərman pereparatı almağa göndərmşdir. Oğlu Ayxan dərmanları alıb geri yaşadığı Yevlax rayonu Quşçu kəndinə qayıdarkən Mingəçevir şəhəri ərazisində “Kür kompüter” zavodunu keçib avtovağzal istiqamətində hərəkətdə olan zaman Cavabdeh adlı şəxs arxadan “MERSEDES” markalı avtomobillə gələrək qoşa xətti keçib əks yola çıxaraq ötmə əməliyyatı etməyə başlamış, sonra qəflətən sükanı sağa çəkərək avtomobilin sağ qabaq qanadı ilə onun avtomobilin sol qabaq qanadını toqquşduran kimi zərbənin təsirindən atomobilinin arxa şüşəsi sınmış və avtomaşın əks istiamətə çevrilmişdir. Cavabdeh idarə etdiyi avtomaşın isə beton sədlərə və ağaclaa çırpılaraq sol tərəfi üstə aşıb dayanmışdı. Cavabdehin təqsiri səbəbindən ona məxsus “Slauta” markalı ** BH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 1510 məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda nəqliyyat vasitəsinin cəimə meydançasından çıxarılmasına görə 48.96 manat məbləğində ödəniş etmişdir. Cavabdehə dəfələrlə onun avtomobilinə vurduğu ziyanı ödəməsi üçün xahiş etsə də müxtəlif bəhanələrlə bu günədək onun tərəfindən vurulmuş ziyan ödənilməmişdir. Özü müharibə veteranı və eyni zamanda müharibə əlilidir. Əmək qabiliyyətini itirib. Bu səbəbdən də işləyə biilmir. Yeganə ümüd yeri aldığı müavinətdır ki, həmin müavinətlə də müalicə xərclərini güclə ödəyir. Bu səbəbdən də avtomobilni təmir etdirə bilmir. İddianın təmin olunmasını, cavabdeh X1 vurulmuş 1510 manat maddi ziyanın və nəqliyyat vasitəsinin təmirinə dair smeta üçün ödədiyi 48,96 manat, cəmi 1558,96 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Sərvaz oğlu məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, 11 avqust 2021-ci il tarixdə saat 20:00 radələrində “Güllü” bağın yanındakı kafedə dostu Elçinlə oturub yemək yeyib araq içmişlər. Saat 23:50 radələrində kafedə hesablaşandan sona yeznəsi Anar Kazımova zəng edərək ondan idarə etdiyi “MERSEDES BENZ” ** BR *** qeydiyat nişanlı atomaşının açalarını istəmişdir ki, tanışı Elçini şəhər avtovağzalının yaxınlığında yerləşən məcburi köçkünlər üçün salınmış binalara aparıb düşürtsün. Maşının açarını alandan sonra maşını işə salıb şəhərin H.Əliyev prospekti ilə avtomaşını idarə edən zaman “Kür komputer zavodu”nun yanı ilə avtovağzal istiqamətində hərəkətdə olan zaman sükanı qəflətən sağa çəkəndə idarəetməni itirdi. Onun maşını arxadan gələn “Slauta” markalı maşınla toqquşdu. Nəticədə hər iki avtomaşına ziyan vuruldu. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Mingəçevir şəhəri "xxxx" TX MMC tərəfindən tərtib edilmiş nəqliyyat vasitəsinin təmirinə (bərpa edilməsinə) dair Smetadan görünür ki, “Slavuta” minik markalı ** BH *** dövlət nömrə nişanlı avtomaşının təmiri ilə əlaqədar təmir işlərinin cəmi dəyəri 1510 manat müəyyən edilmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 31 oktyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Mersedes-Benz 230 markalı 99RB197 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində tətbiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Cavabdeh avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Cavabdeh avtomobili sərxoş halda idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Cavabdeh maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması “ yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci madəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, cavabdehin təqsirli hərəkəti nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “Slavuta” markalı ** BH *** dövlət nömrə nişanlı avtomaşına zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cəmi 1558,96 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci addəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh cəmi 1558.96 (bir min beş yüz əlli səkkiz manat doxsan altı qəpik) manat alınıb İddiaçı verişin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-290/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-290/2022
25.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver