Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-304/2022 30.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: X13 nümayəndəsi (vəkil) Vəkil Cavabdeh qismində cəlb edilmiş: Cavabdeh3 iştirakı ilə İddiaçı X13 cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə və cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 qarşı çıxarışın ləğv edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X20 cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə və cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 qarşı mərhum X10 adına Mingəçevir şəhər 2 saylı xüsusi notariat kontoru tərəfindən 07.06.2013-cü il tarixdə verilmiş 2V-01-200 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 10.07.2013-cü il tarixdə verilmiş RX ******* saylı, ********** qeydiyyat nömrəli, **********60-05101-093017 reyestr nömrəli hüquqların Dövlət Qeydiyyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi, ev 22, mənzil 32 ünvanında yerləşən mənzilin miras əmlak kimi onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı X13 nümayəndəsi Vəkil, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxsin X7 və anası X18 rəsmi nikahda olmaqla Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi, ev 22, mənzil 32 ünvanında yaşamışlar. Anası X18 1989-cu ildə vəfat etdikdən sonra təmsil etdiyi şəxs uzun müddət atası ilə həmin ünvanda yaşamaqla anasına aid miras payı faktiki qəbul etmişdir. X7 13.10.1993-cü il tarixdə X19 ilə nikah bağlayaraq ailə qurmuş və Kübra Mehdiyeva da Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi, ev 22, mənzil 32 ünvanında yaşamağa başlamışdır. Atası 14.10.2005-ci il tarixdə vəfat etdikdən sonra təmsil etdiyi şəxs atasından miras qalmış, Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi, ev 22, mənzil 32 ünvanında yerləşən mənzili faktiki qəbul edib bir müddət orada yaşamışdır. Həmin vaxt atasının rəsmi nikahda olduğu Kubra Mehdiyeva əmlakdan heç bir pay istəmədiyini, miras mülkün oğul kimi təmsil etdiyi şəxsə məxsus olduğunu bildirmişdir. Ona görə də təmsil etdiyi şəxs Kübra Mehdiyevaya inanmış və onun evdə yaşamasına etiraz etməmişdir. Mülki qanunvericiliyin tələblərinə görə ölmüş şəxsin əmlakı qanun üzrə iddiaçı Vadim Bayramova və digər vərəsələrə keçir. Təmsil etdiyi şəxs atasının sağlığında anasına məxsus olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi, ev 22, mənzil 32 ünvanında yerləşən mənzilə pay hissəsini, atası vəfat etdikdən sonra isə ondan iddiaçıya çatası pay hissəsini faktiki qəbul edib idarə etməyə başlamışdır, o cümlədən yas mərasimlərini təşkil edib dəfn xərclərini çəkmişdir. MM-nin 1246-cı maddəsinin tələblərinə görə iddiaçı üç ay ərzində mirası qəbul etməli idi, lakin üzürlü səbəbdən mirası qəbul etmə müddətini buraxmışdır. Mingəçevir “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə müraciət edərkən ona mirası qəbul etmə müddətini buraxdığını və bununla bağlı məhkəməyə müraciət etməsini bildirmişlər. Təmsil etdiyi şəxs miras əmlakı faktik olaraq qəbul etmiş və faktiki sahibliyi həyata keçirmişdir. Ona görə də Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi, ev 22, mənzil 32 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Bu zərurət həmin miras əmlakın onun adına mülkiyyət hüququnun rəsmiləşdirilməsi və DƏDRX-dən Çıxarışın alınmasından irəli gəlir. X5 13.01.2021-ci il tarixdə vəfat etdikdə iddiaçı RF Volqoqrad şəhərindən gəlib yas mərasimində iştirak etdiyi zaman mənzilin sənədlərini vərəsəlik qaydasında adına rəsmiləşdirmək istədikdə, ona bildirmişlər ki, mənzilə dair Kubra Mehdiyavanın adına Mingəçevir şəhər 2 saylı xüsusi notariat kontorunun 07.06.2013-cü il tarixli, 2V-01-200 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 10.07.2013-cü il tarixli, RX ******* saylı, ********** qeydiyyat nömrəli, **********60-05101- 093017 reyestr nömrəli Çıxarış verilmişdir. Hesab edir ki, həmin şəhadətnamə və Çıxarış qanunsuz və əsassızdır və bu səbəbdən ləğv edilməli və həmin mənzilə iddiaçının miras payı müəyyən edilməlidir. Belə ki, qanun üzrə vərəsəlik qaydasında anası X8 vəfatından sonra ona aid miras əmlakdan 1 pay, X7nun vəfatından sonra ona aid miras əmlakdan 1 pay, cəmi 1/2 hissəsinə iddiaçının vərəsəlik hüququ tanınmalıdır. X19 13.01.2021-ci il tarixdə vəfat etdikdən sonra iddiaçı miras əmlakı faktiki qəbul etmiş və mənzilin açarlarını götürmüşdür. Şəhadətnamənin və Çıxarışın qanunsuz və əsassız olduğunu onunla əsaslandırılır ki, iddiaçının atası vəfat etdikdən sonra mənzilə olan payı müəyyən edilməmiş, onun xəbəri olmadan Kubra Mehdiyava öz adına yeganə vərəsə kimi vərəsəlik şəhadətnaməsi almış və sonra mənzili adına rəsmiləşdirmişdir. Mingəçevir şəhər Qeydiyyat şöbəsinin 23.02.2021-ci il tarixli arayışından da görünür ki, avtomatlaşdırılmış informasiya sistemində X20 qanun üzrə birinci növbəli vərəsələrin dairəsinə daxildir. Notariat ofisi bu məlumatı nəzərə almadan X10 adına şəhadətnamə verməklə, cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi qanunsuz və əsassız çıxarış vermişdir. Beləliklə, hesab edir ki, iddiaçının Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi, ev 22, mənzil 32 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, Mingəçevir şəhər 2 saylı xüsusi notariat kontorunun 07.06.2013-cü il tarixli 2V-01-200 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 10.07.2013-cü il tarixli, RX ******* saylı, ********** qeydiyyat nömrəli, **********60- 05101-093017 reyestr nömrəli Çıxarışı ləğv edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və göstərdi ki, o, mərhum Kubra Mehdiyevanın bacısıdır. Bacısının övladı olmamışdır. İddiaçının anası vəfat etdikdən sonra, X7 onun bacısı Kubra Mehdiyava ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Ondan sonra iddiaçı ata evindən çıxmışdır. O zamandan bu vaxta qədər iddiaçı Rusiya Federasiyasında yaşayır. Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. İddiaçının atası 2005-ci ildə vəfat etmiş, lakin iddiaçı yas mərasiminə belə gəlməmişdir. Hesab edir ki, iddiaçının tələbi əsaslı deyildir. Çünki iddiaçı mərhum atasının ölümündən 1 il sonra, 2006-cı ildə gəlmiş bir neçə gün qaldıqdan sonra yenidən Rusiya Federasiyasına qayıtmışdır. İddiaçı mirası nə faktiki qəbul etmiş, nə də rəsmi qəbul etmək üçün notariat kontoruna ərizə vermişdir. İddiaçı yalnız 2021-ci ildə, Kubra Mehdiyevanın ölümündən sonra gəlmiş və mübahisəli mənzilin vərəsəlik qaydasında adına rəsmiləşdirilməsi barədə müraciət etmişdir. İddiaçı heç vaxt ata yurduna qayıtmaq barədə real davranış nümayiş etdirməmiş, nə də mirası qəbul etmək niyyətinin olduğunu bildirməmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İş üzrə cavabdehlər Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Notariat ofisinin və 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə həmin cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 05 aprel 2021-ci il tarixli, **********82 saylı məktubdan görünür ki, Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi, ev 22, mənzil 32 ünvanında yerləşən mənzil Mingəçevir DTİ və MHQİ tərəfindən verilmiş 03.04.1996-cı il tarixli, 335A nömrəli qeydiyyat vəsiqəsi ilə X14 adına qeydiyyata alınmış, sonradan həmin mənzil Mingəçevir şəhər 2 saylı xüsusi notariat kontorunun 07.06.2013-cü il tarixli, 2V-01-200 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X10 adına tam mülkiyyət hüququ ilə 10.07.2013-cü il tarixli, ********** (**********60-05101-093017 reyestr) qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.02.2021-ci il tarixli 05/Q-122/15 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 05.05.1954-cü il tarixdə Kürdəmir rayonu, Mollakənd kəndində doğulmuş X19 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair 23.02.2021-ci il tarixədək yoxlama aparılmış və 1942-ci il tarixdə doğulmuş əri X21 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.02.2021-ci il tarixli 05/Q-122/15 saylı məktubdan görünür ki, X10 adına Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən 14.01.2021-ci il tarixli, 33 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “ünvan 3 ünvanı qeyd olunmuşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.02.2021-ci il tarixli 05/Q-121/15 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 1942-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş X21 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair 23.02.2021-ci il tarixədək yoxlama aparılmış və 05.05.1954-cü il tarixdə doğulmuş arvadı X19, 22.06.1969-cu il tarixdə doğulmuş oğlu X20 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.02.2021-ci il tarixli 05/Q-121/15 saylı məktubdan görünür ki, X14 adına Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən 15.10.2005-ci il tarixli, 511 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “ünvan 3 ünvanı qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********60- 05101-093017 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi, ev 22, mənzil 32 ünvanında yerləşən, ümumi sahəsi 54.78 kvadrat metr olan mənzil üzərində X10 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 10.07.2013–cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 ilə X10 nikahları 13.10.1993-cü il tarixdə Mingəçevir şəhərində bağlanmış və 216 nömrə ilə qeydə alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X21 14.10.2005–ci il tarixdə, X19 13.01.2021–ci il tarixdə vəfat etmişlər. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22.04.2021-ci il tarixli 05/Q-461/69 saylı arayışdan görünür ki, X21 ilə X9 nikahı haqqında 21 oktyabr 1969-cu il tarixdə 297 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Bayramova soyadı verilmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22.04.2021-ci il tarixli 05/Q-492/69 saylı arayışdan görünür ki, X18 09 noyabr 1989-cu ildə vəfat etmişdir. Ölüm haqqında 09 noyabr 1989-cu il tarixli 364 nömrəli akt tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli, 720 nömrəli məktubdan görünür ki, 14.10.2005-ci il tarixdə ölmüş X11 miras qalmış əmlaka dair Mingəçevir şəhər 2 saylı notariat ofisində 26.08.2012-ci il tarixdə vərəsəlik işi açılmış, mərhumun vərəsəsinə 26.08.2012-ci il tarixli 2V-1117 və 16.11.2016-cı il tarixli 2V-454 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İş materiallarına əlavə edilmiş notariat işinin kserosurətinə əlavə edilmiş Mingəçevir şəhər 2 saylı Notariat Kontorunda 16.11.2016–cı il tarixdə 2V-454 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 14.10.2005–ci il tarixdə vəfat etmiş X14 vərəsəsi – arvadı Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi, ev 22, mənzil 32 ünvanında yaşayan, X19 **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X16 aid ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 0.05 hektar olan torpaq sahəsindən 1/1 hissədə irs almışdır. İş materiallarına əlavə edilmiş notariat işinin kserosurətinə əlavə edilmiş Mingəçevir şəhər 2 saylı Notariat Kontorunda 26.08.2012-ci il tarixdə 2V-02-1117 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 14.10.2005–ci il tarixdə vəfat etmiş X14 vərəsəsi – arvadı Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi, ev 22, mənzil 32 ünvanında yaşayan X4 SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının 7732/012 nömrəli Mingəçevir bölməsində X16 aid şəxsi əmanət hesabındakı qalıq puldan irs almışdır. İş materiallarına əlavə edilmiş notariat işinin kserosurətinə əlavə edilmiş Mingəçevir şəhəri 3 saylı Mənzil İstismar Sahəsi tərəfindən 2012-ci il tarixdə verilmiş 640 saylı arayışın təsdiq edilmiş surətindən görünür ki, X21 ölən günədək Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi, ev 22, mənzil 32 ünvanında yaşamışdır. Mərhumun ölümündən sonra həmin ünvanda arvadı X19 qalmışdır. İş materiallarına əlavə edilmiş notariat işinin təsdiq olunmuş kserosurətinə əlavə edilmiş, X19 tərəfindən 13.10.2016–cı il, 15.11.2016–cı il və 16.11.2016–cı il tarixlərdə verilmiş ərizələrdən görünür ki, o, X6nun ölümündən sonra ondan qalan miras əmlakların qəbul edilməsi üçün Mingəçevir şəhər 2 saylı Xüsusi Notariat Kontoruna müraciət etmişdir. İş materiallarına əlavə edilmiş 24.11.2016-cı il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X19 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 18 noyabr 2016-cı il tarixdə verilmiş **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona aid olan ünvan 7 sahəsi 0.05 hektar olan torpaq sahəsini X1. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, X21 ilə X8 birgə nikahından 22.06.1969–cu il tarixdə iddiaçı X20 doğulmuşdur. X18 09 noyabr 1989-cu il tarixdə vəfat etmişdir. X21 ilə X19 13.10.1993-cü il tarixdə rəsmi nikah bağlayaraq evlənmişlər. Onların birgə nikahından uşaqları doğulmamışdır. X21 14.10.2005–ci il tarixdə vəfat etmişdir. X3 ünvan 7 sahəsi 0.05 hektar olan torpaq sahəsi, Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi, ev 22, mənzil 32 ünvanında yerləşən mənzil və Azərbaycan Respublikası Bankının 7732/012 nömrəli Mingəçevir bölməsində 2077D nömrəli şəxsi əmanət hesabındakı pul vəsaiti miras qalmışdır. X6 öləndən sonra onun təsərrüfatında yalnız X19 qalmışdır. Həmin miras əmlaklara görə Mingəçevir şəhər 2 saylı Xüsusi Notariat Kontoru tərəfindən X10 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında X2 şəhəri, 14-cü Bağ küçəsi 72A ünvanında yerləşən, ümumi sahəsi 0.05 hektar olan torpaq sahəsi və Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi, ev 22, mənzil 32 ünvanında yerləşən mənzil üzərində tam mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, iddiaçı atası ilə Kubra Mehdiyeva evləndikdən sonra mübahisəli miras mülkdən çıxmış və daimi olaraq yaşamaq üçün Rusiya Federasiyasına getmiş, həmin ölkənin vətəndaşlığını qəbul etmiş və hazırda da orada yaşayır. Miras açılan vaxt iddiaçı Rusiya Federasiyasında yaşadığı və orada olduğu üçün miras qoyanın dəfn mərasimində də iştirak etməmişdir. Mərhumun ölümündən yalnız bir il sonra gəlmiş və yenidən Rusiya Federasiyasına qayıtmışdır. Miras qoyan öldüyü zaman Kubra Mehdiyeva miras mülkdə tək yaşamışdır. Ona görə də miras qoyanın dəfn mərasiminə çəkilən xərcləri də o, öz vəsaiti hesabına təkbaşına təmin etmişdir. Kubra Mehdiyeva miras açıldıqdan sonra da miras evdə yaşamış və miras əmlakın abadlaşmasını və qorunub saxlanmasını təmin etmişdir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə iddiaçının hazırkı tələbi irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olub–olmaması, malik olduğu halda, həmin hüququn cavabdeh tərəfindən pozulub–pozulmaması məsələsinin araşdırılması zəruridir. Ona görə də məhkəmə hesab edir ki, iddianın qanuni həll edilməsi üçün iddiaçının müvafiq subyektiv hüququnun cavabdeh tərəfindən pozulub–pozulmaması məsələsinin araşdırılması üçün ilk növbədə miras əmlakın toplusuna daxil olan əmlakların və mirası qəbul etmiş vərəsələrin dairəsi müəyyən edilməlidir. Məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ X3 qalmış mirasın toplusuna keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının 7732/012 nömrəli Mingəçevir bölməsində 2077D nömrəli şəxsi əmanət hesabındakı qalıq pul vəsaiti, Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi, ev 22, mənzil 32 ünvanında yerləşən mənzil və ünvan 7 sahəsi 0.05 hektar olan torpaq sahəsi daxildir. Məhkəmə, həmçinin müəyyən etdi ki, X3 qalmış mirası miras açılan andan onun 1 nəfər birinci növbəli qanun üzrə vərəsəsi, X19 faktiki, sonra isə Mingəçevir şəhər 2 saylı Xüsusi Notariat Kontoruna ərizə verərək rəsmi qaydada qəbul etmişdir. Ona görə də onun adına 26.08.2012-ci il tarixdə 2V-1117 nömrəli reyestrdə, 07.06.2013-cü il tarixdə 2V-01- 200 nömrəli reyestrdə və 16.11.2016-cı il tarixdə 2V-454 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. 16.11.2016-cı il tarixdə 2V-454 nömrəli reyestrdə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Kubra Mehdiyevanın adına qeydiyyata alınmışdır. X19 18 noyabr 2016-cı il tarixdə verilmiş **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 7 sahəsi 0.05 hektar olan torpaq sahəsini özgəninkiləşdirmişdir. Hazırda iddiaçı tərəfindən 16.11.2016-cı il tarixdə 2V-454 nömrəli reyestrdə və 26.08.2012-ci il tarixdə 2V-1117 nömrəli reyestrdə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamələr mübahisələndirilmədiyi və həmin hallar iddia tələbinə daxil olmadığı, həmçinin iddia tələbindən kənara çıxmalara əsas verən müstəsna hal müəyyən edilmədiyi üçün məhkəmə həmin halları araşdırmır. Məhkəmə, həmçinin nəzərə alır ki, 07.06.2013-cü il tarixdə 2V-200 nömrəli reyestrdə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum X12 miras mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı tərəfindən həmin vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mübahisələndirilmişdir. Məhkəmə iddiada göstərilən tələblərin ifadə tərzi ilə istinad olunan dəlillər arasındakı mövcud ziddiyyətə münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsində tələbini, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi kimi göstərsə də, lakin iddia ərizəsinin əsaslandırıcı hissəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə deyil, etibarsız sayılmasına əsas olan dəlillərə istinad etmişdir. Ona görə də məhkəmə iddia tələbinə, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi şəklində baxılmasını, iddia tələbindən kənara çıxma kimi deyil, ifadə tərzində olan yanlışlığın aradan qaldırıması kimi qəbul edir və nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə olan halda məhkəmə iddia tələbi üzrə yalnız 07.06.2013-cü il tarixdə 2V-01-200 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəli, **********60-05101-093017 reyestr nömrəli Çıxarışın ləğv edilməsi, iddiaçının mirası faktiki qəbul etməsi faktının müəyyən edilməsi tələbinə qiymət verərək hesab edir ki, iddiaçının subyektiv vərəsəlik hüququ mərhum X19 tərəfindən pozulmadığına görə iddia tələbi əsaslı deyildir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən olunmuş halları mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmalıdır. Belə ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunverici Mülki Məcəllənin 1243.1–ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. X6 14.10.2005–ci il tarixdə öldüyündən ondan qalmış miras əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146–cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2–ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyindən, miras əmlak vərəsənin mülkiyyətinə qanun üzrə vərəsəlik qaydasında keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1–ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə–ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3–cü maddəsində göstərilir ki, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə istinad edilən maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X3 qalmış mirası, onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsəsi olan arvadı X2 şəhəri, Səməd Vurğun küçəsi, ev 22, mənzil 32 ünvanında yerləşən mənzildən istifadə etməklə faktiki olaraq qəbul etmişdir. O, həmçinin X6nun ölümündən sonra ondan qalan miras əmlakların qəbul edilməsi üçün Mingəçevir şəhər 2 saylı Xüsusi Notariat Kontoruna ərizə verərək rəsmi qaydada qəbul etmişdir. Belə ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu isə miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etməkdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə işin müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, miras açıldıqdan sonra mərhum X19 birinci növbəli qanun üzrə vərəsə kimi X3 miras qalmış Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi, ev 22, mənzil 32 ünvanında yerləşən mənzildən təyinatına uyğun olaraq istifadə etməklə sahibliyi həyata keçirmiş, həmçinin miras mülkün qorunub saxlanmasını və abadlaşdırılmasını təmin etməklə mirası faktiki idarə etmişdir. Bununla da o, mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2–ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, mübahisəli miras əmlak qanun üzrə vərəsə olan X19 tərəfindən həm faktiki, həm də rəsmi olaraq qəbul edildiyindən, o, haqlı olaraq X6nun vərəsəsi tanınmışdır. Bununla yanaşı, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, iddiaçı mirasın qəbul edilməsi müddəti ərzində, mirasın açıldığını bildiyi halda, mirası qəbul etməyə yönələn hərəkətlər etməmiş, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməmiş, həmçinin gecikdirmənin səbəbinin üzürlü sayılması barədə məhkəməyə müraciət etməmişdir. Ona görə də iddiaçı X3 qalmış mirasdan pay almaq hüququnu itirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246–cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248–ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri–müəyyənliyin, qeyri–sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Məhkəmə iddiaçının mirası faktiki qəbul etməsi ilə bağlı istinad etdiyi dəlillərə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı miras açıldıqdan üç ay ərzində notariat kontoruna müraciət etməli olduğu halda, o, miras açıldıqdan 16 il sonra notariat kontoruna və məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməmiş, həmçinin mirasın qəbul edilməsi müddətinin uzadılması barədə məhkəməyə müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1245–ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246–cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273–1–ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262–ci və 1263–cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262–ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263–cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Məhkəmə işin müəyyən olunmuş həmin hallarına uyğun olaraq hesab edir ki, iddiaçı nə şəxsən, nə də səlahiyyətli nümayəndə vasitəsilə mirası faktiki və ya notariat kontoruna ərizə vermək yolu ilə qəbul etmədiyinə və susduğuna, həmçinin subyektiv vərəsəlik hüququnu həyata keçirmədiyinə görə həmin hüququ itirmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı mirası faktiki qəbul etməmişdir. Məhkəmə, iddianın vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması ilə bağlı qanunda nəzərdə tutulmuş müddəti də ötürmüşdür. Belə ki, mübahisəli miras mənzilə dair mərhum Mehdiyeva Kübra Kamil qızının adına 07.06.2013-cü il tarixdə 2V-01-200 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən 29.042021-ci il tarixdə iddiaçının nümayəndəsinə rəsmi məlumat verilmiş, lakin iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi ilə bağlı 10.12.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Göründüyü kimi istinad olunan maddi hüquq normasında mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı 2 aylıq müddət müəyyən edilmişdir. Bu müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun B.Mürsəlovun şikayəti üzrə 12 mart 2020-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyinə görə kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, mübahisəli mənzilə dair verilmiş 07.06.2013-cü il tarixdə 2V-01-200 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və ********** qeydiyyat nömrəli, **********60-05101-093017 reyestr nömrəli Çıxarış hazırda qüvvədə olduğundan, iddiaçı isə subyektiv vərəsəlik hüququnu itirdiyindən, iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbini irəli sürərkən subyektiv hüquqa malik olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008–ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələb üzrə iddia qaldırarkən subyektiv hüquqa malik olmadığına görə iddia tələbi təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM–nin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 227, 357–360–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı X13 cavabdehlər Cavabdeh3, Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı Mingəçevir şəhər 2 saylı xüsusi notariat kontoru tərəfindən verilmiş 07.06.2013-cü il tarixli 2V-01-200 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 10.07.2013-cü il tarixli RX ******* saylı, ********** qeydiyyat nömrəli, **********60-05101-093017 reyestr nömrəli Çıxarışın ləğv edilməsi, ünvan 8 ünvanında yerləşən mənzilin miras əmlak kimi onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-304/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-304/2022
30.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver