Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-307/2021 05.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə, ərizəçi: Ərizəçi «doğum haqqında bərpa akt qeydində qeydlərin düzgün olmaması faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Şəki ŞİHB-nın Turan qəsəbə İƏD-si tərəfindən tərtib olunmuş xx.xx.1957- ci il tarixli,03 saylı doğum haqqında akt qeydin düzgün olmamasının, onun ana yeri qrafasında X4 olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq numayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Ərizəçi məhkəmə iclasında tələbini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.1956-cı ildə Şəki rayon Turan qəsəbəsində doğulmuşdur. Doğum haqqında xx.xx.1957-ci ilin 3 saylı akt qeydi aparılaraq onun anası qeyd olunan qrafada X1 qeyd edilmişdir. Halbuki bütün sənədlərdə, məsələn:anasının 1955-ci ildə Şəki rayon Taxılçılıq qəsəbəsində qeydə aldığı nikaha daxil olması haqda şəhadətnaməsində, anasına məxsus şəxsiyyət vəsiqəsində və digər sənədlərdə adı X4 qeyd edilmişdir. Anası ona onun mülkiyyətində olan əmlakını bağışlamaq istəyir, lakin onun doğum şəhadətnaməsində anasının adı düzgün qeyd edilmədiyindən bu əməliyyatı apara bilmir. Yeganə ona aid doğum haqqında şəhadətnamədə anasının adı düzgün qeyd edilməyib. O, Maraqlı şəxsnə düzəliş edilməsini xahiş etsə də, ona bu məsələnin məhkəmə qaydasında həll olunması haqda 05/Q-130/15 saylı xx.xx.2020-ci ol tarixli məktubla cavab verilmişdir. Ona görədə məhkəməyə müraciət edərək, Şəki ŞİHB-nın Turan qəsəbə İƏD-si tərəfindən tərtib olunmuş xx.xx.1957- ci il tarixli,03 saylı doğum haqqında akt qeydin düzgün olmamasının, onun ana yeri qrafasında X4 olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə olan, Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/Q-130/15 saylı məktubundan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunmuş anasına məxsus şəxsiyyət vəsiqəsində ərizəçinin anasının adı həqiqətən də X2 qeyd olunur. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi sənədi başqa yolla əldə edə bilmir. Ona görə də ərizəçinin tələbinə baxılması üçün Azərbaycan Respublikası MPM-nin 308 və 310-cu maddələrində nəzərdə tutulmuşşərtlər mövcuddur və həmin maddənin 307.2.3-cü maddəsinə əsasən tələb olunan fakt məhkəmə qaydasında müəyyən oluna bilər. Məhkəmə iş üzrə təsdiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar yetərlidir və tələb təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : Ərizə təmin olunsun. Ərizəçi barədə doğum akt qeydinin düzgün olmaması, ana qrafasında X4 yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydinin düzəldilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-307/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-307/2021
05.02.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver