Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-309/2025 10.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Əlifdar qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 Əlifdar qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı və cavabdehlər Cavabdeh1 Əlifdar qızı, Cavabdeh2 və Cavabdeh3 arasında əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında olan paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri Sabir küçəsi 11/51 saylı evin, 2 saylı mənzili ümumi paylı mülkiyyət hüququ üzrə onun və qardaşı X1 adlarına 19 aprel 201l-ci ildən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mənzilin ümumi sahəsi 68.69 kv. metr sahədən ibarətdir. X8 31 noyabr 2016-cı ildə vəfat etmişdir. Cavabdehlərdən Cavabdeh1 Eldar Allahverdiyevin arvadı, Tofiq və Cavabdeh2 isə övladları olmaqla birinci növbə vərəsələridir. Cavabdehlər mirasın qəbulu ilə bağlı hər hansı hərəkət etmirlər. Onlarla hər hansı razılığa gəlmək mümkün deyildir. O isə belə yaşaya bilmir. Mingəçevir şəhər məhkəməsinin 01 aprel 2024-cü il tarixli qətnaməsi ilə paylarının naturada bölünməsi tələbi mümkün olmadığından iddiası təmin olunmamışdır. O isə onlarla birgə yaşaya bilmir. Paylarının ayrılması mümkün deyildir. Dəfələrlə təklif etməyinə baxmayaraq cavabdehlər paylarının bölünməsinə razılıq vermir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirak etməmiş, ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh1 vəkili Vəkil2 məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə müraciət edərək, işlə tanış olmaq üçün vaxt tələb olunduğunu, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək, işin təxirə salınmağını xahiş etdi, əmlakın hərracdan satılaraq paylara mütənasib surətdə bölüşdürülməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı və cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələri ilə bağlı heç bir üzrlü səbəb bildirməmişlər. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin müəyyən olunmuş halı: Mingəçevir şəhəri Sabir küçəsi 11/51 saylı evin, 2 saylı mənzili ümumi paylı mülkiyyət hüququ üzrə İddiaçı və qardaşı X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mənzilin ümumi sahəsi 68.69 kv. metr sahədən ibarətdir. X8 vəfat etdikdən sonra cavabdehlərdən Cavabdeh1 Eldar Allahverdiyevin arvadı, Tofiq və Cavabdeh2 isə övladları olmaqla birinci növbə vərəsələridir. İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m olan mənzilin ½ hissə payla İddiaçı, ½ hissə payla X2 adına olması nəzərə alınaraq əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında olan paylarına mütənasib surətdə bölüşdürülməsini xahiş edir. Cavabdehlər iddia tələbi ilə bağlı etiraz bildirməmişlər. İş materialları: “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m olan mənzil, ½ hissə payla İddiaçı, ½ hissə payla X2 adına xx.xx.2023-cü il tarixdə ********** nömrəli ilə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə verilmiş ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X4 xx.xx.2013-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər Cavabdeh1, İddiaçı, Cavabdeh2dır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-43/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 Əlifdar qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı paylara uyğun naturada bölünmə tələbinə dair iddiası təmin edilməmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 02-55/25 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m olan, ½ hissə payla İddiaçı, ½ hissə payla X3 məxsus olan mənzilin hazırki vaxta bazar dəyəri 57,500 manat, likvid dəyəri 51,500 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.https://e-qanun.az/framework/46945 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: İddiaçı əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl cavabdehlərlə paylı mülkiyyətlərində olan əmlakın bölünməsi, bu mümkün olmadığından isə sonradan öz payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi yolu ilə həll edilməsinə üçün iddia qaldırmış, lakin iddiasıtəmin edilməmişdir. Hazırda iddiaçı tərəflərin ümumi mülkiyyətində olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb edir. İş üzrə müvafiq ekspert rəyi alınmış və ümumi paylı mülkiyyətdə olan əmlakın bazar və likvid dəyəri müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Əlifdar qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddiası təmin edilməli, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m olan mənzil tərəflər arasında qapalı hərracda, mümkün olmadıqda açıq hərracda satılmalı, satışdan əldə edilən pul vəsaiti həmin mülkiyyətə ½ hissə payla İddiaçı, ½ hissə payla X3 məxsus olması nəzərə alınaraq X2 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bölüşdürülməli, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m olan mənzilin ilkin satış qiyməti 57,500 manat müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı və cavabdehlər Cavabdeh1 Əlifdar qızı, Cavabdeh2 və Cavabdeh3 ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m olan mənzil tərəflər arasında qapalı hərracda, bu mümkün olmadıqda açıq hərracda satılsın. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m olan mənzilin satışından əldə olunan pul vəsaiti həmin mənzilin mülkiyyətçiləri arasında ½ hissə payla İddiaçı, ½ hissə payla X2 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus payda olması nəzərə alınaraq bölüşdürülsün. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m olan mənzilin ilkin satış qiyməti 57,500 manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Güləndam Quliyeva