Məhkəmə qərarları › İş №2(051)-312/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-312/2022

14.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-312/2022 14.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru X5 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Mingəçevir Peşə məktəbibnin direktoru X5 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia əizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildiridi ki, 1989-cu ilin sentyabr ayında Mingəçevir Peşə məktəbinə işə qəbul olunmuşdur. Həmin gündən 17.09.2019-cu il tarixə kimi peşə məktəbində işləmişdir. Məktəbə yeni direktor təyin edlmiş İlham İlyasov onu 2019-cu iln sentyabr ayında qanunsuz olaraq onu işdən çıxartmışdır. Qanunsuz olaraq işdən azad olunduğuna görə işə bərpa tələbinə dair iddia əizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsində onun əvvəlki işinə bərpa olunması və məcburi proqula görə əmək haqqının ödənilməsi qət edilmişdir. Ancaq məhkəmə prosesi uzun müddət çəkdiyinə, bir neçə instansiyalardan keçdiyinə, məhkəmə qərarı gec icra olduğuna görə iki il işsiz qalmış, bu müddət ərzində həm maddi, həm də mənəvi cəhətdən pis vəziyyətə düşmüşdür. İşlədiyi üçün “KapitalBank”dan kredit götürmüşdür. İşdən azad olunduğuna görə ödənişi düzgün yerinə yetirməmiş, gecikmələr olduğu üçün cəimə hesablanmışdır. Hazırda banka 3300 manat borcu yaranmışdır. İşdən qanunsuz çıxarılması ilə bağlı məhkəməyə müraciət edən zaman məhkəmə sənədləri, yol xərci, məktub, teleqram üçün 1000 manat xərcləmişdir. Dolanışıq, çörək pulu, xəstəliyin müalicəsi ilə əlaqədar 2000 manat dəyərində qızıl əşyalarını satmışdır. Beləliklə cavabdehin hərəkətləri nəticəsində ona 6300 manat məbləğində zərər dəymişdir. Bundan əlavə cavabdehin hərəkətləi nəticəsində həm xəstə əri, həm də özü mənəvi sarsıntı keçirmiş, mənəvi sarsıntıdan gözləri zəifləmişdir. Ona 3000 manat mənəvi ziyan dəymişdir. İddianın təmin olnmasını, vurulmuş maddi zərərə görə 6300 manat, mənəvi zərərə görə 3000 manat olmaqla, cəmi 9300 manat pulun və dövlət rüsumu kimi ödəmiş olduğu 113 manat pulun cavabdeh Mingəçevir Peşə məktəbibnin direktoru İlham İlyasovdan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Mingəçevir Peşə məktəbinin direktorunun nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, həqiqətən də, iddiaçı Vüsalə Haqvediyeva ilə əmək müqaviləsinə 17.09.2019-cu ildə əmək müqaviləsinin bitməsi səbəbindən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsindən narazı qalmış İddiaçı məhkəməyə işə bərpa olunmasına dair iddia tələbi ilə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə o, əvvəlki işinə bərpa olunmuşdur. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin qanuni hesab etmiş, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti, daha sonra kassasiya şikayəti vermiş, lakin şikayətlər təmin olunmamışdır. Əslində iddiaçı ilə 17.09.2019-cu ildə əmək müqaviləsinə müddətin bitməsi səbəbindən deyil, ştatların, işçilərin sayının ixtisarı ilə xitam verilməli idi. Ona görə ki, həmin vaxt iddiaçının ixtisasına uyğun qrup YOX idi, maddi-texnikibaza olmadığına görə həmin ixtisas qəbul planına daxil edilməmişdir. Ona görə də məhkəmə qərarının icrasında çətinlik yaranmışdır. İddiaçı V.Haverdiyevanın əvvəlki işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə 10.11. 2021-ci il tarixli əmir verilmiş, ona məcburi əmək haqqı kimi 8496,26 manat ödənilmişdir. Hesab edir ki, iddia əsassızdır, təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşə əlavə edilmiş Mingəçevir Peşə məktəbinin direktorunun 74 №-li 10.11.2021-ci il taixli əmrindən görünür ki, direktorun 122 saylı 17.09.2019-cu il tarixli əmrin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqqaviləsi ilə Mingəçevir Peşə məktəbinə istehsalat təlimi ustası vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi əmr edilmişdir. İşə əlavə olunmuş 17.03.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, “KapitalBank” vasitəsi ilə Mingəçevir Peşə məktəbinin hesabına əmək haqqı ödənişi üçün 15325,63 manat köçürülmüşdür. İşə əlavə olunmuş ödəniş sənədindən görünür ki, 2022-ci ilin mart ayında Mingəçevir Peşə məktəbində X1 8496,26 manat əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən əhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXdur. İddiaçı tələbində cavabdehdən maddi zərərə görə 6300 manat, mənəvi zərərə görə 3000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxaılmasını xahiş etmiş, iddiasını cavabdeh tərəfindən qanunsuz olaraq işdən çıxarılması ilə əsaslandırmışdır. Belə ki, iddiaçı tələbində işdən çıxarıldığına görə bankdan aldığı krediti ödəyə bilmədiyi üçün 3000 manat kredit borcu yarandığını, məhkəmə sənədləri, məktub, teleqram və nəqliyyat xərci ilə əlaqədar 1000 manat, dolanışıq, xəstəliyin müalicəsi ilə əlaqədar 2000 manat dəyərində qızıl əşyalarını satdığını, nəticədə ona 6300 manat məbləğində maddi zərər vurulmuş olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci madəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci madəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Prossesual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. İddiaçı ona tələb etdiyi məbləğdə maddi zərərin vurulduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyinə görə məhkəmə hesab edir ki, iddia maddi zərərin ödənilməsi barədə hissədə təmin edilməməlidir. İddiaçı, həmçinin, cavabdehin hərəkətləri nəticəsində ona 3000 manat mənəvi zərər vurulduğunu bildirərək həmin zərərin ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin qərarda göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarda, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər-insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndində göstərilir kİ, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 2-ci bəndində, həmçinin, göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində şərəf və ləyaqətini alçaldan ifadələr işlətməsi və ya ona qarşı şərəf və ləyaqətini alçaldacaq hər hansı bir hərəkət etməsi iş materialları ilə öz əksini tapmamışdır. Cavabdehin hərəkətlər nəticəsində iddiaçının sağlamlığının pozulması, yəni iztirab keçirməsi barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə müəyyən edilir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyinə görə işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiaçı məhkəmədə iddia qaldırmış, məhkəmənin qətnaməsi ilə onun iddiasının təmin edilməsi, işə bəpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilmiş, cavabdeh müddətsiz əmək müqaviləsi ilə İddiaçı Mingəçevir Peşə məktəbinə istehsalat təlim ustası vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi barədə 10.11.2021-ci il tarixli əmr vermiş, məcburi iş buraxmaya görə iddiaçıya 8496,26 manat əmək haqqı ödənilmişdir. Beləliklə, iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərər vurulmasını, eləcə də 6300 manat məbləğində maddi zərərin vurulmasını təsdiq edən sübutu təqdim etmədi. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı iş üzrə» 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sübut təqdim edilmədiyinə, əsassız olduğuna görə iddia tələbi təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddiaçı Mingəçevir Peşə məktəbinin direktoru İlham İlyasova qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar