Məhkəmə qərarları › İş №2(051)-32/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-32/2025

03.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-32/2025 03.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun bərpa olunması, zəbt olunmuş torpaq sahəsindən məcburi çıxarılması və ona məxsus torpaq sahəsində qanunsuz tikilmiş tikintinin sökülməsi tələbinə dair mülki iş açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, mülkiyyət hüququnun bərpa olunması, cavabdeh X1 tərəfindən zəbt olunmuş torpaq sahəsindən məcburi çıxarılması və ona məxsus torpaq sahəsində qanunsuz tikilmiş tikintinin sökülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı tərəf tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh zəbt etdiyi onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən məcburi çıxarılması, ona məxsus torpaq sahəsində qanunsuz tikilmiş tikintinin sökülməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və vəkilə ödədiyi 300 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, onun ünvan 2 ünvanında yerləşən 0.06 sot torpaq sahəsi mülkiyyət hüququ üzrə ona məxsusdur. Mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2022-ci il tarixli ********** №-li çıxarış verilmişdir. Cavabdeh 2022-ci il tarixdə zorla həmin torpaq sahəsinə daxil olmuş, bu azmış kimi həmin torpaq sahəsində qanunsuz olaraq yaşayış evi tikmişdir. Əlavə yardımçı tikinti işləri aparır. O dəfələrlə cavabdehin ona məxsus torpaq sahəsindən çıxmasını tələb etsə də, o buna məhəl qoymur, torpaq sahəsindən çıxmaq istəmir. O hüquqlarının müdafiəsilə bağlı yerli X4, Respublikanın aidiyyəti orqanlarına yazılı şəkildə rəsmi müraciət etmişdir. Hal-hazırda Mingəçevir şəhər prokurorluğunda bu məsələ ilə bağlı etdiyi şikayət əsasında araşdırma aparılır. Odur ki, məhkəmədən, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh tərəfə tərəfindən iddia ərizəsinə etiraz ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququnun bərpa olunması, cavabdeh X1 tərəfindən zəbt olunmuş torpaq sahəsindən məcburi çıxarılması və ona məxsus torpaq sahəsində qanunsuz tikilmiş tikintinin sökülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər Məhkəməsindən almışdır. İddia ərizəsi ilə tanış olarkən iddia tələbinin tam qanunsuz və əsassız olduğunu müəyyən etdi. Belə ki, o, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda yaşayır. Lakin, bu yaxınlarda İddiaçı nümayəndəsi onlara məxsus torpaq sahəsinə gələrək guya onların İddiaçı torpaq sahəsini zəbt etdiklərini bildirdi. O buna qəti etirazını bildirdi və Aran küçəsi 37 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evini Miasə adlı qadından aldığını bildirdi. Lakin, İddiaçı nümayəndəsi ona çıxarış göstərərək qeyd olunan torpaq sahəsinin İddiaçı məxsus olduğunu bildirdi. Ancaq o ona yenə qeyd olunan torpaq sahəsinin ona məxsus olduğunu bildirdi. Elə buna görə də aralarında anlaşılmazlıqlar yarandı. Bundan başqa onu da qeyd edir ki, iddiaçının torpaq sahəsi Mingəçevir şəhərinin Aran küçəsində başqa yerdə yerləşir. O ona məxsus torpaq sahəsini zəbt etməmişdir. Ən əsası isə iddiaçının torpaq sahəsinin harada yerləşməsini təsdiq edən koordinatları dəqiq müəyyən olunmamışdır. Belə ki, iddiaçıya torpaq sahəsi icra məmurunun müəyyən etdiyi və göstərdiyi sərhəd nöqtəsindən koordinatlar vurulmuşdur. Bu isə qanunvericiliyin tələbinə tam ziddir. Çünki, icra məmuru koordinat müəyyən edən şəxs koordinat müəyyən edən şəxs deyil Koordinatları Daşınmaz Əmlakın mütəxəssisləri müəyyən edir. Odur məhkəmədən İddiaçı ona qarşı mülkiyyət hüququnun bərpa olunması, zəbt olunmuş torpaq sahəsindən məcburi çıxarılması və ona məxsus torpaq sahəsində qanunsuz tikilmiş tikintinin sökülməsi tələbinə dair iddiasının rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı etiraz ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında İddiaçı tərəfindən verilmiş izahatdan görünür ki, sözügedən torpaq sahəsinin əvvəl yarısını almışlar. Sonra isə tamamını öz mülkiyyətinə götürmüşdür. Həmin evi hasarlamışdır. Torpağı cavabdehi aldadıb satmışlar. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, onların evi 3 otaqdan ibarətdir. Torpağın sənədi vardır. O öz sənədlərini bilmir. Həmin torpaq sahəsini sahibindən almışdır. Torpaq sahəsi üçün pul notarius vasitəsi ilə verilmişdir. Onlar 5 ildir ki, sözügedən torpaq sahəsini satın almışlar. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-ın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhərində yerləşən 0.0269 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi – xx.xx.2015-ci ildir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-ın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi – xx.xx.2022-ci ildir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi ölçüləri və planı göstərilmişdir. İşdə olan DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş torpaq kadastr məlumaları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə dair müraciətdən görünür ki, cəmi xidmət haqqı 95 manat təşkil edir. İşdə olan DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-3848/2024 saylı mütəxəssis rəyindən görünür ki, X5 məxsus ünvan 5 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin 0.0321 ha hissəsi naturada cavabdeh X3 tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan cavabdeh tərəfindən istifadə edilən 0.0321 ha torpaq sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında cavabdehə aid sənədlər mövcud olmadığından torpaq sahələrinin sənəd üzrə və naturada ölçülərinin hansı hissədə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən naturada istifadə edilən 0.0321 ha torpaq sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Cavabdeh tərəfindən naturada istifadə edilən 0.0321 ha torpaq sahəsi üzərində tikili mövcuddur. Cavabdeh tərəfindən naturada istifadə edilən 0.0321 ha torpaq sahəsi üzərində tikili mövcuddur və tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-ın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Aran küçəsi, 15-də yerləşən torpaq sahəsi X2 mülkiyyətində olmuşdur. Qeydiyyat tarixi - xx.xx.2021-ci il tarixdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-ın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Aran küçəsi, 39-da yerləşən torpaq sahəsi X6 mülkiyyətində olmuşdur. Qeydiyyat tarixi – xx.xx.2019-cu il tarixdir. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının 27 yanvar 2025-ci il tarixli, 10/9179 nömrəli rəyindən görünür ki, DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-3848/2024 saylı mütəxəssis rəyinə əsasən X5 məxsus ünvan 5 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin 0.0321 ha hissəsi naturada cavabdeh X3 tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan cavabdeh tərəfindən istifadə edilən 0.0321 ha torpaq sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında cavabdehə aid sənədlər mövcud olmadığından torpaq sahələrinin sənəd üzrə və naturada ölçülərinin hansı hissədə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən naturada istifadə edilən 0.0321 ha torpaq sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Cavabdeh tərəfindən naturada istifadə edilən 0.0321 ha torpaq sahəsi üzərində tikili mövcuddur. Cavabdeh tərəfindən naturada istifadə edilən 0.0321 ha torpaq sahəsi üzərində tikili mövcuddur və tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, ünvan 2 ünvanında yerləşən 0.06 sot torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan mütəxəssis və ekspert rəylərinə əsasən X5 məxsus ünvan 5 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin 0.0321 ha hissəsi naturada cavabdeh X3 tərəfindən istifadə edilir və cavabdeh tərəfindən naturada istifadə edilən 0.0321 ha torpaq sahəsi üzərində tikili mövcuddur. Cavabdeh tərəfindən naturada istifadə edilən 0.0321 ha torpaq sahəsi üzərində tikili tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçı cavabdehə dəfələrlə zəbt edilmiş torpaq sahəsindən könüllü olaraq çıxmasını və torpaq sahəsi üzərindəki tikilini sökməsini təklif etsə də cavabdeh bundan imtina etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli torpaq sahəsinin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, işdə olan sənədlərə əsasən təsdiq edilir ki, mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-ın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Məhkəmə işin müəyyən edilmiş həmin hallarına qiymət verərək hesab edir ki, İddiaçı mübahisəli torpaq sahəsi üzərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-ın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində İddiaçı mülkiyyətində olduğunu təsdiq edir və bununla bağlı mübahisəyə mülkiyyət hüququna dair normalar əsasında qiymət verilməlidir. Çünki həmin çıxarışla torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Həmin çıxarışda göstərilir ki, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində İddiaçı mülkiyyətindədir. Ona görə də məhkəmə hesab edir ki, həmin mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olduğundan, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. Lakin cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehlərə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdehə münasibətdə tətbiq olunan normada göstərilən şərtlər hazırkı iş üzrə məcmu halında mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq, Cavabdeh qanunsuz sahibliyində iddiaçıya məxsus olan 0.0321 ha torpaq sahəsində fərdi yaşayış evi mövcuddur. Hazırda cavabdehin qeyd olunan, 0.0321 ha torpaq sahəsi üzərində heç bir əşya hüququ qeydiyyata alınmamış və onun sahibliyi qanunsuzdur. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111–ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2–ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3–cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-ın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh zəbt etdiyi İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 0.0321 ha hissəsindən məcburi çıxarılmalı, İddiaçı məxsus torpaq sahəsində qanunsuz tikilmiş tikinti sökülməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, AR MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Vəkilə göstərdiyi yardıma görə xərc üçün 300 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Ekspertiza rəyinin verilməsi üçün çəkilən xərc olan 50 (əlli) manat dövlət büdcəsinə ödənilməli və cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, AR MPM-in 117.1-ci maddəsinə əsasən Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh zəbt etdiyi İddiaçı xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən torpaq sahəsindən məcburi çıxarılsın. İddiaçı məxsus torpaq sahəsində qanunsuz tikilmiş tikinti Cavabdeh hesabına sökülsün. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilsin. Vəkilə göstərdiyi yardıma görə xərc üçün 300 (üç yüz) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ekspertiza rəyinin verilməsi üçün çəkilən xərc olan 50 (əlli) manat cavabdehdən tutulub iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar