Məhkəmə qərarları › İş №2(051)-34/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-34/2020

01.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-34/2020 01.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, iddiaçı Mingəçevir şəhəri müstəqil “Birlik” kooperativinin sədri X1 iştirakı ilə, iddiaçı: Mingəçevir şəhəri müstəqil “Birlik” kooperativinin cavabdeh: Cavabdeh qarşı Mingəçevir şəhəri müstəqil “Birlik” kooperativinə aparan yolun üstündə tikilmiş mal tövləsinin sökülərək yolun azad edilməsi və müstəqil “Birlik” kooperativinə vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Mingəçevir şəhəri müstəqil “Birlik” kooperativi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehin 1996-cı ildən onun təqsiri ucbatından fəaliyyətini dayandırmış müstəqil “Birlik” koperativinə və onun üzvlərinə vurduğu 4999 manat ziyan məbləğini ondan müstəqil “Birlik” kooperativi və onun üzvlərinin xeyrinə tutulması, cavabdehin müstəqil “Birlik” koperativinə vuracağı gələcək ziyanların qarşısının alınması üçün onun müstəqil “Birlik” kooperativinin Gəncə şossesinə çıxış yolunun üstündə inşa etdiyi tövlə sökülməsini və yolun tam ölçüdə bərpa edilməsini xahiş etmişdir. İddiaçı Mingəçevir şəhəri müstəqil “Birlik” kooperativinin sədri X2 məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, o, Mingəçevir şəhəri, X4 şosesi 8a ünvanında yerləşən müstəqil “Birlik” kooperativinin sədridi. Müstəqil “Birlik” kooperativi Mingəçevir şəhər XDS-nin İcraiyyə Komitəsinin 84 saylı xx xxxx 1991-ci il tarixli qərarı ilə yaradılmış və ona Mİngəçevir şəhəri Sağ Sahildə “Yol maşınları” zavodunun keçmiş yardımçı təsərrüfatının şimal hissəsində 0,50 ha torpaq sahəsi ayrılmışdır. Mingəçevir şəhərinin adı çəkilən qərara əlavə etdiyi baş plandan çıxarışa əsasən kooperativi Gəncə şosesi ilə birləşdirən yol müəyyən edilmişdir. Cavabdeh adı çəkilən yolun üstündə mal tövləsi tikərək neçə illərdir (1993-cü ildən bəri) onun iqtisadi fəaliyyətini mümkünsüz etmişdir. Müştərilər yolun olmaması səbəbindən artıq ona müraciət etməmiş və kooperativ 1996-cı ildən bəri fəaliyyətini dayandırmışdır. KOperativlərinin 3 üzvü olmasını nəzərə alaraq və minimal əmək haqqının 136 manat olduğunu nəzərə alaraq cavabdehin kooperativin üzvlərinə vurduğu ziyan 136*3/12/(2016- 1996)=97920 manat təşkil edir. Koperativin iqtisadi fəaliyyətini mümkünsüz olması onun işgüzar nüfuzuna ziyan vurmuşdur. Bu ziyanı 2080 manat miqdarında qiymətləndirilir. Ona görə də cavabdehin 1996-cı ildən onun təqsiri ucbatından fəaliyyətini dayandırmış müstəqil “Birlik” koperativinə və onun üzvlərinə vurduğu 4999 manat ziyan məbləğini ondan müstəqil “Birlik” kooperativi və onun üzvlərinin xeyrinə tutulması, cavabdehin müstəqil “Birlik” koperativinə vuracağı gələcək ziyanların qarşısının alınması üçün onun müstəqil “Birlik” kooperativinin Gəncə şossesinə çıxış yolunun üstündə inşa etdiyi tövlə sökülməsini və yolun tam ölçüdə bərpa edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsina baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər XDS-nin İcraiyyə Komitəsinin 84 saylı xx xxxx 1991-ci il tarixli qərarına əsasən “Birlik” kooperativinə Aqrasənayetikintimaterialları tresti Mingəçevir Dəmir-beton məmulatları zavodu nəzdindən çıxıb, müstəqil fəaliyyət göstərməsinə icazə verilmiş, kooperativin müstəqil fəaliyyət göstərməsi üçün Mİngəçevir şəhəri Sağ Sahildə “Yol maşınları” zavodunun keçmiş yardımçı təsərrüfatının şimal hissəsində 0,50 ha torpaq sahəsi ayrılmışdır. İşə əlavə olunmuş 31451 №-li, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Mingəçevir şəhətində yerləşən, müstəqil “Birlik” Kooperativinə gedən yolun Mingəçevir şəhər İcra Hakimiyyətinin baş memarı tərəfindən tədqiq edilmiş Mingəçevir şəhər baş planından çıxarış üzrə, abtobazanın istifadəsində olan torpaq sahəsinin hasara alınmış ərazinib kənarı ilə olduğu və həmin yolun üzərində cavabdeh tərəfindən 6x12m ölçüdə tikili inşa edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim başqa məsələlərlə yanaşı tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən edir. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı Mingəçevir şəhəri müstəqil “Birlik” kooperativi ilə cavabdeh arasında yaranmış hüquq münasibətləri qanunsuz tikilinin sökülməsi ilə bağlı yaranan mülki mübahisədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. İddianın hüquqi əsaslarından biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin mülkiyyətçi olmayan şəxslərin hüquqlarından bəhs edən 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da mülkiyyət hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, ekspert rəyini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçı müstəqil “Birlik” kooperativi Cavabdeh qarşı torpaq sahəsindəki qanunsuz tikililərin sökülməsi və zəbt olunuş torpaq sahəsindən çıxarılması tələbi əsaslıdır. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı müstəqil “Birlik” kooperativinə gedən yol cavabdeh tərəfindən tövlə tikilməklə bağlanmışdır. Cavabdehin tərəfindən tikilmiş tövlə iddiaçımüstəqil “Birlik” kooperativinin dəaliyyətinə maneçilik törədir. Bunu iş materialları ilə və ekspert rəyi ilə aydın görmək olar. Ekspertizanın rəyində iddiaçımüstəqil “Birlik” kooperativinə gedən yolun açılması və sözügedən tikilinin sökülməsi göstərilmişdir. İddiaçının tələbinin tikilinin sökülməsi və yolun açılması hissədə təmin edilməlidir. İddia dəymiş ziyanla bağlı hissədə təmin olunması isə mümkün deyil. Belə ki, iddiaçı bununla bağlı heç bir sübut təqdim etməmiş, təqdim etdiyi sübutlar isə iddianın həmin hissədə təmin olunması üçün əsas deyil. Ona görə də iddia qismən təmin olunmalı, Mingəçevir şəhəri müstəqil “Birlik” kooperativinin Gəncə Şossesinə çıxış yolunun üstündə inşa edilmiş tövlə sökülməli və yol tam formada bərpa edilməldir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Mingəçevir şəhəri müstəqil “Birlik” kooperativinin Gəncə Şossesinə çıxış yolunun üstündə inşa edilmiş tövlə sökülsün və yol tam formada bərpa edilsin. İddia qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar