Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-368/2021 03.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququ” tələbinə dair müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh arasında birgə nigah dövründə əldə olunmuş ünvan 1 ünvanda yerləşən mülkiyyətini və cavabdehə aldığı “Mitshubsi Pajero” markalı avtomobilin bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə uzun illər öncədən ailə həyatı qurmuşlar. Cavabdeh ilə birgə nikah dövründə “Mitshubsi Pajero” markalı avtomobil almış və onu ata mülkində onlara pay verilmiş torpağda ev tikdirmişdir. Cavabdehlə aralarında olan söz söhbətlər nəticəsində 11 sentyabrda onu döyərək evdən qovmuş, həmin vaxtdan sonra indiyə qədər Bərdə rayon Alaçadrlı kəndində müvəqqəti olaraq yaşayır. Ona görə də Cavabdeh arasında birgə nigah dövründə əldə olunmuş ünvan 1 ünvanda yerləşən mülkiyyətini və cavabdehə aldığı “Mitshubsi Pajero” markalı avtomobilin bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Cavabdeh oğlu məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehlə illər əvvəl rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Lakiin sonradan münasibətləri pisləşmiş aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh onun evini tərk edərək getmişdir. Hər şeyi özü almışdır. İddiaçının adına heç bir şey yoxdur. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş Ağdaş rayonu Hapıtlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 10.03.2017-ci il tarixli 66 saylı arayışdan görünür ki, X1 rayonu Hapıtlı kəndində yaşayır. İddiaçı iddia ərizəsində göstərilən əmlakların dəyərinə dair mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. Həmin rəydə göstərilən qiymətlər iddia ərizəsində qeyd olunan qiymətlərə uyğundur. Məhkəmə, təqdim olunmuş sübutları müqayisəli şəkildə təhlil edib, tərəflər arasında olan münasibətlərə tətbiq olunmalı hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı cavabdehlə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, cavabdehlə birgə nikah dövründə əldə edilmiş avotomobilin və yaşayış evinin birgə nikah dövründə əldə etdiklərini iddia etsə də bu barədə heç bir əsaslı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, tərəflərin izahatı, və işdə olan digər sübutlarla müəyyən olunmuşdur ki, iddia ərizəsində göstərilmiş ünvan 1 ünvanda yerləşən mülkiyyətini və cavabdehə aldığı “Mitshubsi Pajero” markalı avtomobilin birgə nikah dövründə əldə edilməsi məhkəmə tərəfindən müəyyən olunmamışdır. İddiaçı bu barəd məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən daxil olmuş məktubdan görünür ki, Mingəçevir şəhəri İşıq-Sahil Koroğlu küçəsi 40 nömrəli binanın 1 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrindəndə qeydiyyata alınması aşkar edilməmişdir. Məhkəmə işə baxarkən tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu və sübutetmə tərəflərin üzərinə düşdüyü halda iddiaçının heç bir mötəbər sübüt təqdim etmədiyi üçün iddia təmin olunmamalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ilə arasında birgə nikah dövründə əldə olunmuş ünvan 2 ünvanında yerləşən mülkiyyətlərini və cavabdehə aldığı “Mitsubishi Pajero” markalı avtomobilin bölünməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-368/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-368/2021
03.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver