Məhkəmə qərarları › İş №2(051)-404/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-404/2025

22.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-404/2025 22.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı (Üçüncü şəxslər: X19, Mingəçevir regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi) miras əmlaka mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvandakı mənzil X8 aid olan mirasın İddiaçı adına çatası 1\3 hissəsinə, X12 adına çatası 1\3 hissəsinə mülkiyyət hüququnun tanınması haqda müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf sonradan iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, ünvan 1 ünvandakı mənzilin X8 aid olan ¼ hissəsinin İddiaçı adına çatası 1/3 hissəsinə, X12 adına çatası 1/3 hissəsinə miras payının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı X13 ilə xx.xx.1980-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuş və birgə nikahdan xx.xx.1986-cı il təvəllüdlü X14, xx.xx.1989-cu il təvəllüdlü X19 və xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh adlı uşaqları vardır. Müvəkkilim paylı mülkiyyət olan ünvan 2 ünvanda yaşayır. xx.xx.2015-ci il tarixdə X13 vəfat etmiş və bu haqda müvafiq ölüm haqqında şəhadətnamə verilmişdir. DƏDRX-nin 7187 saylı, 03667 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvandakı mənzil 1\4 hissəsi İddiaçı, 1\4 hissəsi X8, 1\4 hissəsi X15, 1\4 hissəsi Cavabdeh paylı mülkiyyət hüququ əsasında məxsusdur. Mülki qanunvericiliyin tələblərinə görə (MM-nin 1133-cı maddəsi) ölmüş şəxsin əmlakı qanun üzrə müvəkkilimə və digər vərəsələrə keçir. ünvan 1 ünvandakı mənzil olan mirası faktiki qəbuledib idarə etməyə başlamışdır. Mənzilin 1\4 hissəsinə malik olan X19 anasından miras qalmış və ona çatası 1\3 hissəsinin rəsmiləşdirilməsini etibarnamə əsasında müvəkkilimə həvalə etmişdir. Mənzilin 1\4 hissəsinə malik olan Cavabdeh miras əmlaka münasibət bildirməmiş, notariat orqanına mirasın qəbuli ilə bağlı vaxtında müraciət etməmiş və mirasın qəbuletmə müddətini buraxmışdır. Belə olan halda müvəkkilim həmin miras payının özunə çatası 1\3 hissəsini və vərəsə Cavabdeh çatası 1\3 hissəni faktiki qəbuletdiyindən mirası qəbul etmiş hesab edilməlidir. MM-nin 1243.2-cimaddəsinin tələblərinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbuletdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbuletdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbuledilmiş sayılır. Daha sonra həmin məcəllənin 1243.3-cü maddəsində qeyd olunur ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbuletmiş sayılır. Mingəçevir ASAN xidmətin Notariat ofisinə rəsmən müraciət edərkən ona bildirdilər ki, mirası qəbuletmə ilə bağlı vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etməliydir. Lakin MM-nin 1243.3-cu maddəsinin tələblərinə istinad edərək hesab edir ki, müvəkkili miras kütləsini faktik olaraq qəbul etmiş və sahibliyi həyata keçirir. Bununla ünvan 1 ünvandakı mənzilə X8 aid olan 1\4 hissəsindən İddiaçı çatası 1\3 hissəsini, X15 çatası 1\3 hissəsini mirasın qəbuledilməsi ilə bağlı mülkiyyət hüququnu əldə etmişdirlər. Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin arayışında vərəsələr sırasında xx.xx.1986-cı il təvəllüdlü X14 qeyd edilir. Lakin həmin şəxs xx.xx.1989-cü il tarixdə vəfat etməsi faktı Mingəçevir şəhər məhkəməsinin 2(051)-1751\2024 saylı qətnaməsi ilə müəyyən edilmişdir. İddia tələbi ondan ibarətdir ki, həmin miras kütləsinə, yəni daşınmazəmlakın müvəkkilimin və oğlu X12 adına mülkiyyət hüququnun tanınması haqda qətnamə qəbul edilsin və rəsmiləşdirilsin. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etmirlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxsin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hər tərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Musayeva Zənfirənin ailə vəziyyəti - əri İddiaçı, qızı X14 və oğlu X19 və oğlu Cavabdeh oğldundan ibarətdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X11, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 03667 №li Qeydiyyat Vəsiqəsindən görünür ki, Mingəçevir şəhərində Naxçıvan küçəsində ev 46a, mənzil 20-də yerləşən 3 otaqlı yaşayış evi X13 – ¼ hissə, İddiaçı ¼ hissə, Cavabdeh ¼ hissə, X19 ¼ hissə DTİMHQ A ŞKJ-nin 23 yanvar 2006-cı il tarixli 434 №li qərarı adına mülkiyyət hüququ əsasında 03 mart 2006-cı il tarixdə qeydə alınmışdır. İşdə olan Mingəçevir regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçıya mübahisənin həlli ilə bağlı Məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İşdə olan Azərbaycan dilinə tərcümə edilmiş 09 noyabr 2021-ci il tarixli etibarnamədən görünür ki, X5 Əftun Vahid oğluna etibarnamə vermişdir. İşdə olan AZ-İ seriyalı, 083297 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X9 arasında nikah 22 may 1980–ci il ildə Mingəçevir şəhəri VVADQ şöbəsində bağlanmış və 216 № ilə qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X13 26 mart 2015-ci ildə Qazaxıstan, Mangistau, Aktau-da ölmüşdür. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1751/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görnünür ki, xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş X10 xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir. İşdə olan 2 saylı MİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 64 nömrəli arayışdan görünür ki, Musayev X4 46a, mənzil 2-də 2022-ci ilə kimi yaşamışdır. Hazırda isə pasport qeydiyyatında olmasına baxmayaraq bu ünvanda yaşamır. Beləliklə, məhkəmə, tərəflərin izahatının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, X13 və İddiaçı rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahlarından Cavabdeh, Musayeva Nərgiz və Musayev Nadir doğulmuşdur. Musayeva Nərgiz xx.xx.1989-cu ildə ölmüşdür. İşdə olan qeydiyyat vəsiqəsinə əsasən Mingəçevir şəhərində Naxçıvan küçəsində ev 46a, mənzil 20-də yerləşən 3 otaqlı yaşayış evi X13 – ¼ hissə, İddiaçı ¼ hissə, Cavabdeh ¼ hissə, X19 ¼ hissə payları olmuşdur. X13 26 mart 2015-ci il tarixdə ölmüşdür. Ondan Mingəçevir şəhərində Naxçıvan küçəsində ev 46a, mənzil 20-də yerləşən 3 otaqlı yaşayış evi X13 – ¼ hissə miras qalmışdır. X2 həmin miras mənzil üzərində qeydiyyat vəsiqəsi ilə təsdiq olunur. X3 həmin miras əmlakla bağlı vəsiyyətnamə verməmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə alınmadığından iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair ərizə ilə müraciət etsə də, notariat orqanı tərəfindən ona vərəsələr arasında ixtilaflar olduğundan şahadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Miras qoyan vəfat etdikdən sonra qanun üzrə birinci növbə vərəsə olan vərəsələrin heç biri qanunvericiliklə müəyyən edilmiş müddət ərzində mirasdan imtina edilməsi ilə rəsmi qaydada notariat orqanına müraciət etməmişlər. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunverici Mülki Məcəllənin 1243.1–ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası sahiblik və idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X3 xx.xx.2015–ci il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146–cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2–ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə istinad olunan hüquq normalarının tələbləri baxımından mübahisənin qanuni və düzgün həll edilməsi üçün ilkin olaraq, miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini, həmçinin həmin əmlaklar üzərində miras qoyanın mülkiyyət və sair əşya hüquqlarına malik olub–olmamasının müəyyən edilməsini zəruri sayaraq, belə hesab edir ki, mübahisəli mənzilin miras qoyanın mülkiyyətində olan ¼ hissəsi 03 mart 2006-cı il tarixdə verilmiş 03667 №-li qeydiyyat vəsiqəsi əsasında əldə edildiyindən, həmin mənzilin ¼ hissəsi miras qoyanın mülkiyyətidir. Ona görə də həmin mübahisəli mənzilin ¼ hissəsi miras qoyan X7 miras toplusuna daxil edilməlidir. Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyinə əsaslanaraq hesab edir ki, X2 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə əri İddiaçı və oğulları Cavabdeh və X19 daxil olmuşdur. (qızı Musayeva Nərgiz xx.xx.1989-cu il tarixdə ölmüşdür). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmadığına görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçməlidir. Beləliklə, iş materialları ilə müəyyən olundu ki, X1 Mingəçevir şəhərində Naxçıvan küçəsində ev 46a, mənzil 20-də yerləşən 3 otaqlı yaşayış evinin ¼ hissəsi miras qalmışdır. Məhkəmə iddianın miras əmlaka vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma və payların müəyyən edilməsi hissəsinə, vərəsələrin dairəsinin müəyyən edilməsi baxımından, qiymət verərək hesab edir ki, X1 qalmış mirası, onun birinci növbəli vərəsəsi olan əri İddiaçı, Cavabdeh (oğlu) və üçüncü şəxs X19 (oğlu) miras qalmış əmlakdan rəsmi imtina etmədiklərindən mirası qəbul etmiş sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı, cavabdeh və üçüncü şəxs mirasdan pay almaq hüququ olan birinci növbəli vərəsələr kimi tanınmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X1 qalmış mirasa onun birinci növbəli vərəsəsi olan əri və uşaqları yəni iş üzrə İddiaçı, Cavabdeh və üçüncü şəxs X19 birinci növbəli vərəsə kimi tanınmalı və birinci növbəli vərəsə kimi onların İddiaçı və X12 miras payı 1/3 hissədə müəyyən edilməlidir. Göründüyü kimi, iddiaçı miras əmlaka özünün və iş üzrə üçüncü şəxs kimi cəlb edilmiş oğlu X12 miras əmlaka dair paylarının müəyyən olunmasını tələb etsə də, digər vərəsə - Cavabdeh da X6 qalmış miras əmlaka dair payın müəyyən edilməsinə etiraz etməmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Eyni zamanda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsvirxəli-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1281–ci maddəsinə əsasən əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı, Cavabdeh və X19 X2 qanun üzrə birinci növbəli vərəsələri kimi tanınsınlar. X1 miras qalmış Mingəçevir şəhərində Naxçıvan küçəsində ev 46a, mənzil 20-də yerləşən 3 otaqlı yaşayış evinin X8 məxsus olmuş ¼ hissəsinə İddiaçı 1/3 hissədə, Cavabdeh 1/3 hissədə miras payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar