Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-46/2025 04.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi ilə X2, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus əşyaların evdən çıxarılması tələbinə dair ilkin iddiasına, iddiaçıCavabdehlər İddiaçı və X8 qarşı əmlak tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus əşyaların evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus 1 ədəd Divan, 2 ədəd kreslo, 1 ədəd Stol, 6 ədəd Stul,1 ədəd Şkaf,1 ədəd güzgü, 1 ədəd Taxt (kravat), 1ədəd Tirilyaj, 2 dolabca (tumbucka), 1 ədəd Sandıqça, 1 ədəd Şifanerin, l ədəd Kravatın (sandıqlı), 1 ədəd soyuducu, 1 ədəd Kuxna mebel, 1 ədəd Qoşa döşək, 1 ədəd Tək döşək, 1 ədəd Tək yorğan, 1 ədəd Paduşka, 1 ədəd Uşaq paduşkası, 1 ədəd Xalça, 1 ədəd tül pərdə,1 ədəd mətbəx mebeli, 1 ədəd Pərdə, 2 ədəd çıl-çıraq, 4 ədəd Kuklalar, 1 ədəd Güldanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yevlax rayon Havarlı kəndində yerləşən tikili və torpaq sahəsi onun əmlakıdır. Cavabdeh tərəfindən Ağdaş rayon Məhkəməsinə müraciət edilərək, Yevlax rayon Havarlı kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi xahiş edilmişdir. Ağdaş rayon Məhkəməsinin 2(014)-144/2023 saylı xx.xx.2023-cü il tarixli iddia ərizəsi qismən təmin edilmişdir. X1 və azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X3 Yevlax rayonunun Havarlı kəndində yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 107)-683/2023 saylı, xx.xx.2023-cii il tarixli qətnaməsi ilə Apellyasiya şikayəti təmin edilmiş, Ağdaş rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X4 cavabdehlər X11, İddiaçı və X6 qarşı “fərdi yaşayış evinə köçürülmə və mənzildən istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli İş № 2(102)-4318/2023 saylı qərarı ilə iddiaçı X4 tərəfindən verilmiş Kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 107)-683/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi üç məhkəmə orqanı tərəfindən iddia ilə bağlı mövqe ortadadır. Hazırki cavabdehin mənzilində nə istifadə hüququ, nə də köçürülmə hüququ təmin edilməmişdir. Yevlax rayon Havarlı bələdiyyəsinin qərarına əsasən mübahisələndirilən fərdi yaşayış evinin altında olan torpaq sahəsi onun əmlakıdır. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikilmişdir. İddiaçıya məxsus hazırki mübahisələndirilən əşyalar həmin mülkiyyətin içindədir. Bu əşyaların burada qalması onun hüquqlarını pozmaqdadır.O, bu səbəbdən də cavabdehin əşyalarının evindən çıxarılmasım istəyir, Şəxs onun evində yaşamır. Yaşamaq üçün cəhd etsədə məhkəmələr onu təmin etməmişdir. Bu səbəbdən də evində olan cavabdehə məxsus əşyaların evindən yəni, Yevlax rayonu, Havarlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan xx.xx.2024-cü il tarixdə Cavabdeh İddiaçı və X8 qarşı əmlak tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və X5 83 adda cehiz əmlaklarının özünün və ya onların dəyəri olan 14860 (on dörd min səkkiz yüz altmış) manat məbləğdə pulun və ödənilmiş 135 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 30 noyabr 2017-ci ildə cavabdehin oğlu X11 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Toy şənliyindən sonra el adəti üzrə cavabdeh və oğlu X7 yaşadığı, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin vaxt ona məxsus cehiz əmlakları da qeyd olunan fərdi yaşayış evinə yerləşdirilmişdir. Hazırki vaxtda da qeyd etdiyi əmlaklar cavabdehin yaşadığı evdədir. Samir Məmmədov ilə birgə nikahlarından 30 oktyabr 2018-ci ildə Abbasəli adlı övladı dünyaya gəlmişdir. Evliliyin ilk vaxtlarında Samir Məmmədov ilə münasibətləri yaxşı olmuşdur. Bir müddət onunla mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və aralarındakı nikah Mingəçevir şəhər məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. O, özünə məxsus cehiz əmlakları cavabdehin yaşadığı, Yevlax rayonun Havarlı kəndində yerləşən fərdi yaşayış evinə yığmışdır. Həmin əmlaklar bunlardır:1. Komplekt dəsti - (Sırqa, üzük, bilərzik, sep, klon - 18 qr. çəkidə, 585 əyyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 80 manat, satış qiyməti 90 manat olmaqla 18 qr. çəkidə olan qızılın qiyməti-1620 manat; 2. Briliant qaşlı üzük - 5 qr. çəkidə 585 Əyyarlı, Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 80 manat, satış qiyməti 90 manat olmaqla 5 qr. çəkidə olan qızılın qiyməti - 450 (dörd yüz əlli) manat.
3. Qırmızı-Bənövşəyi qaşlı üzük - 2 qr. çəkidə, 585 Əyyarlı, Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 80 manat, satış qiyməti 90 manat olmaqla 2 qr. çəkidə olan qızılın qiyməti - 180 (yüz səksən) manat. 4. Bilərzik - 3 qr. çəkidə, 585 Əyyarlı, Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 80 manat, satış qiyməti 90 manat olmaqla 3 qr. çəkidə olan qızılın qiyməti - 270 (iki yüz yetmiş) manat. 5. Alyans taclı nişan üzüyü - 2.5 qr. çəkidə, 585 Əyyarlı, Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 80 manat, satış qiyməti 90 manat olmaqla 2.5 qr. çəkidə olan qızılın qiyməti -225 (iki yüz iyirmi beş) manat. 6. Alyans üzük - 3 qr. çəkidə, 585 Əyyarlı, Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 80 manat, satış qiyməti 90 manat olmaqla 3 qr. çəkidə olan qızılın qiyməti - 270 (iki yüz yetmiş) manat. 7. Sep klonla birlikdə - 7 qr. çəkidə 585 Əyyarlı, Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 80 manat, satış qiyməti 90 manat olmaqla 7 qr. çəkidə olan qızılın qiyməti - 630 (altı yüz otuz) manat. 9. Mebel yataq dəsti - alınıb 2017-ci ildə 2500 manata, halhazırda qiyməti 1000 (bir min) manat. 10. Mətbəx mebeli - alınıb 2017-ci ildə 850 (səkkiz yüz əlli) manata, hal-hazırda qiyməti 400 (dörd yüz) manat. 11. 1 ədəd stol və 6 ədəd stul alınıb 2017-ci ildə 500 (beş yüz) manata, hal-hazırda qiyməti 250 (iki yüz) manat, 12. Divan-kreslo - alınıb 2017-ci ildə 600 (altı yüz) manata, hal- hazırda qiyməti 300 (üç yüz) manat, 13. Midiya soyuducu - alınıb 2017-ci ildə 1000 (bir min) manata, hal-hazırda qiyməti 500 (beş yüz) manat, 14. Requal plazma televizor - alınıb 2017-ci ildə 1000 (bir min) manata, hal-hazırda qiyməti 500 (beş yüz) manat, 15. peyk antena - alınıb 2017-ci ildə 300 (üç yüz) manata, hal-hazırda qiyməti 150 (bir yüz əlli) manat, 16. Tort hazırlamaq üçün qab dəsti - 35 (otuz beş) manat, 17. Qrafın-stəkan dəsti - 30 (otuz) manat, 18. Mikser - 30 (otuz) manat, 19. 12 ədəd su stəkanı - 15 (on beş) manat, 19. Şifoner-ayaqqabı yığılan - alınıb 2017-ci ildə 400 manata, hazırda qiyməti 200 (iki yüz) manat, 20. Nikel çanaq - 70 (yetmiş) manat, 21. 2 ədəd lüstur - 100 (bir yüz) manat, 22. “LG” paltaryuyan alınıb 2023-cü ildə 900 manata, hazırda qiyməti 450 (dörd yüz əlli)) manat, 23. Su qızdırıcısı - pitiminutka - 100 (bir yüz) manat, 24. Tikiş maşını - 50 (əlli) manat, 25. Çamadan qaşıq dəsti - 150 (bir yüz əlli) manat, 26. Aliminium qazan dəsti 3 ədəd 70 (yetmiş) manat, 27. “Fraş” qazan dəsti 350 (üç yüz əlli) manat, 28. 24 ədəd xrustal stəkan - 70 (yetmiş) manat, 29. Fincan dəsti - 30 (otuz) manat, 30. 3 ədəd podnos 45 (qırx beş) manat, 31. 2 ədəd aş süzən - 25 (iyirmi beş) manat, 32. 2 ədəd Bagema meyvə qabı - 100 (bir yüz) manat, 33. 2 ədəd xrustal qənd qabı - 50 manat (əlli) manat, 34. 12 ədəd sok stəkanı - 20 (iyirmi) manat, 35. 2 ədəd xalça - 280 (iki yüz səksən) manat, 36. Təbriz xalçası - 250 (iki yüz əlli) manat, 37. 6 ədəd tək nəfərlik pastel - 60 (altmış) manat, 38. 4 ədəd 2 nəfərlik pastel 80 manat (səksən) manat, 39. Pokrıval - 50 (əlli) manat, 40. 3 ədəd poknval dəsti - 400 (dörd yüz) manat, 41. 24 ədəd boşqab dəsti - 100 (bir yüz) manat. 42. 24 ədəd stəkan, 24 ədəd nəlbəki - 40 (qırx) manat, 43. 12 ədəd qaşıq, 12 ədəd çay qaşığı, 12 ədəd çəngəl, 12 ədəd bıçaq - 60 (altmış) manat, 44. 40 ədəd çay dəsmalı - 200 (iki yüz) manat, 45. 30 ədəd əl-üz dəsmalı - 600 (altı yüz) manat, 46. 4 ədəd hamam dəsmalı - 120 (yüz iyirmi) manat, 47. Divar saatı - 10 (on) manat, 48. Yataq otağı üçün pərdə - 500 (beş yüz) manat, 49. Mətbəx üçün pərdə - 25 (iyirmi beş) manat, 50. Şirəli vedrə - 30 (oyuz) manat, 51. 2 ədəd 1 nəfərlik taxta çarpayı - 140 (yüz qırx) manat, 52. 4 dəst tək nəfərlik yun yorğan - 320 (üç yüz iyirmi) manat, 53. 6 ədəd tük yastıq - 60 (altmış) manat, 54. 4 ədəd tək nəfərlik yun döşək - 480 (dörd yüz səksən) manat, 55. 1 ədəd 2 nəfərlik yun döşək - 240 (iki yüz qırx) manat, 56. Drujba - odun doğrayan - 200 (iki yüz) manat, 57. əl arabası - 50 manat (əlli) manat, 58. Elektrikli termos - 250 (iki yüz əlli) manat, 59. 2 ədəd çaydan-çaynik servis dəsti - 170 (yüz yetmiş) manat, 60. Plasmas ləyən - 5 (beş) manat, 61. Pol ağacı - 5 (beş) manat, 62. Vanna - 5 (beş) manat, 63. Uzun sandıqlı divan - 70 (yetmiş) manat, 64. Krem rəngli sandıq - 50 (əlli) manat, 65. 3 ədəd süfrə - 100 (bir yüz) manat, 66. Ət çəkən maşın - 200 (iki yüz) manat, 67. Matraslı beşik - 200 (iki yüz) manat, 68. Kalyaska - 100 (bir yüz) manat, 69. Vanna uşaq dəsti - 50 (əlli) manat, 70. Uşaq paltarı dəst - 60 (altmış) manat, 71. Elektrikli kartof qızardan 20 (iyirmi) manat, 72. Ütü - 70 (yetmiş) manat, 73. Çuğun tava - 25 (iyirmi beş) manat, 74. Divan örtüyü - 80 (səksən) manat, 75. 2 ədəd gecə lampası - 40 (qırx) manat, 76. 4 ədəd Mişka - 80 (səksən) manat, 77. Yun odeyal - 30 (otuz) manat, 78. 1 ədəd cüt yorğan - 120 (bir yüz iyirmi) manat, 79. Sintifon yastıq - 15 (on beş) manat, 80. 2 ədəd güldan - 120 (yüz iyirmi) manat, 81. Çörək qabı - 10 (on) manat, 82. Salfetka qabı - 5 (beş) manat və 83. 6 ədəd limon qabı - 20 (iyirmi) manat. Evliliyin ilk vaxtlarında cavabdehlə münasibətləri yaxşı olmuşdur. Lakin sonradan münasibətləri pisləşmişdir. Cavabdehin oğlu ilə aralarında olan nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. O, dəfələrlə cavabdehdən ona məxsus cehiz və qızıl-zinət əşyalarını qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamış və cavabdeh ona məxsus olan cehiz və qızıl-zinət əşyalarını qaytarmaqdan imtina etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclası iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, həmin əşyalarda paltaryuyan maşın və televizor və antenanın aparatı oğurlanmışdır. Durujba odun doğramaq üçündür və kənddədir. Kənddəki evə Esmiranın heç bir əşyası getməmişdir. Bütün əşyalar hazırkı evə yığılmışdır. Kənddəki evdə onun iki çarpayısı var. O, əl arabası və şirəli vedrəni də görməmişdir. Qızıllar 2018-ci ildə Express banka kredit müqaviləsinin təminatı kimi girov olaraq qoyulmuş, 2019-cu ildə isə götürülmüşdür. Esmira 2019-cu ilin may ayının 4-də Rusiya Federasiyasından Azərbaycana qayıtmışdır. Ondan sonra 10 gün ərzində uşağa vəsiqə alıb Mərkəzi Xəstəxanadan sığorta ilə Gəncə şəhərində yerləşən Mərkəzi Klinikaya getmişlər. Cavabdeh qızılların həqiqətən də Rusiya Federasiyasından qayıdarkən orada qoyub gəldiyini sübuta yetirə bilmir. Hesab edirəm ki, onun qızılla bağlı iddiası tam olaraq əsassızdır. Cehiz əşyalarından peyk antenasıolub, zalda da televizor olub ona qoşulu olub. Evdən oğurluq olandan sonra o, antenanın televizora qoşulmuş aparatını görməyib amma antena çöldə olub. Cehiz əşyaları siyahısında tikiş maşınını görməmişdir. Bundan əlavə əl arabası və 250 manat olan elektrikli termosu da görməmişdir. O, qiyməti 200 manat olan ət çəkən maşını görməmişdir. Ümumiyyətlə Əfsanənin heç bir əşyası kəndə aparılmamışdır. Matraslı beşiyi görmədiyi üçün qəbul etmir. Dəyəri 100 manat olan kalyaskanı görməmişdir. Qarşı tərəfin dediyi nəinki ütünü ümumiyyətlə heç bir əşyadan xəbəri yoxdur. İcra məmuru aktda hansıəşyaları qeyd edibsə həmin əşyalar vardır. Ona görə məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə qismən təmin olunmasını, qalan cehiz əşyaları və qızıla dair hissəsinin isə rədd edilməsini xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə qismən təmin olunmasını, qızıla dair hissəsinin isə rədd edilməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclası zamanı bildirdi ki onun bütün əşyaları həmin evə yığılmışdır. Həmin evdən gedərkən özü ilə heç bir əşya aparmamışdır. Qızıl əşyalarından başqa digər əşyalar həmin evdə qalmışdır. Qızıl əşyaları Rusiyaya gedərkən özü ilə aparmışdır. Rusiyadan qayıdarkən keçmiş əri bildirdi ki, qızılları orada saxlasın, özü Rusiya Federasiyasından qayıdanda gətirəcəkdir. Həmin vaxtdan sonra isə o əri ilə görüşməmiş və qızıllar da əri Samirdə qalmışdır. Onda üç il sonra isə Məhkəmədə boşanma ilə bağlı iddia qaldırmışdır. Həmin evdə olan əşyalardan televizor və paltaryuyan maşının oğurlandığını bildirmişlər. Həmin evə iki dəfə baxışa getmişlər birinci baxışa gedəndə xalça yox idi lakin ikinci baxışa gedəndə həmin xalça orada idi. Həmin əşyalarda uşaq paltarı və kalyeska Rusiyada olan vaxt alınmışdır və orada qalmışdır. Vanna, uşaq dəsti ümumiyyətlə uşağa aid olanlar Rusiyada qalmışdır. Əl arabası və durujbanı barışıqdan sonra atası ona kömək məqsədi ilə vermişdir. Həmin əşyalar da kənddədir. 40 ədəd çay dəsmalından 4 ədədi var lakin 36 ədədi yoxdur. Həmin əşyalar sandıqda olub sandıq isə qıfıllı vəziyyətdə olub evə gedib baxanda sandığın qıfılı yox idi. 30 əl-üz dəsmalından dörd ədədi var, lakin iyirmi altı ədədi yoxdur. Cehiz əşyalarını yığmağa gedərkən hamısı sandıqda idi sandıq isə qıfıllı idi. Qızıl əşyalarını Rusiya Federasiyasına gedərkən özü ilə aparmışlar, lakin qayıdarkən həmin qızılları orada qoyub gəlmişdir. 2017-ci ildə onların toyu oldu, 2018-ci ildə Rusiya Federasiyasına getdilər. Uşaq orada dünyaya gəldikdən sonra uşağın səhhətində müəyyən problemlər oldu və onlar 2019-cu ildə Azərbaycana qayıtdılar. Həmin vaxt uşağın səhhətində ciddi nöqsanlar var idi, ona görə də qızıllar onun yadına düşmürdü ki, həmin qızılları Rusiyadan gələndə özü ilə gətirsin. O, ümumiyyətlə qızıl zinət əşyalarından istifadə etməyi xoşlamırdı. Ona görə də Rusiya Federasiyasından qayıdarkən özünə məxsus olan heç bir qızıl-zinət əşyasını gətirməmiş, bütün qızıl-zinət əşyaları orada qalmışdır. Onlar heç vaxt normal münasibətdə olmamışlar. Yaşadıqları bütün müddət ərzində davamlı olaraq aralarında münaqişələr olmuşdur. Cehiz əşyalarından peyk antena da var idi həmin antena aparat vasitəsilə televizora qoşulmuşdur. Lakin sonradan həmin aparatın olmadığını gördü. Daha sonra siyahıda olan əşyalardan tikiş maşını və qiyməti 200 manat olan ətçəkən maşın da olmuşdur. Matraslı beşik Rusiya Federasiyasına aparmışdır. Lakin keçmiş əri onu özü ilə gətirmişdir bura. Dəyəri 100 manat olan kalyaskada Rusiya Federasiyasında qalmışdır. Bundan əlavə ütüdə olmuşdur. Çarpayının yanında gecə lampasıvar idi, lakin həmin gecə lampası hazırda yoxdur. Bundan əlavə 4 ədəd kukladan üçü var lakin biri yoxdur. İki güldan olub həmin güldandan biri var lakin biri yoxdur. Mətbəx mebeli yarasız vəziyyətə salınıb. Həmçinin yataq dəsti də var. Qızıl-zinyət əşyalarının adətən harada və kimin sərəncamında olurdu sualına cavab olaraq isə o qızılzinyət əşyalarını həmişə özündə öz istifadəsində olduğunu bildirmişdir. Odur ki, məhkəmədən ilkin iddianın və qarşılıqlı iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə cavabdeh X8 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam, hərtərəfli və obyektiv nəzərdən keçirərək hesab edir ki, iş üzrə ilkin iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, işdə olan nikahın pozulması haqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X4 arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, qarşılıqlı iddia tələbində göstərilən cehiz əşyalarının və qızıl zinət əşyalarının cəmi məbləği 14860 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 16(051)-76/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 83 adda əşyaların üzərinə həbs qoyulması üzrə icra sənədinin icraatına başlanılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixdə verilmiş **********52 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış məntəqələrinə aid 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi X9 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə 1 ədəd televizor və 1 ədəd paltar yuyan- oğurluq əmlakı və oğurluq hadisəsini törətmiş şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə ilkin iddia tələbinə görə iddia ərizəsində qeyd olunan 23 adda cehiz əşyalarının həqiqətən də iddia ərizəsində qeyd olunduğu kimi iddiaçının mənzilində olması və cavabdehə məxsus olması sübut etmə yükü ilkin iddiaçının, qarşılıqlı iddia tələbinə görə isə cəmi dəyəri 14860 manat olan, 76 adda cehiz əşyaları və 7 adda qızıl-zinət əşyalarının ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə isə iddiaçıya məxsus olmasını, həmin əşyaların onun iradəsinə zidd olaraq qarşılıqlı iddia üzrə cavabdehlərdə qalmasını sübutetmə yükü qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, X11 ilə X4 30 sentyabr 2017-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişdir. Cavabdeh ailə qurduqdan sonra bir müddət iddiaçılara məxsus mənzildə yaşamışdır. Sonradan tərəflər arasında ailə münasibəti pozulmuş, onlar məhkəmə qaydasında ayrılmışlar. Cavabdeh ayrıldıqdan sonra uzun müddət iddiaçıların evindən cehiz əşyalarını çıxarmamışdır. Ona görə də iddiaçı əmlakın çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia icraata qəbul edildikdən sonra cavabdeh qarşılıqlı iddia ilə müraciət edərək cehiz əşyalarını və qızıllarını tələb etmişdir. İlkin iddia üzrə məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri nikah və ailə münasibətlərindən irəli gələn əmlak mənsubiyyəti ilə bağlı mübahisədir. Mübahisənin düzgün həll edilməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən normaları ilə yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Həmçinin qızıl-zinət əşyaları ilə bağlı tərəflər arasında yaranmış hüquq münasibəti əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, mübahisəli qızıl-zinət əşyaları həqiqi hüquq əsasında qarşılıqlı iddia üzrə iddiaçıya məxsus olmuşdur. Həmin əşyalar qarşılıqlı iddia üzrə iddiaçının sahibliyində olmuş və o, həmin əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Həmin qızıl-zinət əşyalarının hər birinin (brilyant qaşlı üzük 5 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan qiyməti 450 manat olan qızıl istisna olmaqla, bununla bağlısübut təqdim edilməmişdir) mövcudluğu ilə bağlı heç bir mübahisə yoxdur. Beləliklə qarşılıqlı iddia üzrə iddiaçı sübutetmə yükünə görə tələb edilən qızıl-zinət əşyalarının (brilyant qaşlı 5 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan qiyməti 450 manat olan qızıl istisna olmaqla) sahibi olduğunu sübut etmiş, lakin o, İddiaçı məxsus evi tərk edərək Rusiya Federasiyasına, ərinin yəni, Samir Məmmədovun yanına gedərkən qızıl-zinət əşyalarını özü ilə aparmış, sonradan uşaqları olduqdan sonra uşağın xəstəliyi ilə əlaqədar ölkəyə qayıtdığı zaman qızıllarını orada qoymasını bildirsə də, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda cavabdehlər də iddianı bu hissədə etiraf etməmişlər. Həmçinin işin faktiki hallarından, həmçinin izahatlardan görünür ki, cavabdeh hər zaman qızıl-zinət əşyalarını özündə saxlamışdır. Belə ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırda həmin qızıl-zinət əşyaları cavabdehin iradəsinə zidd olaraq iddiaçı Samir Məmmədovda qalması müəyyən edilmir, və bunu sübut edən hər hansı mötəbər fakt məhkəməyə təqdim edilməmişdir. Qarşılıqlı iddianın cehiz əşyalarına dair hissəsində isə məhkəmə hesab edir ki, həmin hissədə qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, qarşılıqlı iddia ərizəsi üzrə, məhkəmə iclası zamanı müəyyən edildi ki, 1 ədəd televizor, peyk antenanın aparatı və 1 ədəd paltaryuyan artıq oğurlanmış, tort hazırlamaq üçün qab dəsti, qrafin stəkan dəsti, 12 ədəd su stəkanı dəsti, tikiş maşını, çamadan qaşıq dəsti, aliminum qazan dəsti, 24 ədəd xrustal stəkandan 12 ədəd xrustal stəkan, 3 ədəd padnos, 2 ədəd aşsüzən, 1 ədəd xalça, bir ədəd təbriz xalçası, 6 ədəd tək nəfərlik pastel, 4 ədəd 2 nəfərlik pastel , pokrıval, 24 ədəd boşqab dəstindən 23 ədədi, 24 ədəd stəkandan 12 ədədi, 24 ədəd nəlbəkidən 18 ədədi yoxdur, 12 ədəd qaşıqdan 6 ədədi, 40 ədəd çay dəsmalından 36 ədədi, 30 ədəd çay dəsmalından 26 ədədi, 4 ədəd hamam dəsmalından 2 ədədi, şirəli vedrə, əl arabası, elektrikli termos, vanna, 3 ədəd süfrə, ət çəkən maşın, matraslı beşik, kalyaska, uşaq dəsti, elektikli kartof qızardan, ütü, 2 ədəd gecə lampası, safetka qabı, 1 ədəd güldan cavabdeh tərəfindən sübutlar təqdim edilmədiyindən, eyni zamanda sözügedən əşyalar icra məmuru tərəfindən tərtib edilən aktda öz əksini tapmadığından məhkəmə hesab edir ki, qarşılıqlı iddianın cehiz hissəsinə münasibətdə qismən təmin etməli, qalan hissədə təmin edilməməlidir. Məhkəmə, cehiz əşyalarının qiyməti barədə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının qızıl əşyalarının dəyəri ilə bağlı iddia ərizəsində göstərdiyi qiymətlər, məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, qarşılıqlı iddia ərizəsində qeyd edilən və işə əlavə edilən mütəxəssis rəyindəki qiymətləri mötəbər hesab edir. Qarşılıqlı iddia üzrə iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər; Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə cavabdehin üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların (qızılların), eyni zamanda cehiz əşyalarının bir qismi özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehdə saxlandığının, cavabdehlərin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1–ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehə məxsus əşyalar çıxarılmalı, qarşılıqlı iddia qismən təmin edilməli, cehiz əşyaları naturada, naturada mövcud olmadığı təqdirdə onların dəyəri olan 7145 manat pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və X5 müştərək qaydada tutularaq qarışlıqlı iddia üzrə iddiaçıya verilməlidir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. AR MPM-in 119-cu maddəsinə əsasən ilkin iddia üçün ödənilən 50 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı, həmçinin qarşılıqlı iddia üçün ödənilən 91,85 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq
QƏTETDİ:
İlkin iddia təmin edilsin. 1 ədəd Divan, 2 ədəd kreslo, 1 ədəd Stol, 6 ədəd Stul,1 ədəd Şkaf,1 ədəd güzgü, 1 ədəd Taxt (kravat), 1ədəd Tirilyaj, 2 dolabca (tumbucka), 1 ədəd Sandıqça, 1 ədəd Şifanerin, l ədəd Kravatın (sandıqlı), 1 ədəd soyuducu, 1 ədəd Kuxna mebel, 1 ədəd Qoşa döşək, 1 ədəd Tək döşək, 1 ədəd Tək yorğan, 1 ədəd Paduşka, 1 ədəd Uşaq paduşkası, 1 ədəd Xalça, 1 ədəd tül pərdə,1 ədəd mətbəx mebeli, 1 ədəd Pərdə, 2 ədəd çıl-çıraq, 4 ədəd ayı oyuncağı, 1 ədəd güldanın İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən çıxarılsın. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X5 müştərək qaydada mebel yataq dəsti hal-hazırda qiyməti 1000 (bir min) manat. Mətbəx mebeli - hal-hazırda qiyməti 400 (dörd yüz) manat. 1 ədəd stol və 6 ədəd stul - hal-hazırda qiyməti 250 (iki yüz əlli) manat, Divankreslo -hal- hazırda qiyməti 300 (üç yüz) manat, Midiya soyuducu - hal-hazırda qiyməti 500 (beş yüz) manat, Mikser - 30 (otuz) manat, Şifoner-ayaqqabı yığılan - hazırda qiyməti 200 (iki yüz) manat, Nikel çanaq - 70 (yetmiş) manat, 2 ədəd çil-çıraq - 100 (bir yüz) manat, Su qızdırıcısı - pitiminutka - 100 (bir yüz) manat, “Fraş” qazan dəsti 350 (üç yüz əlli) manat, 12 ədəd xrustal stəkan - 35 (otuz beş) manat, Fincan dəsti - 30 (otuz) manat, 2 ədəd Bagema meyvə qabı - 100 (bir yüz) manat, 2 ədəd xrustal qənd qabı - 50 manat (əlli) manat, 12 ədəd sok stəkanı - 20 (iyirmi) manat, 1 ədəd xalça - 140 (bir yüz qırx) manat, 3 ədəd pokrval dəsti - 400 (dörd yüz) manat, 24 ədəd boşqab dəsti - 100 (bir yüz) manat. 24 ədəd stəkan, 24 ədəd nəlbəki - 40 (qırx) manat, 12 ədəd qaşıq, 12 ədəd çay qaşığı, 12 ədəd çəngəl, 12 ədəd bıçaq - 60 (altmış) manat, 4 ədəd çay dəsmalı - 20 (iyirmi) manat, 4 ədəd əl-üz dəsmalı - 80 (səksən) manat, 2 ədəd hamam dəsmalı - 60 (altmış) manat, Divar saatı - 10 (on) manat, Yataq otağı üçün pərdə - 500 (beş yüz) manat, Mətbəx üçün pərdə - 25 (iyirmi beş) manat, 2 ədəd 1 nəfərlik taxta çarpayı - 140 (yüz qırx) manat, 4 dəst tək nəfərlik yun yorğan -320 (üç yüz iyirmi) manat, 6 ədəd tük yastıq - 60 (altmış) manat, 4 ədəd tək nəfərlik yun döşək - 480 (dörd yüz səksən) manat, 1 ədəd 2 nəfərlik yun döşək - 240 (iki yüz qırx) manat, Drujba - odun doğrayan - 200 (iki yüz) manat, 2 ədəd çaydan-çaynik servis dəsti - 170 (bir yüz yetmiş) manat, Plastmas ləyən - 5 (beş) manat, Uzun sandıqlı divan - 70 (yetmiş) manat, Krem rəngli sandıq - 50 (əlli) manat, Çuğun tava - 25 (iyirmi beş) manat, Divan örtüyü - 80 (səksən) manat, 4 ədəd Mişka - 80 (səksən) manat, Yun odeyal - 30 (otuz) manat, 1 ədəd cüt yorğan - 120 (bir yüz iyirmi) manat, Sintifon yastıq - 15 (on beş) manat, 1 ədəd güldan - 60 (altmış) manat, Çörək qabı - 10 (on) manat, 6 ədəd limon qabı - 20 (iyirmi) manat dəyərində olan cehiz əşyaları naturada, qətnamə icra olunan vaxt mövcud olmadığı təqdirdə onların dəyəri olan 7145 manat pul alınıb qarışlıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilən 50 manat pul Cavabdeh tutularaq İddiaçı, İddiaçı 91,85 manat dövlət rüsumu tutularaq Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmənin hakimi : Elza Cəbrayılzadə