Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-472/2021 03.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçilər: Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 «Doğum akt qeydinə düzəliş edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi1 və Ərizəçi2 qızı ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, X2 məxsus Azərbaycan Respublikası Ağdam rayonu Qeydiyyat Şöbəsində tərtib olunmuş 279 nömrəli “Doğum haqqında akt qeydinin” düzgün olmaması müəyyən edilərək ləğv edilməsi, X7 məxsus Azərbaycan Respublikası Ağdam rayonu Bağbanlar ərazi nümayəndəliyində tərtib olunmuş 47 nömrəli “Doğum haqqında akt qeydinin” düzgün olmaması müəyyən edilərək ləğv edilməsi, Kərimov Röyal Rəvan oğluna məxsus Azərbaycan Respublikası Ağdam rayonu İHB-nin Bağbanlar kən İƏD üzrə nümayəndəliyində tərtib olunmuş 64 nömrəli “Doğum haqqında akt qeydinin” düzgün olmaması müəyyən edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ərizəçi1 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X5 ilə nikahlarını xx xxxxx 2010-cu ildə qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxx 2008-ci ildə Məhəmmədali, xx xxxxxx 2009-cu ildə Ramin və xx xxxxxxxx 2014-cü ildə Röyal adlı üç nəfər uşaqları olmuşdur.Onlar ailəlikcə uzun müddət Ukraynanın Çernivtski vilayətinin Çernivtski şəhərində yaşayıblar. Uşaqları da həmin şəhərdə anadan olmuşdur. Birinci oğulları X3 xx xxxx 2008-ci ildə Ukraynanın Çernivtski vilayətinin Çernivtski şəhərində doğulmuş,1585 saylı doğum akt qeydi tərtib olunmuş və doğum haqqında şəhadətnamə verilmişdir. İkinci oğulları X10 xx xxxxxx 2009-cu ildə Çernivtski vilayətinin Çernivtski şəhərində doğulmuş, 115 saylı doğum akt qeydi tərtib olunmuş və doğum haqqında şəhadətnamə verilmişdir. Üçüncü oğulları Kərimov Röyal Rəvanoviç xx xxxxxxxx 2014-cü ildə Ukraynanın Çernivtski vilayətinin Çernivtski şəhərində doğulmuş, 2359 saylı doğum akt qeydi tərtib olunmuş və doğum haqqında şəhadətnamə verilmişdir.Üç övladının da doğum haqqında şəhadətnaməsi olmasına baxmayaraq, hansı səbəbdən bilmirik valideynləri tərəfindən övladlarına məcburi köçkün olduqları Ağdam rayon Bağbanlar kənd İcra nümaəndəliyi və Qeydiyyat Şöbəsi tərəfindən doğum tarixləri və doğum yerləri səhv, yanlış olan doğum haqqında şəhadətnamələr verimişdir. xx xxxx 2008-ci ildə Ukraynanın Çernivtski vilayətinin Çernivtski şəhərində doğulmuş,1585 saylı doğum akt qeydi tərtib olunmuş oğulları X1, səhvən soyadı Kərimli kimi, doğum tarixi xx xxx 2009-cu il, doğum yeri Ağdam rayon Quzanlı kəndi, doğum akt qeydi isə 279 göstərilmişdir. xx xxxxxx 2009-cu ildə Çernivtski vilayətinin Çernivtski şəhərində doğulmuş, 115 saylı doğum akt qeydi tərtib olunmuş oğulları X6, səhvən soyadı Kərimli kimi, doğum xx xxx 2010-cu il, doğum yeri Ağdam rayonu, doğum akt qeydu isə 47 göstərilmişdir. xx xxxxxxxx 2014-cü ildə Ukraynanın Çernivtski vilayətinin Çernivtski şəhərində doğulmuş, 2359 saylı doğum akt qeydi tərtib olunmuş oğulları Kərimov Röyal Rəvanoviçin, səhvən soyadı Kərimov kimi, doğum tarixi xx xxxxxx 2014-cü il, doğum yeri Ağdam rayonu, doğum akt qeydi isə 64 göstərilmişdir.Məhkəmədən X2 məxsus Azərbaycan Respublikası Ağdam rayonu Qeydiyyat Şöbəsində tərtib olunmuş 279 nömrəli “Doğum haqqında akt qeydinin” düzgün olmaması müəyyən edilərək ləğv edilməsi, X7 məxsus Azərbaycan Respublikası Ağdam rayonu Bağbanlar ərazi nümayəndəliyində tərtib olunmuş 47 nömrəli “Doğum haqqında akt qeydinin” düzgün olmaması müəyyən edilərək ləğv edilməsi, Kərimov Röyal Rəvan oğluna məxsus Azərbaycan Respublikası Ağdam rayonu İHB-nin Bağbanlar kən İƏD üzrə nümayəndəliyində tərtib olunmuş 64 nömrəli “Doğum haqqında akt qeydinin” düzgün olmaması müəyyən edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi2da digər Ərizəçi1 izahatına uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Ərizəçi1 və Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx xxxx 2008-ci il təvəllüdlü X1, xx xxxxxx 2009-cu il təvəllüdlü X6, xx xxxxxxxx 2014-cü il təvəllüdlü Kərimov Röyal Rəvanoviçin valideynləri Ərizəçi1 oğlu və Ərizəçi2dır. Mülki işə əlavə edilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi2 qızı və Kərimov X4 şəhəri D.Əliyeva küçəsi 16 mənzil 23 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin halları ilə müəyyən olunur ki, tələb olunan faktın müəyyən olunması ilə bağlı mübahisə yoxdur. Ərizəçi hüquqi əhəmiyyətli olan faktını başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Ona görə də ərizəçinin tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: Ərizəçinin tələbi təmin edilsin. X2 məxsus Ağdam rayonu Qeydiyyat Şöbəsində tərtib olunmuş 279 nömrəli “Doğum haqqında akt qeydinin” düzgün olmaması müəyyən edilərək ləğv edilsin, X7 məxsus Ağdam rayonu Bağbanlar ərazi nümayəndəliyində tərtib olunmuş 47 nömrəli “Doğum haqqında akt qeydinin” düzgün olmaması müəyyən edilərək ləğv edilsin, Kərimov Röyal Rəvan oğluna məxsus Ağdam rayonu İHB-nin Bağbanlar kən İƏD üzrə nümayəndəliyində tərtib olunmuş 64 nömrəli “Doğum haqqında akt qeydinin” düzgün olmaması müəyyən edilərək ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-472/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-472/2021
03.03.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver