Məhkəmə qərarları › İş №2(051)-51/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-51/2025

28.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-51/2025 28.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, İddiaçı: İbrahimli (Ərzimanlı) Günay Azad qızının, Cavabdeh: Cavabdeh3 iştirakı ilə İddiaçı İbrahimli (Ərzimanlı) Günay Azad qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı uşağı ilə birlikdə yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı İbrahimli (Ərzimanlı) Günay Azad qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ərizə ünvanlayaraq, o, iddiaçı X10, xx.xx.2017-ci ildə doğulmuş X7 ilə birlikdə mülkiyyətində və qeydiyyat olduğu ünvan 1 ünvanda yerləşən evə, himayəsində olan azyaşlı uşağı ilə birlikdə köçürülməyi və evin yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını və ünvan 1 ünvanda yerləşən evdə kimlərin qeydiyyatda olub-olmaması barədə, aidiyyatı Mənzil İstismar Sahəsinə və ya digər orqana, təşkilata və s. sorğu göndərib alınmasını xahiş etmişdir. Sonradan iddiaçı İbrahimli (Ərzimanlı) Günay Azad qızı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, o, iddiaçı X10 xx.xx.2017-ci ildə doğulmuş X7 ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, Cavabdeh1 qarşı ünvan 2 ünvanında yerləşən evin və digər əşyaların 2/3 hissəsinin onun, qalan 1/3 hissəsinin isə cavabdehin olmaqla, bölünməsi tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinə uyğun izahat vermişdir və əlavə olaraq göstəımişdir ki, Cavabdeh1 ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2017-ci ildə doğulmuş X7 adlı bir övladı var. Mingəçevir şəhər məhkəməsinin artıq qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 16(051)-133/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 ona qarşı nikahın pozulmasına dair iddiası təmin edilmiş və aralarındakı nikahın pozulması, uşağn ananın himayəsində qalması, həmin uşağın saxlanması üçün hər ay ondan onun qazancının və gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması qət edilmiş, lakin birgə nikah dövründə tikdirdikləri və hazırda keçmiş həyat yoldaşı E. A.Ərzimanlının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evin və əşyalarının bölgüsü aparılmamışdır. Hesab edir ki, övladı onun himayəsində saxlanılır deyə və Cavabdeh1 nisbətən onun uşaqla birgə evə-əmlaka daha çox ehtiyacı var deyə həmin evin 2/3 hissəsinin onun, qalan 1/3 hissəsinin isə cavabdehin olmaqla, məhkəmə yolu ilə bölünməsi həll edilməlidir, yəni məhkəmə qeyd etdiyi qaydada bölgü aparılmasına dair qətnamə çıxarmalıdır. Bundan əlavə olaraq xeyli məbləğdə dəyəri olan ona və uşağa məxsus bəzi əşyalar və birgə nikah dövründə əldə etdikləri bir çox digər əşyaları da həmin evdə qalmış, hansı ki onların da qaytarılması və ya bölünməsi məhkəmə yolu ilə təmin edilməlidir. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili X8 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli ev iddiaçı İlə onun birgə nikahları dövründə mülkiyyət hüququları üzrə dövlət qeydiyyatına alınsa da həmin ev onun vasaiti əsasında nikahdan qabaq inşa edilmiş və tikilmişdir. Odur ki, iddiaçının həmin evə heç bir hüququ yoxdur və bu səbəbdən də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2017-ci ildə doğulmuş X9 adlı bir övladı var. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-133/2023 saylı qətnaməsi ilə nikah nikahın pozulmuşdur. Lakin birgə nikah dövründə əldə edilmiş evin və əşyalarının bölgüsü aparılmamışdır. Hal-hazırda iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakların paylara bölünməsini tələb edir. İddia tələbində görünür ki, tələb iki hissədən, birgə nikah döründə əldə edilmiş evin və digər əşyaların bölünməsi tələbidir. Odur ki, məhkəmə iddia tələbinə hissəvi qiymət verərək ilk növbədə aşağıdakı nəticəyə gəlir. İddiaçı iddia edir ki, nikah pozulduqdan sonra övladı onun himayəsində saxlanmış və buna görə də Cavabdeh1 nisbətən onun uşaqla birgə evə əmlaka daha çox ehtiyacı var. Həmçinin İddiaçı iddia edir ki, mübahisəli evin təmirinə və tikilməsinə iddiaçının atası tərəfindən külli miqdarda pul xərclənmişdir. Odur ki, mübahisəli evin 2/3 hissəsinin onun, qalan 1/3 hissəsinin isə cavabdehin payının müəyyən olunmasını tələb edir. İş materiallarından da görünür ki, mübahisəli ünvan 3 ünvanında yerləşən ev xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına xüsusi mülkiyyət üzrə dövlət qeydiyyatı alınmış və həmin ev tərəflərin birgə nikah dövründə əldə edilmiş və onların ümumi birgə mülkiyyətidir. Məhkəmə iddiaçının payların bərabər olmayan şəkildə bölünməsi tələbinə qiymət verərək hesab etmişdir ki, ər arvadın birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölünməyə bilər. Lakin məhkəmə qeyd edir ki, ər arvadın birgə mülkiyyətinin bölünməsi zamanı paylan bərabər bölməməsinə əsas olan və Ailə Məcəlləsinin 37-ci maddəsinin nəzərdə tutulan halların məcmusu mövcud olduqda məhkəmə bölgünü bərabər aparmaya bilər. İş materiallarından da görünür ki, iddiaçı birgə nikah dövründə doğulmuş uşağın onun yanında qalmasını sübut etsə də, tərəflərin diqqətəlayiq mənafeyi, özünün üzürsüz səbəbdən gəlir əldə edə bilməməsi, həmin əmlakdan cavabdehin ailənin mənafeyinə zidd olaraq sərf etdiyi və ya edə biləcəyi hallar barədə, çox əfsuslar olsun ki, düzgün qaydada olmayan, təkzibedilməz sübutlara söykənərək məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Həmçinin iddiaçının atasının evin təmirinə və tikintisinə pul xərcləməsi məhkəmədə sübut olunmamışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Ona görə də iddia tələbi bu hissədə qismən təmin edilmişdir və ünvan 2 ünvanında yerləşən evə iddiaçı illə cavabdehin payları bərabər müəyyən edilmişdir. Məhkəmə iddia tələbinə digər əşyaların bölünməsi tələbi hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia bu hissədə əsassızdır. Belə ki, İddiaçı digər konkret adı göstərməklə hansı əşyaları bölünməsi və həmin əşyaların mövcudluğu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Bu da, təəssüf hissi doğurur. Odur ki, məhkəmə hesab edir ki, adı, növü, mövcudluğu göstərilməyən əşyaların bölünməsi mümkün deyildir və iddia tələbi həmin hissədə rədd edlmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(051)-1768/2023 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia qismən təmin olunmuş, Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ünvan 2 ünvanında yerləşən evin birgə mülkiyyətçilər arasında yarı bölünməsi, İddiaçı payının ½ hissədə müəyyən edilməsi və onun 1/2 (ikidə bir) hissədə payına mülkiyyət hüququnun tanınması, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-354/2024 nömrəli, 19,02.2024-cü il tarixli (X16 Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X11 və X1 ibarət tərkibdə) qətnaməsi ilə ddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(051)- 1768/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Əlavə olaraq nəzərə çatdırır ki, ünvan 2 ünvanında yerləşən evimdə köçüb yaşaya bilmir. Çünki cavabdehlər və qeyriləri, məhkəmə qətnaməsi əsasında barəsində tanınmış və mülkiyyətində olan əmlaka daxil olub, rahat və dinc şəkildə uşağımla yaşamalarına imkan vermirlər. Bundan başqa cavabdehlər və qeyriləri, mülkiyyət hüququnu pozurlar və məhdudlaşdırırlar. Məcburiyyət qarşısında və himayəsində olan azyaşlı uşağımla birlikdə, Qəbələ rayonunda yerləşən atasının evinə sığınmışdır. O, məhkəmə qətnaməsi əsasında mülkiyyətində və qeydiyyatda olduğu fərdi yaşayış evinə, azyaşlı uşağımla birlikdə köçürülməlidir. ünvan 1 ünvanda yerləşən evdə, rəsmi sənədlər əsasında olaraq kimlərin qeydiyyatda olmasını bilmir, əgər bilsəydim cavabdehləri rəsmi sənədə istinad edərək qoyardım. Mənə arayış vermirlər. Hesab edir ki, o, iddiaçı X10, xx.xx.2017-ci ildə doğulmuş X7 ilə birlikdə cavabdehlərin yaşadıqları ünvan 1 yerləşən evə köçürülməsi tələbində hacılı olduğundan, himayəsində olan azyaşlı uşağı ilə birlikdə, həmin evə köçürülməli və evin yaşayış sahəsindən istifadə hüququ tanınmalıdır. İddiaçı İbrahimli (Ərzimanlı) Günay Azad qızı məhkəmə iclası zamanı verdiyi izahatında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən xx.xx.2017-ci ildə doğulmuş X7 ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclası zamanı bildirdi ki, iddiaçının mübahisəli evə köçməsinə razıdırlar. İddia tələbinin təmin edilməsinə etiraz etmir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Bununla belə əvvəlki məhkəmə iclaslarında Cavabdeh2 iştirak etmiş və verdiyi izahatında göstərmişdir ki, o, keçmiş gəlini Günay və nəvəsinin mübahisəli evə köçməsinə razıdır. İbrahimli (Ərzimanlı) Günay Azad qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclaslarında verdiyi izahatlarında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bununla belə Cavabdeh1 məhkəməyə məktub göndərərək, iddia ərizəsində qeyd olunanlar tamamilə şər və böhtandan ibarətdir. Nə o, nə də ki atası, anası və həyat yoldaşı Cavabdeh4 və onun ata və anası, keçmiş həyat yoldaşı X2 şəhəri, Kənar küçəsi ev 26B ünvanında yerləşən mülkiyyətində olan evə köçüb yaşamasına heç bir maneə törətməmiş və törətməyəcəklər. Sözügedən evə köçüb yaşamaq kimi bir fikirləri yoxdur. İşi ilə əlaqədar olaraq həyat yoldaşı Cavabdeh4 və oğlu Altay Ərzimanlı ilə birlikdə 2023-cü ilin sentyabr ayından Göyçay şəhərində yaşayırlar. Bununla bağlı Mingəçevir şəhər Məhkəməsinə dəfələrlə yazılı məlumat vermişdir. Odur ki, Günay İbrahimlinin övladı Kamal Ərzimanlı ilə birlikdə sözügedən evə köçüb yaşamasına nə onun nə ata, anasının nə də həyat yoldaşının heç bir etirazları yoxdur. Məsafənin uzaqlığını və səhhətinin yol getmək üçün uyğun olmamasını nəzərə alaraq xx.xx.2025-ci il tarixdə keçiriləcək məhkəmə iclasının onun burada yazdıqlarını nəzərə alaraq onun iştirakı olmadan keçirərək Günay İbrahimli və övladı Kamal Ərzimanlının mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən evə köçürülməsi istiqamətində qərar verilməsini məhkəmədən xahiş etmişdir. Bununla belə Cavabdeh4 məhkəməyə məktub göndərərək, həyat yoldaşı Cavabdeh1 keçmiş həyat yoldaşı X10 tərəfindən qaldırılmış iddia ərizəsi ilə tanış olmuşdur. İddiaya cavab olaraq bildirmək istəyir ki, iddia ərizəsində qeyd olunanlar tamamilə şər və böhtandan ibarətdir. Nə o, nə də ki atası, anası və həyat yoldaşı Cavabdeh1 X2 şəhəri, Kənar küçəsi ev 26B ünvanında yerləşən həyat yoldaşım Cavabdeh1 mülkiyyətində olan evə köçüb yaşamasına heç bir mane törətməmişlər və törətməyəcəklərdə. O sözügedən evə bir dəfə də olsun ayaq basmamış və orada köçüb yaşamaq kimi bir fikri də yoxdur. Həyat yoldaşı Cavabdeh1 işi ilə əlaqadar olaraq onlar 2023-cü ilin sentyabr ayından Göyçay şəhərində yaşayırlar. Bununla bağlı həyat yoldaşı Cavabdeh1 Mingəçevir şəhər Məhkəməsinə dəfələrlə yazılı məlumat vermişdir və o buna şahiddir. Odur ki, Günay İbrahimlinin övladı Kamal Ərzimanlı ilə birlikdə sözügedən evə köçüb yaşamasına nə onun nə ata, anasının nə də həyat yoldaşının heç bir etirazı yoxdur. Himayəsində körpə uşağının olmasını nəzərə alaraq xx.xx.2025-ci il tarixdə keçiriləcək məhkəmə iclasının onun burada yazdıqlarını nəzərə alaraq onun iştirakı olmadan keçirərək Günay İbrahimli və övladı Kamal Ərzimanlının qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən evə köçürülməsi istiqamətində qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının və iddiaçının etibarnamə üzrə nümayəndəsinin və cavabdehlərin izahatını, cavabdehlərin məktublarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X3 atası Cavabdeh1 anası İddiaçıdır. İşdə olan AZ-İ seriyalı, 462972 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və İddiaçı arasında olan nikah Mingəçevir şəhər Məhkəməsinə əsasən xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra qadına İbrahimli soyadı verilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1768/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ünvan 2 ünvanında yerləşən ev birgə mülkiyyətçilər arasında yarı bölünməsi, İddiaçı payı ½ hissədə müəyyən edilməsi və onun ½ (ikidə bir) hissədə payına mülkiyyət hüququ tanınması qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1768/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, icra vərəqəsinə əsasən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ünvan 2 ünvanında yerləşən ev birgə mülkiyyətçilər arasında yarı bölünsün, İddiaçı payı ½ hissədə müəyyən edilsin və onun ½ (ikidə bir) hissədə payına mülkiyyət hüququ tanınsın. İddia tələbi qalan hissələrdə təmin edilməsin. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-354/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(051)-1768/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Mingəçevir 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞM/MT031/2024-00259 nömrəli arayışdan görünür ki, Cavabdeh1 iştirak etmədiyindən ilkin medasiya sessiyası keçirilə bilməmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh1 ½ hissədə, X4 ½ hissədə paylı mülkiyyət hüququ vardır. Fərdi yaşayış evinin yerləşdiyi 0.03 ha torpaq sahəsi Cavabdeh1 tam mülkiyyətindədir. Qeydiyyat tarixi xx.xx.2024-cü ildir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İbrahimov X5 (Ərzimanlı) Günay Azad qızının atasıdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının ½ paylı mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilməklə rəsmiləşdirilmişdir. Buna baxmayaraq iddiaçı cavabdeh tərəfin hazırda da iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə etməklə bərabər, iddiaçının həmin evə öz mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə törətdiyini iddia etmişdir. Lakin məhkəmə iclası zamanı cavabdeh tərəfin verdiyi izahat və məhkəməyə göndərilmiş məktublardan aydın olur ki, cavabdeh tərəf iddiaçının mübahisəli fərdi yaşayış evində yaşamasına razıdırlar. Məhkəmə hesab edir ki, iddiaçının hazırda mübahisəli fərdi yaşayış evi üzərində paylı mülkiyyət hüququ qeydiyyata alınmış, onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin iddia tələbi ilə məlum olur ki, cavabdeh tərəf heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüquqlarını pozmuşdur. Hazırda isə, cavabdeh tərəf iddiaçının mübahisəli fərdi yaşayış evində yaşamasına razıdırlar. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdeh iddiaçının öz hüquqlarını həyata keçirməsinə əsaslı maneələr yaratmalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Hazırki işdə isə mübahisəli əmlak iddiaçının və cavabdehin hər birinin ½ paylı mülkiyyətindədir. İddiaçının izahatından belə qənaətə gəlmək olar ki, cavabdeh tərəf onun paylı mülkiyyətində olan əmlakından öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququndan məhrum etməklə ona maneələr yaratmışlar. Halbuki həmin fərdi yaşayış evi həmçinin iddiaçının da paylı mülkiyyətindədir. Ona görə də cavabdeh tərəfin fərdi yaşayış evinə iddiaçını buraxmaması və onun mülkiyyət hüquqlarının pozulması cavabdehin fərdi yaşayış evinin iddiaçının ½ paylı mülkiyyətində olan hissəsinə münasibətdə cavabdeh tərəfin qanunsuz sahibliyi hesab edilməlidir. Hazırda isə məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəf iddiaçının mübahisəli fərdi yaşayış evində yaşamasına razıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 161-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. İşin halları araşdırarkən məhkəmə müəyyən edir ki, iddiaçı sözügedən əmlak üzərində qanunla müəyyən edilmiş qaydada paylı mülkiyyət hüquqlarına sahib olmuşdur. Həmçinin işdə olan sənədlərdən də göründüyü kimi iddiaçı İbrahimli (Ərzimanlı) Günay Azad qızının ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ½ paylı mülkiyyət hüququ tanınmışdır. Belə olan halda iddiaçı İbrahimli (Ərzimanlı) X6 şəhəri, Kənar küçəsi, ev 26B ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Hazırda iddiaçı İbrahimli (Ərzimanlı) Günay Azad qızı az yaşlı övladı xx.xx.2017-ci il təvəllüdlü X7 ilə birlikdə mübahisəli evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki qanunvericiliyin 27.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, iddiaçının himayəsində olan oğlu xx.xx.2017-ci il təvəllüdlü X7 da iddiaçı ilə birlikdə həmin mübahisəli fərdi yaşayış evinə köçürülməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qey olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı İbrahimli (Ərzimanlı) Günay Azad qızı az yaşlı övladı xx.xx.2017-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar