Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-529/2021 14.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «Fərdi yaşayış evinin sökülməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, JN-427 nömrəli torpaqda səhvən inşa etdiyi tikilinin sökülməsi, yararlı əmlaklarının özünə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq göstərmişdir ki, İddiaçı 2004-cü ildə Mingəçevir şəhər Y.Muradov rv 45 mənzil 7-də bir otaqlı evini 10.701 manata satmışdır. Qardaşı Fərman bunu bilib dəfələrlə gələrək ata yurdunda 5 sot torpaqda ev tikməyini ona söyləmişdir. O da o vaxtlar torpağın sotunu 30 şirvana almışdır. Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 293 nömrəli qərarı ilə ona 08 ha torpaq sahəsi ayrılmışdır. Cavabdeh 07 ha torpaq sahəsi ayrılmışdır. 2006-cı ildə qardaşı özünə məxsus 0,07 ha torpağı göstərdi burada evi tik, bura sənin yerindi deyə bildirmişdir. Evi tikdirib sənədləşdirəndə aydın oldu ki, torpaq qardaşınındır ev onundur. Razılığa gələ bilmədikləri üçün 2017-ci ildə Mingəçevir Şəhər Məhkəməsinə şikayət etmişdir. Mingəçevir Şəhər Məhkəməsi 3 dəfə qardaşının təqdim etdiyi saxta sənədlərlə baxaraq Şəki Apellyasiya Məhkəməsinə yönəltmişdir. Şəki Apellyasiya Məhkəməsi gəlib yerində baxış keçirib torpağı ölçüb getmişlər. Aydın olmuş ki, inşa etdirdiyi ev qardaşı Fərmana məxsus torpaqda yerləşir. Evi özü tikdirmişdir. Evinlayihəsi öz adınadır. Ev 5 otaqdan ibarətdir. Cavabdeh Şəki İnzibati- İqtisad Məhkəməsinin hakimi Rüfət Məcidova yazdığı etirazında bildirmişdir ki, evi özü Rusiyadan qazandığı gəlirlə tikdirmişdir. Ev 3 otaqdır əgər evi özü tikdiribsə, layihə də onun adı olardı, sonra ev də 3 otaqlı olardı. Şahidləri də var ki, o evini satıb ev tikdirmişdir. Ev onun olsa da, Cavabdeh və həyat yoldaşı onu evindən çıxarırlar. Xəstəliyindən istifadə edib işığı, qazı öz adına çəkdirmişdir. xx.xx.2020-ci ildə onun otağına gələn qaz borusunu laqundayla ona bildirmədən kəsib, özü isə işlədir. xx.xx.2019cu ildə oğlu rəhmətə getmiş, həyat yoldaşı 2-ci qrup əlil imiş oğlunun dərdinə dözməyib öz canına qəsd etmişdir. Özü isə epilyasiya xəstəsidir. Belə yaşaya bilmir. Evinin sökülüb öz torpağında tikilməsini istəyir. Ona görə də JN-427 nömrəli torpaqda səhvən inşa etdiyi tikilinin sökülməsi, yararlı əmlaklarının özünə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, JN-427 nömrəli torpaqda səhvən inşa etdiyi tikilinin sökülməsi, yararlı əmlaklarının özünə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Onun fikrincə iddia tələbi tam qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Mülki işə əlavə olunmuş Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(117)-26/2020 saylı qərardadının surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) “X2 adına verilmiş JN-427A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-nin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Mülki işə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.3803 ha torpaq sahəsi xx xxxxxx 2017-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Çıxarışda torpaq sahəsindən İddiaçı payı ¼ hissə, İddiaçı payı ¼ hissə və X5 payı ¼ hissə qeyd olunmuşdur. İddiaçı payı isə açıq saxlanılmışdır. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Mingəçevir şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin xx xxxxxxx 2009-cu il tarixli, 248 saylı tikintiquraşdırma işlərinin başlanmasına icazənin surətindən görünür ki, Mingəçevir şəhəri, H.Hüseynov küçəsində yerləşən fərdi yaşayış evinin tikintisinə İddiaçı icazə verilmişdir. Məhkəməyə təqdim olunmuş Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar E.Abdullayevin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Yevlax rayon ərazi idarəsinə ünvanladığı rəyin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə (JN-4107A, kod-********) əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsində Memarlıq və tikinti şöbəsinin xx xxxxxxx 2009-cu il tarixli, 248 saylı icazəsinə əsasən razılaşdırılmış layihəyə uyğun tikilmiş fərdi yaşayış evi heç bir kommunikasiya xətlərinə maneçilik törətmir və dayanaqlıdır. Evin dövlət qeydiyyatına alınmasına Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2011-ci il tarixli, 113 saylı sərəncamının 2-ci bəndinə uyğun olaraq etiraz edilməmişdir. Məhkəməyə təqdim olunmuş qanun üzrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, JN-4107A, kod-90200002 nömrəli 0,07 hektarlıq torpaq sahəsinin sahibi Cavabdehdur. Məhkəməyə təqdim olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin Mingəçevir şəhər məhkəməsinə ünvanlandığı xx xxxx 2021-ci il tarixli cavab məktubundan görünür ki, Ərazi idarəsinin elektron məlumat bazasına əsasən JN-427A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Mingəçevir şəhərində Cavabdeh müıkiyyətində 0,07 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İddiaçı və Cavabdeh adına qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim başqa məsələlərlə yanaşı tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 152.1-ci maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatından bəhs edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1 və 158.1.2-ci maddələrinin tələblərinə görə əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2 və 158.4-cü maddələrinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin mənasına görə, torpağın istifadəçisi və ya icarəçisi özgənin qanunsuz sahibliyindən torpaq sahəsini geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan torpağa dair özünün icarə və ya istifadə hüququnun olduğunu, bundan sonra torpağın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin torpağa sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Torpaq sahəsinə iddiaçlarnın sahibliyi məsələsi araşdırılarkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin aşağıdakı müddəaları da nəzərdən keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativhüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinin 48-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsaslarını müəyyən edən 56-cı maddəsinin göstərişinə əsasən, torpaqların icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Torpaq Məcəlləsinin 50-ci maddəsinin birinci hissəsinə görə torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. “Torpaq qanunvericiliyinin məhkəmələt tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli, 2 nömrəli qərarının 6-cı bəndinə görə torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət Aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Torpaq Məcəlləsinin 67 maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndinin tələbinə görə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökül məsidə daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçilərin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cu maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhər salma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub qət e t d i: İddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh qarşı «Fərdi yaşayış evinin sökülməsi » tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-529/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-529/2021
14.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver