Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-537/2024 06.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh ona məxsus 10.800 manat dəyərində qızıl-zinət əşyalarının qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh ona qarşı dələduzluq edən Könül Şahverdiyevin əmisi arvadının bacısıdır. Cavabdeh həm Könüldən, həm də ondan qızıl-zinət əşyaları alaraq satıb ona qarşı dələduzluq etmişdi. Könüldəki qızıllarda onun olub. Onlar manatlıq qızıl komplekt alıb. Könüldən 9200 manatlıq qızılları götürüb. Ramilə Nizami BPİ-də müstəntiq ifadə verərək hər şeyi boynuna alıb və qəbz verib. Ramilə onun telefonuna cavab vermir, malları qaytarmır. Özü BPİ-də etiraf etmişdir. Mahirəyə aid qızılları almış, qaytarıb verəcək, ancaq bu günə kimi heçnə verməyib. Telefonu açır və söyür Könül tutulub, dələduzluq üstündə. Ramilədən qızıl-zinət əşyalarının alınmasıdır, yəni 9200+1600 manatlıq=10800 ona köməklik edilməsini xahiş edir. Odur ki, Cavabdeh ona məxsus 10.800 manat qızıl-zinət əşyalarının qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, o, İddiaçı heç bir qızıl-zinət əşyası götürməmişdir. Ümumiyyətlə, o həmin şəxsi tanımır. İddiaçıdan qızılları qohumu götürmüşdür. Həmin qohumu isə hazırda həbsdədir. Ona görə də o onun yerinə imza çəkmişdir. İmza çəkərkən isə nəyə imza etdiyini heç bilməmişdir. Həmin yazıya imzanı isə xx.xx.2011-ci il tarixdə atmışdır. Bunun üzərindən bir xeyli müddət ötmüşdür. Odur ki, məhkəmədən iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bununla belə o məhkəməyə teleqram yollayaraq, xx.xx.2024-cü il tarixdə saat 10:15 keçiriləcək iclasda yataq xəstəsi olduğunu və iclasda iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşdə olan qəbzin surətindən görünür ki, o, Cavabdeh 7200+960+1100 manatlıq qızıl almışdır. X1 almış satmaq məqsədilə almışdır. Hər ayın axrı 300 manat göndərəcək. Aldığı maldan boyun qaçırmır. O bu məbləği ödəməyə razıdır. Şahverdiyeva Könül və o, Ramilə Mahirə xaladan almışlar. O qızıllar Mahirə xalanındır. Sonda isə xx.xx.2011-ci il tarixləri yazılmaqla qəbzə imza edilmişdir. Məhkəmə iş materiallarının müqayisəli təhlili nəticəsində müəyyən etdi ki, tərəflər arasında xx.xx.2011-ci ildə şifahi nisyə-alqı satqı müqaviləsi bağlanmış və bununda nəticəsində qəbz imzalanmışdır. Həmin razılaşmadan görünür ki, cavabdeh iddiaçıya nisyə alqı-satqı yolu ilə əldə etdiyi qızl-zinət əşyaları əvəzinə hər ay 300 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Məhkəmə qəbzdəki məbləğdən çıxış edərək hesab edir ki, ödəniş müddəti 3 ilin tamamında başa çatmışdır. Bu tarix isə xx.xx.2014-cü il tarixə təsadüf edir. Həmin müddət bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarında olan cavabdehin xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, öhdəlik münasibətləri 2011-ci ildə olduğu üçün iddia müddəti keçdiyi üçün iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Beləliklə, məhkəmə araşdırma nəticəsində müəyyən etdi ki, iddiaçı və cavabdeh xx.xx.2011-ci il tarixdə öz aralarında şifahi razılığa gələrək şifahi nisyə alqı-satqı müqaviləsi bağlamış və iddiaçı cavabdehə nisyə qızıl-zinət əşyaları satmışdır. Bunun qarşılığında isə cavabdeh iddiaçıya hər ay 300 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Bu barədə cavabdeh xx.xx.2011-ci il tarixdə iddiaçıya qəbz yazaraq təqdim etmişdir. Məhkəmə hesab edir ki, hər ay 300 manat ödəməyi öhdəsinə götürərsə, (300x12=3600), (3600x3=10.800), toplayarkən 10.800 manata bitdiyi müəyyən edilir. Həmin öhdəliyin icra müddəti xx.xx.2014-cü il tarixdə bitmişdir. Hazırkı mübahisə müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə müqavilə tələbləri üzrə iddia müddəti şamil edilməlidir. İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddianı, həmin tələb üzrə qanunda göstərilmiş üç illik iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdeh isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia müddətinin keçməsinə görə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh ona məxsus 10.800 manat dəyərində qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-537/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-537/2024
06.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver