Məhkəmə qərarları › İş №2(051)-542/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-542/2024

08.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-542/2024 08.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul » tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxarar, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı «pul » tələbinə dair ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə icraata qəbul olunmuş və iş üzrə posessual hərəkətlər edildikdən sonra işin məhkəmə baxışına təyin edlmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə İddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması və işin baxılmamış salanılması barəsində ərizə daxil olmuşdur. Yuxarıda göstərilən qaydada təhlil edilmiş iş materiallarından görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə daxil olmuşdur, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı «pul » tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. xx.xx.2024-cü il tarixdə saat 09:21-də KapitalBank ASC-nin Mingəçevir şəhərində yerləşən filialına, ********** nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100 manat məbləğində pul İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar