Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-556/2021 11.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ağdam rayonu, VVAQ şöbəsinin doğum haqqında akt qeydləri kitabındakı qeydə düzəliş edilərək özünün, yəni Ərizəçi soyada-Paşayeva, ada-Ceyhunə, ata adına-Zakir qızı kimi qeyd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman ərizəçi ərizənin dəqiqləşdirilməsi haqda əlavə ərizə ilə məhkəməyə müraciət edərək, atası X10, anası X4 olmaqla, xx xxxx 1979-cu il tarixdə Ağdam rayonunun Novruzlu kəndində doğulmasına dair xx xxxxxx 1988–ci il tarixdə tərtib edilmiş 86 nömrəli doğum akt qeydinin qeydiyyatı faktının müəyyən edilməsi və onun yəni X5 adına həmin doğum akt qeydinin bərpa olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, atası X10, anası X4 olmaqla, xx xxxx 1979-cu il tarixdə Ağdam rayonu, Novruzlu kəndində doğulmuşdur. Doğulan zaman Ağdam VVAQ Şöbəsində doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 1988–ci il tarixdə 86 nömrəli qeydiyyat aparılmış, lakin qeydiyyat aparılarkən onun adında tərtib edilmiş doğum haqqında şəhadətnamədə qaralama olmuşdur. Hazırda isə Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 1988-ci il tarixli 86 nömrəli doğum haqqında bərpa akt qeydi saxlanılmadığından, onun doğum akt qeydində düzəliş edilməsi mümkün olmamışdır. Halbuki, o, xx xxxxxx 1998-ci il tarixdə rəsmi nikah bağlayaraq, X8 ilə evlənmişdir və həmin vaxt “Rüstəmova” ər soyadı götürmüş və şəxsiyyətini təsdiq edən sənəddə və nikah şəhadətnaməsində X1 qeyd olunmuşdur. Onun X14 oğlu ilə birgə nikahdan 3 övladı olmuşdur. xx xxxxxxxx 1999-cu il tarixdə X6, xx.xx.2001-ci il tarixdə Rüstəmov Röyal Müşfiq oğlunun və xx xxxxxx 2003-cü il tarixdə doğulmuş X2 doğum haqqında şəhadətnamələrində də ana qrafasında Rüstəmova (Paşayeva) Ceyhunə Zakir qızı kimi qeyd edilmişdir. Onun xx xxxxxxx 2008-ci il tarixdə X8 ilə Mingəçevir Şəhər Məhkəməsində məhkəmə qaydasında nikahları pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsində də onun soyadı- Rüstəmova, adı- Ceyhunə və ata adı- Zakir kimi göstərilmişdir. O, boşandıqdan sonra xx.xx.2014-cü il tarixdə yeni şəxsiyyət vəsiqəsi alarkən, öz ata soyadına qayıtmışdır. Lakin yeni şəxsiyyət vəsiqəsi alan zaman, onun soyadı- Rüstəmova, adı isə səhvən- Cehunə və ata adı- Zakir kimi qeyd edilmişdir. O öz adında hərf səhvini düzəltmək istəyir. Doğum haqqında şəhadətnaməsində isə adı olan hissədə qaralanma olmuşdur. O, xx.xx.2020-ci il tarixdə Maraqlı şəxsnə ərizə verərək, təkrar doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05\Q-106\13 saylı məktubu ilə təkrar doğum haqqında şəhadətnamə verilməsindən imtina edərək, 1979-2020-ci illər üzrə “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində onun adına doğum faktının qeydə alınması müəyyən edilmədiyini bildirilmişdir. Odur ki, məhkəmədən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa edilərək, doğum haqqında şəhadətnamədə soyadının- Paşayeva, adının- Ceyhunə və ata adının Zakir qızı kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə Məhkəməyə Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə ünvanlanmış ərizəsindən görünür ki, Qeydiyyat Şöbəsinin nümayəndəsinin üzrlü səbəbdən gələ bilmədiyini, işə onların nümayəndəsinin iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnaməni surətindən görünür ki, Ərizəçi xx xxxx 1979-cu il tarixdə atası X10, anası X4 olmaqla, Ağdam rayonu, Novruzlu kəndində doğulmuş, bu barədə Ağdam rayon VVAQ Şöbəsi tərəfindən xx xxxxxx 1988-ci il tarixdə 86 nömrəli qeyd aparılmış və onun adına doğum haqqında şəhadətnamə tərtib edilmişdir. Lakin həmin Şəhadətnamənin ad və ata qrafasında ərizəçinin adı üzərində qaralamalı düzəli edilmişdir. İşdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1979-cu il tarixdə Ağdam rayonu, Novruzlu kəndində doğulmuşdur. İşdə olan Doğum haqqın şəhadətnamələrin surətlərindən görünür ki, xx xxxxxxxx 1999-cu il tarixdə X6, xx.xx.2001-ci il tarixdə Rüstəmov Röyal Müşfiq oğlunun və xx xxxxxx 2003-cü il tarixdə X2 adlarına tərtib edilmiş doğum haqqında şəhadətnamələrin ana qrafalarında- X7 yazılmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020–ci il tarixli məktubdan görünür ki, müvafiq sənədlər təqdim edilmədiyindən Ərizəçi məxsus doğum haqqında akt qeydinə düzəliş edilməsindən imtina edilmişdir. İşdə olan Vətəndaşlıq vəziyyəti aklarının reyestri xidmətinin rəisi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş məktubdan görünür ki, X5 adına Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 1988-ci il tarixli 86 nömrəli doğum haqqında bərpa akt qeydi saxlanılmadığından, doğum akt qeydinin surətinin verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, Ərizəçi, atası X10, anası X4 olmaqla, xx xxxx 1979-cu il tarixdə Ağdam rayonu, Novruzlu kəndində doğulmuşdur. Doğulan zaman Ağdam VVAQ Şöbəsində doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 1988–ci il tarixdə 86 nömrəli qeydiyyat aparılmış, lakin qeydiyyat aparılarkən onun adında qaralama aparıldığı üçün adının yazılışında orfoqrafiq səhvə yol verilmişdir. Ona görə də onun adı “Ceyhunə” olduğu halda, şəxsiyyət vəsiqəsində həqiqi mənasına uyğun olmayan şəkildə, yəni “Cehunə” kimi qeyd edilmişdir. Halbuki, ərizəçinin bütün digər sənədlərində adı “Ceyhunə” kimi yazılmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 339.1–ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001–ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Qərarın 1–ci bəndində göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yeri üzrə qeydiyyat şöbəsində həyata keçirilir. Həmin Qərarın 2–ci bəndində qeyd olunur ki, aidiyyəti şəxslər arasında mübahisə olduqda düzəliş məhkəmənin qətnaməsinə əsasən aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsaəsn itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə doğum akt qeydinin hazırda mövcud olmaması və həmin doğum akt qeydinin bərpa olunmasının mümkün olmamasına görə ərizəçinin adında olan orfoqrafiq düzəliş edilməsindən imtina olunması səbəb olmuşdur. Hazırda doğum akt qeydinin mövcud olması faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Məhkəmə hesab edir ki, ərizəçinin doğum haqqında akt qeydindəki orfoqrafiq səhvin aradan qaldırılmasına zərurət vardır. Belə ki, Ərizəçi doğum tarixi doğum haqqında akt qeydində, onun digər hüquqi sənədlərinə uyğun olaraq soyadı- Paşayeva, adı- Ceyhunə və ata adı- Zakir qızı kimi qeyd edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, X5 atası X10, anası X4 olmaqla, xx xxxx 1979-cu il tarixdə Ağdam rayonunun Novruzlu kəndində doğulmasına dair xx xxxxxx 1988–ci il tarixdə Ağdam VVAQ Şöbəsində tərtib edilmiş 86 nömrəli doğum akt qeydinin qeydiyyatı faktı müəyyən edilməli və onun yəni X5 adına həmin doğum akt qeydinin bərpa olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi atası X10, anası X4 olmaqla, xx xxxx 1979-cu il tarixdə Ağdam rayonunun Novruzlu kəndində doğulmasına dair xx xxxxxx 1988–ci il tarixdə Ağdam VVAQ Şöbəsində tərtib edilmiş 86 nömrəli doğum akt qeydinin qeydiyyatı faktı müəyyən edilsin. X5 adına xx xxxxxx 1988–ci il tarixli 86 nömrəli doğum akt qeydi tərtib olunsun. Ərizəçi adına açılmış xx xxxxxx 1988–ci il tarixli 86 nömrəli doğum akt qeydində soyadı- Paşayeva, adı- Ceyhunə və ata adı- Zakir qızı, doğulduğu yer Ağdam rayonunun Novruzlu kəndi, milliyyəti azərbaycanlı kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-556/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-556/2021
11.03.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver