Məhkəmə qərarları › İş №2(051)-563/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-563/2023

07.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-563/2023 07.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan mənzilin paylara uyğun naturada bölünməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan mənzilin paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Oktya qızı qızı xx.xx.2008-ci il tarixdə X7 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Mətin və Sürəyya adlı əkiz uşaqları vardır. İddiaçı ailə qurarkən qaynatası X3 mülkiyyətində olan Mingəçevir şəhər Vidadi küçəsi 5 saylı evin 21 saylı mənzilinə gəlin köçmüşdür. Hal-hazırda da iddiaçı iki azyaşlı övladları ilə birlikdə həmin mənzildə yaşayırlar. İddiaçının həyat yoldaşı X7 28 aprel 2018-ci ildə, qayınatası X8 xx.xx.2020-ci ildə vəfat etmişlər. İddiaçının qayınatasının ölümündən sonra baldızı-Cavabdeh1 mübahisəli mənzilə köçüb gəlmiş və hazırda onlarla birlikdə yaşayır. Halbuki, Cavabdeh1 ailə qurması səbəbindən ata evindən köçüb getmiş və eyni zamanda qeydiyyatdan çıxmışdır. Digər Cavabdeh2 atasının ölümündən xeyli əvvəl ailə qurması ilə əlaqədar mübahisəli evdən qeydiyyatdan çıxaraq başqa ünvana köçüb getmiş və hazırda da ailəsi ilə birlikdə orada yaşayır. Mübahisəli mənzilin mülkiyyətçisi olan Zahid Məmmədovun ölümündən sonra cavabdehlər iddiaçını mənzildə yaşamağa imkan vermədiklərinə görə miras əmlakın qəbul edilməsi və payların müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdi. Şəki Apellyasiya Məhkəməsinin 456 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, X2 miras qalmış Mingəçevir şəhəri Vidadi küçəsi 5 saylı evin 21 saylı mənzilə iddiaçının uşaqları X1 payı altıda bir hissə və X4 payı altıda bir hissə, onlara mütənasib olaraq Cavabdeh1 payı altıda iki hissə və Cavabdeh2 payı altıda iki hissə müəyyən edilmişdir. Qətnamə icra olunaraq iddiaçının övladlarının və cavabdehlərin ümumi paylı mülkiyyətinə dair xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan Çıxarış verilmişdir. Hazırda mübahisəli mənzildə iddiaçı azyaşlı övladları ilə birlikdə və Cavabdeh1 yaşayır. Cavabdehlərlə iddiaçı arasında müəyyən ixtilaflar ziddiyyətlər vardır. Onlar iddiaçının mülkiyyətindən qanuni və sakit şəraitdə istifadə etmələrinə maneçilik törədir, mənzillə bağlı hüquqlarını kobud surətdə pozurlar. Bununla da, iddiaçının mülkiyyətçi kimi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını kobud surətdə pozulur. Ona görə də ünvan 1 ünvanındakı dörd otaqdan ibarət yaşayış mənzilinin paylara müvafiq surətdə naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izhatında bildirdi ki, mübahisələndirilən mənzilin naturada bölünməsi mümkün deyil, ona görə də iddianın təmin olunmamasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izhatında bildirdi ki, paylı mülkiyyətdə olan Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 5 №-li evin 21 №-li mənzilinin paylara uyğun naturada bölünməsi mümkün omadığına görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi, cavabdehləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşə əlavə edilmiş Şəki Apellyasiya məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(107)-456 №-li qətnaməsindən görünür ki, İddiaçı Oqtay qızının nümayəndəsi və vəkili X9 tərəfindən verilmiş apeiiyasiya şikayətinin qismən təmin olunması, Mingəçevir Şəhər Məhkəməsinin 19 noyabr 2021 ci il tarixli 2(051 )-1693/2021 nömrəli qətnaməsi X2 miras qalmış Mingəçevir şəhər M.V.Vidadi küçəsi 5 №-li evin 21 №-ii mənzilə iddiaçının uşaqları X1 payı altıda bir hissə və X4 payı altıda bir hissə, onlara mütənasib olaraq Cavabdeh1 payı altıda iki hissə və Cavabdeh2 altıda iki hissə müəyyən edilməklə dəyişdirilməsi, qətnamənin qalan-mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılması qət eilmişdir. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 5 №-li evin 21 №-ii mənzilinə 1/6 hissə X4, 2/6 hissə X6, 1/6 hissə X1, 2/6 hissə X5 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş məhkəmə ekspertizasının 10/2180 №li 05 may 2023-cü il tarixli rəyində göstərilir ki, ünvan 2 ünvanda yerləşən evin 21 saylı mənzilin paylarına uyğun şəkldə naturada ayrılmasının “İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1.,2.2.,2.4., 2.7 və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.6-cı maddəsində göstərilir ki, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İş materialları ilə müəyyən edildi ki, Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 5 №-li evin 21 №-li mənzilinə mülkiyyət hüququ ilə 1/6 hissə X4, 2/6 hissə X6, 1/6 hissə X1, 2/6 hissə X5 adına qeydə alınmışdır. İddiaçı payların naturada bölünməsini tələb edir. İş üzrə keçirilmiş məhkəmə tikinti ekspertizasının rəyindən görünür ki, mənzilin paylara müvafiq olaraq naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə ekepertizasının rəyini sübut kimi qəbul edərək belə nəticəyə gəlir ki, mənzilin paylara uyğun naturada bölünməsi texnki cəhətdən mümkün olmadığına görə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat iddiaçıdan alınıb dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan mənzilin paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ekspertiza xərci olan 50 (bir yüz) manat İddiaçı tərəfindən aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə ödənilsin. Büdcə təsnifatının kodu: 142595 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı X10 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE**********00088501 Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar