Məhkəmə qərarları › İş №2(051)-60/2022

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-60/2022

25.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-60/2022 25.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar: İddiaçı1 və X2 Cavabdehlər: Cavabdeh1 qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «Torpaq sahəsinin paylara uyğun naturada bölünməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən 0,0608 ha torpaq sahəsində onların 12/32 paylarının həyətin boş olan aşağı hissəsindən naturada bölünüb istifadələrinə verilməsi, hasarın çəkilməsi, cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçılar işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmirlər. Məhkəmə baxışı zamanı İddiaçı1 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı2 onun oğludur. X5 19 sentyabr 2004-cü ildə vəfat etmişdir. Cavabdehlər Cavabdeh1 qaynanası, Eldar və Cavabdeh3lar qayınları, Cavabdeh4 isə Cavabdeh1 qardaşı oğludur. Mingəçevir şəhər məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli qətnaməsinə əsasən ünvan 2 ünvandakı 0,06 ha torpaq sahəsi cavabdehlərlə aralarında bölünmüş, torpaq sahəsində Cavabdeh1 payı 4/32 hissə, Cavabdeh4 payı 4/32 hissə, Cavabdeh3 payı 4/32 hissə, baba İddiaçı2 payı 5/32 hissə, nəvə İddiaçı2 payı 4/32 hissədə, ona düşən pay isə 7/32 hissədə müəyyən edilmişdir. Bu barədə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Aralarında mübahisə olduğu üçün torpaq sahəsindən birgə istifadə edə bilmirlər. Oğlu Bilal ilə birlikdə ona düşən 0,0228 ha torpaq sahəsinin həyətin aşağı hissəsindən ayrıca çıxışa olan hissəsindən bölünməsini istəyir. Həmin bölgüyə əsasən o, cavabdehlərin torpaq sahəsindən və mənzildən istifadəsinə heç bir maneə yaratmır. Buna görə də Mingəçevir şəhəri, 2-ci Təbriz döngəsi ev 8 ünvanda yerləşən 0,0608 ha torpaq sahəsində olan onun və oğlu İddiaçı2 12/32 paylarının həyətin boş olan aşağı hissəsindən naturada bölünüb onların istifadələrinə verilməsi, hasarın çəkilməsi, cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması haqqında haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 da eyni məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəməyə təqdim olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, 2-ci Təbriz döngəsi ev 8 ünvanda yerləşən 0,0608 ha torpaq sahəsində Cavabdeh1 Qmboy qızının payı 4/32 hissə, Cavabdeh4 payı 4/32 hissə, Cavabdeh3 payı 4/32 hissə, İddiaçı2 payı 5/32 hissə, İddiaçı2 payı 4/32 hissə, X1 payı 7/32 hissədə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 09 fevral 2022-ci il tarixli, 604 saylı rəyinin nəticə hissəsindən görünür ki, Naturada aparılan ölçmə işlərinin kameral şəraitdə dəqiqləşdirilməsi zamanı Mingəçevir şəhəri 2-ci Təbriz döngəsi 8 №li ünvanda yerləşən mübahisəli 0,0608 ha torpaq sahəsinin iddiaçıların payına uyğun olaraq naturada bölünməsi mümkün hesab edilir. Mingəçevir şəhəri 2-ci Təbriz döngəsi 8 №li ünvanda yerləşən 0,0608 ha torpaq sahəsinin boş olan aşağı hissəsindən iddiaçıların payı 12/32 hissəsi 0,0228 ha təşkil edir və onun naturada bölünməsi mümkün olması müəyyən edilmişdir. Bölgü sxeminə əsasən yerdə qalan digər 0,0328 ha torpaq sahəsi ərazinin yuxarı (şimal hissəsi) tərəfini əhatə edir və bir başa küçə ilə əhatələnir. Bu səbəbdən də təşkil edilən natura üzrə bölgü digər paylı mülkiyyətçilərin öz mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olmaması aydınlaşmış hesab olunmuşdur. Məhkəmə iddiaçıların izahatını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, iş üzrə tikinti-texniki ekspertizasının rəyinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Mingəçevir şəhəri, 2-ci Təbriz döngəsi ev 8 ünvanda yerləşən 0,0608 ha torpaq sahəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 12/32 paylarının həyətin boş olan aşağı hissəsindən naturada ayrılıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməli, ayrılmış torpaq sahəsinin ətrafına hasar çəkilməsinə cavabdehlər tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-244, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Mingəçevir şəhəri, 2-ci Təbriz döngəsi ev 8 ünvanda yerləşən 0,0608 ha torpaq sahəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 12/32 paylarının həyətin boş olan aşağı hissəsindən naturada ayrılıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Ayrılmış torpaq sahəsinin ətrafına hasar çəkilməsinə cavabdehlər tərəfindən edilən maneələr aradan qaldırılsın. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə şikayət verməyə haqlıdırlar. Qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: MƏHBURƏ KƏRİMOVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar