Məhkəmə qərarları › İş №2(051)-61/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-61/2024

08.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-61/2024 08.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, mübahisənin həllinə məhkəmədən kənar şəkildə nail ola bildiyinə görə, iş üzrə icraata xitam verilməsini və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş edir. Məhkəmə iddiaçı tərəfin ərizəsini, habelə digər iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtina etməsi başqa şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur və qanunvericiliyin tələblərinə zidd deyildir. Ona görə də iddiaçının iddiadan imtinası qəbul edilməlidir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, iddiaçının tələbdən imtina etməsi barədə ərizəsini və digər iş materiallarını Azərbaycan Respublikası MPM-in 52.5-ci maddəsinin tələbləri baxımından araşdıraraq hesab edir ki, iddiaçının öz tələbindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğundur, başqa şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən iddiaçının iddia tələbindən imtina etməsini qəbul edərək iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş tikinti-texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci iddiaçı İddiaçı tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 262.2–ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. İş materialarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininin rəyindən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. AR MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261,262, 263, 264 və 266–268–ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddiası üzrə işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, hazırkı işin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində yenidən məhkəməyə müraciət edilməsinə yol verilmir. xx.xx.2023-cü il tarixdə saat 15:31:12-də "xxxx" MMC-nin X1 X2 ********** nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100 manat məbləğində pul İddiaçı qaytarılsın. İddiaçıdan tikinti-texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə hesabına köçürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar