Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-612/2021 29.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi: Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X24 iştirakı ilə, Ərizəçi «vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasını müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, özünə, yəni Ərizəçi məxsus doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində qeyd olunduğu kimiatanın adının, soy adının və ata adının X6 ölüm haqqında şəhadətnaməsində qeyd olunması və analığının (ögey anası) X5 ölüm haqqında şəhadətnaməsində ata qrafasında düzəliş edərək, ata adın- Mönsüm deyil, Möhsüm kimi qeyd olunması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin nümayənədəsi məhkəmə iclasına gəlməmiş, bununla belə Mingəçevir şəhər Məhkəməsinə xx.xx.2021-ci il tarixli ərizə ünvanlayaraq işə onların onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Ərizəçi məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o Səlimova (Məmmədova) Tovus Zilfi qızı xx.xx.1967-ci ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olmuşdur. X14 oğlu 1931-ci ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olmuş və Yevlax rayonu Kövhər kəndində qeydiyyatda olmuşdur. Anası- X15 1937-ci ildə anadan olmuş və xx xxxxxx 1982-ci ildə vəfat etmişdir. Onlar üç övlad olmuşlar. O Səlimova (Məmmədova) Tovus Zilfi qızı xx.xx.1967-ci ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olmuşdur. Mərhum qardaşı X20 xx.xx.1968-ci ildə anadan olmuş və xx xxxxxxxx 1968-ci ildə vəfat etmişdir. Bacısı Cumayeva (Məmmədova) Nəzakət Zilfi qızı isə xx.xx.1970-ci ildə anadan olmuşdur. O Səlimova (Məmmədova) Tovus Zilfi qızı və bacısı Cumayeva (Məmmədova) Nəzakət Zilfi qızının doğum şəhadətnamələrimində ata qrafasında X6 özlərinin ad qrfalarında X21 və bacısı isə X4 qeyd edilmişdir. Onun ərizəsi əsasında mərhum qardaşı X13 “ölüm faktının müəyyən edilməsi haqqında” mülki iş əsasında Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(039)- 1910\2020 saylı qətnaməsində X7 göstərilməsinə baxmayaraq, mərhum qardaşımın ata adı qrafası- düzgün qeyd olunmayaraq səhvən Zülfü oğlu kimi qeyd olunmuşdur. X3 vəfat edəndən sonra atası X17 xx xxx 2005-ci il tarixdə Maraqlı şəxsndə analağının X10 ilə rəsmi nikaha girərək ailə qurmuşdur. X2 xx xxxxxxx 2011-ci il tarixdə vəfat etmişdir. X1 ölüm haqqında şəhadətnaməsində ata qrafasında düzgün qeyd olunmayaraq səhvən ata adı – Mönsüm kimi qeyd edilmişdir. Atası – X17 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və mərhum atsının adı düzgün qeyd olunmayaraq, səhvən adı- Zülfü və ata adı isə-Aləmdar kimi qeyd olunmuşdur. Əslində isə onun və bacısı Cumayeva (Məmmədova) Nəzakət Zilfi qızının doğum şəhadətnaməsində göstərildiyi kimi atalarının soyadı, adı və ata adı- X6 qeyd olunmalıdır. Məhkəmədən Ərizəçi məxsus doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində qeyd olunduğu kimiatanın adının, soy adının və ata adının X6 ölüm haqqında şəhadətnaməsində qeyd olunması və analığının (ögey anası) X5 ölüm haqqında şəhadətnaməsində ata qrafasında düzəliş edərək, ata adın- Mönsüm deyil, Möhsüm kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi nümayəndəsi və vəkili X8 Tovus Zilfi qızının izahatına uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx xxxxxx 1967-ci il təvəllüdlü Ərizəçi, xx xxxxxxx 1970-ci il təvəllüdlü X9 X17 və X11r. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X12 xx xxxxxxx 2011-ci ildə Yevlax rayonu, Kolanı kəndində; X18 xx.xx.2020-ci ildə Yevlax rayonu, Kolanı kəndində vəfat etmişdir. İşə əlavə olunmuş Maraqlı şəxsndən xx.xx.2020-ci il tarixli sənədindən görünür ki, Ərizəçi müraciəti təmin edilməmiş, məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin halları ilə müəyyən olunur ki, tələb olunan faktın müəyyən olunması ilə bağlı mübahisə yoxdur. Ərizəçi hüquqi əhəmiyyətli olan faktını başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Ona görə də ərizəçinin tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: Ərizəçinin tələbi təmin edilsin. Ərizəçi məxsus doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində qeyd olunduğu kimi- atasının adının, soy adının və ata adının, ölüm haqqında şəhadətnaməsində X6 qeyd olunsun, Analığı (ögey anası) X5 ölüm haqqında şəhadətnaməsində ata qrafasında düzəliş edilərək, ata adı-Möhsüm kimi qeyd olunaraq düzəliş edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-612/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-612/2021
29.03.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver