Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-622/2021 01.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququun tanınması və payın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 1. Cavabdeh ünvan 1 mənzil 12 ünvanda yerləşən 2 otaqlı mənzilinə bacısı Nümayəndə daimi qeydiyyatı, pay hüququnun təmin edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Çıxarışının Dəyişdirilməsi və Nümayəndə adına Çıxrışda qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin məhkəmə iclasında İddiaçı dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinə hissəvi qiymət verərək hesab edir ki, iddia tələbinin iş üzrə Cavabdeh ünvan 1 mənzil 12 ünvanda yerləşən 2 otaqlı mənzilinə bacısı Nümayəndə daimi qeydiyyata alınması məhkəmədə baxılmalı deyil. Belə ki, hər hansı bir şəxsin mənzilə pasprt qeydiyyatına alınması mülkiyyətçinin razılığı əsasında Mİngəçevir şəhər Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsqəsi şöbəsində həyata keçirilir. Həmin məsələnin məhkəmədən kənar həll edilməsi imkanının itirilməsi barədə iddiaçı işə hər hansı bir sənəd əlavə etməmişdir. İddia ərizəsinin pay hüququnun təmin edilməsi tələbi ilə bağlı mübahisələr ümumi məhkəmələrin yursidksiyasına aid edilsə də iddiaçı məhkəməyə həm iddia ərizəsində həmdə hazırlıq icıasında hansı əmlakda olan payın (vərəsəlik üzrə, birgə mülkiyyət üzrə və.s) müəyyən edilməsinə dair sənədlər və sübutlar təqdim etmədi. Bundan əlavə iddia tələbinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Çıxarışının Dəyişdirilməsi və Nümayəndə adına Çıxrışda qeyd edilməsi tələbidə ümumi məhkəmələrdə baxılmalı deyildir. Ümumi məhkəmələr İnzibati orqanın üzərinə hər hansıl bir vəzifə qoyması həmin məhkəmələrin səlahiyyətinə aid deyil bu tələblə məhkəmədən kənar əvvəlcədən müvafiq orqanlara müraciət etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçı Cavabdeh ünvan 1 mənzil 12 ünvanda yerləşən 2 otaqlı mənzilinə bacısı Nümayəndə daimi qeydiyyatı, pay hüququnun təmin edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Çıxarışının Dəyişdirilməsi və Nümayəndə adına Çıxrışda qeyd edilməsi Mingəçevir Şəhər Məhkəməsində baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 262.3-ci maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261,262- 264,267, 268,395, və 396-cı maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququun tanınması və payın müəyyən edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-622/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-622/2021
01.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver