Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-64/2021 04.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mülkiyyət payının naturada bölünməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ünvan 1 mənzil 1 ünvanında yerləşən 72.80 kv.metr sahədən ibarət yaşayış evinin paylarımıza uyğun 6/10, 1/10, 1/10, 1/10, 1/10 hissələrə naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, ünvan 2 mənzil 1 ünvanda yerləşən 72.80 kv.metr sahədən ibarət yaşayış evinin 6/10 hissəsi onun, hər birinin 1/10 hissə hissə olmaqla tərəflərin mülkiyyətindədir. Cavabdeh4 payının dəyərini könüllü ödəməyə razıdır. Ancaq Cavabdeh4 buna könüllü razılıq vermir. Oğlu İlqarla birgə yaşaya bilmir. Artıq münaqişəli ailə kimi Mingəçevir şəhər Polis Şöbəsinə dəfələrlə müraciət etmişdir. Yaşayış evinin satılmasına dair aralarında ümumi razılığa gələ bilmirlər. İddiaçı cavabdehlərlə birlikdə yaşaya bilmir. Ona görə də ünvan 3 mənzil 1 ünvanında yerləşən mənzilin 5 nəfər arasında naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin M.Əzizbəyov küçəsi 15 saylı evin, 1 saylı mənzildə İddiaçı payı 6/10 hissə, cavabdeh olan Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 payları 1/10 hissə olmaqla paylara bölünmüş və xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. Mülki iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/2163 saylı ekspert rəyindən görünür ki, Mingəçevir şəhəri M.Əzizbəyov küçəsi 15 saylı evin, 1 saylı mənzili naturada təcrid mənzil şəklində paylara uyğun olaraq 5 hissəyə bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və Məhkəmə X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2014-cü il tarixli qərarından da göründüyü kimi Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Mingəçevir şəhərinin M.Əzizbəyov küçəsi 15 saylı evin, 1 saylı mənzili İddiaçı payı 6/10 hissə, cavabdehlər olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinin payı isə 1/10 hissə olmaqla paylara bölünmüşdür. Məhkəmə araşdırılmasının daha obyektiv aparılması məqsədi ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Mingəçevir şəhəri, M.Əzizbəyov küçəsi 15 saylı evin, 1 saylı mənzilinin naturada bölünməsi mümkün deyil. Odur ki, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək iddianın təmin edilməməsi qənaətindədir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə 100 manat məbləğdə ekspertiza xərci İddiaçı aid edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mülkiyyət payının naturada bölünməsi» tələbinə dair iddia tələbi rədd edilsin. İş üzrə 100 manat məbləğdə ekspertiza xərci İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Hüseyn Mİrzəliyev.
Məhkəmə qərarları › İş №2(051)-64/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-64/2021
04.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver