Məhkəmə qərarları › İş №2(051)-646/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-646/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-646/2021 20.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşın subroqasiya qaydasında pul tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 910 manat məbləğində verilmiş sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri baarədə iddiaçıya məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. «xxxx» ASC-nin iddia ərizəsində göstərilmişdir ki, ‘‘Kia Cerato” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də PAZ ********** nömrəli şəhadətnamə ilə 03.05.2018-ci il tarixdən 02.05.2019-ci il tarixədək "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh sahibliyində olan “Kia Cerato” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə 11.04.2019-ci il tarixdə saat 00:30-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək “VAZ 2144” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, X1 fərdi evin həyətyanı sahəsinin hasarına çırpılmışdır. Bundan sonra cavabdeh hadisə verindən yayınmışdır. Hadisə nəticəsində hər iki əmlaka maddi ziyan vurulmuşdur. Hadisə ilə bağlı AR DİN-nin Binəıqədi RPİ-nin DYPŞ tərəfindən qeydə alınmış cavabdeh barəsində İXM-nin 327.6-cı maddəsi AP ******* nömrəli 06.05.2019-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və 06.05.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İddiaçı ASC PAZ **********10 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən X2 daşınmaz əmlaka vurulmuş ziyana görə 160 manat, “VAZ 2144” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə isə 750 manat ödəmişdir. Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsindən sonra hadisə yerindən yayındığına görə həmin hadisə nəticəsində üçüncü şəxsin əmlakına, avtomobilə vurulmuş zərərə görə sığorta həcmində, 910 manat məbləğində ödəniş edildiyi üçün iddiaçının cavabdehdən həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranır. Ona görə də X2 məxsus daşınmaz əmlaka və nəqliyyat vasitəsinə vurulmuş ziyana görə ödənilmiş cəmi 910 manat sığorta ödənişini və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb iddiaçı “xxxx” ASC-yə verilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına bildiriş göndərilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş dəymiş zərərin hesablanmasına dair məlumatdan görünür ki, dəymiş ziyan X1 daşınmaz əmlakına görə 160 manat, “VAZ 2144” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə görə isə 750 manat təşkil edir. İşə əlavə olunmuş sığorta ödənişi ilə bağlı aktdan və ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC PAZ **********10 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə görə X2 daşınmaz əmlaka vurulmuş ziyana görə 160 manat, “VAZ 2144” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə görə isə 750 manat ödəmişdir. İşə əlavə olunmuş AP ******* nömrəli 06.05.2019-ci il tarixli inzibati xəta haqqında protokol və TP ******* saylı 06.05.2019-cu il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh “Kia Cerato” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə 11.04.2019-ci il tarixdə saat 00:30-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək “VAZ 2144” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, X1 fərdi evin həyətyanı sahəsinin hasarına çırpıldığı üçün AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianı iddiaçının tələbi üzrə təmin edilməsi qənaətindədir və dəymiş zərərin hesablanmasına dair akta uyğun qətnamənin çıxarılması iddiaçının hüquqlarının təmin olunması kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində göstərdiyi hallarla bağlı öz sübutlarını təqdim etmiş, cavabdeh isə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat Cavabdeh tutulub iddiaçı «xxxx» ASC-yə verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 910 (doqquz yüz on) manat pul alınıb «xxxx» ASC-nə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Cavabdeh tutulub «xxxx» ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar