Məhkəmə qərarları › İş №2(051)-67/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-67/2021

26.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-67/2021 26.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh): İddiaçı Allhaverdi qızı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh гаршы paylı mülkiyyətdən onun və övladlarının payının naturada ayrılıb verilməsi тялябиня даир илкин иддиасы вя Cavabdeh və X3 İddiaçı qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və maraqlı şəxs Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisinə гаршы çıxarışın etibarsız hesab edilməsi тялябиня даир гаршылыглы иддиасы цзря мцлки ишя ачыг мящкямя иъласында бахараг мцяййян етди: İddiaçı иддиа яризяси иля Минэячевир шящяр мящкямясиня мцраъият едяряк, ünvan 1 ünvanda, 0,0652 ha torpaq sahəsi üzərində yerləşən 77,9 kvm fərdi yaşayış evinin 2/4 hissə payla Cavabdeh ilə aralarında naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və X7 qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı adına verilmiş RX seriyalı, ******* saylı və 03 may 2018-ci il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, xx.xx.1956-cı ildə anadan olmuşdur. Ali təhsilli tarix müəllimidir. Hal hazırda yaşa görə əmək pensiyaçısıdır. ünvan 2 ünvanda 0,0652 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 77,9 kvm 3 yaşayış otağından 1 mətbəxdən və 1 bağlı eyvandan ibarət olan fərdi yaşayış evi xüsusi və paylı mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə ona Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 03.05.2018-ci il tarixli Seriya RX1226908 “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” verilmişdir. Çıxarış daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. 0,0652 ha torpaq sahəsi və onun üzərində olan 77,9 kvm fərdi yaşayış evi ¼ hissə payla ona ¼ hissə payla qızı X5 və 2/4 hissə payla Cavabdeh məxsusdur. Fərdi yaşayış evi naturada bölünmədiyinə görə 2/4 hissə payla mülkiyyətçi Cavabdeh qanunsuz olaraq yaşayış sahəsindən istifadə edir. Bu isə onun və qızı X4 qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Dəfələrlə Cavabdeh paylı mülkiyyətin naturada bölünməsi üçün razılığa gəlməsini təklif etmişdir. Lakin Reyhan məsələnin razılıq yolu ilə həllindən yayınmışdır. Buna görə də ünvan 3 ünvanda 0,0652 ha torpaq sahəsi üzərində yerləşən 77.9 kvm fərdi yaşayış evinin 2/4 hissə payla Cavabdeh ilə aralarında naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İlkin iddia üzrə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X6 məhkəmə iclası zamanı izahatında ilkin iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddianın baxılmamış saxlanılmasına razıdır. Cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin R Koroğlu küçəsi 45/11 mənzilinin 2/4 hissəsi mülkiyyət hüququ üzrə Cavabdeh 1/4 hissəsi mülkiyyət hüququ üzrə İddiaçı Allhaverdi qızının ¼ hissəsi mülkiyyət hüququ üzrə X4 adına 03.05.2018-ci il tarixdə qeydə alınmışdır. Mülki iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 02 aprel 2021-ci il tarixli təqdimatının nəticəsindən görünür ki, Mingəçevir şəhərinin koroğlu küçəsindəki 45/11 ünvanda yerləşən 0,0652 ha torpaq sahəsi üzərində yerləşən 77,9 kv.metr fərdi yaşayış evinin naturada təcrid mənzillər şəklində bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə olunmuş sənədlərə qiymət verərək hesab edir ki, ilkin iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Mingəçevir şəhərinin koroğlu küçəsi 45/11 mənzilinin ¼ hissəsi mülkiyyət hüququ üzrə İddiaçı Allhaverdi qızının, 2/4 hissəsi mülkiyyət hüququ üzrə Cavabdeh və ¼ hissəsi mülkiyyət hüququ üzrə X4 adına qeydə alınmışdır. Məhkəmə araşdırılmasının daha obyektiv aparılması məqsədi ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/4071 saylı rəyindən görünür ki, ünvan 1 mənzilinin naturada təcrid mənzillər şəklində bölünməsi texniki cəhətdən mümkün deyil. Odur ki, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək ilkin iddianın rədd edilməsi qənaətindədir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə məhkəmə hesab edir ki, iddia hazırki mübahisə üzrə obyekt olan mənzilin naturada bölünmə hissəsində rədd olunmalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı Allhaverdi qızının Cavabdeh qarşı «paylı mülkiyyətdən onun və övladlarının payının naturada ayrılıb verilməsi» tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar