Məhkəmə qərarları › İş №2(051)-672/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-672/2021

09.04.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-672/2021 09.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi və Ərizəçi, maraqlı şəxs X5 iştirakı ilə, Ərizəçi vətəndaşlıq vəziyyəti aktında düzəliş edilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək vətəndaşlıq vəziyyəti aktında düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o, xx.xx.1980-ci ildə Ağdaş rayonu Ağzıbir kəndində anadan olmuşdur. xx.xx.2004-cü ildə övladı X9 anadan olmuşdur. Həmin dövrdə oğlunun atası X12 ilə faktiki nikah münasibətində olmuşlar. Oğlunun doğumunu atası Ağdaş rayon Ağzıbir kənd icra nümayəndəliyində xx.xx.2004-cü il tarixdə rəsmiləşdirərək uşağa doğum haqqında şəhadətnamə almışdır. Həmin vaxt icra nümayəndəsi şəhadətnaməni tərtib edəndə akt qeydini tək ana qaydasında tərtib etmiş, lakin ana qrafasında onun soyadını səhvən “Məhərrəmova” kimi qeyd etmişdir. Akt tək ana qaydasnda olduğu üçün uşağın soyadı və uşağın atası haqqında məlumatlarda da soyadları “Məhərrəmov” kimi qeyd etmişdir. xx.xx.2005-ci il tarixdə faktiki həyat yoldaşı X10 ilə nikahlarını rəsmi qeyd etdirilərkən əvvəlki “İsayeva” soyadı, ərinin soyadına “Zakirova”ya keçmişdir. Həmin vaxt icra nümayəndəsindən uşağın da sənədini düzəltməsi və ata kimi həyat yoldaşının ata qrafasında yazılmasını və onun soyadına da düzəliş edilməsini xahiş etmişdir. Nümayəndə doğum haqqında şəhadətnamədə uşağın və atanın soyadlarını Zakirov, onun soyadını isə “Məhərrəmova” kimi yazmışdır. İllər ötmüş, uşaq həmin doğum haqqında şəhadətnamə ilə məktəbə getmiş, Mingəçevir ŞPŞ-də pasport masasında xx.xx.2015-ci il tarixdə AZE 12613224 №li şəxsiyyətini təsdiq edən sənəd almışdır. Lakin uşağın şəxsiyyət vəsiqəsi yeni əsil vəsiqəyə dəyişdirilməsi zamanı məlum olmuşdur ki, doğum haqqında akt qeydində düzəliş edilməmişdir. “Asan Xidmət” mərəkəzində DİN-in pasport masası bölməsindən ona bildirildi ki, uşağın soyadı, atasının və anasının soyadı doğum haqqında şəhadətnamədə “Məhərrəmov” və “Məhərrəmova” olduğu üçün məsələyə aydınlıq gətirilməlidir. Bununla əlaqədar Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə doğum akt qeydinə düzəliş edilməsi barədə ərizə ilə müraciət etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də övladı X4 Ağdaş rayonu Ağzıbir icra nümayəndəliyi tərəfindən xx.xx.2004-cü il tarixdə icra edilmiş 12 saylı doğum haqqında akt qeydində uşağın, ananın və atanın soyadlarına düzəliş edilərək “İsayev” yazılmasına dair qərar çıxarılmasını xahiş edir. Maraqlı şəxs Mingəçevir şəhər Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin iştirakı olmadan baxıla bilər. Maraqlı şəxs X11 məhkəmə iclasında izahatında bildirdi ki, 2003-cü ildə X13 ilə faktiki olaraq, el adəti ilə toy edərək ailə qurmuşlar. Lakin rəsmi nikah qeyd etdirməmişlər. Onların evliliyindən xx xxx 2004-cü ildə Fəzail adlı uşaqları olmuşdur. Həmin vaxt rəsmi nikahları olmadığına görə doğum haqqında şəhadətnamədə o, ata kimi qeyd edilməmişdir. Eləcə də həyat yoldaşı olan Naibənin soyadı Məhərrəmov, ananın soyadına uyğun olaraq uşağın soyadı, həmçinin atanın soyadı Məhərrəmov yazılmışdır. Sonra Ağdaş rayon İHB-nin Ağzıbir kənd İcra nümayəndəliyi tərəfindən uşağa yeni doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamədə uşağın soyadı Zakirov, ata kimi onun adı, soyadı, ananın-ərizəçinin soyadı isə Məhərrəmova yazılmışdır. Uşağa doğum haqqında şəhadətnamə alan zaman məlum olmuşdur ki, doğum haqqında akt qeydində uşağın, atanın və ananın soyadı Məhərrəmov kimi yazılmışdır. Məhərrəmov soyadı isə ya onun, ya da uşağın anasının soyadı olmamışdır. Ərizəçinin nikahdan əvvəl soyadı İsayeva olmuş, nikahları rəsmi qeydə alındıqdan sonra ərizəçi onun soyadını-Zakirova soyadını qəbul etmişdir. Birgə evlilikdən doğulmuş uşağın soyadının əvvəlcə İsayeva yazılmasına etiraz etmir. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun oğlu Zamin Zakirovanın arvadıdır. Onların xx xxx 2004-cü ildə Fəzail adlı bir uşağı olmuşdur. Zaminlə Naibənin 2003-cü ildə el adəti ilə toyları olmuş, nikahlarını isə xx.xx.2004-cü ildə qeyd etdirmişlər. Uşaq doğulan vaxt onların arasında rəsmi nikah qeydə alınmadığına görə uşağın soyadı Məhərrəmov yazılmışdır. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşı İsanın qızıdır. Onun və bacı-qardaşlarının bəzilərinin soyadı Məhərrəmov, bəzilərinin isə soyadı İsayev olmuşdur. Naibənin atası İsanın da soyadı İsayev olmuşdur. Lakin kənd inzibati ərazi nümayəndəliyi tərəfindən uşağa doğum haqqında şəhadətnamə verilən zaman onun soyadı Naibənin əmilərinin soyadına uyğun olaraq ananın, uşağın və atanın soyadı Məhərrəmov yazılmışdır. Məhkəmə ərizəçini, maraqlı şəxsi və şahidləri dinləyib, işdə olan sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2004-cü ildə anadan olmuşdur. Şəhadətnamədə ana kimi X8, ata kimi X10 yazılmışdır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 oğlu xx.xx.2004-cü ildə Ağdaş rayonu Pirəzə kəndində anadan olmuşdur. İşdə olan doğum haqında şəhadətnamədən görünür k, X15 xx.xx.1980-ci ildə Ağdaş rayonu Ağzıbir kəndində anadan olmuş, atası X18, anası X3r. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X15 arasında xx.xx.2005-ci ildə Ağdaş rayon Ağzıbir kənd inzibati ərazi nümayəndəliyində 12 № ilə nikah qeydə alınmışdır. İş materiallarında olan Mingəçevir Şəhər “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilir ki, Ağdaş rayon Ağzıbir kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.2004-cü il tarixli 12 №-li doğum haqqında akt qeydində uşağın soyadı Məhərrəmov, atanın soyadı Məhərrəmov, ananın soyadı Məhərrəmova kimi qeyd edilmişdir. Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi 2003-cü ildə X10 ilə el adətilə toy edərək ailə qurmuş, lakin aralarında rəsmi nikah qeydə alınmamışdır. Onların evliliyindən xx xxx 2004-cü ildə Fəzail adlı bir uşaqları olmuşdur. Aralarında rəsmi nikah qeydə alınmadığına görə uşağa doğum haqqında şəhadətnamə verilərkən ərizəçi tək ana kimi qeydə alınmışdır. Ancaq doğum akt qeydində ərizəçinin, uşağın və atanın soyadı səhvən “Məhərrəmov” yazılmışdır. Halbuki ərizəçinin nikahdan əvvəlki soyadı İsayeva olmuşdur. Ərizəçi ilə X10 arasında xx xxxxxx 2015-ci ildə rəsmi nikah qeydə alınmış, bundan sonra uşağa verilmiş doğum haqqında şəhadətnamədə ana kimi X8, ata kimi X10 yazılmışdır. Lakin ilkin doğum haqında akt qeydində düzəliş edilməmiş, uşağın, ananın və atanın soyadı “Məhərrəmov” qalmışdır. Həmin ziddiyyətlər də aradan qaldırılmadan uşağa şəxsiyyət vəsiqəsi verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Ailə Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 341.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, xx.xx.2004-cü il təvəllüdlü X4 Ağdaş rayon Ağzıbir icra nümayəndəliyində qeydə alınmış doğum haqqında akt qeydində düzəliş edilməli, onun, ananın və atanın soyadı “İsayev” yazılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. X4 Ağdaş rayon Ağzıbir icra nümayəndəliyi tərəfindən xx.xx.2004-cü ildə icra edilmiş doğum haqqında akt qeydində düzəliş edilərək onun, ananın və atanın soyadı “İsayev” yazılsın. Qətnamə akt qeydində müvafiq düzəliş edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar