Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-687/2022 11.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ X15 Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Cavabdehlər: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı paylı mülkiyyətdə olan payların naturada bölünməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı və nümayəndəsi və vəkilinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını, yekun məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı paylı mülkiyyətdə olan payların naturada bölünməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı məhkəməyə göndərdiyi iddia ərizəsində iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 0,0189 ha torpaq sahəsi və orada yerləşən yaşayış evi onun mülkiyyətindədir. Qardaşı X1 şəhəri Günəş küçəsi 39 ünvanda yerləşən torpaq sahəsinin 1/5 hissəsindən ibarət olan özünə məxsus olan payını 30 yanvar 2022-ci ildə ona bağışlamışdır. Qeyd edir ki, paylı mülkiyyətdə olan torpaq sahəsi 0,0911 ha torpaq sahəsindən ibarətdir. Hazırda Mingəçevir şəhəri Günəş küçəsi 39 ünvanda yerləşən topaq sahəsinin 4/5 hissəsi cavabdehlərin mülkiyyətindədir. Ünvanın ayrı olmasına baxmayaraq cavabdehlərlə aralarında hasar çəkə bilmir. Bu səbəbdən ünvan 1 ünvanda yerləşən 0,0911 ha torpaq sahəsindən onun 1/5 hissə payının ayrılması, torpaq payına düşən 0,01822 ha hissəsinin cavabdehlərin torpaq sahəsindən sərhədləri aırmağa imkan verən yerdən naturada bölünüb istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, paylı mülkiyyətdə olan torpaq sahəsi 0,0911 ha torpaq sahəsindən ibarətdir. Hazırda Mingəçevir şəhəri Günəş küçəsi 39 ünvanda yerləşən topaq sahəsinin 4/5 hissəsi cavabdehlərin mülkiyyətindədir. Hesab edir ki, iddiaçının tələbi əsassızdır. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da Cavabdeh1 izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili X12 da iddia tələbini rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehlərin izahatını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, hədiyyə verən X2 şəhəri Günəş küçəsi 39 ünvanda fərdi yaşayış evinin ərazisində yerləşən ümumi sahəsi 0,0911 ha olan paylı mükiyyət üzrə ona məxsus olan 1/5 hissəsini hədiyyə alan İddiaçı hədiyyə vermişdir. İşdə olan DƏDRX-nın 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 2 ünvanının hüquqi subyekti İddiaçıdır. İşdə olan DƏDRX-nın Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 194,5 kvadrat metr olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh1 payı1/6 hissə, Cavabdeh2 payı, 1/6 hissə, X7 payı 1/6 hissə, X8 payı 1/6 hissə, X9 payı 1/6 hissə və X10 payı isə 1/6 hissə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022–ci il tarixli, 10/2348 nömrəli ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0,0911 ha torpaq sahəsinin faktiki vəziyyətini planlı yerləşməsini bir tərəfdən giriş çıxış yolu olduğunu və eləcə də həyətyanı sahəyə giriş qapısının eni 3,0m olduğunu nəzərə alaraq, tədqiq olunan torpaq sahəsinin naturada təcrid şəkilndə ayrılması Məhkəmə Tikinti Texniki X3 tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbul ediləndir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh1 paı1/6 hissə, Cavabdeh2 payı 1/6 hissə, X7 payı 1/6 hissə, X8 payı 1/6 hissə, X9 payı 1/6 hissə və X10 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisəli torpaq sahəsi üzrə paylar müəyyən olunsa da, mənzilin köməkçi sahələri ümumi istifadədə qalmışdır. Belə olan halda tərəflər ümumi mülkiyyətdə olan torpaq sahəsindən payın ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında mübahisə olduğuna görə iddiaçının ümumi əmlakdan istədiyi kimi istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçı öz payının naturada ayrılmasına dair məhkəmədə iddia qaldırmışdır. İş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 0,0911 ha torpaq sahəsinin faktiki vəziyyətini planlı yerləşməsini bir tərəfdən giriş çıxış yolu olduğunu və eləcə də həyətyanı sahəyə giriş qapısının eni 3,0m olduğunu nəzərə alaraq, tədqiq olunan torpaq sahəsinin naturada təcrid şəkilndə bölünməsi (ayrılması) mümkün hesab edilməmişdir. Ekspertin rəyini yerində tədqiq etmək məqsədi ilə məhkəmə tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirmiş və ekspert rəyindəki xüsusatlar öz təsdiqini tapmışdır. Məhkəmə işə əlavə edilmiş tikinti-texniki ekspertizasının xx.xx.2020–ci il tarixli, 10/28080 nömrəli ekspert rəyinədə hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan ekspert rəyi Mingəçevir şəhər məhkəməsinin 2(051)-2170/2019 saylı mülki işlə əlaqədar çıxarılmış ekspert rəyidir və qeyd olunan mülki iş isə məhkəmənin müvafiq qəraradı ilə mahiyyəti üzrə baxılmamış saxlanılmışdır. Ona görə də məhkəmə qeyd olunan ekspertiza rəyinə hüquqi qiymət verilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM–in 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 213–cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3–cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Lakin iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunduğu kimi payın naturada ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmadığından, iddiaçıya düşən pay naturada ayrılmamalıdır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, torpaq sahəsinin bölgüsü zamanı tərəflərin hər birinin sərəncamına yaşayış və yardımçı tikililəri və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə isə yalnız bir tərəfdən giriş-çıxış yolunun olması, eləcə də həyətyanı sahəyə giriş qapısının eni 3,0m olduğunu nəzərə alaraq iddiaçıya düşən sahədə mümkün olmaması torpağın naturada bölünməsini istisna edir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–nin 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı paylı mülkiyyətdə olan payların naturada bölünməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-687/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-687/2022
11.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver