Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-732/2021 15.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Ərizəçi iştirakı ilə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi və ləğv olunmasına dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, onun ölməsinə dair Yevlax rayon Salahlı İcra Nümayəndəliyi tərəfindən tərtib olunmuş xx xxx 1961-ci il tarixli, 10 saylı ölüm haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsi və ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, xx xxxxxx 1959-cu ildə Yevlax rayonun Salahlı kəndində anadan olmuşdur. X2, anası X8r. Ailə qurana qədər Yevlax rayonu Salahlı kəndində yaşamışdır. xx xxxxxx 1982-ci ildə X4 ilə ailə qurub Mingəçevir şəhərinə daimi köçmüşlər. Artıq 62 yaşı var. Hazırda ona məlum olmuşdur ki, Yevlax rayon Salahlı İcra Nümayəndəliyi tərəfindən onun barəsində xx xxx 1961-ci ildə 10 saylı ölüm haqqında akt qeydi tərtib olunmuş və həmin qeydlərə əsasən o, ölmüşdür. Dövlət arxivinin Yevlax filialı tərəfindən xx xxxx 2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, o, Yevlax rayon Salahlı kənd ZDS İcraiyyə Komitəsinin 1959-1960, 1963-1965-ci illərə dair təsərrüfat başına kitablarında X6 təsərrüfatında göstərilmiş və doğum tarixi 1959-cu ildir. Salahlı İcra nümayəndəliyi tərəfindən ona hansı səbəbdən ölüm haqında akt qeydinin yazılma səbəbi məlum deyildir. Həmin qeydə düzəliş aparmaqdan Qeydiyyat şöbəsi imtina etmişdir. Ona görə də onun ölməsinə dair Yevlax rayon Salahlı İcra Nümayəndəliyi tərəfində tərtib olunmuş xx xxx 1961-ci il tarixli, 10 saylı ölüm haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsi və ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs, Maraqlı şəxs rəisi S.Hüseynova məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun həyat yoldaşıdır. Onlar bir rayonda, bir kənddə doğulmuş, bir kənddə yaşamışlar. xx xxxxxx 1982-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş və hal-hazıradək birlikdə yaşayırlar. Əvvəl Yevlax rayonunda yaşamışlar, sonra Mingəçevir şəhərinə köçmüşlər və hazırda Mingəçevirdə yaşayırlar. İşdə olan Yevlax rayon Salahlı kənd İN-yi tərəfindən xx xxxxx 2017 ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1959-cu ildə Yevlax rayon Salahlı kəndində doğulmuşdur. X11 Abdulla oğlu, anası X8r. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X5 ilə Ərizəçi xx xxxxxx 1982-ci ildə Mingəçevir şəhər VVADQ şöbəsində 218 № ilə nikah qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət arxivinin Yevlax filialının xx xxxx 2021-ci il tarixli 81 №-li arxiv arayışından görünür ki, Dəvlət arxivində mühafizə olunan Yevlax rayon Salahlı kənd ZDS İcraiyyə Komitəsinin 1963-1965-ci illərə dair 01 saylı təsərrüfatbaşına kitabının 19-cu səhifəsinin 16 saylı qeydində Ərizəçi X6 təsərrüfatında yazılmışdır. Yevlax rayon Salahlı kənd ZDS İcraiyyə Komitəsnin təsərrüfatbaşına kitabnda Ərizəçi doğum tarixi 1959-cu il yazılmıdır. İşdə olan Maraqlı şəxs ərizəçiyə xx xxxxxxx 2020-ci il tarixli cavab məktubunda göstərilir ki, Ərizəçi adına Yevlax rayon Salahlı İcra nümayəndəliyi tərəfindən xx.xx.1961-ci il tarixdə 10 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İşə əlavə edilmiş Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndiliyinin xx xxxx 2021-ci il tarixli 09 №-li arayışından görünür ki, 1959-cu ildən bu günə kimi Salahlı qəbirstanlığında Ərizəçi adında şəxs dəfn olunmamışdır. İşdə olan 12 №-li MİS-dən verilmiş xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Nəbiyeva X3 şəhəri Ü.Hacıbəyov küçəsi 72 №-li evin 39 №-li mənzilində yaşayır. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Ərizəçi xx xxxxxx 1959-cu ildə Yevlax rayonun Salahlı kəndində anadan olmuş, xx xxxxxx 1982-ci ildə X5 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, hazırda birlikdə Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 72 №-li evin 39 №-li mənzilində yaşayır. Onun barəsində tərtib olunmuş ölüm akt qeydinin hüquqi əsasları müəyyən edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx xxxxxx 1959cu ildə anadan olmuş Ərizəçi adına Yevlax rayon Salahlı İcra nümayəndəliyi tərəfindən tərtib edilmiş 10 №-li 03 may 1961-ci il tarixli ölüm haqqında akt qeydi düzgün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, xx xxxxxx 1959-cu ildə anadan olmuş Ərizəçi adına Yevlax rayon Salahlı İcra nümayəndəliyi tərəfindən tərtib edilmiş 10 №-li xx xxx 1961-ci il tarixli ölüm haqında akt qeydi düzgün olmamasına görə ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. xx xxxxxx 1959-cu ildə anadan olmuş Ərizəçi adına Yevlax rayon Salahlı İcra nümayəndəliyi tərəfindən tərtib edilmiş 10 №-li 03 may 1961-ci il tarixli ölüm haqqında aktı qeydi ləğv edilsin. Qətnamə ölüm haqqında akt qeydinin ləğv olunması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-732/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-732/2021
15.04.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver