Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-745/2022 10.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 Qəhrəman qızının, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı payın naturada bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçılar İddiaçı1 Qəhrəman qızı, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 0.084 ha torpaq sahəsində hər birinin 1/8 hissədə olan 0.0315 ha torpaq sahəsinin tikinti altına düşməyən 0.03 ha torpaq sahəsinin naturada bölünərək həyətin arxa hissəsindən paylarının ayrılaraq mülkiyyətlərinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hakim özü-özünə etiraz etməli və etiraz məsələsi həll edilməsi üçün mülki iş Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş üzrə İddiaçı1 2009-cu ildən Mingəçevir Şəhər Məhkəməsində kuryer vəzifəsində işləyir. Bu halda onun mülki tələbinə Mingəçevir Şəhər Məhkəməsində baxılması zahirən işə obyektiv baxılmasını şübhə altına ala bilər. Hakimin işin həllində hər hansı şəkildə marağı olmasa belə, məhkəmənin işçisi barədə mülki işin həllində maraqlı olması görüntüsü yarada bilər. Belə olan halda hakim tərəfindən gələcəkdə çıxarılacaq hər hansı bir məhkəmə aktının doğruluğuna şübhə yaranmaması üçün hakim özü özünə etiraz etməlidir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasında hakimin özü-özünə etdiyi etiraza baxılması üçün mülki işin apelyasiya instansiya məhkəməsinə göndərilməsinə etiraz etmədilər. İddiaçıya və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə hazırlıq iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdirlər. AR MPM-nin 19.1.7-ci maddəsinə əsasən hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa onun tərəfindən işə baxılmasına yol verilmir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, məhkəmədə kuryer vəzifəsində çalışan İddiaçı1 mülki işinə həmin məhkəmənin hakimi tərəfindən baxılması məhkəmənin zahiri müstəqilliyinə xələl gətirən haldır. Sözügedən mülki işə baxan hakim, həmçinin məhkəmənin sədri vəzifəsini icra edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, etiraz baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 19, 22, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq, qərara aldi: Mingəçevir Şəhər Məhkəməsinin hakimi Paşayev Nemət Şirkət oğlunun özü-özünə etdiyi etiraz məsələsinə baxılması üçün, iddiaçılar İddiaçı1 Qəhrəman qızının, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı payın naturada bölünməsi tələbinə dair iddiası üzrə mülki işin materialları Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-745/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-745/2022
10.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver