Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-750/2021 03.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdehlər) X3 nümayəndəsi və vəkili Vəkil1, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi, mənzilə köçürülmə və mənzilin çöl qapısının açarlarının ona verilməsi» tələbinə dair ilkin iddiası; Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı mənzilə paylı mülkiyyət hüququ ilə məxsus olan payçıların payının dəyərinin kompensaisya ödənilməsi şərti ilə mülkiyyət hüquqlarına xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Mingəçevir şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı1 və Ələsgərov X6 şəhər məhkəməsinə müraciət edərək Mingəçevir şəhəri Maqomayev küçəsi 12 saylı evin, 24 saylı mənzilinə onların köçürülməsini, mənzilin çöl qapısının açarlarının onlara verilməsi, Mingəçevir şəhəri Maqomayev küçəsi 12 saylı evin 24 saylı mənzilinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzilə 1/8 hissədə İddiaçı1 və 1/8 hissədə İddiaçı2 paylarının dəyərinin pul ilə əvəzləşdirlərək ödənilməklə mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdehlər) X4 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Mingəçevir şəhəri Maqomayev küçəsi 12 saylı evin 24 saylı məınzilin iddiaçıların hər birinin 1/8 hissədə, 6/8 hissədə cavabdehin miras payı müəyyənləşdirilmişdir. İddiaçıların mülkiyyət hüquqları qeydə aldırıb çıxarış almışlar. İddiaçılar mənzildə olan paylarının əvəzinin ödənilməsi üçün könüllü razılığa gəlmək isəsələrdə razılşa bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Nə qədər ki, Cavabdeh yaşadığı Mingəçevir şəhəri Maqomayev küçəsi 12 saylı evin, 24 saylı mənzilin 2/8 hissəsi onlara məxsusdur, iddiaçılar həmin mənzil paylarından istifadə etmək istəyirlər. Həmin mənzilə köçürülmələri və mənzilin çöl qapısının açarlarının onlara verilməsi hüququ vardır. Ona görə də ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzilə 1/8 hissədə İddiaçı1 və 1/8 hissədə İddiaçı2 paylarının dəyərinin pul ilə əvəzləşdirlərək ödənilməklə mülkiyyət hüquqlarına xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən 24 nömrəli mənzil paylı mülkiyyətdə olmaqla, 1/8 hissədə İddiaçı2, 1/8 hissədə İddiaçı1 və 6/8 hissədə isə Cavabdeh mülkiyyətindədir. Mənzilin ümumi sahəsi 75,20 kv.m olmaqla, 3(üç) otaqdan ibarətdir. Mənzilə dair mülkiyyət hüquqlarının müvafiq vərəsəlik qaydasında təsdiqindən sonra, göstərilən paylara dair mülkiyyət hüquqlarının qeydiyyatı müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Haqqında danışılan mənzil ilk əvvəl Raisənin mərhum həyat yoldaşı X1 miras əmlak olaraq qalmışdır. Onun dünyasını dəyişdiyi, yəni 05.02.2017-ci il tarixə kimi cavabdehlərlə bağlı heç bir əlaqələri olmamış mənzildə ümumiyyətlə heç vaxt olmamışlar və həmin şəxslər mərhum yoldaşının birinci ailəsindən dünyaya gəlmiş övladlarıdır. Cavabdehlər AR-da da yaşanmırlar, onların daimi yaşayış yeri həmişədən olduğu kimi Rusiya Federasiyasıdır. Mülkiyyət hüquqlarının əldə olunmasından dərhal sonra, ilkin iddia üzrə iddiaçılar Mingəçevir şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, haqqında danışılan mənzilə köçürülmələri, qapısının açarlarının onlara verilməsi və mənzilin naturada bölünməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişlər. İlkin iddia tələbi ilə iddiaçıların mübahisəli mənzilə köçürülmələri absurddur, ona görə ki, onların AR-nın vətəndaşları olması belə müəyyən olunmalı və yalnız bundan sonra qeyd edilən mübahisə üzrə məhkəmə araşdırması aparılmalıdır. Çünki qarşıqlılı iddia üzrə cavabdehlərin vətəndaşlığı Rusiya Federasiyası olarsa bu onu bildirir ki, onların daimi yaşayış yerləri də həmin Respublikayadır. İkinci bir tərəfdən, bu günə qədər heç bir zaman həmin mənzildə olmayan, mənzilin şəraiti ilə maraqlanmayan şəxslərin mənzilə köçürülmələrinin hüquqi əsasları da yoxdur. Eləcə də, mənzilin ümumi sahəsi 75,20 kv.m olmaqla ümumilikdə 3 (üç) otaqlıdır. Həmin mənzildə Raisə, qızı X5 və onun ailəsi (həyat yoldaşı və övladı ilə) bir yerdə yaşayırlar. Bu isə onu bildirir ki, ilkin iddia üzrə iddiaçıların mənzilə köçürülmə tələbləri əsassız və həqiqəti özündə əks etdirməyən bir haldır. Ona görə də ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzilə 1/8 hissədə İddiaçı1 və 1/8 hissədə İddiaçı2 paylarının dəyərinin pul ilə əvəzləşdirlərək ödənilməklə mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş. İlkin iddianın heç bir hüquqi əsası olmadığı üçün rədd olunmasını xahiş edir. Mülki işə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Müslüm Maqomayev prospekti ev 12 saylı evin, 24 saylı mənzili 1/8 hissəsi İddiaçı2, 1/8 hissəsi mülkiyyət hüququ üzrə İddiaçı1 və 6/8 hissəsi Cavabdeh adına 16.12.2020-ci il-ci il tarixdə qeydə alınmışdır. Mülki iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 13 iyul 2021-cı il tarixli, 10/2826 saylı rəyinin nəticə hissəsindən görünür ki, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi 12 saylı evin 24 saylı mənzili 3 hissəyə yəni 1/8, 1/8 və 6/8 paylara uyğun naturada təcrid olunmuş mənzillər şəklində bölünməsi inşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti Texniki X2 tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə tərəflərin vəkillərinin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarından da göründüyü kimi Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Mingəçevir şəhərinin Müslüm Maqomayev prospekti ev 12 saylı evin, 24 saylı mənzili 1/8 hissəsi İddiaçı2, 1/8 hissəsi mülkiyyət hüququ üzrə İddiaçı1 və 6/8 hissəsi Cavabdeh adına 16.12.2020-ci il-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə araşdırılmasının daha obyektiv aparılması məqsədi ilə mülki iş üzrə ekspertiza təyin edilmişdir. Mülki iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 13 iyul 2021-cı il tarixli, 10/2826 saylı rəyinin nəticə hissəsindən görünür ki, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi 12 saylı evin 24 saylı mənzili 3 hissəyə yəni 1/8, 1/8 və 6/8 paylara uyğun naturada təcrid olunmuş mənzillər şəklində bölünməsi inşaat Norma və Qaydalarının 2.08.01.89nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti Texniki X2 tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edirik, ilkin iddia üzrə məhkəmə tikinti texniki ekspertizasının rəyini və mülki işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, mənzilin müəyyən edilən paylarının hissələrin ikiyə ayrılmasının qeyri müəyyən olması səbəbindən sözügedən mənzilinin naturada bölünməsi mümkün hesab etmir. Odur ki, məhkəmə ilkin iddia həmin hissədə təmin edilməməsi qənaətindədir. Məhkəmə ilkin iddianın mənzilə köçürülmə və mənzilin çöl qapısının açarlarının ona verilməsi» tələbinə dair olan hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, iş materiallarında və tərəflərin izahatlarından müəyyən olundu ki, İddiaçı1 və İddiaçı2 Rusiya Fedrasiyanın vətəndaşıdırlar və daimi olaraq Rusiya Federasiyasında yaşayırlar. Hal-hazırda da Rusiya Federasiyasında yaşamaqdadırlar. Belə olan halda məhkəmə hesab edir ki, onların mübahisəli mənzilə köçürülməsi mümkünsüzdür, mənzilin açarlarının onlara təqdim edilməsi mümkün deyildir. Digər şəxslərə(nümayəndəyə və ya vəkilə) mənzilin açarının verilməsi digər mülkiyyətçinin mənzil hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Həmçinin məhkəmə qarşılıqlı iddiayada hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia əsassızdır. Belə ki. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.3-cü maddəsinin mənasından görünür ki, ancaq mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Digər mülkiyyətçinin kompensasiya təklif etməsi paylı mülkiyyətçinin öz razılığı ilə və ya ancaq digər mülkiyyətçinin payı cüzü olduqda mümkündür. İş materiallarından da görünür ki, İddiaçı1 və İddiaçı2 mübahisəli mənzilə olan payları cüzi deyildir və olara kompensasiya ödənilməsinə razı deyillər. Ona görə də məhkəmə hesab edir ki, qarşılqılı iddia hüquqi əsasını tapmadığı üçün təmin edilməməlidir. Belə ki, Azərbaycan respublikası Mülki Məcəlləsinin 220.4-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi, mənzilə köçürülmə və mənzilin çöl qapısının açarlarının ona verilməsi tələbinə dair ilkin iddiası təmin edilməsin Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı mənzilə paylı mülkiyyət hüququ ilə məxsus olan payçıların payının dəyərinin kompensaisya ödənilməsi şərti ilə mülkiyyət hüquqlarına xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-750/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-750/2021
03.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver