Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-760/2025 21.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər ZDS İcraiyyə Komitəsi 20 aprel 1998-ci il tarixli 6396 №li order əsasında Mingəçevir şəhəri 2 otaqdan ibarət 28.49 kv.m yaşayış sahəsi olan A.Məmmədov küçəsində 4 №li evin 3 №li mənzili iddiaçının anası X2 adına qeyd edilməklə 2 nəfər ailə üzvləri: X7 (iddiaçının bacısı), İddiaçı (iddiaçı) şəxslərin istifadəsinə verilmişdir. AR DİN Mingəçevir ASAN xidmətin verdiyi yaşayış veri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* saylı arayışdan görünür ki, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4 №li evin, 3 №li mənzilində Cavabdeh, X12, X9 qeydiyyatdadırlar. Mingəçevir şəhəri 7 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş 05 fevral 2025-ci il tarixli aktdan görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixdən Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4 №li evin, 3 №li mənzilində yaşamır. Akta imza etdilər-07 saylı MİS-nin rəisi, R.Mustafayev, sahə nəzarətçisi M.Balakişiyeva, tərbiyəçi müəllimə G.Cəfərli Mingəçevir şəhər məhkəməsinin 2(051)-2020/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin olunmuş, cavabdeh X8 İddiaçı qanuni istifadəsində olan Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 4 saylı evin, 3 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab olunması qət edilmişdir. Həmin vaxt iddia ərizəsi verilərkən yaşayış yerindən arayış götürülmüş, həmin arayışda hazırki iş üzrə cavabdehin Cavabdeh adı görünmədiyi üçün qətnamədə onun da istifadə hüququnun itirilmiş hesab edilməsini təmin etdirməlidir. Cavabdeh mübahisəli mənzildə 2008-ci ildən yaşamır. Hər hansı bir əlaqə saxlamır. Mənzil dövlət fondunda olan mənzildir. İddiaçı mənzili özəlləşdirmək istəyir. Mənzilin iddiaçının adına özəlləşdirilməsi üçün orderdə adı olan və qeydiyyatda olan şəxslərin razılığı lazımdır. Hazırda onu tapıb razılığını ala bilmir. Məhkəməyə müraciət etməkdən başqa yolu yoxdur. Tərəflər arasında hüquq münasibətləri xx.xx.2009-cu ilədək yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi ilə bağlı heç bir üzrlü səbəb bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: xx.xx.1988-ci il tarixdə 6396 № ilə verilmiş orderdən görünür ki, X3 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 28.49 kv.m. olan mənzil yaşamaq üçün verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-2020/2024 saylı qətnaməsindən görünür ki, cavabdeh X8 İddiaçı qanuni istifadəsində olan Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 4 saylı evin 3-cü mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixdə verilmiş ******* №li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Məmmədov X4 şəhəri, A.Məmmədov küçəsi, ev 4, mənzil 3 ünvanında xx.xx.2005-ci ildən qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, 7 saylı MİS rəisi tərəfindən ünvan 1 ünvanında yerləşən mənzildə yoxlama aparılmışdır. Cavabdeh xx.xx.2008-ci ildən həmin mənzildə yaşamır. xx.xx.2025-ci il tarixdə X10 tərəfindən notariat ofisinə verilmiş ərizədən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş anası X1 miras qalmış əmlakı qəbul etmək hüququnu notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişdir. Miras əmlaka dair ona çatan vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirməmiş və onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə tərəfindən müəyyən edilən hallar: Mübahisəli mənzil iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının qızıdır. İddiaçı X12 ilə rəsmi nikah bağlayaraq ailə qurmuş və birgə nikahdan Cavabdeh doğulmuşdur. Aralarındakı münasibət pozulmuş və X6 ayrılmışlar. Cavabdeh da Aytən Məmmədova ilə birlikdə xx.xx.2008-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzildən getmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-2020/2024 saylı qətnaməsi ilə X8 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilmişdir. Həmin vaxt yaşayış yerinə görə verilmiş arayışda Cavabdeh adı qeyd olunmadığından onunla bağlı iddia qaldırmamışdır. 7 saylı MİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli akta əsasən Cavabdeh xx.xx.2008-ci ildən həmin ünvanda yaşamır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli Qanunla təsdiq edilmiş və xx.xx.2009-cu ilədək qüvvədə olmuş) Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə,onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.” “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: İddiaçı Məmmədov X5 Aytən Qara qızı ilə nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan Cavabdeh adlı uşaqları doğulmuşdur. 2008-ci ildə onlar ayrılmışlar və cavabdeh anası X12 ilə birlikdə mənzildən çıxıb getmişdir. Hazırki mübahisə üzrə cavabdehin istifadə hüququnun yaranması işin mübahisəsiz halıdır. Cavabdehin sözügedən mənzildə heç bir əşyası yoxdur. Cavabdeh həmin mənzildə qeydiyyatda olsa da, yaşamır. Eyni zamanda cavabdeh uzun müddət ərzində özünün istifadə hüququnun pozulması barədə məhkəməyə müraciət etməmişdir. Cavabdeh həmin vaxt ərzində mənzilin saxlanılması üçün heç bir vəzifəni icra etməmişdir. Evə qayıtmaq üçün hər hansı cəhd göstərməmişdir. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sərdlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-760/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-760/2025
21.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver