Məhkəmə qərarları › İş №2(051)-764/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-764/2022

25.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-764/2022 25.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi:İddiaçı qızınun iştirakı ilə İddiaçı qızınun miras əmlakın bütövlükdə qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı qızı maraqlı şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, Cavabdeh1 və Cavabdeh3 qızı və Cavabdeh2 göstərilməklə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 miras qalmış Mingəçevir şəhəri C.Əliyev küçəsi, ev 13-A, 20 saylı mənzilin onun tərəfindən bütövlükdə miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi İddiaçı qızı əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X6 onun əridir. Belə ki, əri vəfat etdikdən sonra ona məxsus olan miras əmlakını qanun üzrə vərəsələri qəbul etməmişdir. Hazırda yeganə vərəsə odur. Mirası faktiki qəbul edən şəxs kimi o, Mingəçevir Regional «ASAN XİDMƏT» Mərkəzində notariat ofisinə onun adına vərəsəlik şəhadətnaməsi verilməsi barədə ərizə yazmış, lakin Notariat Ofisi 19.02.2022-ci il tarixli 298 №-li məktub yazaraq vərəsəlik şəhadətnaməsi verməmişdir. Odur ki ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi və maraqlı şəxslər Cavabdeh1, Cavabdeh1 və Cavabdeh3 qızı və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə ərizəçi və maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan mənzildə yaşamaq hüuquqnun veriulməsi təsdiq edən orderdən ki, Mingəçevir şəhəri C.Əliyev küçəsi, ev 13-A, 20 saylı mənzildə X3 və ailənin digər 7 üzvünün yaşamaq hüququ var. İşdə olan Cavabdeh1 və Cavabdeh3 qızı tərəfindən Mingəçevir Regional «ASAN XİDMƏT» Mərkəzində notariat ofisində təsdiq olunmuş ərizələrindən və Cavabdeh2 tərəfindən verilmiş 34AA370651 saylı razılıq məktubundan görünür ki, onlar 28.05.2021-ci ildə vəfat edən X4 məxsus miras əmlakın qəbul edilməmişlər və miras əmlakla bağlı heç bir tələbləri yoxdur və bunun bağlı məhkəməyə müraciət etməyəcəklər. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 103190 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 28.05.2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19.11.2021-ci il tarixli 05/Q-670/15 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 21.01.1960-cı il tarixdə Oğuz rayonu, Yemşanlı kəndində doğulmuş X6 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 19.11.2021-ci il tarixədək aparılmış və xx.xx.1964-cü il tarixdə doğulmuş arvadı- İddiaçı qızı, xx.xx.1989-cı il tarixdə doğulmuş qızı- X7 qızı, xx.xx.1986-ci il tarixdə doğulmuş qızı- Cavabdeh2, xx.xx.1984-ci il tarixdə doğulmuş oğlu- Cavabdeh1 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 19.02.2022-ci il tarixli 298 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, 28.05.2021-ci il tarixdə vəfat etmiş X2 ərizəçi İddiaçı qızına Mingəçevir şəhəri C.Əliyev küçəsi, ev 13-A, 20 saylı mənzil miras qalmışdır. Ərizəçi həmin mənzili miras əmlak kimi faktiki qəbul etmişdir. Maraqlı şəxslər isə mirasın yalnız ərizəçi tərəfindən qəbul edilməsini etiraf etmişlər. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış Mingəçevir şəhəri C.Əliyev küçəsi, ev 13-A, 20 saylı mənzil in ərizəçi İddiaçı qızı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ərizəçi İddiaçı qızınun X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, həmçinin qeyd edir ki, mərhum X3 birinci növbəli qanun üzrə vərəsələri olan Cavabdeh1 və Cavabdeh3 qızı və Cavabdeh2 qalmış mirasdan pay almaq istəmədiklərini bildirmiş və mirasın yalnız ərizəçi tərəfindən faktiki qəbul ediməsini təsdiq etmişlər. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. X1 miras qalmış, Mingəçevir şəhəri C.Əliyev küçəsi, ev 13-A, 20 saylı mənzil in yalnız ərizəçi İddiaçı qızı tərəfindən bütov şəkildə faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə(Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar