Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-77/2025 28.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin hərracdan satılması və satışdan əldə olunmuş pulun paylara uyğun bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi 19 saylı, 27 saylı mənzilin hərracdan satılması və satışdan əldə edilmiş pulun paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh Nofəl qızı ilə 02 noyabr 1998-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Bigə nikahdan dörd övladları var. Münasibətləri pozulduğundan aralarında olan nikah Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Onlar birgə nikah dövründə, yəni xx.xx.2008-ci il tarixdə Mingəçevir şəhəri M.P.Vaqif küçəsində 19 nömrəli binanın birinci mərtəbəsində 3 otaqlı 27 saylı mənzili alqı-satqı yolu ilə almışlar. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-115/2023 saylı qətnaməsinə əsasən mənzildə hər ikisinin ½ hissə olmaqla payları müəyyən edilmişdir. ½ hissədə paya İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Hazırda yaşamağa yeri olmadığından kirayədə yaşamaq məcburiyyətindədir. Maddi vəziyyəti ağır olduğundan kirayə pulunu ödəməkdə çətinlik çəkir. Mənzilin naturada bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, mübahisəli mənzil olan, Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi 19 saylı, 27 saylı mənzilin hərracdan satılacağı təqdirdə həqiqi dəyərindən daha aşağı qiymətə satılacağını bilir. Ona görə də qarşı tərəflə razılaşmağa hazırdır. Lakin buna baxmayaraq qarşı tərəf onunla razılığa gəlmir. Əksinə cavabdeh tərəf məhkəmə iclaslarına belə gəlmir. Həmçinin mənzilin qiyməti tez-tez dəyişir və ona görə də o ilkin satış qiymətinin müəyyən edilməsini zəruri hesab etmir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə son baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Onun hazırda həmin evdə uşaqları var. Ona görə də evin hərracda satılmasına etiraz edir. O qarşı tərəfin payını almağa razıdır. Lakin o vaxtı çatanda ona deyilən real bazar qiyməti məbləğində pulu verəcəkdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhəri, X7 küçəsi, ev 19, mənzil 27 ünvanında yerləşən mənzil üzərində ½ hissə olmaqla İddiaçı, ½ hissə olmaqla Cavabdeh paylı mülkiyyət hüquqları vardır. Qeydiyyat tarixi xx.xx.2023-cü ildir. İşdə AZ-İ seriyalı, 404501 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X3 arasında olan nikah Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Məmmədəliyeva soyadı verilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-115/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, Mingəçevir şəhəri, M.P.Vaqif küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 69.76 kv.m ümumi, 47.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 27 nömrəli mənzildən Cavabdeh payı ½ (ikidə bir) hissədə müəyyən edilmiş və İddiaçı həmin mənzilə köçürülməsi qət edilmiş və Müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası təmin edilmiş, X2 və X1 İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Mingəçevir şəhəri, M.P.Vaqif küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 69.76 kv.m ümumi, 47.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 27 nömrəli mənzilin tərkib hissəsindən istifadə hüquqları tanınması qət edilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1601/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia rədd edilmiş və İddiaçı Cavabdeh qarşı mənzilin paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Cavabdeh İddiaçı tərəfindən kompensasiyanın ödənilməsi və ya hərraca çıxarılıb satılma barədə təklifdən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(051)-115/2023 saylı qətnaməsinə əsasən Mingəçevir şəhəri, M.P.Vaqif küçəsində istifadədə olan mənzildə Cavabdeh payı ½ hissədə, İddiaçı payı da ½ hisədə müəyyən edilmişdir. Sonradan o, Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək payının naturada bölünməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etsə də, Mingəçevir şəhər Məhkəməsinin qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. O hazırda Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək payın dəyərinin ödənilməsi və ya hərraca çıxarılıb satılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Lakin onlar öz aralarında bununla bağlı məhkəmədən kənar qaydada razılığa gələ bilərlər. Odur ki, ona təklif edir ki, onun payının dəyərinin ödənilməsi və öz razılıqlarıyla evin satılaraq paylarına uyğun olaraq aralarında bölünməsi barədə razılığa gəlsinlər. Əks halda o bu məsələnin həlli üçün məhkəməyə müraciət edəcək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq müəyyən etdi ki, iddiaçı ilə cavabdeh paylı mülkiyyətçidirlər. Onlar arasında ümumi paylı mülkiyyətdə olan mənzilə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. İddiaçı payının naturada bölünməsi tələb etmişdir. Ümumi paylı mülkiyyətdə olan mənzildən iddiaçının payının naturada bölünməsi mümkün olmamış, sonradan iddiaçı əmlakın hərracdan satılması tələbinə dair iddia qaldırmışdır. Məhkəmə iclası zamanı cavabdeh əşya üzərində tam mülkiyyət hüququ əldə etmək istədiyini bildirsə də, sonradan məhkəmə iclasında iştirak etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli mənzilin digər paylı mülkiyyətçisinin tam mülkiyyət hüququnu əldə etmək niyyəti olduğundan ilk öncə paylı mülkiyyətin iştirakçıları üçün qapalı hərrac keçirilməli, mənzil həmin hərracda digər mülkiyyətçi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalıdır. Azərbaycan Respubliksının Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsində qeyd olunur ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respubliksının Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. (1-ci hissə). Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. (2-ci hissə) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 213–cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qərardadından görünür ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. 63. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. 64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. 65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. 66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Məhkəmə göstərilən normaların tələbləri baxımından, işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, hazırkı mübahisə predmeti olan mənzilin əvvəl yalnız ümumi paylı mülkiyyətin iştirakçıları ilə qapalı hərracdan satışa çıxarılmasılı, mənzilin həmin hərracda mülkiyyətçilərdən digəri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olmasını şərtləndirən hallar məcmu halında mövcuddur. Belə ki, iddiaçı ilə cavabdeh ümumi paylı mülkiyyətçidir. Cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatından məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin mübahisəli mənzil üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyəti vardır. Ona görə də iddiaçının tələbi əsaslıdır. Mübahisəli mənzil əvvəl qapalı hərracda satışa çıxarılmalı, mənzilin həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı və əldə edilmiş satış pulu paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə, həmçinin qeyd edir ki, Mingəçevir şəhəri, X7 küçəsi, ev 19, mənzil 27 ünvanında yerləşən mənzil əvvəl yalnız paylı mülkiyyətin iştirakçıları ilə qapalı hərracdan satışa çıxarılmalı və həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda keçiriləcək açıq hərracdan satılmaqla, satışdan əldə edilən vəsaitin 1/2-inin İddiaçı ödənilməsi, ½-inin Cavabdeh ödənilməsi, qanuni, ədalətlidir və tərəflərin mənafelərinə uyğundur. Məhkəmə daşınmaz əmlak qiymətlərinin qətnamə icra olunacaq tarixədək kəskin dəyişə bilməsi ehtimalını nəzərə alaraq hazırki iş üzrə hərracda mənzilə dair ilkin satış qiyməti müəyyən etməyi lüzum bilmir. Mənzilə hərracda ilkin satış qiymətinin işin icra mərhələsində icra məmuru tərəfindən müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, İcra Haqqında Azərbaycan Respublikasının Qanunun 51.1-ci maddəsinə əsasən Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Azərbaycan Respublikası 415.1.-ci maddəsinə əsasən Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 2021-ci il 24 noyabr tarixli 02/2021 nömrəli qərardadından görünür ki, 16. Ən nəhayət Mülki Məcəllənin 415-ci maddəsi ilə, habelə “İcra haqqında” Qanunun 53, 61, 62-ci maddələri ilə icra sənədi üzrə tələbin yönəldiyi əmlakın satışı üzrə hərracın keçirilməsi qaydaları müəyyən edilir ki, bu qaydalara əsasən də əmlakın bazar qiyməti ilə hərraca çıxarılması, hərracların keçirilməsi müddətləri, hərracın keçirilməsindən əvvəl, həm də hərracın baş tutmamasından sonra əmlakın tələbkara təklif edilməsi imkanı nəzərdə tutulmuşdur. 17. Göründüyü kimi, istinad edilən mümkün hərrac qaydalarının fərqliliyinin əsasını məhz satışa çıxarılan əmlakın hüquqi statusu təşkil edir. 23. Yuxarıda göstərilənləri birlikdə təhlil edərək məhkəmə tərkibi mübahisəli hüquqi məsələyə münasibətdə qeyd edir ki, qanunverici kreditorların yönəltmə hüquqlarının mahiyyətini nəzərə alaraq, icra sənədi üzrə borclunun əmlakına yönəltmə ilə bağlı hərracın keçirilməsi qaydalarını (Mülki Məcəllənin 415-ci maddəsi, habelə “İcra haqqında” Qanunun 45.6, 53, 61, 62-ci maddələri) ipoteka predmeti olan əmlakın hərracda satışı qaydalarından (“İpoteka haqqında” Qanunun 42, 43-cü maddələri) fərqli şəkildə tənzimləmişdir. 26. Beləliklə, məhkəmə tərkibi belə qənaətə gəlir ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Mingəçevir şəhəri, X7 küçəsi, ev 19, mənzil 27 ünvanında yerləşən, ümumi sahəsi 69.76 kv.metrdən ibarət olan mənzil əvvəl yalnız paylı mülkiyyətin iştirakçıları ilə qapalı hərracdan satışa çıxarılmalı, mənzilin ilkin satış qiyməti icra məmuru tərəfindən müəyyən edilməli, mənzilin həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalıdır. Satış pulu iddiaçıya 1/2 hissədə və cavabdehə 1/2 hissədə olmaqla, yəni onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Mingəçevir şəhəri, X7 küçəsi, ev 19, mənzil 27 ünvanında yerləşən, ümumi sahəsi 69.76 kv.metrdən ibarət olan mənzil əvvəl yalnız paylı mülkiyyətin iştirakçıları üçün qapalı hərracdan satışa çıxarılsın. Mənzilin ilkin satış qiyməti icra məmuru tərəfindən müəyyən edilsin. Mənzilin həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılsın. Satış pulu paylı mülkiyyətçilər olan İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə paylarına mütənasib surətdə bölüşdürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-77/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-77/2025
28.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver