Məhkəmə qərarları › İş №2(051)-809/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-809/2023

04.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-809/2023 04.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı: İddiaçı nümayəndəsi X5 və onun nümayəndəsi (vəkil) Vəkil Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı miras əmlakın bütöv şəkildə qəbul edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X7 miras qalmış, Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən 27/16 saylı evin 1 saylı mənzilinə onun mülkiyyət hüququnun tanınması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən 27/16 saylı evin 1 saylı mənzilinin miras əmlak kimi İddiaçı tərəfindən bütöv şəkildə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı atası X16, anası X15, qardaşı Osmanov X14 şəhər XDS İcraiyyə Komitəsinin atasının adına verilmiş xx.xx.1989-cu il tarixli qərarla mənzilin dəyişmə orderinə əsasən ünvan 1 ünvanında yerləşən mənzildə məskunlaşmışlar. X23 xx.xx.2006-cı ildə vəfat etmiş və bu haqda müvafiq ölüm haqqında şəhadətnamə verilmişdir. Notarial qaydada təsdiq olunmuş ərizələr əsasında mənzilin X8 adına özəlləşdirilməsinə və mülkiyyətinə verilməsinə razılıq verilmişdir. DƏDRX-nin MN seriyalı, ******* saylı, **********86-05101-093008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli Çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ əsasında X8 adına rəsmiləşdirilmişdir. Həsibə Osmanova xx.xx.2018-ci il tarixdə vəfat etmiş və bu haqda müvafiq ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul edə bilməmiş, üzürlü səbəbdən mirası qəbul etmə müddətini ötürmüşdür. İddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildə faktiki yaşamaqla və təsərrüfatı idarə etməklə miras əmlakı faktiki qəbul etmişdir. Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə rəsmi müraciət etmiş, mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair tələbi xx.xx.2022-ci il tarixli 1804 saylı məktubla rədd edilmişdir. Lakin İddiaçı miras əmlakı faktiki qəbul etmiş, sahibliyi həyata keçirir və mənzil onun istifadəsindədir. Odur ki, mərhum anası X7 miras qalmış, Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən 27/16 saylı evin 1 saylı mənzilinə onun mülkiyyət hüququnun tanınması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi X9 əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, əsasən təmsil etdiyi şəxslə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qismən qəbul etdi və göstərdi ki, xx.xx.1989-cu il tarixli qərarla mənzilin dəyişmə orderinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil atası X11 adına verilmişdir. Onlar da həmin mənzildə məskunlaşmışlar. X23 xx.xx.2006-cı ildə vəfat etmişdir. Notarial qaydada təsdiq olunmuş ərizələr əsasında mənzilin anası X8 adına özəlləşdirilməsinə və mülkiyyətinə verilməsinə razılıq verilmişdir. DƏDRX-nin MN seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli Çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ əsasında anası X8 adına rəsmiləşdirilmişdir. X21 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Qardaşı İddiaçı qanunla müəyyən olunmuş müddət ərzində mirası rəsmi qaydada qəbul etmək haqqında X18 Xidmət Mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmişdir. Lakin mübahisə olduğuna görə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Hesab edir ki, anasından miras qalmış mənzildən onun da payı var. Odur ki, məhkəmədən miras əmlakın bölünməsini xahiş edir. Üçüncü şəxs Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 21 iyul 2018-ci il tarixdə ölmüşdür. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən 17 sentyabr 2019-cu il tarixdə verilmiş xx/xx-1697/69 saylı arayışdan görünür ki, X16 09 fevral 2006-cı ildə ölmüşdür. Ölüm haqqında xx.xx.2006-cı il tarixli 87 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı, Cavabdeh və digər şəxslər ünvan 1 ünvanında qeydiyyatdadırlar. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********86-05101-093008 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, 20 Yanvar küçəsində istifadədə olan 0.0701 ha torpaq sahəsində yerləşən 27/16 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 46.65 kv.m ümumi, 34.28 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17736 saylı inventar nömrəsi ilə xx.xx.2009-cu il tarixdə tərtib edilmiş reyestr nömrəsi **********86-05101-093008 olan Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 27/16 saylı binanın 1 saylı mənzilinin (1-ci giriş qapısı, 1-ci mərtəbə) texniki pasportundan görünür ki, hüquq subyekti X12r. Mənzil haqqında məlumatdan görünür ki, yerləşdiyi mərtəbə 1, otaqların sayı 2, ümumi sahəsi 46.65 kv.m, yaşayış sahəsi 34.28 kv.m, inventar dəyəri 2761 manatdır. İş materiallarına əlavə edilmiş 1 saylı MİS tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 38 №-li arayışın surətindən görünür ki, X8 oğlanları Cavabdeh, İddiaçı və digərləri ünvan 1 ünvanında yaşayış hüququ almaqla qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, X2 şəhəri, 20 Yanvar küçəsi, ev 27\16, mənzil 1 ünvanında yerləşən mənzilin (evin) öz adına özəlləşdirilməsinə və mülkiyyət hüququnun verilməsinə razı olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, Osmanov X14 şəhəri, 20 Yanvar küçəsi, ev 27\16, mənzil 1 ünvanında yerləşən mənzilin (evin) anası X8 adına özəlləşdirilməsinə və mülkiyyət hüququnun verilməsinə razı olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, Osmanov X13 şəhəri, 20 Yanvar küçəsi, ev 27\16, mənzil 1 ünvanında yerləşən mənzilin (evin) anası X8 adına özəlləşdirilməsinə və mülkiyyət hüququnun verilməsinə razı olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, X1 şəhəri, 20 Yanvar küçəsi, ev 27\16, mənzil 1 ünvanında yerləşən mənzilin (evin) qaynanası X8 adına özəlləşdirilməsinə və mülkiyyət hüququnun verilməsinə razı olmuşdur. İşdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş 10 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X7 qalmış miras əmlakın bölüşdürülməsi haqqında mübahisə həll edilənədək, İddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığı qeyd edilərək, mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməsi ona tövsiyə edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, xx.xx.1989-cu il tarixli qərarla mənzilin dəyişmə orderinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil X11 adına verilmişdir. Nəcəf Osmanov xx.xx.2006-cı ildə vəfat etmişdir. Notarial qaydada təsdiq olunmuş ərizələr əsasında mənzilin X8 adına özəlləşdirilməsinə və mülkiyyətinə verilməsinə razılıq verilmişdir. DƏDRX-nin MN seriyalı, ******* saylı, **********86-05101-093008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli Çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ əsasında X8 adına rəsmiləşdirilmişdir. Həsibə Osmanova xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X3 ünvan 2 ünvanında yerləşən mənzil miras qalmışdır. X4 həmin miras əmlakla bağlı vəsiyyətnamə verməmişdir. X8 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə 2 nəfər uşağı: İddiaçı və Cavabdeh daxil olmuşdur. Mərhumun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə daxil olan İddiaçı X3 miras qalmış əmlakı qəbul etmək barədə notariat ofisinə ərizə ilə müraciət etmişdir. İddiaçı həmin miras əmlakı faktiki qəbul etmiş, Cavabdeh isə həmin miras əmlakı nə faktiki, nə də rəsmi qaydada qəbul etməmişdir. Lakin vərəsələr arasında mübahisə olduğuna görə X18 Xidmət Mərkəzində notariat ofisi tərəfindən notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Hazırda miras əmlaka dair vərəsəlik işi açılsa da, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Ona görə də iddiaçı tərəf məhkəməyə müraciət edərək miras əmlakın bütöv şəkildə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunverici Mülki Məcəllənin 1243.1–ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası sahiblik və idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Həmin Məcəllənin 218.1–ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X4 xx.xx.2018-ci il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2–ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə mübahisənin qanunauyğun və düzgün həll edilməsi üçün miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini zəruri sayaraq qeyd edir ki, X3 ünvan 2 ünvanında yerləşən mənzil miras qalmışdır. Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyinə əsaslanaraq hesab edir ki, X4nın ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə oğlanları İddiaçı və Cavabdeh daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Beləliklə, məhkəmə hesab edir ki, X3 ünvan 2 ünvanında yerləşən mənzil miras qalmışdır. Məhkəmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmadığına görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçməlidir. Məhkəmə iddianın miras əmlaka vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma və payların müəyyən edilməsi hissəsinə, vərəsələrin dairəsinin müəyyən edilməsi baxımından, qiymət verərək hesab edir ki, X3 qalmış mirası, onun birinci növbəli vərəsəsi olan oğlu, yəni iş üzrə İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində notariat ofisinə rəsmi ərizə verməsə də, mübahisəli mənzilə şəxsən faktiki sahiblik etməklə qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə uyğun olaraq qəbul etmişdir. Cavabdeh isə mirası nə faktiki, nə də mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə vermək yolu ilə qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2–ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh mirasdan pay almaq hüququ olan birinci növbəli vərəsələr kimi tanınmalıdır. Məhkəmə, Cavabdeh münasibətdə miras payının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, o, mirası nə faktiki, nə də mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə vermək yolu ilə qəbul etməmişdir. Mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh miras payı saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumu 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Mülki Məcəllənin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Göründüyü kimi qanunverici mirasın qəbulunun formal və qeyri-formal üsullarını fərqləndirmiş, o cümlədən mirasın qəbul edilməsi üçün miras açıldığı vaxtdan sonra 6 aylıq müddət müəyyən etmişdir. Həmin müddət mirasın qəbulunun formal üsulu üçün nəzərdə tutulmuş müddətdir. V.Quliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumu 7 sentyabr 2017-ci il tarixli qərarında qeyd etmişdir ki, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı iddiası qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. X3 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzilə münasibətdə İddiaçı, Cavabdeh X4nın birinci növbəli qanun üzrə vərəsələri tanınsın. X3 miras qalmış, ünvan 2 ünvanında yerləşən mənzildən İddiaçı, Cavabdeh, hər birinin payları 1/2 hissədə müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar