Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-81/2022 29.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı vəkili X5, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan əmlak paylarının naturada bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən ümumi paylı mülkiyyətdəki əmlak paylarının Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın X3 müvafiq surətdə yəni, iddiaçı və cavabdehə məxsus ½ hissədə naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X5 iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.07.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət Reyestrində 14 № li reyestr kitabının 55 № li vərəqində qeydiyyata alınmış RX seriyalı ******* №li çıxarışa əsasən Mingəçevir şəhəri Bozdağ küçəsi 52 ünvanda yerləşən 0,07 ha torpaq sahəsinin ½ hissəsi üzərində İddiaçı, ½ hissədə isə Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. cavabdehlə aralarında ciddi probelm vardır. Ona görə də mülkiyyətçi kimi hüquqlarından sərbəst və maneəsiz surətdə istifadə edə bilmir. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Arealarındakı nikah 04.06.2018-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Qeyd edilən daşınmaz əmlak ümumi paylı mülkiyyətdə olmasına baxmayaraq, həmin torpaq sahəsindən faktiki surətdə yalnız cavabdeh tam şəkildə istifadə edir. İddiaçının həmin topraq üzərində sahiblik istifadə və sərəncam hüquqları kobud surətdə pozulur. Həmin topraq sahəsinin ayrılması bölünməsi və ya müvafiq qaydada dəyərinin ödənilməsi barədə aralarında razılaşma əldə etmək mümkün olmadığına görə məhkəməyə müraciət etməli oldu. Ona görə də Mingəçevir şəhəri Bozdağ küçəsi 52 saylı ünvanda yerləşən ümumi paylı mülkiyyətdəki əmlak paylarının Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın X3 müvafiq surətdə yəni, iddiaçı və cavabdehə məxsus ½ hissədə naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi X2 izahatında göstərdi ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.07.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət Reyestrində 14 № li reyestr kitabının 55 № li vərəqində qeydiyyata alınmış RX seriyalı ******* №li çıxarışa əsasən Mingəçevir şəhəri Bozdağ küçəsi 52 ünvanda yerləşən 0,07 ha torpaq sahəsinin ½ hissəsi üzərində İddiaçı, ½ hissədə isə onun adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Hazırda himayəsində olan 3 nəfər az yaşlı uyşaqla birlikdə mübahisə olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yaşayırlar. Yaşamağa başqa yerləri yoxdur. Ona görə də qeyd olunan Mingəçevir şəhəri Bozdağ küçəsi 52 ünvanda yerləşən 0,07 ha torpaq sahəsinin ½ hissəsi üzərində tikili olan hissəsinin onun və uşaqlarının mənafeyi nəzərə alınmaqla onlara verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının, vəkilini və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəməyə təqdim olunmuş DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışın notariat qaydasında surətindən görünür ki, Mingəçevir şəhəri Bozdağ küçəsi 52 ünvanında yerləşən ümumi sahəsi 0,07 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh adına 30.07.2018-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli, 10/419 saylı rəydə göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən 0,07 ha (700,0kv.m) həyətyanı torpaq sahəsinin tərəflər arasında paylara uyğun şəkildə iki hissəyə naturada bölünməsi texniki cəhətdən mümkündür. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi ilə bağlı yaranan mübahisədir və mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsi əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Mcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.1., 220.2 və 220.3. maddələri). Məhkəmə qeyd edir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. İddiaçı ümumi birgə paylı mülkiyyətdə olan əmlak payının naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmiş, keçirilmiş ekspertiza tədqiqatı ilə yaşayış sahəsinin naturada ayrılmasının mümkünlüyü müəyyən edildiyindən, məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Belə ki, tərəflərin izahatı, iş materiallarında olan sənədlər və ekspert rəyi müqayisəli şəkildə təhlil edərək müəyyən olunmuşdur ki, Mingəçevir şəhəri Bozdağ küçəsi 52 ünvanında yerləşən ümumi sahəsi 0,07 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh adına 30.07.2018-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Həmçinin Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli, 10/419 saylı rəyə əlavə edilmiş sxemdən də görünür ki, bölgü zamanı tərəflərə düşən torpaq sahəsinin konkret ölçüləri və bölgü qaydasında 0,07 ha topraq sahəsinin, şimal hissəsində yəni tikili olan hissəsinin 0,035 ha olmaqla Cavabdeh, cənub hissəsinin isə yəni tikili olmayan 0,035 ha olmaqla İddiaçı payı müəyyən edilmişdir. Həmçinin qətnamə qəbul edilərkən məhkəmə cavabdehin hazırda başqa yaşayış yerinin olmadığını, himayəsində 3 nəfər az yaşlı uşaqlarının olmasını, nəzərə alaraq qeyd olunan torpaq sahəsinin tikili yerləşən hissəsinin cavabdehə verilməsini, həmçinin iddianın ekspert rəyini göstərilən qaydada müəyyən edilməsini qanuna müvafiq hesab edir. Həmin Məcəlləsinin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Mingəçevir şəhəri Bozdağ küçəsi 52 ünvanda yerləşən 0,07 ha torpaq sahəsində yerləşən İddiaçı və Cavabdeh paylı mülkiyyətdə olan yaşayış sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli, 10/419 saylı rəyə əlavə edilmiş sxemdə göstərilən qaydada, 0,07 ha topraq sahəsinin, şimal hissəsində yəni tikili olan hissəsinin 0,035 ha olmaqla Cavabdeh, cənub hissəsinin isə yəni tikili olmayan 0,035 ha olmaqla İddiaçı payları naturada bölünsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-81/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-81/2022
29.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver