Məhkəmə qərarları › İş №2(051)-88/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-88/2024

18.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-88/2024 18.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçının nümayəndəsi X1 və iddiaçının vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan əmlakın sökülüb götürülməsinə olan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan əmlakın sökülüb götürülməsinə olan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanın sərhədlərinin qonşuluğunda inşa etdiyi tikilinin sökülüb götürülməsinə Cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, «Azərkabel» zavodunun «Arzu» bağçılıq təsərrüfatında iddiaçının bağı olmuşdur. Həmin bağda o, atası Vəliyəddin, qardaşı Əlövsət, yeznəsi Məhəmmədin köməkliyi ilə 2001-ci ildə 6 metr uzunluq 7 metr enində tikinti altında 1 otaq, 1 mətbəx və 1 eyvandan ibarət fərdi yaşayış evi inşa edib orada ailəsi ilə birgə yaşayırdı. Sonradan o, 02 noyabr 2004-cü ildə Rəna Əliyevadan boşandı və həmin evdə tək yaşamağa başladı. 08 fevral 2006-cı ildə özünün də razılığı olmadan Cavabdeh adlı şəxslə ailə qurmuşdu. Belə ki, onun yaşadığı ərazinin su pulunu yığan Murad adlı şəxs onun həmin həyətdə tək yaşadığını görüb Məlahət adlı həmin qadını evinə gətirmiş, hətta onlara həmin evdə öz vəsaiti hesabına yığıncaq da keçirmişdir. Bunu bəhanə gətirən Murad da bundan sonra demək olar ki, onların evindən çıxmırdı. 22 yanvar 2007-ci ildə Cavabdeh Aytən Əliyeva adlı qız uşağı dünyaya gəlmiş və o, həmin uşağı öz övladı bilərək qayğı göstərmişdir. Ancaq sonradan Cavabdeh uşağa onun atasının o deyil, Murad olduğunu dediyini eşitmişdir. Bundan sonra Murad və Məlahətin ona qarşı qəzəbləri artmış, bununla bağlı kiməsə söz deməməyi üçün onu öz evinin zirzəmisinə salaraq döyürdülər. Yevlax rayon məhkəməsinin 11 noyabr 2020-ci il tarixli 2(039)-1991/2020 saylı qətnaməsi ilə Məlahət X6n atasının o deyil, Murad olmasını təsdiq etmiş və Aytən Əliyevanın atasının olmamağı faktı müəyyən edilmişdir. Həmin məhkəmə işindən sonra Yevlax rayon X4 X3 atalığından çıxararaq Muradın adına yazdırmışdır. Daha sonra Cavabdeh onu münaqişəyə cəlb edərək evdə namaz qıldığı vaxtlarda və sonra da üstünə yığışaraq onu hər cürə söyüşlərlə söyüb onu vurmağını istəyirdi. O da məcbur qalıb evini tərk etdi. Artıq 3 ildir ki, həmin evdən çıxmışdır. Müxtəlif yerlərdə, çayxana, məsciddə, yay aylarında isə parklarda gecələyir. Çünki, Cavabdeh onu həbs etdirməklə hədələyir, Murad isə evə yaxın gedərsə, Məlahət və Aytənin xətrinə dəyərsə, onun başını kəsəcəyini bildirir. Yevlax rayon məhkəməsinin 18 aprel 2022-ci il tarixli 2(039)-808/2022 saylı qətnaməsi ilə Cavabdeh ilə onun arasında nikah ləğv edilmişdir. 12 iyun 2022-ci ildə o, qardaşları Əlövsot və Əbülfətlə birlikdə mülkiyyətində olan həyətə getdi. Bu zaman Cavabdeh Əlövsətə hücum çəkərək onu döymüşdür. Bununla bağlı Polis Şöbəsində inzibati protokol tərtib olunmuş, Mingəçevir şəhər məhkəməsinin qərarı ilə Cavabdeh 300 manat cərimə olunmuşdur, Hazırda onun evində Cavabdeh qızı Aytən və faktiki əri Muradla birlikdə yaşayır. Əvvəllər ona məxsus torpaq sahəsinə dair bağ təsərrüfatının texniki pasportu mövcud olduğundan 28 iyul 2022-ci ildə mülkiyyətində olan torpağa dair Çıxarış almışdır. Bu zaman məlum olmuşdur ki, inşa etdirdiyi evi oradan keçən yüksək gərginliyin mühafizə zolağı üzərində inşa olunmuşdur. Bu səbəbdən də inşa etdirdiyi evə dair mülkiyyət hüququ əldə edə bilmir. Nə də yaşayış evinə mülkiyyət hüquqları tanınmadığından köçüb yaşaya bilmir. Bu səbəbdən qanuni istifadəsində olmayan torpaq sahəsində inşa etdirdiyi evini söküb öz həyəti daxilində, ünvan 1 ünvanında inşa etdirmək istəyir. Ancaq Cavabdeh əmlakını ələ keçirərək buna imkan vermir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi, iddiaçının izahatına uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı o, cavabdehlə 2006-cı ildə rəsmi nikah böağlayaraq ailə qurmuşdur. Həmin vaxtdan da mübahisəli evdə yaşamışlar. 2007-ci ildə onun qızı Aytən adlı uşaqda həmin evdə anadan olmuş və həmin evdə yaşamışdır. Artıq 17 ildi ki, o həmin evdə yaşqayır və onun həmin evdə istifadə hüququ vardır. Onun başqa yaşayış yeri yoxdur. Ev söküləsi halda onun və qızının yaşayış yeri olmayacaqdır. O, mübahisəli evə köçəndə ev yaşayış üçün yararsız vəziyyətdə olmuşdur. Evi o təmir etdirərək yaşayış üçün yararlı vəziyyətə gətirmişdir. Evin qazını, suyny və işiqını o çəkdirmişdir. Daha sonra bildirdi ki, mübahisələ ev iddiaçıya məxsus olan torpaq sahəsində deyil bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikilmişdir. İddiaçının nə evə nədə ki, evin altındakı torpaq sahəsinə mülkiyyət sənədi yoxdur. Belə olan halda iddiaçının hal-hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Odur ki, iddia tələbi əsassız oluduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edi ki, iddia əsaslı olduğu üçün təmin olunmalıdır. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası "xxxx" ASC X2 Şəbəkəsi MMC-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kobinentinin 10 iyun 2005-ci il tarixli, 103 saylı qərarına əsasən hava elektrik ötürücü xətləri boyunca kənar naqillərinin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəkilində 330 kv-luq xəttin 30 metr məsafədə olmalıdır. ünvan 3 ünvanda yerləşən ev və torpaq sahəsi xəttdən 30 metr kənarda olmalı olduğu halda faktiki 17 metr məsafədədir. Beləliklə ünvan 3 ünvanda yerləşən ev və torpaq sahəsi X2 Şəbəkəsi MMC-nin balansında olan, 330 kv-luq 1-ci Abşeron h/x-nin 27-28 saylı dayaqlar arası xəttin mühafizə zonasında yerləşir. Beləliklə məhkəmədə müəyyən olundu ki, iddiaçı mübahisəli evi 2001-ci ildə müvafiq orqanlardan icazə almadan öz mülkiyyətində olmayan torpaq sahəsində 6 metr uzunluq 7 metr enində tikinti altında 1 otaq, 1 mətbəx və 1 eyvandan ibarət fərdi yaşayış evi tikmişdir. İddiaçı özünə məxsus torpaq sahəsinə dair bağ təsərrüfatının texniki pasportu mövcud olduğundan 28 iyul 2022-ci ildə mülkiyyətində olan torpağa dair Çıxarış almışdır. Həmin vaxt ona məlum olmuşdur ki, ona məxsus olmayan torpaq sahəsinin üzərində inşa etdirdiyi ev oradan keçən yüksək gərginliyin mühafizə zolağı üzərində inşa olunmuşdur. Bu səbəbdən də inşa etdirdiyi evə dair mülkiyyət hüququ əldə edə bilməmişdir. Aidiyyatı orqanlar tərəfindən iddiaçıya özbaşana tikilinin sökülməsi tövsiyyə edlmişdir. İddiaçı özbaşına tikilmiş evi sökərək həmin tikinti materiallrı ilə özünə məxsus torpaq sahəsində, yüksək gərginliyin mühafizə zolağına düşməyən hissədə ev inşa etdrmək istəyir. Lakin halhazırda həmin evdə iddiaçının keçmiş arvadı hal-hazır ki, iş üzrə Cavabdeh öz ailəsi ilə birlikdə yaşayır və cavabdeh iddiaçı tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsinə maneələr yaradır. Odur ki, iddiaçı ünvan 1 ünvanın sərhədlərinin qonşuluğunda inşa etdiyi tikilinin sökülüb götürülməsinə Cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları və məhkəmədə tətqiq olunmuş sübutlara qiymət verərək ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri özbaşına tikinti və onun nəticələri ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin özbaşına tikinti və onun nəticələrindən irəli gələn münasibətləri tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. İş materiallarından və iddiaçının izahatından da görünür ki, iddiaçı mübahisəli evi mülkiyyətində olmayan torpaq sahəsi üzərində, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikmişdr. Ev X2 Şəbəkəsi MMC-nin balansında olan, 330 kv-luq 1-ci Abşeron h/x-nin 27-28 saylı dayaqlar arası xəttin mühafizə zonasında yerləşir və bu da fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Həmçinin iddiaçı özbaşına tikilmiş evi öz hesabına sökərək həmin tikinti materiallrı ilə özünə məxsus torpaq sahəsində, yüksək gərginliyin mühafizə zolağına düşməyən hissədə ev inşa etdirmək istəyir. Lakin hal-hazırda həmin evdə yaşayan Cavabdeh iddiaçı tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsinə maneələr yaradır. Bundan başqa məhkəmə iddiaçının hal-hazırki iddianı qaldırmağa subyektiv hüququ olub-olmamasını müəyyən edərkən qeyd edir ki, özbaşına tikil iddiaçı tərəfindən və onun vəsaiti hesabına tikilmiş, hal-hazırda da iddliaçı özbaşına tikilini öz hesabına sökərək tikintidə istifadə olunmuş tikinti materialları əsasında öz mülkiyyətində olan torpaq sahəsində ev inşa etdirmək niyətindədir və onun başqa yaşayış yeri yoxdur. Lakin Cavabdeh iddiaçı tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsinə maneələr yaradır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı özbaşına tikilini sökülməsində maraqlı tərəf olmaqla məhkəməyə müraciət etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İddiaçının gətirdiyi dəlillər mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" ASC X2 Şəbəkəsi MMC-nin xx.xx.2023-cü il tarixli məktubu, torpaq sahəsinin plan və ölçüsü və hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışı ilə təsdiq olunur. Məhkəmə həmin sübutları iş üçün əhəmiyyət kəsb etdiyi üçün mötəbər sübut kimi qəbul edib hüquqi qiymət verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları qeyd edilən maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, iddia təmin olunmalı, ünvan 1 ünvanın sərhədlərinin qonşuluğunda inşa etdiyi tikilinin sökülüb götürülməsinə Cavabdeh tərəfindən olan müneələr aradan qaldırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. ünvan 1 ünvanın sərhədlərinin qonşuluğunda inşa etdiyi tikilinin sökülüb götürülməsinə Cavabdeh tərəfindən olan maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən :Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar