Məhkəmə qərarları › İş №2(051)-881/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-881/2025

30.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-881/2025 30.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə məhkəməyə müraciət edərək, Cavabdeh onun adına olan, Mingəçevir şəhərinin A.Məmmədov kücəsində yerləşən 6/3 saylı evin, 35 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhərinin A.Məmmədov küçəsində yerləşən 6/3 sayli evin, 35 saylı mənzili İddiaçı adina verilmişdir. Həmin mənzilə dair Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi tərəfindən 2952 nömrəli order verilmişdir. O ailə üzvləri ilə birlikdə qeyd olunan mənzildə yaşayır. Hazırda sözügedən mənzili adına rəsmiləşdirmək istəyir. Lakin ailə üzvü olmuş və yaşayış hüququ olmadan mənzildə qeydiyyatda qalmış oğlu Cavabdeh uzun müddətdir ki, qeyd olunan mənzildə yaşamır. Belə ki, oğlum Cavabdeh 2004-cü il tarixdən ailəsi ilə birlikdə onun adına verilmiş mənzildən çıxıb getmiş və Bakı şəhərində özünməxsus fərdi yaşayış evində yaşayır. Onun razılığı olmadığı üçün, mənzilin özəlləşdirilməsi mümkün olmamışdır. Cavabdehin ona məxsus mənzildə uzun müddətdən bəri yaşamaması mənzilin yerləşdiyi ərazi üzrə 7 saylı MİS-in işçilərinin tərtib etdikləri aktda da öz əksini tapmışdır. Hesab edir ki, cavabdeh yaşayış sahəsinə olan ehtiyac meyarı aradan qalxdığına görə ona məxsus mənzildə 21 ildən artıq müddətdir ki, yaşamır. Belə olan halda iddiaçıhesab edir ki, iddia tələbi tam qanuni əsaslıdır və ədalətlidir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh 2004-cü il tarixdən qeyd olunan mənzildə yaşamır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi, Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin Plenumunun 12 mart 1999-cu il tarixli qərarı da var. Cavabdeh artıq 21 ildir ki, həmin mənzildə yaşamır və istifadə hüququ itirilmiş hesab edilməlidir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etmədi və göstərdi ki, o həmin mənzilə gələ bilmir. Onu evə qoymurlar. Əgər evi satmaq istəyirlərsə, onun payını versinlər. Belə ki, ya ona ev alsınlar, ya da o gəlsin həmin mənzildə yaşasın. Lakin ona heç bir köməklik etmədilər. Məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, həmçinin işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddianın eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə məhkəmənin qətnaməsi olduqda işə xitam verilməlidir. Belə ki, İşdə olan Asan-Mingəçevir tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 19 noyabr 2005-ci il tarixdən Mingəçevir şəhərinin A.Məmmədov küçəsində yerləşən 6/3 sayli evin, 35 saylı evində qeydiyyatdadır . İşdə olan xx.xx.2024-cü il tarixli Mingəçevir şəhər 7 saylı MİS tərəfindən tərtib olunmuş aktdan görünür ki, Cavabdeh uzun müddətdir ki, həmin mənzildə yaşamır. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1796/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası qismən təmin olunmuş, İddiaçı qanuni istifadəsində olan ünvan 1 ünvanında yerləşən, üçotaqlı mənzilin tərkib hissəsindən cavabdeh X1 istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Elektron informasiya sisteminə baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd olunan qətnamədən hal-hazırdək apellyasiya şikayəti verilməmişdir. Məhkəmə hazırkı iddia üzrə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində artıq məhkəmə qətnaməsi çıxarıldığı üçün mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə 2(051)-1796/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin olunmuş, İddiaçı qanuni istifadəsində olan ünvan 1 ünvanında yerləşən, üç otaqlı mənzilin tərkib hissəsindən cavabdeh X1 istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi qət olunmuş, qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə eyni zamanda hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində artıq məhkəmə qətnaməsi çıxarıldığı üçün mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İşə məhkəmədə baxılması üçün ödənilmiş 100 azn dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261.0.2, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə eyni tərəflər arasında, eyni predmet barəsində artıq məhkəmə qətnaməsi çıxarıldığı üçün mülki iş üzrə icraata xitam verilməlidir. İşə məhkəmədə baxılması üçün ödənilmiş 100 azn dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar