Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-895/2023 05.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçının nümayəndəsi,vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən cavabdehin istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Mingəçevir şəhəri A.Məmmədov küçəsi, 3 №-li evin 9 №-li mənzilində istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi,vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri A.Məmmədov küçəsi, 3 №-li evin 9 №-li mənzili İddiaçı mülkiyyətindədir. Həmin mənzildə iddiaçıya mülkiyyət hüququnu təsdiq edən Qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh iddiaçının oğludur. Cavabdeh 12 ildən artıqdır ki, həmin mənzildə yaşamır. Şəki Apelyasiya Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülməsi qət edilsə də, qətnamə icra olunması üçün göndərilsə də cavabdeh mənzilə köçməmişdir. İcra məmuru tərəfindən icra sənədini icra edilməsi mümkün olmadığına geri qaytarılmışdır. Hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə ehtiyacı yoxdur, ona görə də həmin mənzilə köçmək istəməmişdir. Mənzildə iddiaçı tək yaşayır. Cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda olması mülkiyyətçi kimi iddiaçının mənzildən istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə mane olur. Cavabdeh nəinki mənzildə yaşamır, ümumiyyətlə mənzilə gəlib-getmir, əlaqə saxlamır. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunmasını, Cavabdeh iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3 №-li evin 9 №-li mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Qeydiyyat vəsiqəsindən görünür ki, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3 №li evin 9 №-li mənzili 22 yanvar 2002-ci ildə mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İşdə olan “Asan-Mingəçevir” tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh iddiaçının mülkiyyətində olan A.Məmmədov küçəsi 3 №-li evin 9 №-li mənzilində qeydiyyatdadır. İşə əlavə olunmuş 7 saylı MİS-in əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akta göstərilir ki, Cavabdeh 2014-cü ildən Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3 №-li evin 9 №-li mənzilində yaşamır. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1193/2016 №-li 15 noyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı məxsus olan Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3 №-li evin 9 №-li mənzilindən istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmurunun vəkil sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilir ki, Şəki Apelyasiya məhkəməsinin 2(17)- 1193/2046 №-li xx.xx.2016-cı il tarixli icra sənədi xx.xx.2022-ci il tarixdə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.5-ci maddəsinə əsasən tələbkarın hərəkətsizliyi kimi qiymətləndirib və icra sənədi icra olunmadan geri qaytarılmışdır. İşdə olan Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmurunun “İcra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəki Apelyasiya məhkəməsinin 2(107)-1193/2046 №-li xx.xx.2016-cı il tarixli icra sənədi xx.xx.2022-ci il tarixdə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.5-ci maddəsinin tələbinə müvafiq olaraq icra olunmadan geri, Şəki Apelyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Kostitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan Hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri,arvadı,valideynləri,uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razlığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya odənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, iddiaçının təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3 №li evin 9 №li mənzilindən istifadə hüququna xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3 №li evin 9 №li mənzilindən istifadə hüququna xitam verilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-895/2023
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-895/2023
05.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver