Məhkəmə qərarları › İş №2(051)-9/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-9/2024

29.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-9/2024 29.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və nümayəndəsi (vəkili) Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, X19 və X13 qarşı miras əmlaka payın müəyyən edilməsi tələbinə dair ilkin iddiasına, Cavabdeh1 İddiaçı qarşı miras əmlaka payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qızına qarşı miras əmlaka payın müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X16 ünvan 2 ünvada yerləşən 88,30 kv.m sahədən ibarət 4 otaqlı mənzildən ibarət miras əmlaka onun miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən X20 iş üzrə cavabdeh kimi cəlb edilmiş, həmçinin tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh2 qızının soyadının X5 qeyd edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1968-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. X1 və X8r. Ondan başqa valideyinlərinin Süleyman və Xuraman adlı övladları olmuşdur. X41 13 iyul 2002-ci ildə, X44 20 oktyabr 2011-ci ildə vəfat etmişlər. X29 Mingəçevir şəhəri A.Məmmədov küçəsi 6/2 saylı evin 20 saylı 4 otaqlı mənzili miras qalmışdır. X44 miras əmlakı ilə bağlı vəsiyyətnamə qoymamışdır. Atasından qalan yaşayış evində o, qardaşı Süleymanın ailəsi ilə birgə yaşayır. Mirası ancaq onları hər biri qəbul etmişlər. Ancaq Notariusa gedib vərəsəlik şəhadətnaməsi almaqla bağlı razılığa gələ bilməmişlər. Odur ki, X16 ünvan 2 ünvada yerləşən 88,30 kv.m sahədən ibarət 4 otaqlı mənzildən ibarət miras əmlaka onun miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı miras payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası X14 miras qalmış A.Məmmədov küçəsindəki 6/2 nömrəli evin 4 otaqlı, ümumi sahəsi 82,23 kv.metr olan 20 nömrəli mənzilindən ibarət miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələblərini onunla əsaslandırmışlar ki, o, ailə üzvləri ilə birgə Mingəçevir şəhəri A.Məmmədov küçəsindəki 6/2 saylı evin 20 saylı mənzilində qeydiyyatdadır və yaşayır. Mənzildə onun ailəsindən başqa qardaşı İddiaçı və həyat yoldaşı X25 da yaşayır. Yaşadıqları mənzil DTİMHQ və ŞKİ-nin 23 dekabr 2004-cü il tarixli 395 nömrəli qərarı ilə atası İddiaçı Xəlil oğlunun adına mülkiyyət hüququ 10 yanvar 2005-ci ildə qeydə alınaraq 6083 nömrəli reyestr kitabına yazılmışdır. Mənzilin özəlləşməsindən sonra da hazl-hazıradək onlar bu mənzildə yaşayırlar. X44 xx.xx.2011ci il tarixdə anası X17 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra ondan miras qalmış A.Məmmədov küçəsindəki 6/2 nömrəli evin 20 nömrəli mənzilini vərəsələrdən o, və qardaşı İddiaçı faktiki qəbul etmişlər, qanun üzrə vərəsədirlər. Lakin qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariat kontoruna müraciət etməmişlər. Digər vərəsələr isə mirası qəbul etməmişlər. Ona görə də, X16 ünvan 2 ünvada yerləşən 88,30 kv.m sahədən ibarət 4 otaqlı mənzildən ibarət miras əmlaka onun miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili və (vəkili) Vəkil1 da iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, iddiaçı miras əmlaka faktiki sahibliyi həyata keçirir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, hazırıkı mübahisəli miras əmlak onlara ataları Nəriman Məmmədovdan miras qalmışdır. Ataları xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Həmin mənzildə qardaşı İlham və ailəsi ilə birlikdə yaşayırlar. Bacıları onlarla birlikdə yaşamırlar. Qardaşı İlhamla birlikdə həmin evdə yaşaslar da, onun qardaşı ilə münasibəti yaxşı deyildir. O, hazırkı evi satıb hərkəs üçün ayrı bir yerdə ev almağı təklif etsə də, qardaşı buna razılıq verməmişdir. O və qardaşı hazırda faktiki olaraq mirası qəbul etmişdir. Odur ki, izahatında qeyd olunanların nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili və (vəkili) Vəkil2 da iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, qarşılıqlı iddiaçı Cavabdeh1 da hazırkı mənzil üzrə faktiki olaraq mirası qəbul etmişdir. Qeyd olunanlara əsasən qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X19 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, O, hazırda ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayır. Hazırda atalarında miras qalan həmin mənzildə onun qardaşları İlham və Süleyman yaşayır. O, heç vaxt mirasdan imtina etməmişdir. 1992-ci ildə oda atası evindən gəlin köçmüşdür. Lakin buna baxmayaraq o, hər zaman ata evinə gəlib getmişdir. Vərəsə olaraq o da hazırda ata evindən pay istəyir. Odur ki, həmin mübahisə miras paydan onlara da pay verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X20 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, 1989-cu ildən hazırkı ata evləri olan mübahisəli mənzildən çıxamışdır. Onlar ailədə iki qardaş və iki bacı olmuşlar. Onların hər zaman münasibətləri yaxşı olmuşdur. Hazırda ata evində qardaşları yaşayır. Anası rəhmətə gedəndən sonra atasına baxmaq üçün bacısı ilə davamlı o evə gəlib-getmişlər. Hazırda o da ata evindən pay istəyir. Odur ki, həmin mübahisəli miras paydan ona da pay verilməsini xahiş edir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər X19, X20 və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Üçüncü şəxs Mingəçevir regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Fuad İbrahimov məhəməyə məktub ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam, hərtərəfli və obyektiv nəzərdən keçirərək hesab edir ki, iş üzrə ilk iddia və qarşılqıqlı iddia əsaslı olduğundan hər iki iddia təmin edilməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının X24 Daşınmaz Əmlakın Dövlət Reyetrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi ev 62, mənzil 20 Yeni qaydalarla AZ 4505, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 88,3 kv.m., olan mənzil tam mülkiyyət hüququ üzrə X16 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. İşdə olan Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 01058 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanda yerləşən 4 otaqlı yaşayış evi DTİMHQ və ŞKİ-nin 23 dekabr 2004-cü il tarixli 395 nömrəli qərarı ilə 10 yanvar 2005-ci il tarixdə X16 adına qeydə alınmışdır. işdə olan, X35 Xidmət Mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 797 saylı məktubundan görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X14 miras qalmış əmlaka miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olduğundan ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmiş, məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-181/23 saylı arayışdan görünür ki, xx.xx.1936-cı il tarixdə Qax rayonunda anadan olan X23 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək aparılmış və ailə tərkibinin 1.arvadı: X17 (ölüb), 2.qızı: Cavabdeh2 qızı, 3.oğlu:Cavabdeh1 və 4.oğlu: İddiaçı olması müəyyən edilmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X32 və X9 nikahı 23 dekabr 1961-ci il tarixdə 18 nömərli akt qeydi ilə tərtib edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X17 13 iyul 2002-ci il tarixdə vəfat etmiş, bu barədə akt qeydləri kitabında 274 nömrə ilə qeyd aparılmışdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X23 20 oktyabr 2011-ci il də vəfat etmiş, bu barədə akt qeydləri kitabında 530 nömrə ilə qeyd aparılmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1962– ci il tarixdə X26 ilə X10 birgə nikahlarından doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 qızı xx.xx.1971–cı il tarixdə X26 ilə X10 birgə nikahlarından doğulmuşdur. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X40 ilə Cavabdeh2 qızının nikahı 13 iyul 1993-cü il tarixdə 323 nömrəli aktla qeydə alınmışdır. X45 verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1964– cü il tarixdə X26 ilə X10 birgə nikahlarından doğulmuşdur. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X7 nikahı 22 dekabr 1989-cu il tarixdə 529 nömrəli aktla qeydə alınmışdır. Arvada Hacıyeva soyadı verilmişdir. Beləliklə, məhkəmə, tərəflərin izahatının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, X23 ilə X22 rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahlarından İddiaçı xx.xx.1968–ci il tarixdə, Cavabdeh1 xx.xx.1962–ci il tarixdə, X20 xx.xx.1964-cü il tarixdə və X19 xx.xx.1971-ci ildə doğulmuşdur. X17 xx.xx.2002-ci il tarixdə, X23 isə 2.10.2011-ci il tarixində vəfat etmişdir. X14 Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 6/2, mənzil 20, Yeni qaydalarla: AZ 4505, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 88,30 kv.m yaşayış sahəsi olan mənzil miras qalmışdır. Mərhum X2 mənzil üzərində tam mülkiyyət hüququ DTİMHQ və ŞKİ-nin 23 dekabr 2004-cü il tarixli 395 nömrəli qərarı ilə 10 yanvar 2005-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının X24 Daşınmaz Əmlakın Dövlət Reyetrinin ********** nömrəli qeydiyyat nömrəsi ilə xx.xx.2023cü il tarixdə dövlət qeydiyyata alınmışdır. X6 həmin miras əmlakla bağlı vəsiyyətnamə verməmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə alınmadığından iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair ərizə ilə müraciət etsə də, notariat orqanı tərəfindən ona vərəsələr arasında ixtilaflar olduğundan şahadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Miras qoyan vəfat etdikdən sonra qanun üzrə birinci növbə vərəsə olan vərəsələrin heç biri qanunvericiliklə müəyyən edilmiş müddət ərzində mirasdan imtina edilməsi ilə rəsmi qaydada notariat orqanına müraciət etməmişlər. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014–cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X6 xx.xx.2011–ci il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146–cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2–ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə istinad olunan hüquq normalarının tələbləri baxımından mübahisənin qanuni və düzgün həll edilməsi üçün ilkin olaraq, miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini, həmçinin həmin əmlaklar üzərində miras qoyanın mülkiyyət və sair əşya hüquqlarına malik olub–olmamasının müəyyən edilməsini zəruri sayaraq, belə hesab edir ki, mübahisəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının X24 Daşınmaz Əmlakın Dövlət Reyetrinin ********** nömrəli çıxarışı əsasında əldə edildiyindən, həmin mənzil miras qoyanın mülkiyyətidir. Ona görə də həmin mübahisəli mənzil tam olaraq miras qoyan X16 miras toplusuna daxil edilməlidir. Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyinə əsaslanaraq hesab edir ki, X4 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə qızı Cavabdeh2 qızı, oğlu Cavabdeh1 və oğlu İddiaçı və qızı X20 daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmadığına görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133– cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçməlidir. Beləliklə, iş materialları ilə müəyyən olundu ki, X3 Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 6/2, mənzil 20, Yeni qaydalarla: AZ 4505, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 88,30 kv.m yaşayış sahəsi olan mənzil miras qalmışdır. Məhkəmə iddianın miras əmlaka vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma və payların müəyyən edilməsi hissəsinə, vərəsələrin dairəsinin müəyyən edilməsi baxımından, qiymət verərək hesab edir ki, qanunvericiliyin tələbinə uyğun olaraq tərəflər İddiaçı, Cavabdeh1, X19 və X20 mirasdan pay almaq hüququ olan birinci növbəli vərəsələr kimi tanınmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X3 miras qalmış mübahisəli mənzilə onun birinci növbəli vərəsəsi kimi ilkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh1, cavabdehlər X19 və X20 vərəsə tanınmalı və birinci növbəli vərəsə kimi onların hər birinin payı 1/4 hissədə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1281–ci maddəsinə əsasən əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, ilk iddia və qarışılıqlı iddia tələbi əsaslı olduğundan hər iki iddia təmin edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri hər iki iddia tələbi təmin olunduğundan ödənilmiş dövlət rüsumu işdə iştirak edən şəxslərin özünə aid edilsin. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia və qarışılıqlı iddia təmin edilsin. İddiaçı, Cavabdeh1, X19 və X20 X4 qanun üzrə birinci növbəli vərəsələri kimi tanınsınlar. X3 miras qalmış Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 6/2, mənzil 20, Yeni qaydalarla: AZ 4505, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 88,30 kv.m yaşayış sahəsi olan mənzilinə İddiaçı 1/4 hissədə, Cavabdeh1 1/4 hissədə, X11 1/4 hissədə və X12 1/4 hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar