Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-948/2023 25.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi,Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı paylı mülkiyyətdə olan mənzilə dair payın dəyərinin cavabdehdən alınıb ona verilməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı paylı mülkiyyətdə olan mənzilə dair payın dəyərinin cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi,Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 19/1 №-li evin, 47 №-li mənzilində yaşayır. X4 iddiaçının əri olub. Aralarında olan nikahı xx.xx.2004-cü ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından övladları olmamışdır. Lakin mərhum Əmrah Quliyevin iddiaçıdan əvvəlki nikahından X5 və Cavabdeh1 adlı iki oğlu olmuşdur. İddiaçı Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 19/1 saylı evin, 47 saylı mənzilini mərhum X4 ilə birgə nikah dövründə, yəni 2013-cü ildə alqı-satqı müqaviləsi əsasında almışlar. Əmrah Quliyev xx.xx.2021-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra mənzildə yalnız iddiaçı yaşayır. İddiçı miras əmlakın qəbul olunması və miras əmlakda payının ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər məhkəməsinin 2(051)- 1451/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş və mənzilin 4/6 hissədə iddiaçının payı, cavabdehlərin payları ilə 1/6 və 1/6 hissədə müəyyən olunmuşdur. İddiaçı özünə aid Çıxarışı almışdır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-31/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X5 və Cavabdeh1 qarşı mənzilin naturada bölünməsi tələbinə dair iddiası rədd edilmişdir. Ona görə də Mingəçevir şəhəri N.Nərimanov küçəsi 19/1 saylı evin. 47 saylı mənzilindən iddiaçının payına düşən 4/6 hissəsinin dəyəri paylı mülkiyyətin digər mülkiyyətçiləri, yəni cavabdehlər tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsi,vəkilini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 19/1 №-li evin 47 №-li mənzilinə İddiaçı 4/6 hissə, X2 2/6 hissədə pay olmaqla mülkiyyət hüququ qeydə alınmışdır. İşə əlavə olunmuş "xxxx" MMC-nin rəyindən görünür ki, iddiaçının tələb etdiyi Mingəçevir şəhəri N.Nərimanov küçəsi buna 19, blok 1-də yerləşən, 45.50 kv.m üumi, 30.09 kv.m yaşayış, 15.41 kv.m yardım çı sahədən ibarət beş mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, 2 otaqlı, 47 nömrəli mənzilin xx.xx.2023-cü il tarixə real bazar dəyəri 26875(iyirmi altı min səkkiz yüz yetmiş beş) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İddiaçı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 19/1 saylı evin, 47 saylı mənzilindən payına düşən 4/6 hissəsinin dəyərini paylı mülkiyyətin digər mülkiyyətçiləri, yəni cavabdehlər tərəfindən ona ödənilməsini tələb edir. İş materiallarından gorünür ki, mübahisələndirilən mənzilin 4/6 hissəsi iddiaçının mülkiyyətindədir və bununla bağlı iddiaçıya mülkiyyət hüququnu təsdiq edən Çıxarış verilmişdir. Məhkəmənin qətnaməsi ilə həmin mənzilin hər birinə 1/6 hissə payları müəyyən edilsə də təqdim edilmiş sənədlərdən görünür ki, cavabdehlərin paylara uyğun mülkiyyət hüququnu təsdiq edən Çıxarış yoxdur. Eləcə də cavabdehlərin iddiaçının payının dəyərinin ödənilməsi üçün maddi imkanları olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilmədi. Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı paylı mülkiyyətdə olan mənzilə dair payın dəyərinin cavabdehlərdən alınıb ona verilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-948/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-948/2023
25.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver