Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-95/2025 11.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Müslüm qızı, X5 və Cavabdeh3 qarşı “naturada bölgü” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia: İddiaçı cavabdehlər Cavabdeh1 Müslüm qızı, X5 və Cavabdeh3 qarşı “naturada bölgü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,05530 ha torpaq sahəsindən onun ¼ hissə payının naturada ayrılaraq onun istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən 0,05530 ha torpaq sahəsindən iddiaçının ¼ hissə payının dəyəri olaraq 6150 manat pulun cavabdehlərdən 2 ay müddətinə alınıb ona verilməsi, ödənilmədiyi halda əmlakın açıq hərracdan satılaraq paylara uyğun surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,05530 ha torpaq sahəsi onunla bərabər cavabdehlərin, o cümlədən Cavabdeh3 mərhum atası Müslüm Əhmədovun hər birinin ¼ hissə olmaqla paylı mülkiyyətindədir. Öz payının naturada ayrılmasını istəyir. Bu mümkün olmadıqda, payının dəyərinin, o da mümkün olmadıqda əmlakın hərracada satılaraq onun payının ödənilməsini istəyir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, ekspertiza rəyi ilə razı olduğunu göstərərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 Müslüm qızı, Cavabdeh2 və Cavabdeh3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Cavabdeh3 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini qəbul etmədiyini, ünvan 2 ünvanında yerləşən evdə özünün yaşadığını bildirmiş, buna görə də cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sübutlar : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən ünvan 2, yeni qaydalarla ünvan 3 ünvanında olan 0,0530 ha torpaq sahəsində ¼ hissədə X1, ¼ hissədə Cavabdeh1 Müslüm qızının, ¼ hissədə X3 və ¼ hissədə İddiaçı payı xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2, yeni qaydalarla ünvan 3 ünvanda olan, ümumi sahəsi 0,053 ha torpaq sahəsinin planı tərtib edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə 002979 №li şəhid ailəsi üzvü vəsiqəsi verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/392 saylı ekspert rəyindən görünür ki, ünvan 2, yeni qaydalarla ünvan 3 ünvanda olan torpaq sahəsinin paylara uyğun naturada ayrılmasının Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq rəyin verilməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/392 nömrəli məktubunun qeyd hissəsində aparılmış tədqiqatın dəyərinin 50 manat olması qeyd edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02-193/25 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2, yeni qaydalarla ünvan 3 ünvanında olan, 0,0530 ha torpaq sahəsinin xx.xx.2025-ci il tarixə bazar dəyəri 24600 manat, likvid dəyəri isə 22000 manat təşkil edir. Məhkəmə Ekspertizası Xidmətləri MMC-nin xx.xx.2025-ci il tarixli, 02-193/25 nömrəli məktubunun qeyd hissəsində aparılmış tədqiqatın dəyərinin 200 manat olması qeyd edilmişdir. İşin müəyyən olunmuş halı: ünvan 2, yeni qaydalarla ünvan 3 ünvanında olan 0,0530 ha torpaq sahəsi paylı mülkiyyətdə olmaqla ¼ hissədə X2, ¼ hissədə Cavabdeh1 Müslüm qızına, ¼ hissədə X4 və ¼ hissədə İddiaçı məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin planı tərtib edilmişdir. Ekspert rəyi ilə torpağın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. ünvan 2, yeni qaydalarla ünvan 3 ünvanında olan, 0,0530 ha torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi üçün ekspert rəyi alınmışdır. Ekspert rəyi ilə qeyd olunan torpaq sahəsinin bazar dəyəri 24600 manat, likvid dəyəri isə 22000 manat təşkil edir. Torpağın bazar dəyərinin ¼ hissəsi 6150 manat təşkil edir. İddiaçı payının dəyəri olaraq 6150 manat pulun cavabdehlərdən 2 ay müddətinə alınıb ona verilməsi, ödənilmədiyi halda əmlakın açıq hərracdan satılaraq paylara uyğun surətdə bölünməsini tələb edir. Cavabdeh3 qeyd olunan torpağın naturada bölgüsünə etiraz etmişdir. Əmlaka ¼ hissədə pay hüquqları olan cavabdehlər Cavabdeh1 Müslüm qızı və X5 iddiaya münasibət bildirməmişlər. Tətbiq edilən Hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 saylı, 6 dekabr 2024-cü il tarixli qərardad:
39. Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi.
50. Nəzərə alınmalıdır ki, iddiaçının məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləği ilə razılaşmaması bu mərhələ üzrə araşdırmanın yekunlaşması və növbəti mərhələyə keçid edilməsi üçün əsas deyil. Məhkəmə hər bir halda cavabdehlərə iddiaçının payının dəyəri kimi müəyyən edilmiş kompensasiyanın ödənilməsini təklif etməlidir. Əks yanaşmada ayrılan mülkiyyətçi hüquqdan sui-istifadə edərək payına görə tənasübsüz yüksək kompensasiya tələb etməklə qalan mülkiyyətçiləri ağır vəziyyətə sala, yaxud əşyanın məcburi şəkildə hərraca çıxarılmasına nail ola bilər ki, bu da payın dəyərini ödəməyə razı olan cavabdehlərin mülkiyyət hüquqlarına müdaxilə təşkil edir.
52. Cavabdehlər və ya onlardan ən azı biri məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləğini ödəməyə razılıq verərsə, bu mərhələdə məhkəmə araşdırması tamamlanmış hesab olunmalı və kompensasiya ödənilməklə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payına xitam verilməsi barədə qətnamə çıxarılmalıdır. Bu halda kompensasiya ödənilməsi vəzifəsi razılıq vermiş cavabdehin üzərinə qoyulmaqla, iddiaçının payı ona keçməlidir. Razılıq vermiş cavabdehlərin sayı birdən çox olduqda ayrılan pay aralarındakı razılığa müvafiq olaraq hər birinin ödədiyi kompensasiya məbləğinə mütənasib, razılıq olmadıqda isə bərabər şəkildə aralarında bölüşdürülməlidir.
53. Təcrübədən görünür ki, bəzi hallarda cavabdehlər məhkəmə prosesində müəyyən edilmiş kompensasiyanın məbləğini ödəməyə razılıq versələr də, sonradan qətnamənin icrası mərhələsində maddi vəziyyətlərinin pisləşməsi, hüquqdan sui-istifadə və ya hər hansı digər səbəbdən vədlərini yerinə yetirmirlər. Bu kimi neqativ halların qarşısını almaq məqsədilə məhkəmə qətnamənin nəticə hissəsində onun icrası üsulunu və qaydasını dəqiq şəkildə müəyyən etməlidir.
55. Bu məqsədlə qətnamə qəbul edilənədək kompensasiyasının ödənilməsi müddəti ilə bağlı tərəflərlə müzakirə aparılmalı və hər iki tərəfin razılığı ilə müddət müəyyən olunmalıdır. Tərəflər arasında razılıq əldə edilmədikdə isə məhkəmə MPM-in 128.1-ci maddəsi baxımından “İcra haqqında” Qanunun 12.1-ci maddəsində bütün zəruri icra hərəkətlərinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş 2 aylıq müddət təyin etməlidir.
60. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.
61. Paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması proseduru isə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-43-cü maddələrinin tələbləri nəzərə alınmadan Mülki Məcəllənin 415-ci maddəsinə, “İcra haqqında” Qanunun müvafiq müddəalarına, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 2021-ci il 24 noyabr tarixli 02/2021 nömrəli qərardadında qeyd olunmuş hüquqi mövqelərə uyğun həyata keçirilməlidir. “İcra haqqında” Qanun: 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə; 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda- 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Məhkəmənin mövqeyi: ünvan 2, yeni qaydalarla ünvan 3 ünvanında olan 0,0530 ha torpaq sahəsi paylı mülkiyyətdə olmaqla ¼ hissə X2, ¼ hissə Cavabdeh1 Müslüm qızına, ¼ hissə X4 və ¼ hissə İddiaçı məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin planı tərtib edilmişdir. Ekspert rəyi ilə torpağın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. ünvan 2, yeni qaydalarla ünvan 3 ünvanında olan, 0,0530 ha torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi üçün ekspert rəyi alınmışdır. Ekspert rəyi ilə qeyd olunan torpaq sahəsinin bazar dəyəri 24600 manat, likvid dəyəri isə 22000 manat təşkil edir. Torpağın bazar dəyərinin ¼ hissəsi 6150 manat təşkil edir. İddiaçı payının dəyəri olaraq 6150 manat pulun cavabdehlərdən 2 ay müddətinə alınıb ona verilməsi, ödənilmədiyi halda əmlakın açıq hərracdan satılaraq əldə olunan pul vəsaitinin paylara uyğun surətdə bölünməsini tələb edir. İşdən göründüyü kimi qeyd olunan torpaq tərəflərin ümumi paylı mülkiyyətindədir. İddiaçı öz payının naturada ayrılmasını istəmişdir. Ekspert rəyi ilə həmin payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyənləşdirilmişdir. Daha sonra iddiaçı onun payının dəyərinin digər mülkiyyətçilər tərəfindən 2 ay müddətində ödənilməsi, bu mümkün olmadıqda qeyd olunan torpağın açıq hərracda satılaraq payının dəyərinin ona ödənilməsi barədə iddiasını dəqiqləşdirmişdir. Cavabdehlərə dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişlər. Beləliklə cavabdehlər və ya onlardan ən azı birinin məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləğini ödəməyə razılığını almaq mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, ünvan 2, yeni qaydalarla ünvan 3 ünvanında yerləşən, 0,0530 ha torpaq sahəsindən İddiaçı ¼ hissə payının dəyəri olaraq 6150 manat kompensasiya məbləği cavabdehlərdən müştərək qaydada 2 ay müddətinə alınaraq iddiaçıya verilməklə onun paylı mülkiyyətdəki pay hüququna xitam verilməli, bu mümkün olmadığı halda əmlak açıq hərracdan satılaraq əldə olunan vəsait paylara uyğun surətdə tərəflər arasında bölünməlidir. İddiaçı məhkəməyə iddia vermək üçün dövlət rüsumunu ödəməkdən azad edildiyi, iddia təmin edildiyi üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu cavabdehlərdən müştərək qaydada dövlət mədaxilinə alınmalıdır. İddia təmin edildiyi üçün cavabdehlərdən müştərək qaydada ekspertiza məsrəfi olan 50 (əlli) manat Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına, 200 (iki yüz) manat "xxxx" MMCnin VÖEN **********, AZ90AİİB******************** hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq qət etdi:
İddia təmin edilsin. ünvan 2, yeni qaydalarla ünvan 3 ünvanında yerləşən, 0,0530 ha torpaq sahəsi üzrə İddiaçı ¼ hissə payının dəyəri 6150 (altı min bir yüz əlli) manat kompensasiya məbləği cavabdehlər Cavabdeh1 Müslüm qızı, X5 və Cavabdeh3 bərabər şəkildə (hər biri 2050 manat ödəməklə (6150:3=2050)) 2 ay müddətinə alınaraq İddiaçı verilməklə İddiaçı pay hüququna xitam verilsin. Cavabdehlər tərəfindən kompensasiyanın ödənilməsi ilə iddiaçının paylı mülkiyyət hüququna xitam verilməsi eyni vaxtda icra edilsin. 2 ay ərzində kompensasiya ödənişi həyata keçirilmədiyi halda, İddiaçı, Cavabdeh1 Müslüm qızı, X5, Cavabdeh3 ümumi paylı mülkiyyətində olan Mingəçevir şəhəri, Heydər Hüseynov küçəsi 12A, yeni qaydalarla ünvan 3 ünvanında yerləşən, 0,0530 ha torpaq sahəsi açıq hərracda satılsın. ünvan 2, yeni qaydalarla ünvan 3 ünvanında yerləşən, 0,0530 ha torpaq sahəsinin satışından əldə olunan pul vəsaiti həmin torpaq sahəsinin mülkiyyətçiləri arasında ¼ hissə pay İddiaçı, ¼ hissə pay X2, ¼ hissə pay Cavabdeh1 Müslüm qızına və ¼ hissə pay X4 məxsus olması nəzərə alınaraq bölüşdürülsün. ünvan 2, yeni qaydalarla ünvan 3 ünvanında yerləşən, 0,0530 ha torpaq sahəsinin ilkin satış qiyməti 24600 (iyirmi dörd min altı yüz) manat müəyyən edilsin. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu 81,5 (səksən bir manat əlli qəpik) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada dövlət mədaxilinə alınsın. Cavabdehlər Cavabdeh1 Müslüm qızı, X5 və Cavabdeh3 bərabər qaydada ekspertiza xərci olan 50 (əlli) manat alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına və 200 (iki yüz) manat alınaraq "xxxx" MMC-nin VÖEN **********, AZ90AİİB******************** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Güləndam Quliyeva