Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-950/2023 04.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh: İddiaçı, onun vəkili Vəkil1 İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh iddiaçı: Cavabdeh1, onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilkin iddiası, Cavabdeh1 İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Məmmədova X11 Sevil Fazil qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Mingəçevir şəhəri N.ünvan 3anov küçəsi 29 saylı evin, 32 saylı mənzilinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonra İddiaçı iddia ərizəsində göstərilən tələbin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək cavabdehlərin Mingəçevir şəhəri N.ünvan 3anov küçəsi 29 saylı evin, 32 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Mingəçevir şəhəri N.ünvan 3anov küçəsi (keçmiş S.Bolqariya küçəsi) 29 saylı evin 32 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-cavabdeh İddiaçı məhkəmə iclası zamanı ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhər ZDS İcraiyyə Komitəsinin 24 yanvar 1985-ci il tarixli 21 saylı qərarına əsasən Mingəçevir şəhəri S.Bolqariya (hazırda N.ünvan 3anov) küçəsi 29 saylı evin, 32 saylı mənzili 2 nəfər ailə üzvüylə anası X4 verilmişdir. X20 24 fevral 2018-ci ildə vəfat etmişdir. Ölməzdən qabaq isə ona 10 avqust 2017-ci ildə özünə məxsus bütün əmlakını vəsiyyət etmişdir. Mənzildə o, qardaşları və qardaşı övladları qeydiyyatdadırlar. X17 və onun arvadı Cavabdeh1, oğlanları Elçin və Orxan isə 1993-cü ildən Rusiya Federasiyasına gedib qayıtmamışlar. Sərdar Hüseynov isə xəstə düşdükdən sonra Azərbaycana gəlmiş, təxminən 2 ay onun yanında yaşadıqdan sonra 07 dekabr 2022-ci ildə vəfat etmişdir. Ancaq onun arvadı Cavabdeh1 və oğlanları Elçin və Orxan isə Rusiya Federasiyasında yaşayırlar. Sözügedən mənzildə onlara məxsus hər hansı əşyaları yoxdur. Otuz ilə yaxın müddətdir ki, onlar Rusiya Federasiyasında daimi yaşayırlar və orada da evlənmişlər. Odur ki, məhkəmədən ilkin iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh-iddiaçı Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və göstərdi ki, 1988-ci ilin sentyabr ayında mərhum əri X15 ilə toy edərək ailə münasibətlərinə daxil olmuşlar. Gəlin olaraq Mingəçevir şəhəri N.ünvan 3anov küçəsi (keçmiş S.Bolqariya küçəsi) 29 saylı evin 32 saylı mənzilə köçmüşdür. Əriylə xalaoğluxalaqızıdırlar. Oğlanları 06 fevral 1990-cı il təvəllüdlü Cavabdeh2 və xx xxxxxx 1992-ci il təvəllüdlü Cavabdeh3 həmin mənzildə doğulub, böyümüşlər. Mərhum qaynanası X12 ilə birgə təssərrüfat idarə etmişlər. Onlar işləmək üçün mövsimi olaraq Rusiya Federasiyasına gedib-gəlirdilər. 2019-cu ildən etibarən o, birdəfəlik Mingəçevir şəhəri N.ünvan 3anov küçəsi 29 saylı evin 32 saylı mənzilində yaşamağını davam etdirdi. Onların başqa bir mənzili yoxdur, əri bütün qazancını onlara və bacı-qardaşına, anasına xərcləmişdir. Mariya Hüseynovanın övladlarının hamısının evləri olmuşdur. Onlar isə ümid etmişlər ki, Mingəçevir şəhəri N.ünvan 3anov küçəsi 29 saylı evin 32 saylı mənzili yalnız onlara məxsusdur. 2022-ci il tarixdə əri X15 ağır xəstə oldu. Sözügedən mənzildə Sərdarın müalicəsi davam etmiş, o qulluq etmişdir. Ərinin ögey bacısı İddiaçı ərinin xəstə vaxtında onlarla dalaşırdı. “Bu ev mənimdir, sizi evdən çıxaracağam”-deyirdi. Qaynanası-xalası 24 fevral 2017-ci il tarixdə vəfat etmişdir. X27 uzun sürən xəstəlikdən sonra 07 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Ərini yaşadıqları Mingəçevir şəhərində dəfn etmişlər. Mingəçevir şəhəri N.ünvan 3anov küçəsi (keçmiş S.Bolqariya küçəsi) 29 saylı evin 32 saylı mənzili dövlət fondu mənzilinə aiddir. Mənzilin kirayədarı qaynanası-xalası olmuşdur. İddiaçı kirayədarın ailə üzvləri sırasında deyil, sadəcə qeydiyyatdadır. İddiaçı özünəməxsus mənzili var idi. X23 vəfatından sonra İddiaçı onunla mübahisə edib, dalaşır, onu zorla qeydiyyatda olduğu, yaşadığı və istifadə hüququ olan mənzildən çıxarmaq istəyirdi. Onun başqa yaşayış yeri olmadığı və illərlə qaynanası və əri, uşaqları ilə birgə təsərrüfat idarə etdiyi mənzildən çıxmadı. 2023-cü ilin fevral ayının 12-də mənzilə gələn qazın gəlməsi dayandırıldı, bir az borcu qalmışdı. Həmin vaxt onu soyuqda qoydular. Aralarında mübahisə oldu, məcbur olub Bərdə rayonunda yaşayan bacısıgilə getdi. Səhərigün Mirvari onun əşyalarının bir hissəsini maşına yığıb, Bərdə rayonuna, bacısı yaşadığı evə göndərmişdir. X28 Nazirliyinin 102 xidmətinə zəng etdi. Şikayəti ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsinə dəvət olundu, ərizəsini aldılar, onu mənzilə köçürəcəklərini dedilər. O, evə köçürülmədi. Ona dedilər ki, mübahisə edilən mənzil dövlət fondudur, icra hakimiyyətinə məxsusdur, icra hakimiyyətinə müraciət etsin, müvəqqəti mühafizə orderi versinlər. Mingəçevir şəhər İcra Hakimiyyətində olanda yaşadığı mənzilə köçürülməsini xahiş etdi, ərizəsi alındı, yenə də Mingəçevir şəhər Polis Şöbəsinə göndərdilər. Orada da ona dedilər ki, məhkəməyə müraciət etsin. Əşyalarının bir qismi hələ də orada qalıb, Bərdə rayonuna göndərdiyi əşyalarını gətirib, yaşadığı evə yığacaqdır. İddiaçı öz evi olmuş, orada yaşamışdır. Hesab edir ki, onu qanunsuz olaraq, zor tətbiq edərək yaşadığı, istifadəsində olan mənzildən məhrum etmişdir. Həmin mənzildə istifadə hüququ vardır. İddiaçı 12 fevral 2023-cü il tarixdə onu zorla yaşadığı mənzildən məhrum etmişdir. Odur ki, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, İddiaçı qonşusudur. 1964-cü ildən qonşudurlar, Mirvari ilə birlikdə böyümüşlər. O, Sevili əri öldükdən sonra, mərasim üçü günü görmüşdür. O, Sevili görəndə qolunda televizor var idi və gedirdi. Bu vaxt nalayiq ifadələr işlədirdi. Qaynanası, baldızı rəhmətə gedəndə Sevil orada olmayıb, onu görməmişdir. Mirvari isə orada idi. Mirvari əvvəldən sözügedən mənzildə yaşayır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, İddiaçı qonşusudur. 2003-cü ildən orada yaşayır, həmin ildən Mirvari də sözügedən mənzildə yaşayır. Sevil adlı şəxsi isə tanımır, yalnız dəfndə görmüşdür. Sərdar da xəstə idi, Rusiyada yaşayırdı. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, İddiaçı qonşusudur. Sevil sözügedən mənzilə gəlin gəlmişdir. Sərdar Rusiyadan ata evinə xəstə gələndə ona Mirvari baxırdı. Yoldaşı Sevili orada görməmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ilk və qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, işdə olan Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən 10 aprel 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X15 ilə X10 nikahı haqqında 26 may 1989-cu il tarixdə 23 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, filialda mühafizə olunan Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 24 yanvar 1985-ci il tarixli 21 saylı qərarında M.Cavabdeh1 adına ev bölgüsü qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2018-ci ildə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2022-ci ildə ölmüşdür. İşdə olan 2 saylı MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 81 №-li arayışdan görünür ki, Məmmədova X5 şəhəri N.ünvan 3anov küçəsi ev 29, mənzil 32 ünvanında yaşayır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və digər şəxslər də həmin mənzildə qeydiyyatdadırlar. İşdə olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, hazırda X16 və onun oğlanları Cavabdeh2 və Hüseynov X6 şəhəri, N.ünvan 3anov küçəsi, ev 29, mənzil 32 ünvanında yaşamırlar. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2014-cü il tarixdə çıxış istiqamətində, xx.xx.2016-cı il tarixdə giriş istiqamətində məlumat qeydə alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1990-cı ildə doğulmuşdur. X2, anası Cavabdeh1dır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1992-ci ildə doğulmuşdur. X2, anası Cavabdeh1dır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhər ZDS İcraiyyə Komitəsinin 24 yanvar 1985-ci il tarixli 21 saylı qərarına əsasən Mingəçevir şəhəri S.Bolqariya (hazırda N.ünvan 3anov) küçəsi 29 saylı evin, 32 saylı mənzili X4 verilmişdir. Mariya Hüseynova 24 fevral 2018-ci ildə vəfat etmişdir. Mənzildə İddiaçı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və digər şəxslər qeydiyyatdadırlar. Cavabdeh1 1988-ci ilin sentyabr ayında mərhum X15 ilə toy edərək ailə münasibətlərinə daxil olmuşlar. Gəlin olaraq Mingəçevir şəhəri N.ünvan 3anov küçəsi (keçmiş S.Bolqariya küçəsi) 29 saylı evin 32 saylı mənzilə köçmüşdür. 06 fevral 1990-cı il təvəllüdlü Cavabdeh2 və xx xxxxxx 1992-ci il təvəllüdlü Cavabdeh3 həmin mənzildə doğulub, böyümüşlər. Sonradan yəni, 1997-ci il tarixinin sentyabr ayından Cavabdeh1 və X15 övladları ilə birgə Rusiya Fedarasiyasına köçmüşlər. 2014-cü il tarixində oradan deportasiya olunsa da, 2016-cı il tarixdən yenidən RF-yə qayıtmışdır. 2019-cu il tarixindən Azərbaycan Respublikasına qayıtdıqdan sonra anasının yanına Bərdə şəhərində yaşamağa balamışdır. Sərdar Hüseynov ağır xəstəliyə tutulduq sonra həmin evə gəlmiş ona qulluq etmişdir. Sərdar Hüseynov 07 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Cavabdeh1 həmin 2023-cü ilin fevral ayına kimi həmin mənzildə yaşamışdır. Hazırda tərəflər arasında mübahisə vardır. Cavabdeh1 ilkin iddianı qəbul etmir. İddiaçı da qarşılıqlı iddiaya etiraz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən iddiaçı tərəfindən mübahisələndirilən mənzilə cavabdehin istifadə hüququnun olması və bu hüquq əsasında istifadə hüququna xitam verilməsinə dair əsaslarının mövcud olmasının sübutetmə yükü iddiaçının, lakin həmin mənzilə köçürülməsinə dair əsaslarının mövcud olmasının sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə iddiaçının ailə üzvləri ilə bilikdə mübahisəli mənzilə köçürülmələri və maneələrin aradan qaldırılması hüququna qiymət verərkən, həmçinin nəzərə alır ki, mübahisənin düzgün həll edilməsi üçün mübahisəli evin hansı hüquqi statusda olması da müəyyən edilməlidir. Belə ki, hazırkı vəziyyətdə iddiaçının hansı hüquqi statusda iddia qaldırması, yəni onun mübahisəli ev üzərində hansı hüquqa malik olması, həmçinin iddiaçının mübahisəli ev üzərində hər hansı bir əşya hüququnun olub–olmaması məsələsi də müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan, S.Bolqariya (hazırda N.ünvan 3anov) küçəsi 29 saylı evin, 32 saylı mənzil ünvanında yerləşən mənzildə İddiaçı yaşamaqla faktiki sahibliyi həyata keçirir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı anasına Mingəçevir şəhər ZDS İcraiyyə Komitəsinin 24 yanvar 1985-ci il tarixli 21 saylı qərarı ilə verilmiş mənzilə gözlənilən mülkiyyət hüququnun olması onun hazırki iddia tələbini irəli sürmək hüququnu istisna etmir . “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007–ci il tarixli, “Burdov Rusiyaya qarşı”iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X26 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1–ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X26 Məhkəməsinin mövqeyinə uyğun gələn mövqedən yanaşmış və V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010–cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011– ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Bundan sonra Məhkəmə nəzərə alır ki, iddiaçının həmin mənzilə köçürülməsi üçün onun istifadə hüququnun olması və həmin hüququ əmələ gətirən əsasın aradan qalxıbqalxmaması məsələsi müəyyən edilməlidir. Belə ki, iddiaçı 1988-ci il tarixdən mərhum əri X15 ilə toy edərək ailə münasibətlərinə daxil olmuşlar. Gəlin olaraq Mingəçevir şəhəri N.ünvan 3anov küçəsi (keçmiş S.Bolqariya küçəsi) 29 saylı evin 32 saylı mənzilə köçmüşdür. Sonradan yəni, 1997-ci il tarixinin sentyabr ayından iddiaçı əri və uşaqları birlikdə həmin mənzildən könüllü köçərək Rusiya Federasiyasında yaşamağa başlamışdır. 2014-cü il tarixində oradan deportasiya olunsa da, 2016-cı il tarixdən yenidən RF-yə qayıtmışdır. 2019-cu il tarixindən Azərbaycan Respublikasına qayıtdıqdan sonra anasının yanına Bərdə şəhərində yaşamağa balamışdır. Göründüyü kimi cavabdehlərin mübahisəli mənzilin tərkib hissəsindən istifadə etməsinə ehtiyacı qalmamış və könüllü surətdə evdən çıxmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin iddiaçının faktiki olaraq sahiblik etdiyi mənzilə olan ehtiyacı aradan qalxmışdır. Məhkəmə hesab edir ki, mənzil 02 yanvar 1986-cı il tarixdə 986 saylı order əsasında əldə edildiyindən, mübahisənin həllinə xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1–dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda siə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 60-cı maddənin 6-cı hissəsində isə qeyd olunur ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 85–ci maddəsinə əsasən İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi–buluğa çatmış qalan üzvülərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Beləliklə məhkəmə ilkin iddia ilə bağlı göstərilənlərə yekun olaraq qiymət verir ki, cavabdehlərin sözügedən mübahisəli mənzilə istifadə hüquqları yaransa da, sonradan mənzili uzun müddətli tərk etmələri mənzilin tərkib hissəsindən istifadə etmələrinə ehtiyaclarının aradan qalxması ilə nəticələnmiş və artıq istifadə hüququ itirilmişdir. Mövcud olmayan hüquq münasibətinə xitam verilməsi isə qeyri-mümkündür. Belə olan halda ilkin iddia təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, ilkin iddiaya münasibət zamanı müəyyən olundu ki, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə cavabdehin mənzilə istifadə hüququ yaransa da, sonradan mənzili uzun müddətli tərk etmələri mənzilin tərkib hissəsindən istifadə etmələrinə ehtiyaclarının aradan qalxması ilə nəticələnmiş və artıq istifadə hüququ itirilmişdir. Odur ki, Cavabdeh1 istifadə hüququ olmadığından mənzilə köçürülməsinə dair qarşılıqlı iddiası təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İlk iddia rədd edilsin. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Mingəçevir şəhəri N.ünvan 3anov küçəsi, ev 29, mənzil 32 ünvanında yerləşən mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk iddiası əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Cavabdeh1 İddiaçı qarşı Mingəçevir şəhəri N.ünvan 3anov küçəsi, ev 29, mənzil 32 ünvanında yerləşən mənzilinə köçürülmə tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-950/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-950/2023
04.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver