Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-96/2022 19.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Cavabdeh (iddiaçı): Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil2 İddiaçı (cavabdeh) İddiaçı cavabdehlər (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması, əmlakın geri qaytarılması və miras payının müəyyən edilməsi tələbinə, iddiaçı (cavabdeh) Cavabdeh1 cavabdeh (iddiaçı) İddiaçı qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, mərhum bacısı X5 miras qalmış Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 9, mənzil 3 ünvanında yerləşən mənzilə vəsiyyətnamə üzrə vərəsəliyinin müəyyən edilməsi, “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, **-BH-*** saylı avtomobilin Cavabdeh2 satılması barədə 14 iyun 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilin Cavabdeh2 idarəçiliyindən alınıb ona verilməsi, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 9, mənzil 3 ünvanında yerləşən mənzildə olan 74 adda ev əşyalarının alınıb ona verilməsi, Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən avtoyuma məntəqəsinə vəsiyyətnamə üzrə vərəsəliyinin müəyyən edilməsi, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 0.0235 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı (sahibkarlıq) torpaq sahəsi üzərində ½ hissədə olan X6 miras payı üzərində vərəsəliyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və üçüncü şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 tərəfindən İddiaçı verilmiş 21 iyul 2003-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(051)-1751/2021 saylı qərardadı ilə sözügedən mülki işlər bir icraatda birləşdirilmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddiaçı (cavabdeh) İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə və azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onun vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, mərhum bacısı X5 miras qalmış Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 9, mənzil 3 ünvanında yerləşən mənzilə vəsiyyətnamə üzrə payının müəyyən edilməsi, “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, **-BH-*** saylı avtomobilin Cavabdeh2 satılması barədə 14 iyun 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, miras payının müəyyən edilməsi, həmin avtomobilin Cavabdeh2 idarəçiliyindən alınıb ona verilməsi, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 28 saylı sərəncamı ilə Mingəçevir şəhəri, A.Məmmədov və X.Şuşinski küçələrinin kəsişdiyi ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobillərin yuyulması məntəqəsinin təşkili üçün ayrılmış 31.5 kv. metr torpaq sahəsində inşa edilmiş tikiliyə və həmin tikilinin daxilində olan 1 ədəd dəmir darvaza, 1 ədəd işıq sayğacı, 2 ədəd divan, 1 xalça, 3 ədəd maşınyuma avadanlığı və 2 ədəd dəmir jalüzə vəsiyyətnamə üzrə əmlak payının müəyyən edilməsi, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 9, mənzil 3 ünvanında yerləşən mənzildə olan 121 adda, 18313 manat dəyərində əşyalara, 20 adda 35590 manat dəyərində qızıl-zinət əşyalarına vəsiyyətnamə üzrə payının müəyyən edilməsi, həmin əşyaların özünün və ya dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddiaçı (cavabdeh) Cavabdeh1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı mərhum həyat yoldaşı X6 xəstəliyi zamanı qulluğa, onun müalicəsinə görə çəkilən 7000 manat, dəfnə və yas mərasimlərinin keçirilməsinə görə 4000 manat, qəbirüstü baş daşlarına, qəbrin ətrafının abadlaşdırılması üçün 6700 manat, dövlət tərəfindən dəfn xərci kimi ödənilmiş 780 manat pul olmaqla, cəmi 18480 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (cavabdeh) İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, qarşı tərəfin iddiasını qəbul etmədi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh1 onun mərhum bacısı X6 əri olmuşdur. Onlar arasında nikah 2016-cı ildə bağlanmışdır. Bacısı 14 iyun 2021-ci ildə uzun müddət davam edən ağır xəstəlikdən sonra vəfat etmişdir. X19 21 iyul 2003-cü il tarixdə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus bütün əmlakını, o cümlədən Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 9, mənzil 3 ünvanında yerləşən əmlakını ona vəsiyyət etmişdir. Sürəyya Şərifova vəfat etdikdən sonra ondan Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 9, mənzil 3 ünvanında yerləşən mənzil, Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, **-BH-*** saylı avtomobil, avtoyuma məntəqəsi, əyarı 583, çəkisi 15 qram olan nazik sep, əyarı 583, çəkisi 10 qram olan sep, əyarı 583, çəkisi 4 qram olan 1 ədəd qızıl üzük, əyarı 583, çəkisi 5 qram olan 1 ədəd qızıl üzük, əyarı 583, çəkisi 5 qram olan 1 ədəd qızıl qolbağ, əyarı 583, çəkisi 10 qram olan 1 ədəd qızıl qolbağ, əyarı 583, çəkisi 5 qram olan 1 ədəd qızıl sırğa, əyarı 583, çəkisi 40 qram olan bismark sep, əyarı 583, çəkisi 70 qram olan bismark sep, əyarı 583, çəkisi 40 qram olan bismark qolbağı, əyarı 583, çəkisi 36 qram olan yolka sep, əyarı 583, çəkisi 22 qram yolka qolbağı, əyarı 583, çəkisi 30 qram olan tros sep, əyarı 583, çəkisi 20 qram olan tros sep, əyarı 583, çəkisi 12 qram bir ədəd nişan üzüyü, əyarı 583, çəkisi 18 qram, karatı 1.5 olan bir dəst qara qaşlı brilyant sırğa-üzük dəsti, əyarı 583, çəkisi 15 qram, karatı 1.2 olan bir dəst ortası yaşıl qaşlı brilyant sırğa-üzük dəsti, əyarı 750, çəkisi 12 qram , karatı 1.5 olan bir dəst tək qaşlı brilyant sırğa üzük dəsti, əyarı 583, çəkisi hər biri 6 qram olmaqla ümumi çəkisi 12 qram olan 2 ədəd qızıl üzük, 28 ədəd qızıl dişdən ibarət qızıl-zinət, həmçinin 1 ədəd paltaryuyan maşın, 2 ədəd, 82 və 102 ekran televizor, 1 ədəd 2 qapılı soyuducu, 1 ədəd kondisioner, qaz peçi, 2 ədəd divan, 2 ədəd kreslo, 3 ədəd stol, 4 ədəd mətbəx stulu, 6 ədəd stul , qorka servant, 3 ədəd termo, 1 ədəd taxt kravat, 1 ədəd təknəfərlik kravat, 1 ədəd paltar dolabı, 2 ədəd tumba, 1 ədəd duxovka, 1 ədəd tozsoran, 1 ədəd sokçəkən, 1 ədəd elektrik ət çəkən, 1 ədəd ütü stolu, 1 ədəd ütü, 2 ədəd elektrik samovar, l dəst qalaksi tava dəsti-4-lük, 1 ədəd bagema güldan, 12 nəfərlik 1 dəst madonna çay dəsti, 12 nəfərlik, 1 dəst madonna yemək dəsti, 12 nəfərlik 1 dəst Madonna kofe dəsti, 4 ədəd çilçıraq, 3 ədəd saat, 5-li 2 dəst qalaksi qazan dəsti, 8 ədəd gəvə, 2 ədəd palaz, 2 ədəd divan üstü, 2 ədəd odeyal buxovıy, 12 nəfərlik 2 dəst yemək serviz dəsti, 4 ədəd xrustal güldan, 4 ədəd xrustal vaza, 3 ədəd çaydan, 5 ədəd çaynik , 4 ədəd tefal tava, 5-li ,2 dəst şirəli qazan dəsti, 5-li 2 dəst nikel qazan dəsti, 1 ədəd 50 litrlik qazan, 10 ədəd tək çaşka, 30 ədəd nəlbəki, 30 ədəd stəkan, 12 ədəd kasa kiçik, 12 ədəd kasa böyük, 12 ədəd aş buludu, 96 ədəd boşqab dəsti, 50 ədəd boşqab, 15 ədəd qənd qabı, 6 ədəd bagema qırmızı rumka dəsti, 6 ədəd bagema göy rumka dəsti, 6 ədəd bagema yaşıl rumka dəsti, 6 ədəd balaca rumka dəsti, 6 ədəd böyük rumka dəsti, bagema qrafin və 6 ədəd bakal dəsti, 20 ədəd böyük aş boşqabı, 1 ədəd böyük üçmərtəbə qab, 2 ədəd kiçik üçmərbəbə qab, 24 ədəd çəngəl, 24 ədəd qaşıq, 24 ədəd bıçaq, 24 ədəd çay qaşığı, 2 ədəd bagema qırmızı konfet qabı, 6 nəfərlik -1 dəst mətbəx üçün çay servizi, 2 ədəd böyük qara güldan, 4 ədəd süfrə, təzə 5 ədəd hamam dəsmalı, təzə 12 ədəd əl-üzdəsmalı, təzə 20 ədəd ay dəsmalı, 1 ədəd ventilyator, HUAWEİ P30 LİTE 128GB BLUE markalı telefon1ədəd (təzə)- Paltaruyan, 4 ədəd stul, 1 ədəd taxt döşəyi, 3 ədəd tək nəfərlik döşək, 1 ədəd taxt yorğanı 3 ədəd bir nəfərlik yorğan, 8 ədəd yastıq, 2 ədəd yay yorğanı , 2 ədəd divan döşəyi, 2 ədəd divan yastığı , 2 ədəd Kapsella pərdə, mətbəx pərdəsi, 2 ədəd böyük Bagema vaz yaşıl rəngdə , 28 ədəd mürəbbə qabları, 24 ədəd duz qabı, 24 ədəd meyvə bıçağı, 24 ədəd Aş qaşığı(böyük, 1 ədəd litrlik nikel qazan, 1 ədəd 20 litrlik Nikel qazan qırmızı naxışlı , 1 ədəd Təzyiqölçən aparat, 1 ədəd Şəkər ölçən aparat, 2 ədəd tuj vedrə, 2 ədəd aşsüzən, 3 ədəd alminimum ləyən, 2 ədəd şirəli ləyən, 10 ədəd kapron ləyənlər, 6 ədəd kül qabı, 1 ədəd mikser, Termos , 10 ədəd Qoşa yataq dəsti (təzə) , 5 ədəd yataq dəstitəknəfərlik(təzə), 5 ədəd məcməyi, 30 ədəd tum qabı, 1 ədəd kapron vanna, 2 ədəd kapron vedrə, 2 ədəd dəmir vedrə, 3 ədəd alminium qazan, 1 ədəd DVD aparatı, 1 ədəd Krosnı aparatı, ləyəni ilə birlikdə, 1 ədəd Beşbarmaq formalı rəngli gül qabı, 1 ədəd televizor altlığı, 4 ədəd Meyvə qabı(xrustal) , 6 ədəd ləpə qabı, 1 ədəd yataq örtüyü, 1 ədəd ayaqqabı şkafı, 1 ədəd Xrustal stolüstü saatdan ibarət ev əşyaları miras qalmışdır. Mirasın qəbulu ilə bağlı Notariat ofisinə müraciət etmişdir. Ancaq Cavabdeh1 miras əmlakı evdən çıxardığına və avtomobili qanunsuz satdığına görə məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, Cavabdeh1 bacısı vəfat etdiyi gün, hətta o, vəfat etdikdən sonra mərhumun mülkiyyətində olmuş Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, **-BH-*** saylı avtomobilin mərhumun ona verdiyi etibarnamə əsasında dostu Cavabdeh2 satılmasını sənədləşdirmişdir. Halbuki bacısı ona müqavilənin mühüm şərtləri, satış qiyməti, satılması barədə hər hansı göstəriş verməmişdir. 14 iyun 2021-ci il tarixdə avtomobil satılarkən Sürəyya Şərifova vəfat etdiyindən, etibarnamə qüvvədən düşmüşdür və vəfat edənə qədər özündə olmamışdır ki, Cavabdeh1 onun iradəsinin nədən ibarət olmasını bilsin. Dəyəri daha yüksək olan avtomobili 21000 manata satmışdır. Odur ki, məhkəmədən iddiasının təmin edilməsi, iddiaçı Cavabdeh1 ona qarşı pul tələbinə dair iddiasının isə rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçı (cavabdeh) İddiaçı nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, qarşı tərəfin iddiasını qəbul etmədi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi şəxsin iddiasının təmin, iddiaçı Cavabdeh1 pul tələbinə dair iddiasının isə rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı (cavabdeh) Cavabdeh1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, qarşı tərəfin iddiasını qəbul etmədi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, 1980-ci illərdən mərhum Sürəyya Şərifova ilə faktiki nikah münasibətlərində olmuş, 2016-cı ildə isə aralarında olan faktiki nikahı rəsmiləşdirmişlər. Birgə münasibətlərindən uşaqları doğulmamışdır. Mərhum arvadı Sürəyya Şərifova uzun müddət ankoloji xəstə olmuş və o, onun müalicəsi üçün xeyli xərc çəkmişdir. Ona görə də mərhuma məxsus qızıl əşyalarının çox hissəsini də satıb onun müalicəsinə xərcləmişdi. Həmin əşyaları mərhum özü sağlığında müalicəsi üçün satmışdır. Ondan başqa xərclər çox olduğuna görə ona Rusiya Federasiyasından pul göndərilmiş, həmçinin kredit götürərək müalicə xərcləri, dərman və yol xərclərini ödəmişdir. Bundan əlavə mərhumun yas mərasimlərinin keçirilməsi və qəbir daşı üçün xərclər onun tərəfindən ödənilmişdir. Eləcə də dəfn xərci ona ödənilməli olmasına baxmayaraq, həmin pul məbləği cavabdeh İddiaçı tərəfindən alınmışdır. Ondan başqa mərhumun sağlığında 24 ədəd qızıl dişi olmuş, lakin xəstə yatan vaxt həmin dişləri ağız boşluğunda saxlaya bilmədiyi üçün tez-tez çıxarmışdır. Vəfat edəndən sonra həmin dişlər yoxa çıxmışdır. Mərhum vəfat edəndə evdə çox adam olmuş, o cümlədən İddiaçı da yaxınları orada olmuşdur. Hazırda vəsiyyət üzrə vərəsə olan İddiaçı mərhumun adına olan avtomaşını tələb edir. Halbuki avtomaşın mərhumun adına olsa da, faktiki nikahda olan zaman onun tərəfindən kreditlə alınmışdır. Həmin vaxt onun adına kredit olduğuna görə avtomaşını mərhumun adına almışdır. Ondan sonra da bütün aylıq kredit məbləğini o, ödəmişdir. O barədə olan bütün qəbzləri məhkəməyə təqdim etmişdir. Hesab edir ki, həmin avtomaşın mərhumun sağlığında onun özü tərəfindən verilmiş etibarnamə əsasında özgəninkiləşdirildiyindən, həmçinin avtomaşının kredit borcu onun tərəfindən ödənildiyindən, miras toplusuna daxil edilə və həmin avtomaşından İddiaçı miras payı müəyyən edilə bilməz. Odur ki, məhkəmədən iddiasının təmin edilməsi, İddiaçı ona qarşı iddiasının isə rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı (cavabdeh) Cavabdeh1 nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, qarşı tərəfin iddiasını qəbul etmədi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi şəxsin iddiasının təmin, İddiaçı iddiasının isə rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 iştirak etdiyi məhkəmə iclasında ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və göstərdi ki, İddiaçı qaldırdığı iddianın ona heç bir aiddiyyatı yoxdur. O, Cavabdeh1 alqı-satqı yolu ilə 21000 manata "Dodge Durango'' markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Avtomobili 12 iyun 2021-ci ildə almış, lakin 7 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi şənbə günü bağlı olduğu üçün 14 iyun 2021-ci ildə, yəni bazar ertəsi sənədləşdirməni həyata keçirmişlər. O, avtomaşını adına qeydiyyata aldırıb, şəhərə gəldikdən 1-2 saat sonra Cavabdeh1 arvadının öldüyünü eşitmişdir. Cavabdeh1 ona sözügedən maşını yoldaşının ankoloji xəstəliyinə xeyli pul xərcləməsi səbəbindən borclarının yarandığı üçün satdığını bildirmişdir. Lakin onun aldığı avtomobilin real bazar dəyəri 21000 manatdan da azdır. Belə ki, o, avtomaşını aldıqdan sonra həmin maşının motorunda və sürət qutusunda problem olması ona məlum olmuşdur. Maşının təmir xərcləri çox olduğu üçün maşını satmağa məcbur olmuşdur. Onun istifadəsində və ya mülkiyyətində həmin maşın yoxdur. Gələcəkdə Cavabdeh1 qarşı iddia qaldıracaqdır. Çünki ona xeyli ziyan dəymişdir. O, bu hadisədə zərərçəkmiş şəxsdir. Ona görə də məhkəmədən iddianın ona aid olan hissəsində rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması, əmlakın geri qaytarılması və miras payının müəyyən edilməsi tələbinə dair iddiası qismən əsaslı olduğundan qismən təmin edilməli, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2021–ci il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 05/Q-463/15 saylı məktubdan görünür ki, X6 adına Mingəçevir “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 277 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “ünvan 1 ünvanı qeyd olunmuşdur. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 05/Q-463/15 saylı arayışdan görünür ki, xx.xx.1951-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş X12 barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2021-ci il tarixədək aparılmış yoxlama zamanı əri Cavabdeh1 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə X6 nikahları xx.xx.2016-cı il tarixdə bağlanmış və 189 nömrə ilə qeydə alınmışdır. İşdə olan 21 iyul 2003-cü il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus bütün əmlakını, o cümlədən Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 9, mənzil 3 ünvanında yerləşən mənzilini İddiaçı vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş 15 fevral 2022-ci il tarixli, 4/45 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 21 iyul 2003-cü il tarixli vəsiyyətnamədə “Vəsiyyət edən” qrafasındakı “X22” yazıları və həmin yazılar önündəki imza- X12 tərəfindən icra olunmuşdur. İşdə olan Mingəçevir Regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1380 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X5 qalmış miras əmlaka dair Mingəçevir şəhər “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində xx.xx.2021-ci il tarixdə V-284/2021 saylı vərəsəlik işi açılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli, **********27 nömrəli məktubdan görünür ki, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 9, mənzil 3 ünvanında yerləşən mənzil Mingəçevir şəhər DTİ və MHQİ tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 310/92B nömrəli qeydiyyat vəsiqəsinə əsasən, X6 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmış, qeyd edilən mənzil xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində təkrar qeydiyyata alınmışdır. Bundan başqa Cavabdeh1 Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 0.0235 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı (sahibkarlıq) torpaq sahəsi üzərində tam mülkiyyət hüququ xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində təkrar qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsindən verilmiş xx.xx.2021-ci il tarixli, 309-769-1221 saylı məktubdan görünür ki, Dodge Durango markalı 45BH255 dövlət qeydiyyat nişanlı avtomobil DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən xx.xx.2012-ci il tarixdə X23 481787 nömrəli Hesab-arayış əsasında vətəndaş X6 adına rəsmiləşdirilmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə etibarnamə ilə idarə etdiyi Dodge Durango markalı 45BH255 dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqı müqaviləsi əsasında vətəndaş Cavabdeh2 adına rəsmiləşdirmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 X6 mülkiyyətində olan Dodge Durango markalı 45BH255 dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə əsasında 21000 manata Cavabdeh2 satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsindən verilmiş xx.xx.2021-ci il tarixli, 309-1581-1221 saylı məktubdan görünür ki, Dodge Durango markalı 45BH255 dövlət qeydiyyat nişanlı avtomobil DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən xx.xx.2021-ci il tarixdə DİN BDYPİ-nin Qİİdə Cavabdeh2 adından qeydiyyatdan çıxarılmış, X13 adına rəsmiləşdirilərək 99UO783 dövlət qeydiyyat nişanı verilmişdir. Dodge Durango markalı 99UO783 dövlət qeydiyyat nişanlı avtomobil hazırda vətəndaş Cavabdeh2 etibarnamə ilə istifadəsindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC X9 837 manat məbləğində olan Huawei P30 Lite 128gb blue markalı telefonu hissə-hissə ödəmək şərtilə satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X12 "xxxx" MMC-dən xx.xx.2014-cü il tarixdə 699 manat dəyərində N910 markalı “Samsung” telefonu, xx.xx.2019-cu il tarixdə 799 manat dəyərində “Huawei” P30 Lite markalı mobil telefon, xx.xx.2020-ci il tarixdə dəyəri 849 manat təşkil edən 1 ədəd “Samsung” markalı paltaryuyan maşın əldə etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Arxivinin Mingəçevir filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Mingəçevir şəhəri İcra hakimiyyəti başçısının 29 fevral 2012-ci il tarixli, 28 nömrəli sərəncamı ilə X16 Mingəçevir şəhərində A.Məmmədov və X.Şuşinski küçələrinin kəsişdiyi ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobillərin yuyulması məntəqəsinin təşkili üçün ayrılmış 31,5 kv.metr torpaq sahəsi onun razılığı ilə geri alınmış və təyinatı saxlanılmaqla icarə əsasında 30 il müddətinə X6 istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən sorğu əsasında məhkəməyə göndərilmiş materialların surətlərindən görünür ki, İddiaçı bacısı vəfat etdikdən sonra bacısının əri Cavabdeh1 bacısının yaşadığı ünvandan icazəsiz əşyaları götürməsi barədə xx.xx.2021-ci il tarixdə Mingəçevir ŞPŞ-yə müraciət etmiş, sonradan isə Cavabdeh1 götürdüyü ev əşyalarını geri qaytardığını, lakin bacısının qızıllarını isə qaytarmadığını qeyd edərək, xx.xx.2021-ci il tarixdə müraciəti ilə bağlı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən sorğu əsasında məhkəməyə göndərilmiş materialların surətlərindən görünür ki, Cavabdeh1 arvadı X6 vəfat etdiyi gün evdə Sürəyya Şərifovaya məxsus iki ədəd çəkisi 10-15 qram olan boyunbağının, iki ədəd çəkisi 4-5 qram olan üzüyün, iki ədəd çəkisi 5-10 qram olan qolbağın, bir ədəd çəkisi 4-5 qram olan sırğanın və qızıl dişlərin oğurlanması ilə bağlı xx.xx.2021-ci il tarixdə Mingəçevir ŞPŞ-yə müraciət etmiş, sonradan xx.xx.2021-ci il tarixdə yenidən Polis şöbəsinə müraciət edib qeyd edilən qızıl-zinət əşyalarını yaşadığı evdə şkafdan tapdığını qeyd edərək, şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli, **********69 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil X6 adına Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 712 nömrəli sərəncamdan çıxarışı əsasında xx.xx.1995-ci il tarixdə Mingəçevir şəhəri 2 saylı Xüsusi Notariat Kontorunun 3M-6-553 nömrəli müqaviləsi ilə bağışlama əqdi rəsmiləşdirilmiş və onun adına Mingəçevir şəhər TİB-i tərəfindən xx.xx.1995-ci il tarixli, 7400 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan Mingəçevir şəhəri 1 saylı Dövlət Notariat Kontorunun xx.xx.2008-ci il tarixli, 4Ə- 1-56 nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Yevlax rayon Aran Bələdiyyəsinin 09 noyabr 2007-ci il tarixli, 58 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayonu Aran Bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan 235 kv. metr torpaq sahəsi Yevlax rayonu, Aran qəsəbəsi sakini Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə satılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********67 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən ümumi sahəsi 0.0235 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Mingəçevir şəhər filialından verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh1 bankın Mingəçevir filialındakı hesabında 2.67 manat, X6 hesabında isə 5.20 manat məbləğində qalıq vəsaitlər vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Mingəçevir şəhərinin Mingəçevir kənd qəbristanlığında yerləşən X6 adına quraşdırılmış məzar daşının hazırkı vəziyyətə gətirilməsi üçün çəkilən xərclərin xərc yanaşma metodu ilə real bazar dəyəri 6700 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli məxaric orderindən görünür ki, İddiaçı 600 manat məbləğində dəfn üçün birdəfəlik müavinət almışdır. İş materiallarına əlavə edilmiş qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 583 əyar 1 qram qızılın qiyməti 70 manat, 750 əyar 1 qram qızılın qiyməti 90 manat, 1 ədəd qızıl dişin qiyməti 87 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Mingəçevir Şəhər Statistika İdarəsi tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli məktubdan görünür ki, ölkə üzrə 2022-ci ilin may ayında 750 əyarlı 5 qram qızıl üzüyün orta aylıq istehlak qiyməti 532,3 manat olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, X1 şəhərində A.Məmmədov və X.Şuşinski küçələrinin kəsişdiyi ərazidə yerləşən Avtoyuma məntəqəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hər ay 50 manat icarə haqqı ödəmək şərti ilə X14 icarəyə vermişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-567/69 saylı arayışdan görünür ki, X18 ilə X7 nikahı haqqında 23 sentyabr 1970-ci il tarixdə 243 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Şərifova soyadı verilmişdir. Qeyd edilən nikah Mingəçevir şəhər qeydiyyat şöbəsinin xx.xx.1980-ci il tarixli, 9 nömrəli nikahın pozulması haqqında akt qeydinə əsasən pozulmuşdur. İş materiallarına əlavə edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, MTT(051)-30/2021 saylı icra sənədinə əsasən əmlakın üzərinə həbs qoyulmasına dair Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X10 tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 9, mənzil 3 ünvanında yerləşən mübahisəli mənzildə olan, üzərinə həb qoyulması göstərilən 74 adda məişət əşyalarından, 4 ədəd tefal, 12 adda qızıl-zinət əşyalarından isə əyarı 583, çəkisi 30 qram olan tros sep, əyarı 583, çəkisi 12 qram olan bir ədəd nişan üzüyü, əyarı 583, çəkisi 18 qram, karatı 1.5 olan bir dəst qara qaşlı brilyant sırğa-üzük dəsti, əyarı 583, çəkisi hər biri 6 qram olmaqla ümumi çəkisi 12 qram olan 2 ədəd qızıl üzük, 28 ədəd qızıl dişi aşkar olunmamış, qalan əşyaların üzərinə həbs qoyulmuşdur. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, İddiaçı bacısı X4 ilə Cavabdeh1 nikahları xx.xx.2016-cı il tarixdə bağlanmışdır. X12 xx.xx.2021–ci il tarixdə vəfat etmişdir. X2 Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 9, mənzil 3 ünvanında yerləşən mənzil, Dodge Durango markalı, 45BH255 dövlət qeydiyyat nişanlı avtomobil, qızıl-zinət və məişət əşyaları miras qalmışdır. X4 21 iyul 2003-cü il tarixdə vəsiyyətnamə vermiş və harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus bütün əmlakını, o cümlədən Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 9, mənzil 3 ünvanında yerləşən mənzilini İddiaçı vəsiyyət etmişdir. Sürəyya Şərifovanın ölümündən sonra onun yalnız birinci növbəli qanun üzrə vərəsələri dairəsinə əri Cavabdeh1 daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Həmin Məcəllənin 218.1–ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, mərhum Sürəyya Şərifova xx.xx.2021-ci il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı mübahisənin həllinə xx.xx.2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququna dair normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məhkəmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verildiyi üçün miras əmlaka vəsiyyət üzrə vərəsəlik tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Məhkəmə, həmçinin mübahisənin qanunamüvafiq olaraq həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində vəsiyyət üzrə vərəsəliklə bağlı müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq qeyd edir ki, həmin qaydalara əsasən öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Bununla bağlı şəxs qanunla müəyyən edilmiş qaydada vəsiyyətnamə tərtib etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179-cu maddəsində göstərilir ki, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1180-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Məhkəmə işdə olan sübutlara əsasən hesab edir ki, X12 tərəfindən 21 iyul 2003-cü il tarixdə verilmiş vəsiyyətnamə qanunun tələblərinə uyğun şəkildə tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Məhkəmə mübahisənin qanunamüvafiq və düzgün həll edilməsi üçün miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini zəruri sayaraq qeyd edir ki, X2 Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 9, mənzil 3 ünvanında yerləşən mənzil, Dodge Durango markalı, 45BH255 dövlət qeydiyyat nişanlı avtomobil, qızıl-zinət və məişət əşyaları miras qalmışdır. Bununla yanaşı, hazırda vərəsələr arasında qızıl-zinət və məişət əşyalarının miqdarı və dəyəri ilə bağlı mübahisə vardır. İşin mübahisə edilən halları ondan ibarətdir ki, vəsiyyət üzrə vərəsə 28 ədəd qızıl dişlə birlikdə 20 adda qızıl zinət və 121 adda məişət əşyalarının miras qaldığını iddia edir. Qanun üzrə vərəsə isə 24 ədəd qızıl dişlə birlikdə 8 adda qızıl-zinət və 120 adda məişət əşyalarının miras qaldığını etiraf edir. Məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, X2 yuxarıda qeyd olunan daşınmaz və rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlaklardan başqa 17 adda qızıl-zinət, yəni əyarı 583, çəkisi 15 qram olan nazik sep, əyarı 583, çəkisi 10 qram olan sep, əyarı 583, çəkisi 4 qram olan 1 ədəd qızıl üzük, əyarı 583, çəkisi 5 qram olan 1 ədəd qızıl üzük, əyarı 583, çəkisi 5 qram olan 1 ədəd qızıl qolbağ, əyarı 583, çəkisi 10 qram olan 1 ədəd qızıl qolbağ, əyarı 583, çəkisi 5 qram olan 1 ədəd qızıl sırğa, əyarı 583, çəkisi 40 qram olan bismark sep, əyarı 583, çəkisi 70 qram olan bismark sep, əyarı 583, çəkisi 40 qram olan bismark qolbağ, əyarı 583, çəkisi 36 qram olan yolka sep, əyarı 583, çəkisi 22 qram olan yolka qolbağ, əyarı 583, çəkisi 20 qram olan tros sep, əyarı 583, çəkisi 15 qram, karatı 1.2 olan bir dəst ortası yaşlı qaşlı brilyant sırğa-üzük dəsti, əyarı 750, çəkisi 12 qram , karatı 1.5 olan bir dəst tək qaşlı brilyant sırğa üzük dəsti, əyarı 583, çəkisi 6 qram olan 1 ədəd üzük və 24 ədəd qızıl diş və 120 adda məişət əşyaları miras qalmışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı (cavabdeh) İddiaçı ilkin iddia ərizəsində 12 adda qızıl əşyası və 74 adda məişət əşyası olduğunu göstərmiş və həmin əşyaların da üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı əsasında icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə həmin əşyaların üzərinə həbs qoyulması üçün mübahisəli əşyaların olduğu yerə baxış keçirilmişdir. Həmin vaxt 1 adda məişət əşyası, 4 adda isə qızıl-zinət əşyası aşkar edilməmişdir. Ona görə də icra məmuru 8 adda qızıl-zinət və 73 adda məişət əşyalarının üzərinə həbs qoymuş və o barədə protokol tərtib etmişdir. Sonradan tələb olunan qızıl-zinət əşyaları ilə bağlı isə iddiaçı (cavabdeh) Mabudov X11 şəhər Polis Şöbəsi tərəfindən sorğu əsasında məhkəməyə göndərilmiş və iş materiallarına əlavə edilmiş materiallara istinad etmişdir. Belə ki, həmin materialda Cavabdeh1 arvadı X6 vəfat etdiyi gün evdə Sürəyya Şərifovaya məxsus iki ədəd çəkisi 10-15 qram olan boyunbağının, iki ədəd çəkisi 4-5 qram olan üzüyün, iki ədəd çəkisi 5-10 qram olan qolbağın, bir ədəd çəkisi 4-5 qram olan sırğanın və qızıl dişlərin oğurlanması ilə bağlı xx.xx.2021-ci il tarixdə Mingəçevir ŞPŞ-yə müraciət etmiş, sonradan xx.xx.2021-ci il tarixdə yenidən Polis şöbəsinə müraciət edərək, qeyd edilən qızıl-zinət əşyalarını yaşadığı evdə şkafdan tapdığını və həmin qızılların fotoşəkillərini əlavə etməklə, şikayət və tələbinin olmadığını göstərmişdir. Eləcə də məhkəmə iclası zamanı arvadı X6 24 ədəd qızıl dişi olduğunu bidirmiş və sonradan verdiyi ərizədə isə qızıl dişlərin evdə olduğunu göstərmişdir. Göründüyü kimi iddiaçı (cavabdeh) İddiaçı tələbinin 17 adda qızıl-zinət aid hissəsinə dair istinad etdiyi halları sübut etmişdir. Bundan başqa cehiz əşyaları ilə bağlı iddiaçı (cavabdeh) İddiaçı cavabdeh (iddiaçı) Cavabdeh1 təqdim etdiyi qiymətləndirmə rəyinə və həmin rəyə əlavə edilmiş fotoşəkillərə istinad etmişdir. Cavabdeh (iddiaç) Cavabdeh1 da məhkəmə iclası zamanı məişət əşyalarına aid hissəni mübahisələndirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, X2, həmçinin 17 adda qızıl-zinət və 120 adda məişət əşyaları miras qalmışdır. Məhkəmə İddiaçı iddiasının Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012ci il tarixli, 28 saylı sərəncamı ilə Mingəçevir şəhəri, A.Məmmədov və X.Şuşinski küçələrinin kəsişdiyi ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobillərin yuyulması məntəqəsinin təşkili üçün ayrılmış 31.5 kv. metr torpaq sahəsində inşa edilmiş tikiliyə və həmin tikilinin daxilində olan 1 ədəd dəmir darvaza, 1 ədəd işıq sayğacı, 2 ədəd divan, 1 xalça, 3 ədəd maşınyuma avadanlığı və 2 ədəd dəmir jalüzə vəsiyyətnamə üzrə əmlak payının müəyyən edilməsi barədə hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə baxılmamış saxlanmışdır. Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı hesab edir ki, X4 tərəfindən verilmiş vəsiyyətnamədə miras əmlak İddiaçı vəsiyyət edildiyindən və onun tərəfindən notariat ofisinə ərizə verilməsi ilə həmin mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyindən, İddiaçı vəsiyyət üzrə vərəsə tanınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Digər tərəfdən mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik məcburi vərəsələr institutu ilə məhdudlaşdırıldığından, hazırkı mübahisə üzrə məcburi pay hüququ olan vərəsələrin dairəsi də müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilir ki, vəsiyyət üzrə vərəsəlik zamanı miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllənin 1194-cü maddəsi). Mülki Məcəllənin 1202.2-ci maddəsinə görə məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh1 mərhumun qanun üzrə birinci növbəli vərəsələri dairəsinə daxildir, həmçinin onun tərəfindən məcburi paydan imtina edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı X3 vəsiyyət üzrə vərəsəsi, Cavabdeh1 isə məcburi pay hüququ olan qanun üzrə vərəsəsi tanınmalıdır. Məhkəmə məcburi payın həcminin müəyyənləşdirilməsi ilə bağlı hesab edir ki, Cavabdeh1 mərhumun birinci növbəli yeganə qanun üzrə vərəsəsi olduğuna və məcburi payın həcminin müəyyənləşdirilməsi zamanı vəsiyyət üzrə vərəsə nəzərə alınmadığına görə onun məcburi payı bütün miras əmlakın ½ hissəsində müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1195-ci maddəsində göstərilir ki, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məhkəmə İddiaçı iddiasının “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, **-BH-*** saylı avtomobilin Cavabdeh2 satılması barədə 14 iyun 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilin Cavabdeh2 idarəçiliyindən alınıb ona verilməsi barədə hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, işin müəyyən olunmuş hallarına görə iddiaçı (cavabdeh) Cavabdeh1 ilə Cavabdeh2 arasında “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, **-BH-*** saylı avtomobilə dair alqı-satqı müqaviləsi etibarnamə verən şəxs, X4 ölən gün, yəni xx.xx.2021-ci il tarixdə miras açılan gün bağlanmışdır. Göründüyü kimi mübahisəli avtomobilin mülkiyyətçisinin həmin alqı-satqı müqaviləsi bağlanan zaman iradə ifadəsi olmamış, həmçinin onun ağır xəstə olmasını da Cavabdeh2 bilmişdir. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh2 avtomobili alan vaxt vicdanlı olmamışdır. Bununla belə məhkəmə, həmçinin nəzərə alır ki, hazırda həmin avtomobil başqa şəxsə satıldığından, həmin şəxs avtomobili alan vaxt Cavabdeh2 mülkiyyətçi, avtomobil isə üçüncü şəxslərin hüquqlarından azad əşya olduğundan, əşyanı əvəzli əldə etdiyindən, o, vicdanlı olmuşdur. Ona görə də məhkəmə iddianın avtomobilin Cavabdeh2 idarəçiliyindən alınıb ona verilməsi hissəsində əsaslı hesab etmir. Konstitusiya Məhkəməsi Plenumu H.Cəfərovun şikayəti üzrə 15 sentyabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən əqd bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla, habelə məhkəmə tərəfindən etibarsız sayılır. Bu cür əqdin məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq, mülki qanunvericiliyin tələbinə görə belə əqd bağlandığı andan etibarsız sayılır, onun bağlanmasına niyyəti olan, o cümlədən mülkiyyət hüququnun mülkiyyətçidən əldə edənə keçməsi kimi hüquqi nəticə yaratmır və bu halda ümumi qaydaya uyğun olaraq tərəfin əldə etməsinin vicdanlılığından asılı olaraq ikitərəfli restitusiya formasında etibarsız əqdin nəticələri tətbiq olunmur. Belə olan halda məhkəmə hesab edir ki, miras toplusuna daxil olan “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, **-BH-*** saylı avtomobil alqı-satqı müqaviləsi əsasında iddiaçı (cavabdeh) Cavabdeh1 tərəfindən Cavabdeh2 21.000 manata satılmış, lakin hazırda həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bununla belə avtomobil sonradan kənar şəxsə əvəzli əqd əsasında satılmış və həmin şəxs avtomobili alan vaxt vicdanlı olmuşdur. Ona görə də vəsiyyət üzrə vərəsənin miras payı və qanun üzrə vərəsənin məcburi payı avtomobilin satış dəyərindən deyil, real bazar dəyərindən ½ hissədə müəyyən edilməlidir. Məhkəmə 17 adda qızıl-zinət (24 ədəd qızıl diş daxil olmaqla) əşyalarının dəyərinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, tərəflərin təqdim etdiyi mütəxəssis rəylərində göstərilən qiymətlər kəskin şəkildə fərqli və ziddiyyətli olduğuna görə məhkəmə öz təşəbbüsü ilə mütəxəssis dəvət etmişdir. Ona görə də həmin mütəxəssis məsləhətini nəzərə alaraq hesab edir ki, 583 əyarlı 1 qram qızılın qiyməti 70 manat, 750 əyarlı 1 qram qızılın qiyməti 90 manat, 1 ədəd (1qram hesabı ilə) qızıl dişin qiyməti isə 87 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə miras qalmış 120 adda məişət əşyalarının dəyəri ilə bağlı qeyd edir ki, tərəflərin təqdim etdiyi mütəxəssis rəylərində göstərilən qiymətlər kəskin şəkildə birbirindən fərqləndiyinə, tərəflər ümumi razılığa gəlmədiklərinə, həmçinin həmin əşyalar real mövcud olduğuna görə həmin məişət əşyalarının hər birinin dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə, miras toplusuna daxil olan məişət əşyalarından vərəsələrinin payının ½ hissədə müəyyən edilməsini işin həqiqi hallarına uyğun hesab edir. Məhkəmə iddiaçı Cavabdeh1 iddiasının İddiaçı mərhum həyat yoldaşı X6 xəstəliyi zamanı qulluğa, onun müalicəsinə görə çəkilən 7000 manat, dəfnə və yas mərasimlərinin keçirilməsinə görə 4000 manat məbləğində pulun alınıb ona verilməsi barədə hissəsi ilə bağlı hesab edir ki, iddiaçı iddianın həmin hissəsi ilə bağlı sübut təqdim etmədiyindən iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin iddianın qəbirüstü baş daşlarına, qəbrin ətrafının abadlaşdırılması üçün 6700 manat və dövlət tərəfindən dəfn xərci kimi ödənilmiş 780 manat məbləğində pul tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə miras qoyanın qəbirüstü abidəsi Cavabdeh1 vəsaiti hesabına inşa edilmiş və iş materiallarına əlavə edilmiş qiymətləndirmə rəyi ilə təsdiq edilir ki, həmin qəbirüstü baş daşlarına, qəbrin ətrafının abadlaşdırılması üçün çəkilmiş xərc 6700 manat təşkil etmişdir. Ona görə də qanun üzrə vərəsənin çəkdiyi xərc mirasın ümumi dəyərindən ödənilməlidir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, təqdim edilmiş ödəniş qəbzinə görə dövlət tərəfindən ödənilmiş 600 manat dəfn xərci isə tam şəkildə vəsiyyət üzrə vərəsə İddiaçı tərəfindən alınmışdır. Ona görə də həmin məbləğin ½ hissəsi, yəni 300 manat məbləğində hissəsi İddiaçı alınıb Cavabdeh1 verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-ci maddəsinə görə əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı X3 vəsiyyət üzrə vərəsəsi, Cavabdeh1 isə məcburi pay hüququ olan qanun üzrə vərəsəsi tanınmalı, X2 miras qalmış Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 9, mənzil 3 ünvanında yerləşən mənzildən, “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilin dəyərindən, mənzildə yerləşən 73 adda məişət əşyalarının və 24 ədəd qızıl diş daxil olmaqla 17 adda qızıl-zinət əşyalarının dəyərindən İddiaçı və Cavabdeh1 miras payları ½ hissədə müəyyən edilməlidir. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddiası qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbləri qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, cavabdeh (iddiaçı) Cavabdeh1 vəsatəti əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 124 manat məhkəmə xərci cavabdeh (iddiaçı) Cavabdeh1 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
1. İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı X3 vəsiyyət üzrə vərəsəsi, Cavabdeh1 isə məcburi pay almaq hüququ olan qanun üzrə vərəsəsi tanınsın. X2 miras qalmış, xx.xx.2013-cü il tarixdə, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ona məsus olan, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 9, mənzil 3 ünvanında yerləşən mənzildən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh1 məcburi payı ½ hissədə müəyyən edilsin. Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə X3 mülkiyyətində olmuş, Dodge Durango markalı 45BH255 dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. X2 miras qalmış “Dodge Durango” markalı, **-BH-*** saylı avtomobilin dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh1 məcburi payı ½ hissədə müəyyən edilsin. X2 miras qalmış əyarı 583, çəkisi 15 qram, dəyəri 1050(bir min əlli manat) manat olan nazik sep, əyarı 583, çəkisi 10 qram, dəyəri 700(yeddi yüz) manat olan sep, əyarı 583, çəkisi 4 qram, dəyəri 280 (iki yüz səksən) manat olan 1 ədəd qızıl üzük, əyarı 583, çəkisi 5 qram, dəyəri 350(üç yüz əlli) manat olan 1 ədəd qızıl üzük, əyarı 583, çəkisi 5 qram, dəyəri 350 (üç yüz əlli) manat olan 1 ədəd qızıl qolbağ, əyarı 583, çəkisi 10 qram, dəyəri 700(yeddi yüz) manat olan 1 ədəd qızıl qolbağ, əyarı 583, çəkisi 5 qram, dəyəri 350(üç yüz əlli) manat olan 1 ədəd qızıl sırğa, əyarı 583, çəkisi 40 qram, dəyəri 2800(iki min səkkiz yüz) manat olan bismark sep, əyarı 583, çəkisi 70 qram, dəyəri 4900(dörd min doqquz yüz ) manat olan bismark sep, əyarı 583, çəkisi 40 qram, dəyəri 2800(iki min səkkiz yüz) manat olan bismark qolbağ, əyarı 583, çəkisi 36 qram, dəyəri 2520(iki min beş yüz iyirmi) manat olan yolka sep, əyarı 583, çəkisi 22 qram, dəyəri 1540 (bir min beş yüz qırx) manat olan yolka qolbağ, əyarı 583, çəkisi 20 qram, dəyəri 1400(bir min dörd yüz) manat olan tros sep, əyarı 583, çəkisi 15 qram, karatı 1.2, dəyəri 1050(bir min əlli) manat olan, bir dəst ortası yaşlı qaşlı brilyant sırğa-üzük dəsti, əyarı 750, çəkisi 12 qram, karatı 1.5, dəyəri 1080(bir min səksən) manat olan bir dəst tək qaşlı brilyant sırğa üzük dəsti, əyarı 583, çəkisi 6 qram, dəyəri 420(dörd yüz iyirmi) manat olan olan 1 ədəd üzük və dəyəri 2088(iki min səksən səkkiz) manat olan 24 ədəd qızıl dişdən ibarət 17 adda qızılzinət əşyalarının dəyərindən vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh1 məcburi payı ½ hissədə müəyyən edilsin. X2 miras qalmış, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 9, mənzil 3 ünvanında yerləşən mənzildə olan və üzərinə həbs qoyulmuş, 1 ədəd paltaryuyan maşın, 2 ədəd, 82 və 102 ekran televizor, 1 ədəd 2 qapılı soyuducu, 1 ədəd kondisioner, qaz peçi, 2 ədəd divan, 2 ədəd kreslo, 3 ədəd stol, 4 ədəd mətbəx stulu, 6 ədəd stul , qorka servant, 3 ədəd termo, 1 ədəd taxt kravat, 1 ədəd təknəfərlik kravat, 1 ədəd paltar dolabı, 2 ədəd tumba, 1 ədəd duxovka, 1 ədəd tozsoran, 1 ədəd sokçəkən, 1 ədəd elektrik ət çəkən, 1 ədəd ütü stolu, 1 ədəd ütü, 2 ədəd elektrik samovar, l dəst qalaksi tava dəsti-4-lük, 1 ədəd bagema güldan, 12 nəfərlik 1 dəst madonna çay dəsti, 12 nəfərlik, 1 dəst madonna yemək dəsti, 12 nəfərlik 1 dəst Madonna kofe dəsti, 4 ədəd çilçıraq, 3 ədəd saat, 5-li 2 dəst qalaksi qazan dəsti, 8 ədəd gəvə, 2 ədəd palaz, 2 ədəd divan üstü, 2 ədəd odeyal buxovıy, 12 nəfərlik 2 dəst yemək serviz dəsti, 4 ədəd xrustal güldan, 4 ədəd xrustal vaza, 3 ədəd çaydan, 5 ədəd çaynik , 5-li ,2 dəst şirəli qazan dəsti, 5-li 2 dəst nikel qazan dəsti, 1 ədəd 50 litrlik qazan, 10 ədəd tək çaşka, 30 ədəd nəlbəki, 30 ədəd stəkan, 12 ədəd kasa kiçik, 12 ədəd kasa böyük, 12 ədəd aş buludu, 96 ədəd boşqab dəsti, 50 ədəd boşqab, 15 ədəd qənd qabı, 6 ədəd bagema qırmızı rumka dəsti, 6 ədəd bagema göy rumka dəsti, 6 ədəd bagema yaşıl rumka dəsti, 6 ədəd balaca rumka dəsti, 6 ədəd böyük rumka dəsti, bagema qrafin və 6 ədəd bakal dəsti, 20 ədəd böyük aş boşqabı, 1 ədəd böyük üçmərtəbə qab, 2 ədəd kiçik üçmərbəbə qab, 24 ədəd çəngəl, 24 ədəd qaşıq, 24 ədəd bıçaq, 24 ədəd çay qaşığı, 2 ədəd bagema qırmızı konfet qabı, 6 nəfərlik -1 dəst mətbəx üçün çay servizi, 2 ədəd böyük qara güldan, 4 ədəd süfrə, təzə 5 ədəd hamam dəsmalı, təzə 12 ədəd əlüzdəsmalı, təzə 20 ədəd ay dəsmalı, 1 ədəd ventilyator, HUAWEİ P30 LİTE 128GB BLUE markalı telefon, 1ədəd (təzə)- Paltaruyan, 4 ədəd stul, 1 ədəd taxt döşəyi, 3 ədəd tək nəfərlik döşək, 1 ədəd taxt yorğanı 3 ədəd bir nəfərlik yorğan, 8 ədəd yastıq, 2 ədəd yay yorğanı, 2 ədəd divan döşəyi, 2 ədəd divan yastığı, 2 ədəd Kapsella pərdə, mətbəx pərdəsi, 2 ədəd böyük Bagema vaz yaşıl rəngdə, 28 ədəd mürəbbə qabları, 24 ədəd duz qabı, 24 ədəd meyvə bıçağı, 24 ədəd Aş qaşığı(böyük, 1 ədəd litrlik nikel qazan, 1 ədəd 20 litrlik Nikel qazan qırmızı naxışlı, 1 ədəd Təzyiqölçən aparat, 1 ədəd Şəkər ölçən aparat, 2 ədəd tuj vedrə, 2 ədəd aşsüzən, 3 ədəd alminimum ləyən, 2 ədəd şirəli ləyən, 10 ədəd kapron ləyənlər, 6 ədəd kül qabı, 1 ədəd mikser, Termos, 10 ədəd Qoşa yataq dəsti (təzə), 5 ədəd yataq dəsti-təknəfərlik(təzə), 5 ədəd məcməyi, 30 ədəd tum qabı, 1 ədəd kapron vanna, 2 ədəd kapron vedrə, 2 ədəd dəmir vedrə, 3 ədəd alminium qazan, 1 ədəd DVD aparatı, 1 ədəd Krosnı aparatı, ləyəni ilə birlikdə, 1 ədəd Beşbarmaq formalı rəngli gül qabı, 1 ədəd televizor altlığı, 4 ədəd Meyvə qabı(xrustal), 6 ədəd ləpə qabı, 1 ədəd yataq örtüyü, 1 ədəd ayaqqabı şkafı, 1 ədəd Xrustal stolüstü saatdan ibarət 73 adda ev əşyalarından vəsiyyət üzrə vərəsə olan İddiaçı miras payı ½ hissədə, qanun üzrə birinci növbəli vərəsə olan Cavabdeh1 məcburi payı ½ hissədə müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh (iddiaçı) Cavabdeh1 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün.
2. İddiaçı (cavabdeh) Cavabdeh1 iddiası qismən təmin edilsin. X3 qəbirüstü abidəsinə, qəbrinin ətrafının abadlaşdırılmasına Cavabdeh1 tərəfindən çəkilmiş 6700 (altı min yeddi yüz) manat məbləğində xərc, ümumi mirasın dəyərindən çıxılıb qanun üzrə vərəsə olan Cavabdeh1 verilsin. X3 dəfn xərci üçün ödənilmiş 600 (altı yüz) manat məbləğində pulun 300 (üç yüz) manat məbləğində hissəsi cavabdeh (iddiaçı) İddiaçı alınıb iddiaçı (cavabdeh) Cavabdeh1 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nemət Paşayev