Məhkəmə qərarları › İş №2(107)-1258/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1258/2022

18.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1258/2022 18.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması, əmlakın geri qaytarılması və miras payının müəyyən edilməsi” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: baxılmamış saxlanılma ) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması, əmlakın geri qaytarılması və miras payının müəyyən edilməsi” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(051)-96/2022 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, mərhum bacısı X1 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə vəsiyyətnamə üzrə vərəsəliyinin müəyyən edilməsi, “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, 45- BH-255 saylı avtomobilin Cavabdeh2 satılması barədə 14 iyun 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilin Cavabdeh2 idarəçiliyindən alınıb ona verilməsi, ünvan 1 ünvanında yerləşən mənzildə olan 74 adda ev əşyalarının alınıb ona verilməsi, Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən avtoyuma məntəqəsinə vəsiyyətnamə üzrə vərəsəliyinin müəyyən edilməsi, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 0.0235 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı (sahibkarlıq) torpaq sahəsi üzərində ½ hissədə olan X2 miras payı üzərində vərəsəliyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və üçüncü şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 tərəfindən İddiaçı verilmiş 21 iyul 2003-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(051)-1751/2021 saylı qərardadı ilə sözügedən mülki işlər bir icraatda birləşdirilmişdir.

4. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddiaçı (cavabdeh) İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə və azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onun vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, mərhum bacısı X1 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə vəsiyyətnamə üzrə payının müəyyən edilməsi, “Dodge Durango” markalı, 2012-ci il buraxılışlı, **-BH-*** saylı avtomobilin Cavabdeh2 satılması barədə 14 iyun 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, miras payının müəyyən edilməsi, həmin avtomobilin Cavabdeh2 idarəçiliyindən alınıb ona verilməsi, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 28 saylı sərəncamı ilə Mingəçevir şəhəri, A.Məmmədov və X.Şuşinski küçələrinin kəsişdiyi ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobillərin yuyulması məntəqəsinin təşkili üçün ayrılmış 31.5 kv. metr torpaq sahəsində inşa edilmiş tikiliyə və həmin tikilinin daxilində olan 1 ədəd dəmir darvaza, 1 ədəd işıq sayğacı, 2 ədəd divan, 1 xalça, 3 ədəd maşınyuma avadanlığı və 2 ədəd dəmir jalüzə vəsiyyətnamə üzrə əmlak payının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən mənzildə olan 121 adda, 18313 manat dəyərində əşyalara, 20 adda 35590 manat dəyərində qızıl-zinət əşyalarına vəsiyyətnamə üzrə payının müəyyən edilməsi, həmin əşyaların özünün və ya dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddiaçı (cavabdeh) Cavabdeh1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı mərhum həyat yoldaşı X2 xəstəliyi zamanı qulluğa, onun müalicəsinə görə çəkilən 7000 manat, dəfnə və yas mərasimlərinin keçirilməsinə görə 4000 manat, qəbirüstü baş daşlarına, qəbrin ətrafının abadlaşdırılması üçün 6700 manat, dövlət tərəfindən dəfn xərci kimi ödənilmiş 780 manat pul olmaqla, cəmi 18480 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Mingəçevir Şəhər Məhkəməsinin (hakim N.Paşayev) xx.xx.2022-ci il tarixli, 2(051)- 96/2022 saylı qərardadı ilə iddiaçı (cavabdeh) İddiaçı cavabdehlər (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilmiş hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması, əmlakın geri qaytarılması və miras payının müəyyən edilməsi tələbinin, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 28 saylı sərəncamı ilə Mingəçevir şəhəri, A.Məmmədov və X.Şuşinski küçələrinin kəsişdiyi ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobillərin yuyulması məntəqəsinin təşkili üçün ayrılmış 31.5 kv. metr torpaq sahəsində inşa edilmiş tikiliyə və həmin tikilinin daxilində olan 1 ədəd dəmir darvaza, 1 ədəd işıq sayğacı, 2 ədəd divan, 1 xalça, 3 ədəd maşınyuma avadanlığı və 2 ədəd dəmir jalüzə vəsiyyətnamə üzrə əmlak payının müəyyən edilməsi” barədə hissəsi baxılmamış saxlanılmışdır.

7. Cavabdeh (iddiaçı) Cavabdeh1 xx.xx.2022-ci il tarixdə məhkəməyə şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-96/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.

8. Həmin qərardaddan narazı qalan ərizəçi cavabdeh (iddiaçı) Cavabdeh1 şikayət verərək Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-96/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.

9. Mingəçevir Şəhər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2(051)-96/2022 saylı qərardadı ilə cavabdeh (iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və mülki iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Şikayətin dəlilləri

10. Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(051)-96/2022 saylı qərardadına əsasən, İddiaçı Mingəçevir şəhər İcra hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 28 saylı sərəncamı ilə Mingəçevir şəhəri, A.Məmmədov və X. Şuşinski küçələrinin kəsişdiyi ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobillərin yuyulması məntəqəsinin təşkili üçün ayrılmış 31.5 kv.metr torpaq sahəsində inşa edilmiş tikiliyə və həmin tikilinin daxilində olan 1 ədəd dəmir darvaza, 1 ədəd işıq sayğacı, 2 ədəd divan, 1 xalça, 3 ədəd maşınyuma avadanlığı və 2 ədəd dəmir jalüzə vəsiyyətnamə üzrə əmlak payının müəyyən edilməsi hissəsi baxılmamışdır.

11. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-96/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı tam əsassız və qanunsuzdur. Qərardadın heç bir əsası yoxdur və ləğv edilməlidir. Qərardad elektron məhkəmə sisteminə yerləşdirilməmişdir. Qərardad əl ilə imzalanmış və möhürlənmişdir. Elektron məhkəmə sistemi olan məhkəmələrdə bu cür qərar çıxarılması qanunsuzdur. Buna səbəb bir gün ərzində hakimin iki qərar verməsinin qeyri mümkün olmasıdır. Belə ki, dəfələrlə məhkəmə hazırlıq iclasını təxir edilsə də, İddiaçı iddianın bu hissəsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Sübut təqdim etmək tərəflərin vəzifəsidir, məhkəmə isə təqdim olunan sübutlar əsasında işə baxır. Bu səbəbdən də məhkəmənin təxminən 16 məhkəmə prosessindən sonra iddia ərizəsini “Mingəçevir şəhər İcra hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 28 saylı sərəncamı ilə Mingəçevir şəhəri, A.Məmmədov və X.Şuşinski küçələrinin kəsişdiyi ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobillərin yuyulması məntəqəsinin təşkili üçün ayrılmış 31.5 kv.metr torpaq sahəsində inşa edilmiş tikiliyə və həmin tikilinin daxilində olan 1 ədəd dəmir darvaza, 1 ədəd işıq sayğacı, 2 ədəd divan, 1 xalça, 3 ədəd maşınyuma avadanlığı və 2 ədəd dəmir jalüzə vəsiyyətnamə üzrə əmlak payının müəyyən edilməsi barədə” hissədə baxılmamış saxlanması qanunsuzdur və MPM-nin tələblərindən kənardır. Belə ki, məhkəmə işə əvvəldən axıra kimi mahiyyəti üzrə baxmış, işin sonunda isə qəflətən İddiaçı sübut təqdim etməməsini əsas gətirərək iddia ərizəsini baxılmamış saxlamışdır. İddia ərizəsinə mahiyyəti üzrə baxılıb sübut təqdim edilmədiyi halda, iddia baxılmamış saxlansa onda cavabdehin hüquqları pozulmuş olur. Qəsdən və bilərəkdən bu cür qanuna əsaslanmayan qərardad qəbul edilməsi Cavabdeh1 hüquqlarını pozur.

12. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-96/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. b) Şikayəti qarşı etirazın dəlilləri

13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi; 1151.1-ci maddəyə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1152-ci maddəyə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 259.0.1-ci məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, iddia ərizəsi baxılmamış saxlanır. 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həlledilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, iddia ərizəsi baxılmamış saxlanır. 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Şikayətdən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 19 iyul 2022ci il tarixli, 2(051)-96/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

18. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(051)-96/2022 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(051)-96/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərardadın qəbul olnması zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmuşdur.

21. Belə ki, iş materiallarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçının bölünməsini tələb etdiyi, A.Məmmədov və X.Şuşinski küçələrinin kəsişdiyi ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobillərin yuyulması məntəqəsinin təşkili üçün ayrılmış 31.5 kv. metr torpaq sahəsində inşa edilmiş tikili miras açılan vaxt miras qoyanın mülkiyyətində olmadığına görə miras qoyanın miras toplusuna daxil deyildir. Tərəflərin təqdim etdiyi sənəd isə həmin əmlakın miras qoyanın miras toplusuna daxil olması üçün yetərli deyildir.

22. Kollegiyanın qənaətinə görə iddiaçı (cavabdeh) İddiaçı iddia tələbinin həmin hissədə baxlmamış saxlanması, onun gələcəkdə həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququndan irəli gəlmişdir. Belə ki, iddiaçı (cavabdeh) İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutları məhkəməyə təqdim etməsə də, gələcəkdə həmin sübutları əldə etmək imkanını tamamilə itirməmişdir. Bu hal isə iddianın baxılmamış saxlanması üçün əsasdır

23. Bundan əlavə kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki iddiaçı (cavabdeh) Mabudov X4 şəhəri, A.Məmmədov və X. Şuşinski küçələrinin kəsişdiyi ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobillərin yuyulması məntəqəsinin təşkili üçün ayrılmış 31.5 kv.metr torpaq sahəsi üzərində miras qoyanın mülkiyyət hüququnun tanınması ilə bağlı Daşınmaz əmlakın Dövlət Reyestri xidmətinə müraciət etməmişdir. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına əməl etməmiş, lakin həmin imkanı tamamilə itirməmişdir.

24. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(051)-96/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(051)-96/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar