Məhkəmə qərarları › İş №2(051)-995/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-995/2024

18.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-995/2024 18.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı payın dəyərinin paylı mülkiyyətdə olan əmlakdan digər mülkiyyətçidən ödənilməsi və ya mənzilin hərraca çıxarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı payın dəyərinin paylı mülkiyyətdə olan əmlakdan digər mülkiyyətçidən ödənilməsi və ya mənzilin hərraca çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş çıxarışdan görünür ki, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi ev 12, mənzil 3-də yerləşən 73,3 kv.m ümumi sahəli 3 otaqlı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh onun ümumi birgə mülkiyyətindədir. Həmin mənzilə verilmiş ekspertiza rəyindən görünür ki, mənzilin orta bazar qiyməti 85000 manat dəyərində qiymətləndirilmişdir və mənzil onların arasında payları bərabər olmaqla naturada ayrılması mümkün olmamışdır. Həmin mənzil onların hər birinin ümumi mülkiyyətində olmaqla payları bərabərdir. Həmin mənzilin ona aid olan payın dəyərinin digər mülkiyyətçi tərəfindən ödənilməsi barədə mübahisənin məhkəmədən kənar həlli üçün payın dəyəri miqdarında, yəni 85000 manat pulun yarısı 42500 manat pulun 1 (bir) ay müddətində ödənilməsi barədə əks təqdirdə mənzilin hərraca çıxarılmasına dair məhkəmədə iddia qaldırılması təklif edilmişdir. Lakin cavabdeh həmin payın ona ödənilməsi barədə heç bir cavab verməmişdir. Ona görə də payın dəyərinin ona aid olan hissəsinin ödənilməsi, əks təqdirdə mənzilin hərraca çıxarılması barədə məhkəmə qətnaməsinə ehtiyacı vardır. Odur ki, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi ev 12, mənzil 3-də yerləşən paylı mülkiyyətdə olan mənzildən o, İddiaçı və payın dəyəri miqdarında, yəni 85000 manat pulun yarısı 42500 manat pulun ona ödənilməsi, əks təqdirdə mənzilin hərraca çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiŞ, gəlməməSinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh və İddiaçı ümumi birgə mülkiyyətindədir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 180 nömrəli rəyindən görünür ki, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi ev 12, mənzil 3-də yerləşən 73,3 kv.m ümumi sahəli 3 otaqlı mənzilin mövcud bazar dəyəri 85 000 manat təşkil edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-400/2019 saylı qətnaməsindən görünür ki, X1 X2 qarşı yayış sahəsinin paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-1153/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «Payın naturada bölünməsi » tələbinə dair iddiası rədd edilmişdir. İşdə olan TES GROUP” MMC-nin xx.xx.2022–ci il tarixli 1206/24 nömrəli rəyi ilə Mingəçevir şəhəri, M.Maqomayev küçəsi ev 12, mənzil 3-də yerləşən 73,3 kv.m ümumi sahəli 3 otaqlı mənzilin mövcud bazar dəyəri 85000 manat, likvid dəyəri isə 77000 manat məbləğində qiymətləndirilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş çıxarışdan görünür ki, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi ev 12, mənzil 3-də yerləşən 73,3 kv.m ümumi sahəli 3 otaqlı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh onun ümumi birgə mülkiyyətindədir. Hazırda ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan tərəflər ümumi mülkiyyətdə olan mübahisəli mənzildən payın ayrılması barədə öz aralarında razılığa gələ bilməmişlər, həmçinin aralarında mübahisə olduğuna görə iddiaçının ümumi əmlakdan istədiyi kimi istifadə etməsi mümkün olmamışdır. Eləcə də, tərəflər payın kompensasiya ilə əvəzləşdirilməsi barədədə razılığa gələ bilməmişlər. Ona görə də iddiaçı öz payının naturada ayrılmasına dair məhkəmədə iddia qaldırmışdır. Cavabdeh tərəf iddiaçıya payının əvəzinə müvafiq pul kompensasiyasının verilməsindən imtina etmişlər. Ona görə də iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın hərraca çıxarılaraq satılması və satışdan əldə edilmiş vəsaitin paylarına uyğun bölünməklə paylı mülkiyyət hüquqlarına xitam verilməsi tələb edir. Məhkəmə hesab edir ki, hazırki iş aşağıda qeyd edilən hüquq normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respubliksının Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsində qeyd olunur ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respubliksının Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.(1-ci hissə). Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. (2-ci hissə) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218.1-ci maddəsində göstərilir ki, ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsində göstərilir ki, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə göstərilən normaların tələbləri baxımından, işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, hazırkı mübahisə predmeti olan mənzilin açıq hərracdan satılmasını şərtləndirən hallar məcmu halında mövcuddur. Belə ki, iddiaçı ilə cavabdehl paylı mülkiyyətçidir. Onlar arasında ümumi paylı mülkiyyətdə olan mənzilə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. İddiaçı payının naturada ayrılmasını tələb etmişdir. Ümumi paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsindən iddiaçının payının naturada ayrılması mümkün olmamış, həmçinin cavabdeh iddiaçıya payının əvəzinə pul kompensasiyası verməkdən imtina etmişdir. Ona görə də iddiaçının bu tələbi əsaslıdır. Mübahisəli mənzil açıq hərracdan satılmalı və əldə edilmiş satış pul paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Hər bir tərəf öz payına düşən əmlakdan istifadə etmək hüququna malik olduğu üçün mübahisəli torpaq sahəsinin açıq hərracdan satılması paylı mülkiyətin mülkiyyətçilərinin hüquqlarını bərabər şəkildə təmin etmək baxımından ədalətlidir. Bu hal iddiaçı ilə cavabdehin mülkiyyət hüquqlarını bərabər şərtlər daxilində təmin edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 4 aprel 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Eləcə də, Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə tətbiq edilən maddi hüquq normalarına və Konstitusiya Məhkməsinin qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyinə qarşılıqlı şəkildə qiymət verərək, belə qənaətə gəlir ki, paylı mülkiyyətin bir hissəsinin ipoteka ilə yüklü edilməsi, digər mülkiyyətçilərin mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnməməli, onların paylı mülkiyyət üzərində istifadə və sərəncam hüquqlarını həyata keçirməsinə hər hansı formada mane olmamalı, həmçinin mülkiyyətçilərin mənzil hüququnun pozulmasına gətirib çıxarmamalıdır. Qeyd edilənlərə əsasən Məhkəmə, həmçinin qeyd edir ki, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi ev 12, mənzil 3-də yerləşən 73,3 kv.m ümumi sahəli 3 otaqlı mənzilinin açıq hərracdan satılmaqla, satışdan əldə edilən vəsaitin tərəflər arasında bölünməsi, qanuni, ədalətlidir və tərəflərin mənafelərinə uyğundur. Bununla yanaşı, məhkəmə, mübahisəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, TES GROUP” MMC-nin xx.xx.2022–ci il tarixli 1206/24 nömrəli rəyi ilə Mingəçevir şəhəri, M.Maqomayev küçəsi ev 12, mənzil 3-də yerləşən 73,3 kv.m ümumi sahəli 3 otaqlı mənzilin mövcud bazar dəyəri 85000 manat, likvid dəyəri isə 77000 manat məbləğində qiymətləndirilmişdir. Belə olan halda paylı mülkiyyətdə olan əmlakın ilkin satış qiyməti likvid qiyməti ilə müəyyən edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, paylı mülkiyyətdə olan mübahisəli mənzilin ilkin satış qiyməti 77000 manat dəyərində qiymətləndirilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 150 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. AR MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Mingəçevir şəhəri, M.Maqomayev küçəsi ev 12, mənzil 3-də yerləşən 73,3 kv.m ümumi sahəli 3 otaqlı mənzilin ilkin satış qiyməti 77000 manat məbləğində müəyyən edilsin və açıq hərracdan satılsın. Satışdan əldə edilən vəsaitin ½ hissəsi İddiaçı ödənilsin, ½ hissəsi isə Cavabdeh ödənilsin. Cavabdeh məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 150 manat məbləğində məhkəmə xərci alınıb, "xxxx" MMC-nin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar